redaktor

Şəhanə Quliyeva

“Sənətim üçün həyatımı qurban verdim” – Məşhur türkiyəli psixoloqla müsahibə/FOTO

Türkiyənin məşhur psixoloqu, münasibətlər üzrə mütəxəssisi, kitab yazarı Aşkım Kapışmakın dünən -18 noyabr Pullman hoteldə seminarı baş tutub. Psixoloq.az xəbər verir ki, mütəxəssis tədbirdə, insan həyatı üçün vacib məqamlara toxunub. Həmçinin yeni “Alma desəm çıx” adlı kitabı barədə danışıb. Qeyd edək ki, seminardan sonra kitab imzalama mərasimi keçirilərək iştirakçılara Aşkım Kapışmak izmalı sertifikatlar verilib. Əməkdaşımız Şəhanə Quliyevanın psixoloq Aşkım Kapışmakla apardığı müsahibəni təqdim edirik: -     “Aşkım” gerçək adınızdır? -     Bəli, öz adımdır. -     Məşhur olmaq üçün əlavə ada, ləqəbə ehtiyac duydunuz? -     Aşkım adı hər zaman insanlara fərqli gəlib. Adım üçün xüsusi hazırlığa ehtiyac qalmadı. Adım və soyadım qəribə olduğu üçün  hər zaman maraq çəkib. Əlavə nəisə etməyə ehtiyac duymadım. -Adınızı kim qoyub? -     Rəhmətli olan nənəm qoymuşdu. - Bu qədər məşhur olmağı gözləyirdiniz? -     Əslində bütün dünyaya açılmaq, onlar üçün nəisə etməyə çalışmaq istəyirdim. Bunun da yolu məşhurlaşmaqdan keçirdi. Bu qədər düşünmürdüm. Amma inşallah qoruya bilərəm. Əsas olan budur. -     Bu yüksək məqamı əldə etmək üçün həyatınızdan nəisə qurban etdinizmi? -     Təbii ki... Həyatımdan əl çəkdim. Yeri gəldi ailəmlə görüşə bilmədiyim zamanlar oldu, sevgilimlə görüşə bilmədim. Hətta özümlə belə görüşə bilmədiyim zamanlar oldu. Çünki çox çalışırdım. Bu dünyadakı yaşamaq üçün məqsədimi tapdım və inşallah davam edəcək. -     Bir çox turnirlərdə iştirak etmisiniz. Bu səfərlər arasında fərqli gələn, marağınızı çəkən nə olub? -     İnsanlar hər ölkənin psixologiyasına görə dəyişir. Məsələn almanlar daha ciddi, qayda-qanuna, ingilislər isə daha çox məntiqə görə davranırlar, fransızlar intellektualdırlar, azərilər çox istiqanlıdırlar, çox səmimidirlər. Hər ölkədə fərqli hadisələrlə qarşılaşıram. Evlənmə təklifləri çox alıram. Ana qızı ilə gəlir, qızını mənə tanıtdırır.(red: gülür). -     Siz necə cavablandırırsınız? -     Təşəkkür edirəm. Mənə buna layiq gördükləri üçün sevinirəm. Ancaq ola bilməz yəni. -     Bir çox qadınların sizə vermək istədiyi sualı səsləndirmək istərdim. Köhnə sevgililəri, münasibətləri unutmaq mümkündür? -     Bu mümkün deyil. Onsuzda beynimiz unutmağa meyilli deyil. Yaşadıqları ilə yaşamağa, onunla bacarmağı öyrənmək lazımdır. Bu istəklə, həsrətlə yaşamağı qəbul etməlidirlər. Bunu öyrənmək məcburundadır hər kəs. -   Seminarda evliliyin monotonluğundan bəhs etmişdiniz. Evliliyi sonlandırmaq üçün bitiş nöqtəsi nədir? -     Bu hər insana görə dəyişir.  Bəziləri aldadıldığı halda evliliyə davam edə bilirlər. Maddiyyat, cinsi münasibətlər sıxıntı ola bilər. Hər evlilikdə həyəcan olmalı deyil. Ancaq bir çox evlilik kağız üzərində davam edir. Paylaşma yoxdursa, empati qurulmursa, anlaşma yoxdursa evlilik bitməlidir. Evlilik digər səbəblərdən –yəni cinsi problemlər, maddi sıxıntı, aldatmaqdan deyil, anlayışsızlıqdan,münasibət qopuqluğundan bitə bilər. -     Sağ və sol beyin anlayışından həm seminarlarınızda, həm də kitablarınızda bəhs edirsiniz. Əgər evlilikdə cütlüklərdən biri sağ digəri sol beyin üzrə inkişaf edibsə belə evlilik necə davam etdirilə bilər? (Qeyd edək ki, sağ beyini daha çox inkişaf edən şəxslərdə gəzmək, danışmaq, həyəcan, aktivlik daha çoxdursa, digər tip insanlarda bunun tam əksi, ciddilik, panik ataklıq, şübhəçilik daha çox özünü göstərir). -     Bir-birini anlamaqla davam etdirilməlidir. Düşün ki qarşındakı səndən fərqlidir.  