İsrailin Tel Aviv Universitetinin elm adamları qadın və kişi beyinlərinin quruluşunu araşdırıb. Araşdırmaya görə, beyin hər iki cinsiyyətə xas xüsusiyyətlərin mozaikasıdır.Əldə olunan nəticələr ABŞ Milli Elmlər Akademiyasının PNAS adlı nəşriyyatında yayımlanıb. Demək olar ki, bütün beyinlərdə qadın və kişilərə xas xüsusiyyətlərə rast gəlinib. Yəni tam bir kişi beyni və ya tam bir qadın beyni haqqında danışmaq mümkün deyil.İsrailli, isveçrəli və alman araşdırmaçılardan ibarət qrup araşdırmalarında 400 000 adamın maqnetik rezonans görüntüləmə texnikasından istifadə ediblər. Mütəxəssislər görüntülərdə hər beyindəki ağ və boz hüceyrələr arasındakı fərqləri, beynin fərqli hissələri arasındakı əlaqələri araşdırmanı uğurla sonlandıra bilib. Onlar əvvəlcə qadın və kişi beyni arasında üst-üstə düşən xüsusiyyətləri, daha sonra da tamamilə qadınlara xas və tamamilə kişilərə xas xüsusiyyətləri təsbit edib.Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinir. Lakin bəziləri də var ki, həm qadın, həm də kişi beynində müşahidə edilir. Araşdırılan beyinlərin çoxunda hər iki cinsiyyətə xas xüsusiyyətlərin yer aldığı, sadəcə kişi və ya qadın beyni kimi xarakterizə edilən beyinlərin sayının az olduğu bildirilib.Məsələn, araşdırmada boz hüceyrələr əsas götürülüb. Araşdırılan beyinlərin sadəcə 6%-də təkcə qadın və ya kişi xüsusiyyətləri görülüb.2013-cü ildə aparılan araşdırmada isə fərqli nəticələr əldə olunmuşdu. Pensilvaniya Universitetindən amerikalı elm adamları qadın və kişi beyinlərinin quruluşu arasında ciddi fərqlər olduğunu təsbit etmişdi. Bu araşdırma tipik bir qadın beynində sinir əlaqələrinin daha çox sağ və sol beyinlər arasında, bir tərəfdən digər tərəfə düzüldüyünü, tipik kişi beynindəki sinir əlaqələrinin isə beynin ön və arxa tərəfləri arasında qurulduğunu göstərmişdi.Buna görə də kişilərin hisslərini koordinasiyalı davranışlara daha yaxşı əks etdirə bildiyi, qadınların isə analitikaya əsaslanan məlumatlardan istifadə edərək əlaqə yaratmaqda daha güclü olduğ təsbit edilmişdi.
Uşaqlarla ünsiyyətdə istifadə olunan bəzi cümlələr var ki, bu cümlələr uşağınıza onu başa düşdüyünüz və dəstəklədiyiniz mesajı verir. Bu cümlələr uşağın narahatlığını azaltmağa, sakitləşməsinə, münaqişələri azaltmağa və özünə inamını artırmağa kömək edir 1. Bunu bacara bilərsən Bu ifadə uşaqları həvəsləndirməyə kömək edir. Uşağın etməkdən qorxduğu hər hansı bir işə cavab qarşılıq olaraq söyləmək olar. Bu ifadə uşağa etdiyi işin məsuliyyətinin yalnız ona aid olduğunu da ona bildirir. 2. Afərin Uşağın etdiyi hər hansı bir uğurlu fəaliyyətin sonunda istifadə edilə bilər. Burada diqqət edilməli məqam, uşağın etdiyi işlə bəraber afərin deyilməlidir. Əks halda uşaq ona niyə afərin dediyinizi anlamaya bilər. Məsələn: "Bu şəkli çox gözəl çəkdin, Afərin" deyilə bilər. 3. Bunu necə etdiyini mənə də izzah edə bilərsən? Uşaqın etdiyi bir işdən sonra onu necə etdiyini sizə izzah edən bir cümlədir. Bu cümlə uşağa özünü ifadə etmək imkanı verir. Bu cümlə hər hansı xoş bir hərəkətdən sonra istifadə olunduqda isə uşaqda uğurlu, bacarıqlı bir fərd olduğu hissini yaradır. 4. Bu mövzuda sən nə düşünürsünüz? Bu cümlə uşağa bir fərd olaraq hörmət etdiyinizi və fikirlərinin sizin üçün vacib olduğunu ona bildirir. 5. Sakitləşənə qədər səni gözləyə bilərəm Uşaq hirsli və ya əsəbi olduqda istifadə olunan bir cümlədir. Bu cümlə uşağa bu an əsəbi ola bilərsən ancaq sakitləşdikdən sonra danışa bilərik, sən mənim üçün dəyərlisən, səni gözləyə bilərəm və mən səninləyəm mesajını verir. 6. Hər ikimiz üçün də yararlı olan bir həll yolu düşün Bu cümlə anormal mübahisələrin həlli üçün əla bir yoldur. Bu ifadəni münasibətlərdə tez-tez problem yaradan uşaqlar üçün istifadə edə bilərsiz. Bu cümlə ikiniz üçün də ortaq həll yolu tapmaqa kömək edəcəkdir.
Ruh enerji mənbəyidir, yüksək olanda sevincimiz iz buraxır qəlbimizdə. Qəzəbliykən də ruh halımız-enerjimiz çoxalır və istəməsək də neqativlik ötürülür. Hər iki halda - yüksək enerjili olan zaman tənzimləməyə ehtiyac duyur insan. Münaqişə içində eqonun yüksək vəziyyəti yaranır, münaqişə bitdikdən sonra bölünmə, fikirlərdə parakəndəlik, günahkarlıq hissi, vicdan da varsa səsini eşidir insan. Beyində minlərlə hüceyrəmizin ölməsinə səbəb əsəbin faydalı olmadığı dəqiqdir. Öz səsini eşidə bilməməsinin nəticəsi olaraq hayqırtısı olan qəzəb zamanın axarında əriyib itsə də bəzən fəsadları qalır. Qəlbən, ruhən, zehnən bütöv olduğunu, əks etdirdiyi dünyanın şüurlu varlığı olaraq ruhunu uca tutan insan hər iki vəziyyətində sevinc və kədərliykən pozitiv və neqativ halının - enerjili ruhunun əsirinə çevrilmirsə, ali insani duyğularını qoruyub saxlamağı bacarırsa nə xoş ona. Məhəbbətimizi-nifrətimizi, səmimiyyətimizi-kinimizi, ümumiyyətlə müsbət və mənfi olan münasibətimizi orta həddə qoruyub saxlamağın faydası da çoxdu. İnsan xarakterindəki simmetriyanın ifadəsidir ifrata varmaq. Ruhun sərt, təlatümlü hərəkətləri, həddini aşmaq insanın müvazinətini pozur. Həddi aşan qəzəb, kin və ya əksinə, mehribanlıq, mülayimlik, özünü fəda etmək, canfəşanlıq nəticədə hər iki müsbət və mənfi hallarda özünü təsdiqləmir, əksinə sonradan kədər, üzüntü verir. Ölçü həddi gözləniləndə isə öz əhəmiyyətini, gözəlliyini qoruyub saxlayır.İnsan gözəl görünməyi bacarırsa həyatını rövnəqləndirir, ən çətin anında belə qəlbi məhəbbətlə, sədaqətlə doludursa həyatından zövq alır, mənəvi gözəlliyini simasında əks etdirməyə nail olur. Bizi sevənlərin, qəbul edənlər və etməyənlərin münasibəti də təxəyyülümüzün məhsulu olmaqla yanaşı özümüzü necə təsdiq və inkar etməyimizlə bilavasitə bağlıdır. Hər bir insan şəxsiyyət kimi formalaşmamışdan əvvəl bir fərddir. Fərd kimi doğuluruq, mənlik şüurunun yaranması ilə şəxsiyyətə çevrilirik. Bu zaman özünəməxsus həyat tərzimiz və öz daxili aləmimizlə formalaşırıq. Gözəllik insana hədsiz sevinc bəxş edir, həyata bağlayır, ürəklərdə təbiətə, insanlara qarşi sevgi oyadır, həyat eşqini alovlandırır, yaşamağa, yaratmağa inam aşılayır, həyatımıza nur çiləyir, rövnəqləndirir. Gözəllik əxlaqi, estetik hisslərin təcəssümüdür. Gözəlliyi, məhəbbəti duyan, qiymət vərən insanın qəlbində ecazkar dəyişikliklər yaranır, nəcib hisslər oyanır. İnsanı ona layiq olan yüksəkliklərə qalxmağa mənən sövq edir. İnsanlar arasında əxlaqi münasibətləri saflaşdırır, mülayimləşdirir, enerji mənbəyinə çevrilir, həyata bağlayır. İnsanlarda gözəl olan həqiqi münasibətləri görmək, duymaq deməli, çox xoşdur. Bunların əksi ilə qarşılaşmaq isə fəlakətdi, gözəl sandığımız duyğuların bir an içində əriyib itməsi, yox olmasıdır. Mənən kiçilən duyğuların bərpası isə çox vaxt aparır.Psixoloq Yeganə İskəndərova
Maks Ermann ingilis əsilli Amerikalı yazıçı, şair, vəkil kimi tanınıb. Terre Haut - İndianada 26 sentyabr 1872 – cı tarıxındə dünyaya göz açıb. 9 sentyabr 1945 – ci ildə vəfat edib. Tez - tez mənəvi mövzularda esselər yazıb. Sizə təqdim etdiyim "Maks Ermanın gündəliyi”ndən kiçik bir hissənin tərcüməsidir. Əgər Siz kədərli və tənhasınızsa, o zaman bu sətirləri oxuyun: Dünyanın din və səs - küyü arasında öz cıgırınızla sakit addımlamağın mümkün olduğunu heç vaxt unutmayın. Özünüzü dəyişdirmədən insanlarla yaxşı münasibətdə olmaqla yaşamağın mümkün olduğuna inanın. Insanlarla münasibətdə yumşaq, aydın, səlis danışmağı özünə vərdiş etməklə yanaşı, hətta qəbul etmədiyiniz, savadına şübhə etdiyiniz adamların fikirlərinə hörmət edib onları dinləyin. Aqressiv, səs - küylü, əhvalınızı pozmağa çalişan adamlardan kənar gəzin. Özünüzü hec kimlə müqayisə etməyin, Sizdən güclü və zəif olan həmişə olacaqdir. Öz planlarınıza da başqasına sevindiyiniz kimi sevinin. İşinizə diqqətli yanaşın, dünya pislərdən xali deyil. Dostluqda və məhəbbətdə özünüz olun, rol oynamayın. İldən - ilə Sizi tərk edən gəncliyinizi ruh yüksəkliyi, geniş ürəklə, özünüzə dərd etmədən qəbul edin. Ruhunuzu təsadüfi bədbəxtlikdən qoruyun, özünüzə zülm etməyin. Bütün qorxularınız yorğunluq və tənhalıqdandı. Dəyərinizi bilin və sağlamlığınıza qarşı diqqətli olun. Ulduzlar və ağaclar kimi Siz də kainatın yetirməsisiniz. Dünya Sizdən əvvəl də mövcud idi. Allahla olun, yetər. Nə ilə məşgul olsanız da nə arzulasanız da səsli - küylü siluetinizi dünyanı dərk etdiyiniz kimi öz qəlbinizdə qoruyun. Bütün çətinliklərinizlə yanaşı dünyanın gözəl olduğuna inanın. Psixoloq Yeganə İskəndərova
Uzunmüddətli məcburi karantin insanın psixoloji vəziyyətinə ciddi zərər verə bilər. Lakin bunun müvəqqəti olduğunu düşünmək ,bizim ruh halımızı yüngülləşdirə bilər.İnsan psixikası elə qurulub ki o, istənilən hansısa bir məhdudiyyətin öhdəsindən gələ bilir.İnsan qeyri –müəyyən vəziyyətdə psixoloji olaraq əziyyət çəkir. Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır. Pankia isə insanın daxili psixoloji resurslarını tükəndirir. Covid 19 pandemiyası ilə əlaqədar olaraq yaranmış özünü təcrid insanların təkcə fiziki deyil , həmçinin psixoloji təhlükəsizliyini qoruyur. Bu səbəbdən, psixoloji dəstək almaq zəruridir. Mən bir psixoloq kimi məsləhət görürəm ki, bu təcrid müddətində gələcəklə bağlı qısa müddətli planlar, gələcəkdə reallaşdırmaq istədikləri lahiyələr haqqında düşünsünlər.Çünki ,bu bizim psixikamıza müsbət təsir edəcək. Hal –hazırdakı bu həyəcan, təşviş,daxili diskomfort hissinin həll yoludur.Bu müddət ərzində sosial şəbəkələrdə ünsiyyət qurmaq vacib amillərdən biridir . Müəyyən fərqli müzakirə mövzuları seçmək lazımdır .Müxtəlif xeyriyyəçilik və.s tədbirlərə qoşulmaq sizə stimul və motivasiya verə bilər. Qeyd edim ki,neqativ yoxlanılmamış informasiyalardan da uzaq durulmalıdır. Bu müddət ərzində qorxunun və həyəcanın sizi idarə etməsinə izn verməyin.Insan həyəcan keçirərkən onun gücü ,enerjisi tükənin və bu halda o özünü yorğun , tükənmiş və çarəsiz hiss edir. Buna görə də insanın immun sisteminə böyük bir ziyan dəyir. Xatırladım ki ,sizin sağlamlığınız çox dəyərlidir . Sağlamlıq deyərkən təkcə fizialoji deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Unutmayın ki, karantin həyatımızda müvəqqəti bir haldır.Vacib amillərdən biri də budur ki , daxili resurslarımız karantindən sonrakı adaptasiya dövründən sonrakı dönəmdə bizə lazım olacaq.
“Pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə təsirini göstərəcək” Koronavirus pandemiyası səbəbilə evdə qalmaq və virusun yaratdığı qorxu getdikcə insanların psixoloji durumuna təsir göstərir. Bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir. Evə qapanmaq əsasən psixologiyası zəif insanlara daha çox təsir edir. Mütəxəssislərin fikrincə, bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yarana bilər. Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Psixoloq.az “Sherg.az”a istinadən açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi. Onun sözlərinə görə, karantin rejimi birdən tətbiq olunsaydı psixoloji fəsadları da böyük olardı: “Bu baxımdan qabaqlayıcı tədbirlər görülərkən bunun göstərə biləcəyi psixoloji təsir də nəzərə alınmışdı. Digər tərəfdən xüsusi karantin rejimi demək olar ki, əksər ölkələrdə tətbiq olundu. Bir çox dövlətlərdə isə bununla bağlı fövqəlada vəziyyət elan olundu. Görülən qabaqlayıcı tədbirlər Azərbaycan daxil bütün ölkələrə müsbət təsirini göstərir. Xüsusi karantin rejimi pandemiya ilə bağlı tətbiq olunub. Məqsəd insanları təhlükəli virusdan qorumaqdır. Müsbət nəticəni də virusa yoluxanların sayının azalmasında görə bilirik”. Karantin rejiminin insanların psixoloji durumuna təsirinə gəlincə E.Rüstəmov bildirdi ki, pandemiya psixoloji təsirini göstərir, bundan sonra da göstərəcək: “Sadəcə bunun təsiri insandan insana, ailədən ailəyə, dövlətdən dövlətə fərqli formalarda olacaq. Nəzərə almaq lazımdır ki, insan psixologiyası həm də individualdı. Hər insanda ortaq psixoloji cəhətlərlə bərabər fərqli xüsusiyyətlər var. Ona görə psixoloji təsir konkret istiqamətdə olmayacaq. Bununla bərabər pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə öz təsirini göstərəcək”. Psixoloq qeyd edib ki, koronavirusa dair ən problemli məqam xəstəliyin etimologiyası, gedişatla bağlı konkret fikrin olmaması, dolayısı ilə qeyri-müəyyən vəziyyətin hökm sürməsidir: “Nəzərə almaq lazımdır ki, insan psixologiyasına ən çox mənfi təsir göstərən məqam qeyri-müəyyən vəziyyətdir. Pandemiyanın nə zaman sona çatacağı, normal həyatın nə vaxt qaydaya düşəcəyi ilə bağlı konkret fikrin olmaması, digər tərəfdən bununla bağlı bir çox fərziyələrin irəli sürülməsi də insanlarda psixoloji gərginlik yaradır. Bugün internet üzərindən kifayət qədər təhrif edilmiş, həqiqəti əks etdirməyən müxtəlif video materiallar tirajlanır ki, bu da insanardakı qeyri-müəyyənliyi daha da dərinləşdirir. Ona görə də maksimal dərəcədə informasiya təhlükəsizliyimizi qorumalıyıq. Çünki, hazırkı məqamda psixoloji gərginliyin bir səbəbi də insanın ifrat informasiya ilə yüklənməyidir”. E.Rüstəmov pandemiyanın fərdi psixoloji təsirləri ilə bağlı məqama da toxunub: “Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olacaq. Artıq 1 aydan çoxdur ki, xüsusi karantin rejimi davam edir. İnsanların böyük bir qismi demək olar ki, günün böyük hissəsini evdə keçirirlər. Bu da öz növbəsində ailəni təşkil edən fərdlərin hər birinin psixoloji durumuna təsir göstərəcək. Psixoloji gərginlik fonunda psixoloji pozuntuların yaranmasına rəvac verəcək. Təşviş-həyəcan, panik atak, depressiya, obsessiv-kompulsiv pozuntu, yuxu, qida və bu kimi psixoloji pozuntuların artmasına rəvac verə bilər. Eyni zamanda uşaqlarda müxtəlif psixoloji problemlərin artacağını da (davranış, ünsiyyət və s.) qeyd etmək olar. Bundan sığortalanmaq üçün görəcəyimiz iş xüsusi karantin rejiminin tələblərinə əməl etmək, evdə olduğumuz müddətdən səmərəli istifadə etməkdir. Əgər bunu edə biləriksə, istər indi, istərsə də postpandemiya dövründə özümüzü psixoloji pozuntulardan sığortalaya bilərik. Nəzərə almaq lazımdır ki, postpandemiya dövründə post travmatik stress pozuntusu da artacaq. Insanlar hələ uzun müddət virus qorxusu ilə yaşayaq, təkrar virusun ola biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər yaşaya bilərlər. Bizi bu bəladan milli birlik, milli həmrəylik xilas edəcək. Cənab Prezindentin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük”.
Kokologiya, özünü tanımaq üçün 50-dən çox test oyunudu. Sizə təqdim etdiyim növbəti test belə adlanır. "Körpü" (Yapon testi) Özünü tanıŞəkilə baxın. İki balaca bir sahildən o biri sahəyə keçmək istəyirlər. Siz uşaqlara kömək edin. Onlar üçün körpü çəkin. Bunun üçün hansı rəng seçərdiniz? Qırmızı Göy,maviQəhvəyi Yaşıl Boz QaraQırmızı Mavi Qəhvəyi Yaşıl Boz Qara Test Şərhi Test qısa bir insanın xarakteri və davranışının canlı xüsusiyyətlərini açır. 1. Seçiminiz QırmızıSiz son dərəcə inadkar insansınız. Bir işi sona çatdırmamaq taktikanız deyil. İnsanlarla münasibətlərdə birbaşa, açıq şəkildə fikirlırinizi deyir, rəftarınızda çox uzaqlara gedirsinizBəziləri ilə şirin, lütfkar, dostsasına, digərləri ilə kobud, sərt və təmkin gözləmədən rəftar edirsiniz. Lakin dostlarınız dürüst, özünüz olduğunuza görə sizi sevir və hörmət edirlər. 2. Seçiminiz göy, maviSiz nəcib, incə, romantik, xəyalpərəst bir insansınız. Bir çox hallarda arzularınızı yerinə yetirəcək axınla gedirsiniz. Ekstremal hallar sizi qurxudur. Sülh, harmoniya və yaxınların sevgisi xəyallarınızın arzusudu. Ətrafınızda baş verənlərdən daha çox öz şəxsi fikirləriniz və narahatlığınız Sizi həyəcanlandırır. 3. Seçiminiz Qəhvəyi Ciddi və çalışqan bir insansınız. Müəyyən edilmiş qaydaları pozmağı xoşlamırsınız, hər zaman sözlərinizə və öhdəliklərinizə görə məsuliyyət daşıyırsınız. Belə insanlar haqqında deyirlər: "Dürüst və layiqli bir insandır." Bəlkə rahatlıq, fikir genişliyi və müəyyən bir təsəvvürün olmaması sizi bir az narahat edir. 4. Seçiminiz Yaşıl Siz yaradıcı insansan. Qeyri-adi şeylər, inanılmaz hadisələr diqqətinizi cəlb edir. Sizi əhatə edən insanları ixtiraçılıq, böyük maraqlar, geniş dünya görüşləri və yaxşı zövq cəlb edir. Vəziyyətdən qeyri-standart bir çıxış yolu tapmaq, mənasız tövsiyələr vermək və dostlarınızı orijinal bir fikir ilə həvəsləndirmək Sizin üçün çətin olmur.5. Seçiminiz Boz Başqalarının düşüncələrinin yaxşılığına və saflığına inam - bunlar sizin fərqləndirici xüsusiyyətlərinizdir. Orada müəyyən bir özünə inam da varBəzən taleyə qarşı durmağı və əhvalınıza uyğun olaraq vəziyyəti dəyişdirməyi sevirsən. Bəzən isə əksinə, gözlənilməz özünə dəyən zərəri anlayana qədər sadəcə hər şeyi dəyişmək istərsən. Çox vaxt susmağa üstünlük verməyiniz isə başqaları tərəfindən təkəbbürlü olmağınız təsirini bağışlayır. 6. Seçiminiz QaraSimanızda laqeydlik, təmkinlilik maskası tez-tez taxılır. Bunu zəiflik kimi qəbul edəcəklərindən qorxaraq hisslərinizi başqalarından gizlətməyə çalışırsınız. Zarafat edib gülümsəsən də, heç kim bu anda hansı hissləri duyduğunu əminliklə söyləyə bilməz. Qapalılıq və təmkinlilik riayət etdiyiniz əsas prinsiplərinizdi.