Məsələn, sağ beyin daha aktiv, həyəcanlıdırsa, sol beyindən sakitləşməyi, nə zaman durmağı öyrənməlidir. Sol beyin də sağdan daha rahat olmağı, əylənməyi öyrənməlidir. İki tərəf də öyrənməlidir. Bu fərqliliklər ayrı-ayrılıqda üstünlük deyil. -     Hazırda sevgiliniz varmı? -     Xeyr yoxdur. 2 ildir yoxdur. -    Aşkım Kapışmaq bir çoxları üçün möhtəşəm insandır. Belə bir insanı hansı qadın özünə cəzb edə bilər? -     Bunun uzunmüddətdən bəri bilirəm. Mən zəkaya aşiq olanlardanam.  Mən bir qadının vücuduna aşiq olammıram. Hər kişi bəlkə də müəyyən qədər təsirlənir, amma mən hadisələrə baxış tərzi, mərhəmət duyğusu, yeri gələndə dura bilən, oxuyan insanlara daha çox aşiq ola bilərəm. -   İdeal insan istəyirsiniz deyə bilərik? -     Təbii ki zəif cəhətləri olacaq. Məsələn, aqressivliyi, dalaşa biləcək insanları sevərəm, amma həddində edəcək. Zəkasına aşiq ola bilərəm. -   Mən belə oturan zaman belə sizdən qorxa bilərəm. Çünki yüksək səviyyədə bədən dili oxuya bilirsiniz.  Bu qədər dərinliyi bilmək şəxsi həyatınızda sizin üçün çətin olmur? -     İş zamanı asan olur. Şəxsi həyatımda əvvəllər çətin idi. Artıq diqqət etmirəm. Beynim öyrəndi artıq. Fİlm, veriliş izləyən zaman yenə də narahat oluram. Nə zaman yalan deyir və s. anlaya bilirəm özümdən asılı olmadan. -     Sizi bu qədər məşhur edən, sevdirən nədir? Səmimiyyətiniz, biliyiniz ya sadəliyiniz? -     Gözəl maddələr saydın. Mən öyrəndiyimi bildirirəm. Bu bitməyəcək.  Məncə səbəbi daha çox səmimiyyətdir. Universitet zamanı səmimi, yuxarıdan aşağı baxmayan müəllimləri sevərdim. Həyat hər zaman bunu mənə öyrətdi. İnsanların da bu xoşuna gəlir. Həmçinin olanları teatr formasında anladıram. Bu da insanların xoşuna gəlir. Pis insan olmamağa çalışıram. Bəlkə də odur. Dəyərlər mənimçün əsasdır. Yoxsa mən cazibədar, yaraşıqlı deyiləm. Hiss etdiyim budur. -     Yeni kitabınızdan bəhs edək. “Alma desəm çıx” adlı kitabınızla sizcə bir çox insanlar çıxa biləcəkmi? -     Bu kitabı xaricdə Monteneqroda yazmışdım. İçərisi bir çox fəlsəfə, dini kitabların toplusu kimidir. Yaşamadığım nələrisə yazmıram. Qısa müddətdə Türkiyədə çox oxunulan kitablar sırasına daxil oldu. - Yazdıqlarınız sizi problemlərdən çıxartdımı? Özünüzə tətbiq edə bildinizmi? -     İçərisində olanlar həqiqətən mənə faydalı oldu. İnşallah ümidim budur ki, oxuyanlara da təsir edər. Adətən 100-də 10luqda dəyişim olar. Bunda da elə olacaq deyə düşünürəm. -  Bakı ilə bağlı təəssüratlarınız? -     Bakıya ikinci gəlişimdir. Fərqli seminar üçün gəlmişdim. Buranın ətlərini çox sevirəm. Sizin xüsusi dolmanız çox gözəldir. Piti xörəyinizdən yedim. Çox ləzzətlidir həqiqətən. Çox gəzə bilmirəm iş səbəbilə. İnşallah sabah bir az gəzməyə zamanım olacaq. Mənim üçün getdiyim ölkələrdə divarlar vacib olmadı. İnsanlar əsasdır. Sevirəm azərbaycanlıları. Onlar bizə çox dəyər verirlər. Bəzən bizi bizdən daha yaxşı anlayırlar. Müəllif: Şəhanə Quliyeva