Özünüzlə tək qalmalısız ki? Bir çox insanın kabusu olan təklik həqiqətdə inkişafın təməl sütunu, bələdçisidir. Onlar bu kabus haqqında “psixi sağlamlığa mənfi təsir edir”, “psixikanı zədələyir” deyə düşünürlər. “Doğrudan belədir?” soruşsanız “Yox! Birmənalı yox!” deyərəm. İki meyarı nəzərə aldığınız müddətdə təklik əvəzolunmaz töhfədir: 1. Ölçü – mühümdür. Bu prinsip əlbəttə ki, hər bir sosial və ya psixoloji fenomenə olduğu kimi təkliyə də aiddir. Siz elə bir hal tanıyırsız ki, ölçünü gözləmirsiz, nəticə də xoşagələn olur. Mən tanımıram. Təklik də o cümlədən.. 2. Seçim – zəruridir. Təklik məcburiyyət, şanssızlıq, çarəsizlik kimi görülməyin fövqündə olub, seçim kimi dəyərləndirilməyə ehtiyaclı məfhumdur. Demək, təklik seçim olduqda gözəldir. Əlbəttə ki, insan sosial varlıq olduğu üçün başqaları ilə ünsiyyətə can atır. Təklik onun üçün bir ehtiyacdır. Çünki qazandığı bilik, təcrübə və şəxsiyyətini ünsiyyətdə təkmilləşdirir. Lakin təkliklə əvəzlənməkdən, növbələşdirilməkdən məhrum ünsiyyətin qorxulu tərəfləri çoxdur. Davamlı olaraq insanlar içində olan insan özünün kim olduğunu, nəyə qabil olduğunu, hətta nələri arzuladığını belə dolaşdırıb-qarışdırır, unudur. Təkliklə növbələşdirilən ünsiyyət isə insana bu çaşqınlıqlardan uzaq olmaq imkanı verir, psixikada balans, nizam, harmoniya yaradır. Təklikdə o, sahib olduğu dəyər, fikir və yanaşmaların özünə yoxsa başqalarına xas olduğunu aşkarlaya bilir. Təklik niyə belə qorxuludur? Əksər mədəniyyətlərdə təkliyə baxış fərqlidir, onu insan üçün qorxulu bir hal kimi təsvir edirlər. Bilirsiz ki, təkamül boyunca tək olan insan təbii fəlakətlərin öhdəsindən gəlməkdə çətinlik çəkir, təbiət hadisələrinə, vəhşi heyvanlara qarşı mübarizə qrup şəklində daha effektli olurdu. Əcdadlarımız üçün təklik ölümlə nəticələnə bilən, məhv olmağa bərabər bir hal idi. Məhz ondan irəli gəlir ki, təklik müasir insanın alt şüurunda qorxulu bir hal olaraq yerləşib. Tarixən də təklikdən cəza olaraq istifadə etmək, birini cəzalandırmaq üçün təcridə üstünlük vermək psixikamızda onun qorxunc adını daha da möhkəmləndirib. Hətta Virciniya universitetində aparılan araşdırmada qadınların 1/4, kişilərin isə 2/3-ü tək qalmaqdansa elektrik şoku keçirməyə razı olduqlarını bildiriblər. Xilaskarımız olan təkliyə qarşı münasibətə baxın da siz. Hə, bir də əmin olun ki, əgər bir insan tək qalmaqdan qorxduğu, narahat olduğu üçün digərləri ilə zaman keçirirsə bu onun psixikası üçün qorxduğu, özünü qoruduğu təklikdən daha təhlükəlidir. Təklik niyə yaxşıdır? İstər introvert ol, istərsə də ekstrovert, təklik ona vurulan damğalardan asılı olmayaraq hər kəs üçün faydalıdır. Təkliyin topladığım sosial, emosional, əqli, davranış faydalarını təqdim edirəm: 1. Əqli: Özünə tək zaman və məkan vermək düşüncələrə sərbəstlik, azadlıq verir. Kreativlik artır, məhsuldarlıq yüksəlir. Şəxs gələcək planlarını, xəyal və arzularını həyata keçirməyin yollarını aydınlaşdıra bilir; 2. Sosial: Başqalarını məmnun etməkdən uzaqlaşmaq istəyən hər bir insan üçün təkliyə vaxt ayırmaq nemətdir. Bu halda təklik insana kömək edir ki, başqalarının yanaşmaları, münasibətləri, hətta təzyiqləri haqqında narahat olmadan mühitə, insanlara yeni fikir və maraqlar formalaşdırsın. Getdikcə sərhəd və məsafələrə olan baxış formalaşır və münasibətləri yeni müstəvidə nəzərdən keçirmək mümkün olur. Özünü tanımağa başladıqca daxili aləmini paylaşacaq adamların kim olacağına da şüurlu qərar verir. Hətta özünü yaxşı tanıdığı üçün empatiya hissi də yüksəlir. Bu mənada təklik yalnız başqaları ilə münasibətlərini yenidən qurmağa deyil, dünyanı anlamağa, bəşəri dəyərlərə qoşulmağa kömək edir; 3. Emosional: İnsan tək etdiyi fəaliyyətlərdən daha çox zövq ala bilir. Çünki bu halda başqaları tərəfindən müşahidə edilmək və qiymətləndirilmək qorxusu olmur. Hər kəs razılaşar ki, təklikdə mütaliə də, rəqs də, musiqi ifası da daha rahatdır. Ona görə də alınan zövq və həzz daha keyfiyyətli olur; 4. Davranış: Başqalarından kömək gözləməyə gərək olmur, özünütənzimləmə yüksəlir. Özünü görə bildiyi üçün, özünəinamı sağlamlaşır, özü ilə əlaqədar təhlili obyektiv olur. Nəticədə insan səbrli olub həyəcan, gərginlik, streslə özü mübarizə apara bilir. Necə etməli? Yenisinizsə təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda sevdiyiniz fəaliyyətlə qısa müddətə baş-başa qalın. Sizi məhsuldar, psixi sağlam birinə çevirdiyini gördükcə daha da həvəslənəcəksiz. O sizin seçiminiz olacaq. Bir də balansı, ölçünü qorumaq lazımdır demişdim, bu isə hər insandan asılı olaraq fərdi xarakter daşıyır. Hər kəs öz normasını özü onu hiss edərək müəyyən edə bilər. Seçiminiz olan ölçülü təkliyə kiçik addımlarla başlamazdan əvvəl “təklikdə zaman mənim özümə hədiyyəmdir” deyin.
Kokoloğiya yeni maraqlı testlər mövzusuna davam edirik. Yeri gəlmişkən, dostlarınızla psixo oyunlar oynaya bilərsiniz, çünki əyləncəli və müsbət təəssurat yaradacağına əminik. Başlanğıc kokoloqlar bir-birlərini daha yaxından tanımaq, xarakterlərini yoxlamaq, gülmək, əylənmək və yalnız bir zövq almaq imkanı əldə edəcəklər.Kokologiya testi ilə bağlı sualları cavablandırmadan əvvəl qaydaları bilməlisiniz: Cavab seçərkən, çəkinməyin, nəzərinizi ilk çəlb edəni söyləyin. Sınağın açarlarını tapmaq üçün cəhd edə bilməzsiniz, dürüst olun. Cavabı xoşlamadınızsa, üzülməyin, bu açarın sizə nə öyrədə biləcəyini düşünün. Bir qrup yoldaş, kokololoqda, şərhdən sonra bir-birlərinin reaksiyalarını müşahidə etmək tövsiyə olunur. Bilin ki, tam düzgün cavablar yoxdur, Siz şüurunuzdan keçənləri bir daha nəzərdən keçirib onlara öz perspektivləriniz kimi baxın. Buyurun, testə başlayın. Yapon testi " Sənin şansın".Siyahıya diqqətlə baxın və ən cəlbedici vasitəni seçin. Beləliklə, siz hansı nəqliyyat növünə böyük məmnuniyyətlə üstünlük verərdiniz? Velosiped Avtomobil Avtobus Qatar Yaxta Təyyarə Test cavablarının şərhi Seçilən nəqliyyat vasitəsi, buna kömək edən və ya maneə törədən məqsədlərə və xarakter xüsusiyyətlərinə çatmaq şansınızdan danışır. a. Seçiminiz velosipeddir. Qarşıya qoyulmuş məqsədlərə öz səylərimizlə nail olursunuz. Yalnız özünüzə ümid edərək, müstəqil hərəkət edin. Başqalarının sizə kömək etməsi ehtimalı azdır. Kifayət qədər cəsarətiniz, özünüzə inamınız var, elə belə də davam edin! İstək, əzm və iş sizi qələbəyə aparacaqdır. Şansınız çox yüksəkdir. b. Seçiminiz bir avtomobildir. Daxili güc və enerji sizi irəli aparır. Tələsməsən hədəflərinizə çatacaqsınız. Məqsədinizə doğru səbirlə, kiçik addımlar ilə irəliləyinŞübhəsiz ki, sizin şansınız var. Çalışın ki, adi bir tələskənliyinizlə şansınızı əldən verməyəsiniz. c. Seçiminiz avtobusdur.Siz öz doğmalarınıza və dostlarınıza yüksək dəyər verməyi bacarırsınız. Başqalarına kömək etməklə öz insanlıq borcunu yerinə yetirmiş olursunuz və bu da sizin yaxşı insan kimi yetişməyinizə zəmin yaradır. Ancaq yaxınlarınızın sizin diqqətinizi yayındırmalarına, seçilmiş hərəkət istiqamətini dəyişdirmələrinə əsla imkan verməyin. Başqalarının planlarınıza müdaxilə etməsinə icazə verməsəniz şansınız yüksələ bilər. d.Seçiminiz qatar. Ətrafınızda çox sayda insan olmasına baxmayaraq, onların fikirləri sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir və onları həyatınıza müdaxilə etmələrinə şərait yaratmırsınız. Özünüzə qapanmağa lüzum yoxdur. Ətrafınıza nəzər salın və başqalarının fikirlərinə diqqət yetirin. Bəlkə də onların müxtəlifliyi arasında özünüz üçün dəyərli bir şey görəcək və uğur şansınız artacaq. v. Seçiminiz yaxtadır. Siz müstəqil bir insansınız və ətrafda baş verənlərə laqeydsiniz. Sağlam düşüncə və rasionalizm prinsiplərinizdi. Sizin diqqətinizi yayındırmaq və nəzərdə tutulan xətdən çıxartmaq asan deyil. Siz dəqiq bir plan tərtib edir, heç nəyə əhəmiyyət vermədən hadisələrin gedişatına əsasən öz strategiya və taktikanızı dəqiq şəkildə qurursunuz. Bəlkə bu doğru deyil? Çalışın müxtəlif variantlı məsələlərin həlli diqqətinizin mərkəzinizdə olsun. Şübhəsiz bu şansınızı artıracaqdır. e) seçiminiz bir təyyarədir. Məqsədinizə inanılmaz dərəcədə sürətli çatmaq istəyirsiniz və həqiqi hərəkətlər etmək əvəzinə daima bu barədə xəyal qurusunuz. Bu vəziyyətdə xəyalınız düşməninizdir. Ya buludlarda gəzirsiniz, ya da istəklərinizi yerinə yetirməkdən qorxursunuz. Uğur şansları hələ kifayət deyil. Artıq göydən yerə enməyin vaxtıdı. Ətrafa baxın və yersiz təhkükədən qorxmadan arzularınızı reallaşdırmağa çalışın.