"Qonaq gəlmişik olmaz, sakit ol" - Valideynlərin uşağa verdiyi zülm

-         “Mama.. -         Qonaq gəlmişik olmaz, sakit ol!.. “ Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi… Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər. Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır. Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…” Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır. Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq. Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər. Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm… J Aytən Cavadzadə

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi,  sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır.  Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir. Firuzə Qənizadə

Bu fobiyası olanlar, DİQQƏT - Ciddi nevroloji PROBLEMİNİZ VAR

Bəzən sağlam insan xəstə olması ilə bağlı özündə şübhələr formalaşdırır. Bu cür insan bədəninin hansısa bir nayihəsi ağrıdığı zaman sağalmaz bir xəstəliyə yoluxduğunu düşünür. Bu səbəblə tez-tez həkimə gedib müayinələrdən keçir. Nəticələrin müsbət olması belə onun şübhələrinə son qoya bilmir. Psixiatr Orxan Fərəcli açıqlamasında bildirib ki, bu hallar bir çox xəstələrdə, xüsusən də nevroz adamlarda tez-tez görünür: "Xəstəliyin adı ipoxondriya adlandırılır. Bu insanlar bədənlərində yaranan hər hansı bir ağrıya pis bir xəstəliyin səbəb olduğunu düşünürlər. Bəzən baş ağrısından əziyyət çəkən adam başında şiş olduğunu fikirləşir və internetdə araşdırmağa başlayır. Çox vaxt internetdəki məlumata görə xəstə özünə "Xərçəng” diaqnozunu qoyur. Bəzi insanlar fikirləşdiyi üçün həmin xəstəliyin yarandığını düşünürlər. Amma əslində elə olmur. Düşünüldüyü üçün hansısa xəstəliyin bədəndə yaranması tamamilə təsadüfdür. Bu cür fikirləşən insanlarda çox vaxt heç bir xəstəlik aşkarlanmır. Onun xüsusi bir elmi əsası yoxdur. Bu, nevroz xəstələrdə hədsiz çox rast gəlinir. Həmin xəstələr bizim yanımıza gələnə kimi çoxlu həkim və xəstəxana gəzirlər. Həmin adam elə fikirləşir ki, özündə hansısa bir xəstəlik var, lakin həkimər aşkarlaya bilmirlər. Bu düşüncə insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. İnsan "Xərçəng” olmasa belə "Xərçəng” xəstəsi qədər əziyyət çəkir”. Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, sinir sisteminin həssas olması ilə bağlıdır: "Bu, insanın sinir sisteminin zəifliyi nəticəsində yaranır. İnsan çox həssasdırsa, onun sinir sistemində zəiflik varsa, özündə xəstəlik axtara bilər. Bu özü ipoxaodrik nevrozdur (xəstəlikdən qorxmaq). Fobiyası olan xəstələrə aiddir”. Psixoloq Murad İsayev isə əlavə edib ki, bu kimi hallar daha çox fəsil dəyişən zaman müşahidə olunur: "Nevrozun belə bir forması var - sayrışan hallar nevrozu. Sayrışan hallar nevrozunda insan çox həssas olur. Gün ərzində hansısa bir bir xəstəlik haqqında aldığı məlumat həmin insanda narahatıq yaradır. Məsələn, ürək xəstəliyindən əziyyət çəkdiyini zənn edən insan həkimə müraciət edir. Heç bir xəstəliyin aşkarlanmaması həmin şəxsi müvəqqəti olaraq sakitləşdirir. Bir müddətdən sonra bu proses yenidən başlayır. Aylar, illər ərzində bu hallar davam edir. Həmin insanlar çox həssas olur. Hansısa bir fikir, duyğudan müxtəlif hallara düşə bilərlər. Belə hallar insanda daha çox fəsillər dəyişən zaman aktivləşir. Mart, aprel aylarında belə insanlarda aktivlik müşahidə edirik. Bunun üzərində həm nevroloji, həm də psixoloji terapiya formaları keçmək lazımdır ki, insanın özünə inamı formalaşsın”.(mətbuat.az)