Kəlmənin mənası yapon sözüdü, ağıl və ruh mənalarını , nələr hiss edib düşündüyünü şüuraltında ortaya çıxarmaq anlamını ifadə edir. İlk olaraq kokologiyaya əsaslanan elm kimi 1998-ci ildə Yaponiyada professor Isamu Saito və Tadahiko Nagao tərəfindən yaradılmış kollektiv test nümunələrinə alddir. Bu testlərdə oxucunu istənilən fikri və ya şəkili vizual və ya məntiqi şəkildə olaraq şüuraltına yerləşdirdiyi düşüncələrini ortaya çıxarır, şəxsi özünü tanıtmaqda yardımçı olaraq yanlışlıqlarını kənardan izləməyə məcbur edir. Özünü tanıSəmimi olun, düşüncənizdən keçən İlk cavabı əsas götürün. Yağışın altında gəzirsiniz. Qəflətən fırtına baş verir. Tam sürətlə qaçsanız da, təyinat yerinizdən beş dəqiqəlik məsafədəsiniz. Aşağıdakı variantlardan hansı birinə əməl edirdiniz? A. Mən böyük bir ağac tapıram və yağışın kəsənədək onun altında gözləyirəm. B. Yağışın nə qədər davam edəcəyini bilmirəm, ona görə də getdiyim yerə tez çatmaq üçün addımlarımı sürətləndirirəm, qaçıram. C. Çətirini paylaşa biləcəyim birini tapmaq üçün ətrafıma nəzər yetirir və ya yaxınlıqda çətir ala biləcəyim bir mağazanın olub olmadığını soraqlayıram. D. Çantamda həmişə qatlanmış bir çətir daşıyıram ki, istifadə edəm. cavablar: Fırtına həyatda gözlənilməz, idarəolunmaz qüvvələri təmsil edir. Cavablarınız onu sevdiyiniz bir dostla müzakirə edərkən necə davranacağınızı xarakterizə edir. A. Siz aranızdakı münasibətləri həll etməzdən əvvəl qarşı tərəfin qəzəbinim səngiməsini gözləyənlərdən birisiniz. Onların kəskin mübahisələrinin bitməsini səbrlə izləyər, soyuqqanlılıqla fikirlərinizi bildirərsiniz. Bəziləri rəftarınızın ağıllı, bəziləri də düzgün olmayan münasibət kimi dəyərləndirə bilər. B. Qəzəbinızı tökdüyünüz sürəcə mübarizənin nə ilə bitəcəyi sizin üçün qətiyyən maraqlı deyil. Düşünürsünüz ki, siz haqlısınız və mübahisə bitməlidi. Taktikanız arasında heç bir mübadilə yoxdur. Qarşınızdakı əsəbləşirsə siz daha çox reaksiya verirsiniz, bağırırsa, siz hayqırırsınız. Bu, sizi müzakirə etmək üçün əlverişli bir insan yaratmasa da, həmin an dur deyəndə razılaşacağınızı anlamaq asandır. C. Ziddiyyətlər və mübahisələr sizin üçün deyil, buna görə də bir döyüş baş verəndə həmişə qarşı tərəfi sakitləşdirməyə çalışırsınız. Təəssüf ki, bu davranış bəzən işləri daha da çətinləşdirir. Zaman zaman fırtına ilə dayanıb üzləşməli olursunuz. D. Hər ittihama cavab verdiyinizi və hər səhv üçün üzr istədiyinizi düşünən birisiniz. Düşünürsünüz ki. bu mübahisə, münaqışə sizə görə deyil və rəftarınızla mədəniyyətinizi göstərsıniz də amma bu münasibət başqalar üçün süni,saxta görünür. Ancaq çox güman ki, bunun üçün sizin bir açıqlamanız var. Psixoloq Yeganə İskəndərova
“Kotara sindromu” – insanın öz bədəninin bir hissəsinin, yaxud bütünlükdə orqanizminin məhv olduğu və artıq mövcud olmadığını zənn etməsi ilə xarakterizə edilən nadir xəstəlikdir. Kotara sindromu, yaxud sayıqlaması – özünüzün mövcud olmadığınızı zənn etdiyiniz andır. Bəzən beyin öz mövcudluğunu inkar edir. Bunu radikal özünüinkar adlandırmaq olar. Bu nadir psixoloji pozuntuya sahib olan insanlar əmindirlər ki, onlar ölmüşlər və yaxud onların bədənlərinin bir hissəsi mövcud deyil. Onlar həmçinin ətrafda canlı heç bir insanın olmadığına və dünyanın ümumiyyətlə mövcud olmadığına da inana bilirlər. Bu xəstəlikdən əziyyət çəkən insanlar beyin və yaxud ürək kimi həyati vacib orqanlarının mövcud olmadığını iddia edə, bəzən də bədənlərinin böyüyərək bütün kainata bərabər olduğunu zənn edə bilərlər. Bu insanlar intihara meyillidirlər və nə qədər təəccüblü görünsə də, bəzən özlərini ölümsüz esab edərlər. Kotara sindromu depressiv vəziyyət, hallusinasiya və yaddaşın itirilməsi ilə bağlıdır. Bəzən şizofreniyada da rast gəlinə bilər. Bu sindrom xəstələrdə ilk dəfə onun əlamətlərini təsvir etmiş fransız psixiatr Jül Kotara-nın adı ilə bağlıdır. İnsanlar istənilən yaşda olarkən bu sindrom ilə üzləşə bilərlər və sindrom qadınlarda daha çox rast gəlinir. Onu da qeyd edək ki, tutmalar heç bir psixi pozuntu olmadan baş verir. Müəllif:Nərmin Müşviqzadə
Psixoloq .az xəbər verir ki,Türkiyədə uzmanllıq dərəcəsi almış Psixoloq Gülnarə Muxtarova özünün sosial hesabında uşaqların latent və genital mərhələdə yaşaya biləcəyi qorxulardan danışaraq valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin video görüntünü sizlərə təqdim edirik.
Uşaqlar böyüklərdən - "böyük uşaqlardan" öyrənərlər.Deyirlər uşaqlıq saflığını itirməyən insanlar böyük insanlardı və onlar başını göyə qaldıran, səmanı seyr etməyi sevən bir uşaq qədər gözəl olur. Uşaqların da gələcəkdə işıqlı insan olması üçün qarınlarını və zehinlərini doyurduğumuz qədər ruhlarını da bəsləməliyik. Ruhumuzun qidası, aldığımız nəfəsimiz, sevinc mənbəyimizdi demək ki, uşaqlar. İki yaşından başlayaraq nağılları dərk edən olurlar uşaqlar. Nağıllar onlara hava- su qədər lazımdı, qayğıkeş, ağıllı valideynlər bunu anlayır və övladlarına lap körpə vaxtlarından yaş həcmini nəzərə alaraq nağıllar danışmağa başlayırlar. Onlar həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətin olduğu üçün bunun nəticəsində uşaq psixikası zədə ala bilmələrindən ehtiyat edərək nağılların onların dünyası üçün nə qədər əhəmiyyətli olduğunu anlayırlar. Nağılların dili sadədi və İstənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Onu başa düşmək üçün uşaq özünü yormur, diqqətini çəkən obrazlar, vacib informasiya isə öz-özünə mənimsənilir, təxəyyülünün inkişafına da müsbət təsir edir. Ən gözəli də həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır.Bəzi ailələrdə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi qavramasına mane olur, normal inkişafının qarşısını alır, həyata baxışı, təfəkkürü, eqosu dəyişir, getdikcə özü yox ,uşaq ikən böyük təsəvvürə malik olan olur, lazımsız informasiyaları yaşından əvvəl mənimsəyir. Uşaq özü oxumağı öyrənsə belə, onu nağıllardan birdən-birə ayırmaq olmaz. Nağılların birgə oxunması uşaqlar və böyüklər arasında münasibətlərə, bir-birini daha yaxşı başa düşməsinə kömək üçün çox faydalıdı. Unutmayaq ki, uşaqlar soruşaraq öyrənirlər, böyüklərdən gördükləri nümunələrdən öyrənərlər, toxunaraq, yaşayaraq öyrənirlər. Onların ürəklərində pislik yoxdur. pislikləri dərhal unudarlar. Kin tutmurlar. Uşaqlar fərqli olmağı gözə alarlar, fərqli olmaqdan çəkinməzlər. Tənqidi qəbul edər, sizə qulaq asarlar. Səhvsiz hərəkət etməyə vərdişləri də yoxdu. Səhvlərdən doğruları öyrənər, yeni kəşf etmə anlamına gələrlər. Uşaqları pislik, səhv, bədbəxtliklə məhdudlaşdırmaq olmaz. Nə öyrənsələr də böyümüş uşaqlardan mənimsəyərlər. Öz uşaqlıqlarını unutmuş böyüklərdən öyrənərlər.Təhqirə məruz qalmayan uşaqlar şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edərlər. Alışmayıblarsa məruz qalanda sarsılar, həyatın girdabına tuş gəldiyini anlar, kiçik depresiya da məruz qalma ehtimalları olar.Yaşa dolduqca bunun həmişə belə olduqlarına özlərini inandırarlar.Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olduğu halda bəziləri bu xüsusiyyəti şüurlu şəkildə formalaşdıra, düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək özünə inamı yarada bilir.Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, HƏTTA ÖZ UŞAQLARINA DA uşaqlığını unutdurarlar. Qəlbində mərhəmət, sevgi, xeyirxahlığı, dürüstlüyü hələ də bütün bu müdhiş, çalxalanmış dünyamızın girdabına, eybəcərliklərinə hələ də məruz qalmayan ümid, inam dolu insanlardan güc alar və yaşamağa dəyər anlamı ilə ayaqları üzərində dayanmağa çalışar və bütün bu insanı keyfiyyətləri özündə saxlamış "böyük uşaqlar" dan uşaq xislətlilərdən həyat eşqini, insanlara həqiqi saf münasibəti öyrənə bilərlər. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, O zaman ömrümüz cənnətə dönər. Psixoloq Jurnalist Yeganə İskəndərova
31 nömrəli orta məktəbi bitirdikdən sonra 1988 ci ildə BDU nun jurnalistika fakultəsini,1999 cu ildə isə APU nun psixologiya fakultəsini bitirib. Aztv də redaktor kimi fəaliyyət göstərib. İkinci ali təhsilini aldıqdan sonra 1999 cu ildən Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasında psixoloq kimi çalışır. Bİr çox təlimlərdə və sertifikasiya proqramlarında iştirak etmişdir. "Bir addım inkişaf layihəsində, Məktəb psixoloqlarının I Ümumrespublika konfransında və Ümumtəhsil məktəblərində "Psixoloji böhran və ona yanaşma metodları" forumunda sertifikatla təltif olunub. Uşaqlarla yanaşı böyüklərə psixoloji yardım göstərir. Müxtəlif saytlarda psixoloji publisist yazıları dərc olunur.