Onkoloji xəstəliklərdə bu bitkidən istifadə edin

Bataqlıq gördəvəri Comarum palustre Bataqlıq moruğu, bataqlıq qızılgülü, at sarımsağı, dekop, bataqlıq çiyələyi, dovşanqulağı və s. Bunlar hamısı bir bitkinin – gördəvərin müxtəlif adlarıdır. Bu bitkinin başqa bir adı da var – rus jenşeni. Jenşen kimi bir çox xəstəliklərin müalicəsində tətbiq edildiyinə görə gördəvərə belə ad verilmişdir. Gördəvər dərman bitkisi kimi qədim zamanlardan məlumdur. Hətta onun müalicəvi xüsusiyyətləri haqqında XVII əsr yazılı mənbələrində də məlumat mövcuddur. Laplandlar şaxtalı qütb gecələrində öz güclərini yenidən bərpa etmək üçün gördəvər çayı içirdilər. Çünki bu bitki biostimulyatorlara aiddir. Bəzi mənbələrə görə hətta I Pyotr onun köklərindən hazırlanmış məlhəmdən müalicə məqsədilə istifadə etmişdir. Botaniki təsviri. Bataqlıq gördəvəri çoxillik yarımkol bitkisi olub rütubətli yerlərdə bitir. Rosaceae – qızılgülçiçəklilər fəsiləsinə daxildir. Kökləri uzun, sürünən və oduncaqlıdır. Həm də kök sistemi həddən artıq güclü olduğuna görə qışlaya bilir. Gövdəsi 1 metr hündürlüyə qədər qalxır. Yarpaqları tək lələkvaridir, kənarları dişlidir. Çiçəkləri qırmızı rənglidir. Kimyəvi tərkibi. Bitkinin tərkibində flavonoidlər, efir yağları, keratin, üzvi və fenolkarbon turşuları, vitamin C və s. mövcuddur. Yayılması. Bu bitkini boş yerə bataqlıq gördəvəri adlandırmırlar, çünki o, əsasən bataqlıq, rütubət olan yerlərdə, gölətrafı meşələrdə bitir. Ona Rusiyanın bütün tundra ərazisində rast gəlmək olar. Yığılması. Gördəvərin yerüstü hissəsini bitki çiçəkləyən zaman, yəni yay fəslinin ortalarında toplayırlar. Bu zaman bitkinin tərkibindəki şirələr kökü vasitəsilə qalxaraq onun yerüstü hissəsində toplanır. Lakin onun kökləri bitki çiçəkləyənə qədər yıöılmalarıdır, yəni payızda və may ayında. Bu zaman kök sistemi onun yerüstü hissəsini qidalandırmır. Bir nüansı da qeyd edək ki, kökləri ay batan zaman toplamaq lazımdır. Tibdə tətbiqi. Gördəvər bir çox xəstəliklərin müalicəsində istifadə edilir: artroz, artrit, allergiya, revmatizm, tromboflebit, osteoxondroz, ishal, qrip, qaraciyər xəstəlikləri və s. Hətta bəzi hallarda gördəvər bitkisi onkoloji xəstəliklərin gedişini yüngülləşdirə də bilər. Reseptlər. Gördəvərdən preparatlar yay aylarının ortasında hazırlanır. Çünki bu zaman onun gövdə və yarpaqlarında daha çox şirə toplanır. Diqqət! Dərman preparatı hazırlayarkən gördəvərin kökündən deyil, kökümsovundan istifadə edilir. Spirtli çıxarışın hazırlanması. Gördəvərin xırdalanmış kökümsovları 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra onun üzərinə 0,5 litr araq əlavə edilib qaranlıq sərin yerdə 3 həftə saxlanır. Alınmış çıxarışdan 1 xörək qaşığı götürülüb suda həll edilir və 3 həftə müddətinə daxilə qəbul edilir. Əgər xəstəlik kəskin formada olarsa, onda çıxarışı suda həll etməyə ehtiyac yoxdur. Oynaq ağrıları zamanı spirtli çıxarış ağrı nahiyələrinə yaxılır.Gördəvərin kökləri 1 sm ölçüsündə doğranaraq 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra bunun üzərinə 0,5 l 40%-li spirt əlavə edilib ağzı polietilen qapaqla kip bağlanır. 21 gün qaranlıq yerdə saxlanır. Sonra süzülüb 1 xörək qaşığı cövhər 50 ml su ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 20 gün müddətinə daxilə qəbul edilir.Mədə üçün dəmləmənin hazırlanması. 1 xörək qaşığı qurudulmuş gördəvər bitkisinin üzərinə 1 stəkan qaynar su əlavə edilib termosda dəmlənir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.Gördəvərdən məlhəmin hazırlanması. 1 tubik lanolin məlhəmi (qədimdə bunun yerinə qaz piyindən istifadə edilirdi), 1 xörək qaşığı gördəvər cövhəri, 1 çay qaşığı qırmızı bibər cövhəri, 3 damcı vitamin E və 1 xörək qaşığı bal farfor və ya şüşə qabda qarışdırılır. Alınmış məlhəmlə ağrı olan nahiyələr masaj edilir. Məlhəm soyuducuda saxlanmalıdır. Məhz I Pyotr bu məlhəmdən ümumi halsızlıq, gecə assambleyalarından sonrakı baş, əzələ və oynaq ağrıları zamanı istifadə edərmiş.Təzə yığılmış gördəvər irinli yaraların üzərinə qoyulduqda irinin sorulmasını sürətləndirir.Gördəvərin ən güclü preparatı ondan hazırlanan spirtli çıxarışdır. Bu mədə xərçəngi və leykozdan başqa bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Spirtli çıxarışın xaricə istifadəsi çox vaxt diş ağrıları və diş əti yumşalmaları zamanı tətbiq edilir. Əks göstərişləri. Hamilə və südverən qadınlara, o cümlədən körpə uşaqlara bu bitkidən istifadə etmək məsləhət görülmür. Müəllif: Fitoterapevt Elnur Rəhimov