İnsan və ruh aləminə müxtəlif vasitələrlə təsir etmək mümkündür. Həssaslıq səviyyəsindən asılı olaraq sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, həyata maraq oyatmaq, bir – neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək də olar.Musiqinin də insan orqanizminə möcüzəvi təsiri hər kəsə bəllidir. Musiqi insanda müxtəlif duyğular yarada bilir. Milli musiqi enerji mənbələrinin aktivləşməsinə səbəb olursa, etnik musiqilər rahatlaşmağa, dincəlməyə kömək edir, Klassık musiqinin isə beynin fəaliyyətinin artmasına və informasiyanın tez bir şəkildə qavranılmasına kömək olduğu hesab edilir. Dinlədiyimiz musiqilər düşüncə və təsəvvürümüzə - emosional halımıza təsir gösrtərir. Sinir sisteminə təsir edən musiqi fərqli effektlər yarada bilər. Ürək ritminin bərpa edilməsinə müsbət təsir göstərən sakitləşdirici musiqilər var. Sözlər diqqəti dağıdır, ona görə sözsüz musiqilər dinləmək də faydalıdır.Ruhunuzu oxşayan musiqi dinləyirsinizsə, ürəyinizin qan damarlari 26 dəfə genişlənir. Qəlbi riqqətə gətirən, xoş, anlada bilmədiyim duyğular oyadan, gözəlliyi görməyə və gözəl görməyə vasitəçi olan, duymağa ruhlandiran, təmiz, saf düşüncələri olduğu kimi anlamağa sövq edən, möhtəşəm və üşənməyən saf hisslər yaradandi musiqi. Səhər ruhumuzu –özümüzü hansı musiqiyə "kökləmişiksə" bütün gün ərzində elə "səslənəcəyik"- düşünürəm. Nikbinliyə meyl ruhundayıqsa, mülayim, mehriban oluruq. Bəlkə sevınc payını özümüz yaradaq ruhumuzda. Hər gün səhərimizi musiqi ilə açaq. O zaman anlamaq da çətin olmaz ki, ruhumuz müvəqqəti də olsa, azaddir.Gözəl müsiqi sədaları altında rəqs etmək də əhvalınıza enerji yükləyir. Rəqs edən insanların beyni daha yaxşı işləyir, sağlam olur. Rəqs beyinə müsbət təsir göstərir. rəqslə nevroloji sağlamlıq arasında əlaqə var, əsəbləri sakitləşdirir, ruhu tənzimləyir, bərpa edir... Müsiqi gözəllikdir. Həyatınızın musiqisini dinləyin.Psixoloq,Jurnalist Yeganə İsgəndərov
Ailə kiçik bir cəmiyyət olduğundan, özünün tənzimlənmə qaydaları olmalıdır. Tərəflər hər gün öz diqqət və sevgisini bir-birinə hiss etdirə, göstərə bilərsə, yaşana biləcək bir çox münaqişələrin qarşısını almağa müvəffəq olmaq ehtimalı daha çox olar. Ailələr müxtəlifdi. Tam ailə, natamam ailə, qarışıq, əlavə olunmuş, avtoritar, patriarxal, psixosomatik konfliktli ailələr, genetik cəhətdən zorakılığa meylli olan ailələr və s.Adətən zahirən ailə cütlüyü bir-birinə qarşı qayğıkeş görünsə də, ailədaxili konfliktlərə az təsadüf olunmur. Ailədənkənar sferalarda ər-arvadın fərdi uğursuzluqları işlərindəki yorğunluq, sosial çətinliklərlə və ya ünsiyyət çətinliyi ilə bağlı olur. Danışmağa mövzuları bitdikdə aralarında olan emosional əlaqələr zəifləyir, bir-birinin problemi ilə maraqlanmır, təcrid olur, münasibətlərdə kəskin konfliktlər yaranır. Onlar öz xarakterlərindəki qüsurları aradan qaldırmağa cəhd göstərmir, bir-birlərinə qarşı dözümsüz olurlar. Belə ailələrdə tərbiyə alan uşaqlar münaqişələrin yaranmasına səbəb olan valideyinə sevgi bəsləmir, gələcəkdə özləri ailə quranda çətinlik çəkir, nifrət ruhunda, travmalı böyüyürlər. Bu kimi halların sonralar nə kimi fəsadlar törədəcəyini görən valideynlərdən biri boşanmağa üstünlük verir. Sonradan yaranan natamam ailələrdə vəziyyət müxtəlifdi. Ayrılsalar da, bir-birlərinə hörmətlə yanaşan, dost olan valideynlərin övladları daha rahat olur. Bütün sevgisini övladlarına yönəldən, onlara hədsiz məhəbbətlə qayğı göstərən analar daha nikbin, cəmiyyətə yararlı, inamlı, başqalarına sevgi ruhunda övladlar böyüdürlər. Belə uşaqlar xeyirli vətəndaş olur, çətin situasiyalardan yaxşı baş çıxarır, valideynlərinə qarşı hörmət ruhunda böyüyürlər.Lakin əksər ailələrdə bunun əksini görürük. Münasibətlərdə laqeyd, kobud olan, fiziki güc təbiq edən, ailənin, uşağın tələbatlarına qarşı etinasız yanaşan ataların olduğu ailələrin övladları mənəvi, emosional tələbatlarını ailədən kənarda tapmağa cəhd göstərirlər.Öz üzərində aqressiv valideyinin fiziki zorakılığını duymuş uşaq sonralar özü də başqaları ilə belə davranır. Ailədə arvadını döyən kişilərin əksəriyyəti uşaqlarını da döyür. Fiziki zorakılığa məruz qalanlar özlərini bədbəxt, gözdən düşmüş, qətiyyətsiz, gərəksiz hiss edir və başqalarının onlardan yaxşı olduğu qənaətinə gəlirlər. Normal şəraitdə böyüyən və tərbiyə olunan uşaqlar cəzaya etiraz edirlər. Əlverişsiz mühitdə böyüyən, fiziki zorakiliğa məruz qalan uşaqlar isə, adətən verilən cəzanın doğruluğuna inanır, kölə düşüncəli olur, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, arzularını qəlblərində boğurlar. Psixikaya vurulan zərbənin fəsadları sonradan özünü kəskin biruzə verir, uşaq travmalı böyüyür, çox vaxt davranışı üzərində nəzarəti itirir, özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inamı, etibarı yox olur, kəskin qorxu hissi baş qaldırır, başqalarına əzab vermək - sadizm meyli yaranır. Valideynlərin aqressiyası, zorakılıq gündəlik həyat tərzinə çevrilir. Uşağın valideynlərinə qarşı hissləri "donmuş" olur, bir bədbəxtlik üz verəndə etinasız yanaşırlar, onlarda empatiya qabiliyyəti zəif inkişaf edir. Başqalarının kədərinə şərik olmaq, uğurlarına sevinmək kimi hisslərə sahib ola bilmirlər. Yaşlandıqca belə valideynlər özləri yetişdirdiyi övladlardan diqqət, qayğı görmədikdə, etinasızlıqla üzləşdikdə etdikləri səhvləri görmür, bəraət üçün övladlarını nankor, zəmanə övladı kimi qiymətləndirərək günahkarlıq hissini özlərindən uzaqlaşdırmağa çalışırlar.Bəzən atalar öz uşaqlıqlarını xatırlayaraq valideynlərinin onları cəzalandırdıqlarını, döydüklərini fəxrlə söyləyirlər. Müəyyən situasiyalarda bu cəza usulunu öz ailələrində də tədbiq edir, bunun təhlükəli bir hal olduğunu düşünmürlər. Fiziki cəzaların vurduğu mənəvi yaraların fərqində belə olmurlar. Belə cəza üsulu valideyn ilə uşağın bir- birini anlamaq imkanlarına olan son ümidi də məhv etmiş olur. Fiziki cəza alan uşaq bir müddət qorxudan özünü ədəblə aparsa da, ətrafdakılara qarşı münasibətdə etinasız və saymaz olur. Ən böyük cəza fiziki zorakılıqdansa, valideynlərin qəmgin və məyus görünməsidi.Yaranan münaqişələrə səbəblərdən biri də bir insanın diğərlərinə qarşı hədsiz diqqət göstərməsi, özünü unutmasıdı. Belə adamlar özlərinə qarşı laqeyd, başqalarının məsuliyyətini öz üzərilərinə götürməyə meylli olur, özlərini unudur, öz "mən”lərinə etinasız yanaşırlar. Onlara ehtiyacı olan insanlar hədsiz diqqət və qayğıdan usanır, bu onlar üçün adiləşir, öz əhəmiyyətini itirməyə başlayır. Və ona ehtiyac azalmağa başladıqda bunu qəbul edə bilmirlər. Unutmayaq ki, ətrafdakılara nə qədər heyran olsaq da, əzizlərimizı, yaxınlarımızı hədsiz sevsək də, onlara bu sevgimizi qayğımızı doğru göstərə bilmək üçün əvvəl özümüzün qayğımıza qalmalıyıq ki, diqqətimizi qarşı tərəfə də düzgün istiqamətləndirə bilək. Özümüzü də sevək.Psixoloq Yeganə İskəndərova