İş yerində əsəbiləşənlər üçün – Stress zamanı özünü ələ almağın 5 sirri

Neyropsixoloq  Oleq Molçanov stresli vəziyyətlərdə qısa müddətdə özünü ələ almağın ən effektiv üsullarını açıqlayıb. Daha çox ətrafdakıların təsirindən yolda, küçədə, iş yerində əsəbləşən insanda kin, qəzəb, həyəcan hisslərindən qana yüksək miqdarda adrenalin sıçrayır. Stres hormonu insanda ürək döyünməni sürətləndirir, göz bəbəkləri genişlənir, psixi panika artır, stres daha da güclənir. Çox zaman ürək dayanmasından ölüm faktları iş yerində əsəb partlayışından sonra baş verir. İnsana həmin anda özündən başqa heç kim kömək edə bilmir. Ətrafdakıların " özünü ələ al, sakitləş” sözləri daha da qıcıqlandırır. Belə halda qanda adrenalinin səviyyəsini tez endirmək lazımdır. Bunun üçünsə bir neçə üsul var.Medicina.az məşhur neyropsixoloqun həmin üsullarını təqdim edir.1.Dərindən diafraqmal və qarından nəfəs alDərindən nəfəs alıb vermək orqanizmə və qana oksigenin axınını sürətləndirir, nəbzi qaydaya salır, qanda adrenalini azaldır.Əgər təkliyə çəkilə bilsəz, burundan çox dərindən nəfəs alıb, ağızdan buraxın. 5-7 dəfə belə tənəffüsdən sonra halınız yaxşılaşacaq.Əgər adam arasındasızsa, fikrinizi tənəffüsünüzə cəmləyib, heç nədən narahat olmadan, dərindən nəfəs alıb verin 2.Əzələlərinizi oynadınStres zamanı aktif əzələ hərəkətləri adrenalini qovacaq. Əgər küçədəsizsə, qaçın, yerə oturub qalxın, bir neçə idman hərəkətləri edin. Qapalı yerdəsizsə, əllərinizi yumruq kimi sıxın və yumruq atın. 10-15 belə hərəkət kifayət edəcək. 3.Dilini dişləEl arasında tez-tez işlədilən " dilimi dişlədim” ifadəsi elə özümə gəldim mənasını verir. Gərgin əsəb zamanı öz dilinizi dişinizin arasında sıxın. Ağrı sizin fikrinizi yayındıracaq və orqanizmi özünə gətirəcək.4.Vurma cədvəlini və ya telefon nömrələrini xatırlamaqSizi əsəbləşdirən nöqtədən fikri yayındırmaq üçün emosiyalara azadlıq verməmək üçün ideal variant fikrinizdə vurma cədvəlini xatırlayıb, rəqəmləri bir-birinə vurmaq və ya tanışların telefon nömrələrini yada salmaqdır. 3-4 dəqiqədən sonra siz nəyə hisrləndiyinizi unudacaqsız. Həm də kiminsə üstünə qışqırmaqdan xilas olacaqsız. Rəhbərliyin də gözündə ən ağıllı və dözümlü əməkdaş olaraq yüksələcəksiz.Həmçinin stresə davamlılığı səhərlər soyuq-isti su ilə növbəli bədəni möhkəmlətmək də artırır. Həmçinin xoşbəxtlik hormonu olan serotonini artıran qidalardan çox yemək lazımdır: kakao, lobya, ispanaq, şokolad, meyvələr.(medicina.az)

Yuxularımız nədən xəbər verir?

Psixologiyada yuxugörmələr və onların analizindən danışarkən ilk növbədə böyük mütəfəkkir Z.Freyd yada düşür. Yuxuları izah edərkən Freyd sübut etməyə çalışırdı ki, yuxugörmələr heç də təsadüfən və məzmunsuz xarakter daşımır. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu və istəklərin  başqa formada icrasıdır. Onun fikrincə yuxular gələcəkdən xəbər vermir, belə bir halların baş verməsi isə tam təsadüfdür. Şüursuzluğun məhsulu olan yuxuların araşdırılması psixoanalitik üçün böyük imkanlar yaradır.Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin  materialına çevirmək üçün Freyd əsasən iki anlayışdan istifadə etməyi təklif etmişdir: Yuxugörmələrin təhliliYuxugörmələrin yozulması Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını, yuxunun yozulması isə əksinə, yuxugörmənin məzmununun və simvollarının tapılmasını nəzərdə tutur. Freydin fikrincə, yuxunun konkret məzmunu olduqca az məlumata malik olur. Onun qapalı məzmunu daha genişdir. Yuxugörmələrin təhlili prosesində başlıca məqsəd sərbəst assosiasiyalar metodundan istifadə etməkdir. Bu metoddan istifadə edərkən psixoanalitik bir sıra məqamlara diqqət yetirir. Yuxunun məzmunundan asılı olmayaraq, analitik şüuüraltı sahədə cərəyan edən hadisələri axtarmağa cəhd edir. Yəni yuxu görən şəxs öz yuxusunu nə qədər aydın və təmiz təsvir edirsə etsin, onun yuxuda gördüklərinə yalnız simvollar kimi baxılır. Bu simvollara əsaslanaraq şuüraltı açılır. Yuxugörmələri təhlil edərkən onlar bir neçə elementə bölünür. Patsiyentə təklif edilir ki, o özü hər bir elementi ayrı – ayrılıqda izah etsin. Patsiyent izah edən zaman sərbəst assosiasiyalardan istifadə edir. Məsələn yuxuda gördüyü insanın simasını kiməsə bənzədir, onun haqqında ilkin fikrinə gələn hər bir şeyi sözlə ifadə edir. Bu zaman onun şüuraltı səviyyəsinə enmək daha da asanlaşır. Yuxunun yozulması zamanı analitikin patsiyenti səbrlə dinləməsi, diqqətindən heç nəyi yayındırmaması mühüm şərtdir. Yalnız bu şərtlər daxilində qapalı fikirlərin açılması və yuxunun düzgün analizi mümkündür. Müəllif: Psixoloq Elgül Eyvazova