Insanın özünəməxsus fərdi xüsusiyyətə malik təkraredilməz varliq olması da məlum. Və hər bir insan özündən asılı olmadan belə xüsusi münasibət tələb edir. Psixologiyada latinca hərfi mənasi daxilə baxmaq, deyilən INTROSPESTARE metodu var. Bu yolla insan öz- özünü müşahidə etməklə öz duýğulari üzərində nəzarət etmək qabiliyyətinə malikdir. Öz daxili mənəvi aləmine müntəzəm nəzər yetirmək əxlaqı şüurun ilkin şərtidi. Bu duyğulari daim nəzarətində saxlayan insan, mənəvi cəhətcə saflaşmağa, həmişə ülviliyə doğru meyl etməyə, özünə nəzarətə imkanı olur. Bunsuz əxlaqca kamilləşmək də mümkün deyildir. Jan Jak Russonun təbirincə heç bir kəs insan həyatını onun özündən yaxşi təsvir edə bilməz. Insanın daxili vəziyyəti, keçirdiyi sevinc- kədər, daxili sarsintilar - həyatı bütövlükdə yalniz onun özünə məlumdur. Hər bir insan öz pəncərəsindən baxar həyata və gördüyünün ya da bildiyinin doğruluğuna inanar. Bir qismi özünü xoşbəxt hiss edər, bir başqası, əksini düşünər. Heç kimsə meni anlamir- deyər və dayanar. Öz doğrularımızı sübut etmək üçün çalışdıqca isə kədərlənər, bəzən də döyüşər, mübahisə, müzakirə edərik. Heç kimin ağlına, qarşı tərəfin yerinə keçərək həyata onun gözüylə baxmaq gəlməz, gəlsə də istəməz, özünün haqlı olduğunu düşünər və buna görə anlaşılmazlıqlar, döyüşlər, ayrılıqlar olar. Əsəbiləşərkən niyə bərkdən qışqıraraq danışdıqlarımızın fərqindəsinizmi?! Ürəklər uzaqlaşir deyə səs tonumuz yüksələr, halbuki biri ilə mübahise edərkən və ya fikir mübadiləsi sürərkən özümüzü qarşı tərəfin yerinə qoyub onun dünyagörüşü, hadisələrə nəzəri və nəhayət haqli və ya haqsız olmas ilə baxa bilməliyik. Beləcə qarşı tərəfi rahatlıqla anlaya bilərik. İnsanin şüuraltısının dərinliklərində bildikləri, dərk etdikləri, qavradıqları, gördükləri, hiss etdikləri və zaman - zaman özünü büruzə verir. Bizə məlum olan dünyaya bir az ümidlə yaxınlaşsan həyatın sənə gətirdiyi gözəlliklərə, sürprizlərə, rahatlıqla adaptasiya olarsan, asanlıqla uyğunlaşma təmin edə bilərsən. Səni anlamaq istəməyən, düşünməyən, anlamazdan gələn insanlara əsla övkələnməməli, yol verməlisən ki, yanından ötüb keçsinlər. Şəfqət, mərhəmət dolu baxışlarla təbəssüm edib həyatı dərk etməkdə yardımçı olduqları üçün ıllər sonra qəlbində təşəkkür edərsən onlara. Yaşadiqca anlarsan ki, ruhun hələ də uşaqdı, heç böyüməyib. Onu böyüməyə qoymayan hələ də kirlənməyə qoymadığın təmiz hisslərindi. Ruhunun uşaq qalmasına icazə ver, əks halda bu xarakterlə dünyanin girdabinda yaşamaq çox çətin olar, elə indi də çətindir, amma ruh ki, dəyişilməzdi. Tanri tərəfindən hər bir canlının xüsusən doğma olan insanın qəlbindən üzünə hopmuş işığı, nuru daha da işıqlandırmaq, aydınlatmaq üçün könül gözü ilə görməsi səbəbi olmalıdı insanın.Rəğbət , məhəbbət , xeyirxahlıq da yaxın anlayiş, eqoizmi qovan bir duyğudu. Bunlarla ruh aləminə daxil olur, özümüzü başqa varliqda hiss edir, sevincə sevinir, kədərə şərik oluruq. Sevən üçün bəxtiyarliq, sevilən üçün xeyirxahlıq toxumu səpən bir qüvvə, fədakarlıq, öz qəlbini, düşüncəsini, beynini başqalarının səadəti uğrunda sərf etmək ruhudu məhəbbət. Insanda dürüstlük tərbiyə edildikdə bütün hisslər arxada qalir, dəyişməz, sadiq, bağlı olur, ailəsinə, duyğularına. Ülviləşır, kamilləşir insan. Başqalarına rəğbətlə, məhəbbətlə yanaşırsa qarşiliq gözləmirsə, ruhən, mənən yüksəlir, nəzərlərdə də böyüyür. Deməli yaşadığımız həyata görə cavabdehik. Bizi əhatə edən aləm daxilimizi əks etdirirsə, həyatimizda nə baş verirsə cavabdehik. Həyatimizin bizə gülümsəməsi üçün evvəlcə ona öz yaxşi əhval-ruhiyyəmizi həvale edək, sonra təmiz hisslərlə təmənnasiz, əvəzində heç nə gözləmədən riyadan uzaq rəğbət və məhəbbətimizi əsirgəməyək. Psixoloq Yeganə İsgəndərova
Bir insan dünyanın aqibəti ilə bağlı naümüd olanda bu özü da artıq bir gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür və özünü idarə edə bilmək çətinləşir. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnə bilmə ehtimalı çox olur. Xəstəliklər qədər psixoloji təzyiqlər də təhlükəlidir. Korona virusun həyatımıza təsirinin mûvəqqəti olduğunu dūşünərək bir müddətdən sonra təhlükəli olmayacağını bildiyimiz halda, bəzi həssas adamların özündə yaratdığı depressiyanın nəticələrini indidən görmək o qədər də çətin deyil. Və bu hal insanın xarakterinə, davranışına öz mənfi təsirini göstərə bilər. Yerli -yersiz qəbul edilən bolluca informasiya orqanizmi üzür, insan gərgin olur, adət etdilməyən yaşam tərzilə stresə düşür. Gücümüz tükənmək üzrə olanda yaşadığımız həyatın fərqinə varırıq, narahatlıq, həyəcan, inamsızlıq bizi bürüyür, sonu bitməyən gərginliyimizin nəticəsində bəzən xəstəliklərlə də üzləşə bilir insan. Karantin rejimində "evdə qal" prinsipinə əməl edərək hər gün yuxudan durar - durmaz koronavirusun yayılmasının mənfi fəsadlarını, ölüm hadisələri ilə bağlı üzücü xəbərlər eşidirik. Gərgin ömür beyini yüklənir, insanı sarsıdır, stressə səbəb olur. Dünyada yaşanan böhran, gərginlik yaradan daha üzücü informasiyalar , koronavirusla bağlı ölüm hadisələri və hər birimizin şəxsi problemləri ilə üst-üstə gəlir, şəhərımizin sükut içində adamlarsız təsəvvürü, bəzi hallarda müşahidəmiz, öyrəşmədiyimiz abu- hava insanları yükləyir, gərginliyə səbəb olur. Bu gərginliyin nəticəsi olaraq həyata baxışımız dəyişir, yorğun, əsəbi davranış bəzən doğmalara qarşı tətbiq olunur. Mənfi, inamsiz, ümídsiz düşüncələrimizlə həyatımızı kodlaşdırmiş oluruq. Istəklər ürəkdən gəlməlidi, tərəddüd ediriksə, düşüncələrimizdə inamsızlıq, qarmaqarışıqlıq varsa elə neqativ olaraq qalacaq. Mənfi, təzadli saydığimız bir fikrə qarşı müsbət təəssurat yaranırsa qarşılıqlı fikirlərin şüuraltı asılı olmayan, duyğularımızın hiss etdiyi anlamından irəli gəllir. Gələcəklə bağlı xoş plan varsa insanın ona inamı azalır, sosial, kütləvi stress, kütləvi narahatlıq yaradır. Ümidsizlik hissi artır, dünyanın aqibəti ilə bağlı naümüdliyə, gərginliyə səbəb olur. Narahatlıq insanı daxildən üzür, tənzimləmək çətinləşir. Bütün çətinliklərin öhdəsindən gəlməklə gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırar, insana gümrahlıq gətirər, həm də bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır. Diqqət ruhumuzun elə yeganə qapisidi ki, şüurumuzda olan nə varsa buradan keçir. Diqqətimizi, sevgimizi bir- birimizdən əsirgəməyək. Özümüzü müsbət düşunməyə öyrədək və inanaq ki, dünyanı lərzıyə gətirən bu bəlanın törəddiyi fəsadlar ötüşəcək. Əhvalımızın yüksək olması indi çox vacib amildi. Xoş ovqatı özümüzə təqlid edək, gülümsəyək. Evdə qalaraq ailəmizə münasibətdə nə qədər pozitiv olsaq, qayğılə, həssaslıqla yanaşsaq, bir o qədər depressiyadan uzaq düşərik. Səmamızı bürüyən qara kölgələrin çəkilməsini, virusun uzaqlaşmasını, bu çətin günlərin aradan qalxmasını gözləməyə özümüzdə güc, təpər taparıq. Həyatımızın ən xoş anını, saatını, günlərini xatırlamağa çalışaq. Günəşin doğması, üfüqün sonsuzluğu, xoş rahiyəli təbiət, quşların səsi, çiçəklərin qoxusu, bəyəndiyimiz ətir, gözəl sima, duyğular, sevdiyiniz rəng, rəsm, foto, musiqilə də həyatımıza rəng qataraq inanaq ki, hər şey gözəl olacaq. Həyat ən əziz nemətdi, onu sevməmək və ya qiymətləndirməmək mümkün də deyil. Həyat sevgisində olan ecazkar qüvvə ilə ən çətin maneələri aradan qaldırmaq mümkün olduğuna inanaq. Psixoloq Yeganə İskəndərova
Bağlanma nədir və necə yaranır? Bağlanma, həyatımızda önəmli yer tutan insanlara qarşı yaranan duygusal bağdır. İnsanlara bağlanma tərzimiz uşaqlıq dövründən formalaşmaqdadır. İnsanların sahip olduğu bağlanma tərzi körpə ikən ehtiyaclarını qarşılayaraq, ona baxan insan ilə arasında yaranır. Bu insan isə bir çox durumda uşağın anası olur. Uşağa baxan insanla körpə arasında yaranan bağlılıq uşağa güvəndə olduğu hissini verir. Körpə uşaqın baxıcısına qarşı müsbət duygular bəsləməsi irəliləyən yaş dönəmlərində digər insanlara qarşı münasibəti və hansı bağlanma tərzinə sahib olmasına önəmli dərəcədə təsir edəcəkdir. Bu səbəplə 0 ilə 3 yaş arası uşağın hansı bağlanma tərzinə sahip olmasında önəmli dönəmdir. Hansı bağlanma tərzləri vardır? Bağlanma tərzlərini izzah etmək üçün fərqli araştırmacılar fərqli tipologiyalar ayırmışdır. Hazan ve Shaver isə “güvənən”, “təşvişli-qərarsız” ve “təşvişli-qaçan” olaraq üç yetişkin bağlanma növünü fəqrləndirdi. Hazan və Shaver (1987) bağlama nəzəriyyəsi ilə sevgi münasibətlərinə yeni bir baxışla baxılacaqına inanaraq, sevgi münasibətlərində bağlanma tərzinin vacibliyini vurğuladılar. Bağlanma tərzinə görə sevgi münasibətlərində hansı davranışlar göstərilir? Güvənən bağlanma- bu bağlanma stilinə sahib şəxslərin özünə inamı digər bağlanma tərzlərinə sahip insanlara nisbətən daha yüksəkdir. Bu şəxslər bağlandıqları insandan ayrıldıqları zaman narahatlıq, təşviş duyğusu yaşamırlar amma onlarla yenidən barışdıqlarında isə ruhən rahatlıq hiss edirlər. Güvənli bağlanma tərzinə sahip olan insanlar partnyorlarını daha az qısqanırlar. Özlərinə və partnyorlarına olan inamı isə başqalarından daha yüksəkdir. Münasibətlərində problem yaşadıqda isə münasibətlərini qorumaq üçün daha çox çalışırlar. Təşvişli və qərarsız bağlanma- bu tərz bağlanmaya sahib olan insanlar yeni münasibətlər qurmağa daha çox can atırlar. Amma bununla birlikdə, münasibətlərinin ayrılıqla sonlanacağı qorxusunu da yaşayırlar. Bu bağlanma stilinə sahib olan şəxslərin özünə inamı isə digər bağlanma üslublarına nisbətən daha aşağıdır. Bu şəxslər partnyorlarından ayrıldıqlarında, daha çox stres və narahatlıq keçirirlər. Ən yüksək qısqanclıq və sahiblənmə davranışları da bu insanlarda müşahidə olunur. Təşvişli-qaçan bağlanma stili - bu bağlanma stilinə sahip insanlar digər insanlarla yaxın münasibət qurmaqdan və onlara bağlı qalmaqdan narahatlıq keçirirlər. Bu insanlar sevgi münasibətləri qurmağa həvəslidirlər amma keçmişdə yaşadıqları xoş olmayan təcrübələrini nəzərə alaraq sevgi münasibətləri qurmaqdan çəkinirlər. Birlikdə olduqları şəxsdən ayrıldıqlarında isə xüsusi bir reaksiya göstərmirlər və barışdıqları zaman yaxınlıq qurma davranışlarını partyorlarından gözləyirlər. Bu bağlanma stilinə sahib olan insanlar digər insanlara görə daha az qısqanclıq duyğusu yaşayırlar. Bu isə onların duyğularından qaçmaları və onları bastırmaqlarından irəli gəlir. Bu insanlar qısqanclıqla qarşılaşdıqda isə, münasibətdəki üçüncü şəxsə qarşı daha çox qəzəb və emosional reaksiya göstərirlər. Təşvişli-qaçan bağlanma stilinə sahib şəxslər münasibətlərində problemlərlə qarşılaşdıqlarında münasibəti qorumaya yönəlik davranışları ən az göstərən şəxslərdir. Onlar sevgi münasibətlərindəki problemləri partnyorlarından qaçaraq və ya ayrılaraq həll etməyə çalışırlar. Bağlanma tərzi dəyişdirilə bilərmi? Sahip olduğumuz bağlanma tərzini dəyişdirilib dəyişdirliməməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Amma bağlanma tərzlərinin bilinməsi sevgi münasibətlərində yol verilən xətaların və yaşanan çətinliklərin ortadan qaldırılması və uyğun addımların atılması üçün önəmlidir.
Son zamanlarda çox sıx-sıx eşidilməyə başlanan əsasən də sosyal medyanın istifadəsinin artdığı zaman yayılan Ghosting nədir? Necə baş verir? Sosyal medyanın və müxtəlif tanışlıq saytlarının istifadəsinə başlamaqla birlikdə tanışlıq, flört etmə daha asan bir hal olmağa başladı. Yaxın dost və ya tanışı vasitəsiylə instagramda, getdiyiniz bi məkanda ya da hər hansı bir yerdə tanışmış ola bilərsiniz. İlk baxışda xoş enerji, səmimi söhbət, zafatcıl ünsiyyət və s.. Telefon nömrələri alındı, mesajlar atıldı, yoxlamalar başlanıldı. Görüşmə üçün vaxt təyin edildi.. Görüşüldü, danışıldı.. Birlikdə çox gözəl zaman keçirdiniz və xoşbəxt ayrıldınız. Təkrar görüşmə üşün gün seçildi təkrar görüşdünüz bu dəfə daha yaxın münasibət əl-ələ tutdunuz.. Qırılma nöqtəsi bundan sonra başlayır. Bir neçə həftə vəya ay sonra bir ya da iki gözəl görüşmə sonrası tam bu dəfə oldu, kimyamız tutdu artıq xoşbəxtlik mənim də qapımı döydü dediyiniz an... qarşı tərəf fərqli davranmağa başlayır. Axtaran, soruşan o zarafatcıl adam ortada yoxdur. Ardında isə çaşmış, özgüvəni zədələnmiş, tükənmiş birini qoyur. Romantik münasibətlərdə sağlam bir başlanğıc üçün sağlam təməl və ünsiyyət bacarıqları lazımdır. Amma bəzən tərəflərdən biri danışmaq istəmir və ortadan yox olur. Bu ortadan yox olma situasiyasını izah edən bir termin vardır. Bu 2000-cə ilin ortalarından istifadə edilməyə başlanan Ghostingdir. Bəzən münasibətlərdə tərəflərdən biri heç bir səbəb göstərmədən birdən-birə ortadan yox olaraq münasibəti bitir. Və partnyorunun nə zəng nə də mesajlarına cavab vermir. Görməzdən gəlmək kimi hiss edilən bu vəziyyət münasibətlərdə ghosting olaraq adlandırılır. Ghosting əvvəlcə rəddedilmə və ya tərkedilmə kimi düşünülə bilir. Ghostingə uğrayan şəxs qız vəya oğlan səssizlik səbəbiylə münasibətin bitib bitmədiyinə də əmin ola bilmir. 2018-ci ildə edilmiş bir araşdırmaya görə insanların təxminən 25%-i həyatlarının müxtəlif zamanlarında ghostingə məruz qalırlar. Əsasən 18-29 yaşındakı insanlar bu vəziyyətlə dah sıx qarşılaşırlar. Ghostingin səbəbləri nələrdir? 1. Qorxu- İnsanların bir qismi yeni bir insan tanımaqdan, emosional münasibətlərdən qorxa bilirlər. Bu səbəbdən işlər çox dərinləşmədən ortadan yox olurlar. 2. Bir nəticənin olmaması- Birinə ayrılmaq istədiyinizi deyəndə mənfi vəya müsbət bir reaksiya ilə qarşılaşırsınız. Ghosting tətbiq edən insan bunlarla yəni ayrılma səbəbini açıqlamaqla məşğul olmaq istəmir. 3. Öz xeyirini güdmək- Bəzi münasibətlər bizə mənfi təsir edə bilər. Belə vəziyyətlərdə ayrılmaq açıqlamsı etmədən sadəcə uzaqlaşa bilərsiniz. Bu özü bir ghostindir. 4. Münasibətin gətirdiyi məsuliyyətdən qaçma- Biriyə tanışdığınız zaman ilk başda olan həyəcan zamanla yerini qorxuya verə bilər. Bu vəziyyətdə bağlanmaqdan qorxan insanlar da ghosting tətbiq edə bilər. Ghosting`ə məruz qalmanın əlamətləri 1. Zənglərə sıx-sıx cavab verilmirsə- Bəzən telefona zəng çatmaya vəya məşğul ola bilər. Amma partnyorunuz sıx-sıx ortadan yox olursa və zənglərinizi uzun müddət cavabsız qoyursa buna diqqət etmək lazımdır. 2. Münasibətinizdə dəyişiklik varsa- Münasibətinizin təkrarlanmasının qarşısını almalısınız. Əgər münasibət hər zamankı kimi deyilsə və aranızda bir məsafə olduğunu düşünürsünüzsə bunun üstündə düşünmək lazımdır 3. İkinizdən birinin həyatında böyük bir problem varsa- Partnyorunuzun vəya sizin həyatında yolunda getməyən birşeylər olduğu zaman tək qalmaq və problemə fokuslanmaq istəyə bilərsiniz. Fiziki və ya emosional məsafə artdıqca ayaq uydurmaq imkansız görünə bilər. Bu səbələ ghosting qaçınılmaz bir yol kimi gələ bilər. Ghosting’i uğradıqda edilməlidir? Əgər partnyorunuz tərəfindən ghostingə məruz qaldığınızı düşünürsünüzsə, israr etmək yerinə vəziyyəti qəbul edib uzaqlaşmaq daha yaxşı nəticə verə bilər. Münasibətin başlanğıcında olsanız belə, belə bir durumun sizdə yaradacağı emosional təsir böyük ola bilər. Ghosting özgüvəninizə mənfi təsir edə bilər. Bu vəziyyətdə edəcəyiniz bir neçə yol var. Sərhədlərinizi müəyyən edin- Duyğularınıza diqqət edin və yaşadığınız bu vəziyyətlə bağlı özünüzə sərhədlər qoyun. Hər gün onun sosyal hesablarına baxmaq vəya ondan mesaj gözləmək yerinə özünüzə qarşı dürüst olun və onunla bağlı mövzuları düşünməkdən uzaqlaşın. Özünüzü günahlandırmayın- Partnyorunuzun nə səbəbə münasibəti bitirdiyinə dair əlinizdə heç bir dəlil yoxdur. Buna görə də ağlınızda fərqli senariyalar qurub özünüzü günahlandırmayın. Əlbəttə ki, bir cavab axtarışındasınız amma özünüzü günahlandıraraq daha fərqlə senariyalarla emosional olaraq daha çox zerər görə bilərsiniz. Onun üçün bir zaman məhdudiyyəti qoyun- Bir neçə gün və ya həftə ondan xəbər almadınız gözləməkdən yoruldunuz mu O zaman ona bu vəziyyətlə bağlı bir mesaj yaza bilərsiniz. “Gələcək hftə içində səndən bir mesaj və ya zəng gözləyirəm” şəklində. Yenə də yazmadığı təqdirdə münasibətin bittiyini düşünə bilərsiniz. Bunu düşünmək çətin olsa belə bu kontrolun sizdə olduğunu hiss etdirir. Duyğularınızla üzləşin- Belə bir vəziyyətdə mütləq duyğularınızla üzləşməlisiniz. Üzüntünüzdən qaçmaq üçün pis vərdişlər qazanmaqdansa bütün üzüntünüzlə üzləşin. Duyğularınızı yazaraq vəya dostlarınızla paylaşaraq bunu edə bilərsiniz.