Depressiya zəif insanların xəstəliyidir? - Psixoloji səbəbləri

İnsanı sarsıdan hadisələr, məsələn, sevdiyi birini itirdikdə, müflis olduqda, həyat yoldaşı tərəfindən tərk edildikdə, imtahan nəticələri gözlədiyi kimi olmadıqda və ya imtahandan keçmədikdə depressiyaya girmə daha çox müşahidə olunur. Bəzən də zaman-zaman kiçik streslərlə qarşılaşmağın özü də sonda depressiyaya yol açır. Depressiya düşünüldüyü kimi, zəif insanların xəstəliyi deyildir. Tam tərsinə, daha çox məsuliyyət hiss edən, ailə və dost əhatəsində hər kəsin köməyinə qaçmağa çalışan, hər yükün altına girən insanlar depressiyaya daha tez düşürlər. Bundan başqa, mükəmməlliyi sevən, özlərindən və başqalarından çox şey gözləyən, heç kimi incitməyən, hər kəsin könlünü şad edən, yaxşılıq etməyi sevənlər, özünə güvənsizlik, utancaqlıq, özünəqapanma, narsizm, şübhəçilik hissləri daşıyan, "ya hər şey, ya da heç nə” düşünən insanlar depressiyaya düşə bilər. Depressiyaya düşən insanlarda özünəinam hissi itir, psixoloji komplekslər yaranır, əhval-ruhiyyənin enməsi müşahidə olunur. Həyatda heç nəyi bacara bilməmək duyğusu yaranır. Neqativ hisslərin yaranması kimi fikirlər formalaşır. Zamanında depressiyanın qarşısını almadıqda insanda yəni özünə qəsd etmə, intihar etmə fikirləri yarana bilər.(xeberman)

Yaxşı ailə sahibi olmaq üçün bunlara əməl edin

Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir. Psixoloq.az xəbər verir ki, bolqar alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar. 1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir. 2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur. 3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək. 4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır. 5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız. 6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz. 7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək. 8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər. 9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın. 10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin.(gencaile.az)

Kitab oxumağın bilinməyən faydası AÇIQLANDI

Kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, kitab oxumaq, insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır.  Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır.İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Psixoloqlara görə, mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır.

Gəncliyin ilk dövründə ortaya çıxan problemlər

Yeniyetməlik və gəncliyin ilkin dövründə ortaya çıxan problemlər: Şəxsiyyət pozuntuları və şəxsiyyət ziddiyyətləriYeniyetməlik kriziSosial fobiya və komplekslərAnksiyete (Həyəcan) pozuntularıDepressiya, bipolyar pozuntu və digər emosional pozuntularCinsi problemlərMaddə sui-istifadəsiDavranış problemləriAdaptasiya və sosial problemlərYemə pozuntularıPosttravmatik stress