Kokoloji şəxsiyyət testinin əsası psixologiya professoru Isamu Saito və Tadahiko Nagao tərəfindən qoyulmuşdur. Bu testə təməli psioloji faktlara əsaslanan bir növ özünü kəşf etmə oyunu da deyə bilərik. Başlamadan öncə kiçik bir xatırlatma, Ağlınıza ilk gələn cavabı qeyd edin Cavabları təxmin etməyə çalışmayın Özünüzə qarşı dürüst olun Test 1. Məhkəmə salonunda çəkilən bir filmdə aktyorsunuz. Aşağıdakılardan hansını oynayardınız? a. Vəkil b.Dedektiv c. Cinayətkar d. Şahid Cavablar Aktyor sizin sosyal mənliyinizi və ətrafa sərgilədiyin üzünüzü təmsil edir. Seçdiyiniz rol isə kriz anında necə reaksiya verdiyinizi izah edir. a. Ən çətin vəziyyətdə belə soyuqqanlısınız və sizi tər tökən görmək mümkün deyil. Lakin gərgin durumlarda ortaya çıxan başqa bir mənliyiniz də var. Məhdudiyyətləri unudacaq qədər od püskürən və lazım gələrsə partlamağa hazır bir savaşçısınız.Bu soyuqqanlılıq və atəşlilik sizi hər zaman ən ümidsiz vəziyyətlərdə belə düzlüyə çıxarır. b. Xaos və qarışıqlıq sizə təsir etmir. Başqaları özünü itirəndə belə siz sakit düşünə bilirsiniz. Ətrafınızdakılar bu xüsusiyyətinizə hörmət edir və çətin vəziyyətdə qaldıqda sizdən kömək istəyirlər. c. İlk baxışda güclü və laqeyd görünsəniz də, əslində mübarizəni sonuna qədər aparmaq üçün gücünüz kifayət etmir. İşlər çətinləşdikcə, təşvişə düşür vaxt itirirsiniz, problemləri həll etmək yerinə özünüzü danlamağa başlayırsınız. Edə biləcəyiniz ən yaxşı şey problemlərinizi praktik yolla həll edə bilən daha təcrübəli biri ilə əməkdaşlıq etməkdir. d. Hər vəziyyətdə uyumlu və yardımsevər olaraq görünsəniz də, başqalarını razı salmaq üçün sərf etdiyiniz enerji sizi bir o qədər yorur. Hər kəslə hər zaman yaxşı keçinmək istəyi tutarsız hətta güvənilməyəcək birinə çevirir. Hərəkətləriniz başqalarını xoşbəxt vəya bədbəxt edib etmədiyini düşünməyi bir kənara qoymalısınız. Özünüzü sübut etməniz gərəkən tək insan özünüzsünüz. Uzm Psixoloq Gülnarə Muxtarova
Açıq adres psixoloji blogunun yaradıcısı Azərbaycan Dövlət Pedaqoji Kollecinin psixoloqu 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya və Pedaqogika fakultəsində bakalavr 2016-2018-ci illərdə həmin universitetdə psixologiya üzrə magistr təhsili almışdır İnsanları daha yaxından tanımaq və onlara yardımçı olmaq üçün 2015-ci ildə Asan xidmətdə könüllülük programında iştirak etmişdir 2016-cı ildə Azerbaijan British College-də 6ay staj keçmişdir 2018-2019-cu illərdə Ada tədris mərkəzi və Free baby uşaq bağçasında psixoloq olaraq fəaliyyət göstərmişdir 2018-ci ildən şəhərdə və rayonlarda yaşayan pasientləri üçün online psixoloji xidmət göstərir 2009 BMT-nin insan hüquqları bəyannaməsinin 60illik yubileyinə həsr olunmuş treninq 2016 Kayhan Karlı Egitimde yaraticilik ve icsel motivasyon 2017 You are the best İnsa müsabiqəsi qalibi 2017 USB Akademiya iştirakçısı, natiqlik, layihələrin idarə edilməsi bacarıqları və bədən dili üzrə təlimlər 2017 Time to help children layihəsi 2018 Psixoloq Gülər Məmmədova Peşə seçiminin ailə daxili münasibətlərə təsiri seminar 2018 Psixoloq Gülər Məmmədova Cinsi tərbiyə və cinsi münasibətlər seminar 2018 II İnternational Scientific Conference of Young Researchers konfrans 2018 Sara Pour Motivasyon və Bilinçaltı seminar 2018 Psychology of the racism and discrimination training 2019 SHE CONGRESS 100 Business Women of Azerbaijan 2019 Azerbaycan Qadını forumu 2019 Woman at Hilton AMCHAM-American Chamber of Commerce in Azerbaijan 2019 Mindfulness tools for living with less stress and more focus and wellbeing trening 2020 Applied Behaviour Analisys conference
Həyatımızın hər mərhələsində fərqli krizlərin yaşanması mümkündür. Son zamanlarda insanlar üçün ortaq olan kriz isə "Covid-19" pandemiyasıdır. “Covid-19” bütün dünyada hamı üçün ortaq kriz olsa da insanlar virusa qarşı fərqli emosional reaksiyalar verirlər. Çünki hər bir şəxs fərqlidir, hər kəs hadisələri fərqli qavrayır və öz inanclarına, düşüncə tərzinə görə şərh edir. Bu çətin günlərdə özünüzü, yaxınlarınızı virusa qarşı qorunmaq üçün əhvalınızı yüksək səviyyədə tutmaq və lazımi qaydalara riayət etmək sizin üzərinizə düşən əsas vəzifələrdən biridir. Bu vaxtlarda əhvalınızı yüksək səviyyədə tutmaq və özünüzü daha rahat hiss etməniz üçün istifadə edə biləcəyiniz fərqli relaksasiya metodları vardır. Özünüzü rahat hiss etməyin metodlarından biri doğru nəfəs almaqdır. Doğru bir şəkildə alınan nəfəs ağır, dərin və səssiz alınan nəfəsdir. Nəfəs aldığınız müddətdə 1 saniyədə dərindən nəfəs alın, nəfəsinizi 4 saniyə ağciyərlərinizdə saxlayın və 2 saniyədə nəfəsinizi yavaş-yavaş verin. Bunu hər gün müntəzəm olaraq təkrarlayın. Bu texnikanı tez-tez təkrarlamağınız sizin özünüzü daha rahat və fərah hiss etmənizə səbəb olacaqdır. Bu dönəmlərdə, əhvalınızı yüksək səviyyədə saxlamağın digər bir yolu isə sizə xoş təəsürat bağışlayan insanlarla ünsiyət saxlamağınızdır. Karantin rejimində olduğumuz üçün bunu telefon, sosyal şəbəkələr vasitəsilə etməyiniz daha məqsədəuyğundur. Uzun zamandır danışmadığınız dostlarınızla əlaqə saxlaya, keçmişdə olub keçən gözəl günləri yenidən xatırlaya və müzakirə edə bilərsiniz. Evdə qaldığınız müddətdə uzun zamandır etməyi planladığınız amma zaman məhdudiyyəti ucbatından edə bilmədiyiniz işlərinizi etməyin əsl zamanıdır. Alternativ fikir olaraq, oxumağı planladığınız kitabları oxuya, hobbilərinizə zaman ayıra, yeni yemək reseptlərini sınaya bilərsiniz. Bunlardan başqa, internet vasitəsilə öyrədici online seminarlara qatıla, sertfikat əldə edə, yeni xarici dil öyrənə və ya bildiyiniz hər hansı xarici dili inkişaf etdirə bilərsiniz. Gələcəyə yönəlik pozitiv düşünməyə çalışın. Bu vəziyyət bitdikdən sonra nələri edəcəyinizə dair planlar qura bilərsiniz. Unutmayın ki, vəziyyəti yenmək üçün dünyada və ölkəmizdə tədbirlər davam edir. Uzm.Psixoloq Elnara Maharramova
Autizm fərqindəlik günü autizmlə bağlı dünya miqyasında olan problemlər və həlli yolları, autizmlə bağlı tədqiqatlar aparılmasına təşviq, erkən diaqnoz üçün müalicə metodlarını genişləndirmək üçün BMT tərəfindən elan olunmuşdur. Autizm anadangəlmə vəya həyatın ilk illərində meydana gələn başqaları ilə ünsiyyətə mane olan mürəkkəb bir neyro-ekstremal xəstəlik kimi təsvir olunur. Autizm ən tez 8 aylıq ikən özünü göstərir. Dəqiq klinik diaqnoz üçün 3 yaşını gözləmək lazımdır. Autizmin ən çox bilinən əlamətləri: Göz təması qura bilməmək, Yaşıdları ilə oynamaqda çətinlik çəkmək, Başqaları ilə əyləncə, maraq və müvəffəqiyəti paylaşmada laqeyidlik, Empatiyanın olmaması, autistik insanlar başqalarının ağrı və kədər kimi hislərini başa düşməkdə çətinlik çəkə bilərlər, Nitq inkişafının ləngiməsi autistiklərin % 40 i heç vaxt danışmır Qəlibləşməş və təkrarlanan nitq, Eyni işləri görməkdə israrcı olmaq, Qarşısındakının fikrini başa düşməkdə çətinlik çəkir. Məsələn, zarafat məqsədli ifadələri başa düşə bilmirlər sözləri qavrayır və başa düşür amma nə demək olduğunu başa düşə bilmirlər. Hal-hazırda autizmin müalicəsi üçün vahid bir müalicə metodu yoxdur. Amma simptomları minimuma endirmək və bacarıqlarını artırmaq üçün bir çox yol var. Autizmlər doğru müalicə və müdaxilələrlə bütün bacarıq və qabiliyyətlərini istifadə etmək şansına sahibdirlər. Müalicə və müdxilələr hər bir insan üçün fərqlidir. Hətta bəzi hallarda müalicə autizmli insanlara normal insanlar kimi həyatını yaşamağa kömək edə bilər. Bu məqsədlə xüsusi davranış təhsili və müalicə tətbiq olunur. Nitq inkişafına yönəlik müalicə, motor qabiliyyətlərini artırmaq üçün terapiya və sosial ünsiyyət bacarıqlarına yiyələnmək üçün tətbiq olunan müalicə üsulları arasındadır. Uzm Psixoloq Gülnarə Muxtarova