Xəyanət probleminə psixoloji baxış…

Bildiyimiz kimi xəyanət problem cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdən biridir. Əksəriyyətimiz xəyanət dedikdə fiziki (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağırı fiziki xəyanətdir deyə düşünürük. Xəyanətin isə formaları var: Fiziki, psixi və sosial xəyanət…Fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə daha geniş mənada başa düşülür. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır. Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına işləməyə icazə vermir. Sanki onu cəmiyyətdən uzaqlaşdırır… XƏYANƏT…Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da Yer kürəsinin 79 %-i onunla üzləşir.Qadınlara elə gəlirki dünya qurulandan kişilər xəyanətkar doğulublar və onlar kənarda eşq yaşamasalar dözə bilməzlər.Kişilər üçünsə əksinə….Nə qədər çox qadınla tanış olsalar bir o qədər şərəflidir. Xəyanətkar- bu kişilərə yaraşmayan sözdür. Onların fikrincə xəyanətkar qadınlardır.Hər bir nigah müəyyən müddətdən sonra darıxdırıcı olur.Qadın ərində hər gün bu sözləri eşidir :Yemək hazırdır? Yatım tezdən işə getməliyəm? Nə deyim özün bilirsənki, səni çox istəyirəm? Kişi isə arvadından daha çox bu cümlələri eşidir :Sən yat mən paltarları yumalıyam? Köynəklərin hazırdı? Uşaqların əlindən bezmişəm…Bu yorğun vaxtımda sən nə istəyirsən axı ???Bu sözlər nə qədər çox işlənirsə siz bir o qədər xəyanətə yaxınlaşırsız. Və əgər ailədə xəyanət varsa bu birərəfli deyil. Yəni həm kişinin həm qadının günah payı var.Azərbaycanda qadınların evə ailəyə bağlılıqı və ətrafdan qorxusu o qədər böyükdür ki, onlar özlərini tamam soyuq hissiz ailədə belə dinib-danişmadan ömür keçirməyə məcbur edirlər.Amma kişilər zaman keçdikcə xanımı qarşısında hislər borc hissinə çevrilir: Evə bazarlıq, uşaqlara xərclik, həyat yoldaşına ayda 2 dəfə mehribanlıq…Sırf öz ölkəmizdən danışırıqsa onu da qeyd etmək məcburiyyətindəyəm ki, bizdə ailə quranda sanki hər şey bitir və xanımlar sanki özlərinə elə buna hazırlayırdılar..Təki ailə qurum…Bu düşüncənin özü belə yetər ki, ailədə xəyanət baş versin..Elə yalnışa da bax burda yol verirlər..Ailə qurulanda son yox yeni bir başlangıc yaranır..Kişi xəyanət edirsə bu, ərini belə addım atmağa sövq edən qadının səhvidir. Öz vaxtının həyatının öz istəklərini və nəhayət öz bədəninin qiymətini bilməyən qadına taleyin töhvəsi nə ola bilərki ?Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır.Xəyanətkar qadınlardan kişilərin 70 % boşanır. Xəyanətkar kişiləri isə cəmi 30 % qadın tərk edir.Psixoloqların qənaətinə görə qadınlar kişilərə nisbətən öz gizli əməllərini ört basdır edə bilirlər.Britaniyalı alimlərin açıqlamasına görə kişi hər nə qədər savadlı, dünya görüşlü və maddi tərəfdən təminatlıdırsa bir o qədərdə çox sevgili axtarışına çıxır.Orta təhsilli kişi və qadınlar xəyanətə daha az meyl göstərirlər.Evdar – günü mətbəxdə keçən qadınlar ən çox xəyanətə məruz qalırlar.Savadlı işləyən xanımları ərləri daha çox istəyir və qiymətləndirir. Axı belə qadınları aldatmaq bir az çətindir…Sonda xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq. Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin edip (oğulun öz anasına olan sevgisi) və elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur (təbii ki şüuraltı olaraq)…Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltısında olur..Nəticə etibarilə hamı potensial xəyanətkar ola bilər.Yəni necə ki bir insanda həm sevinc, həm nifrət həm aqressiya həm kədər hissləri varsa xəyanətkarlıq da var... Amma psixoanaliz bu vəziyyəti tam açıqlayır və bizim bu prosesi öyrənməyimizə yardımçı olur.(psixotest.az)Allahverdiyeva LaləPsixoloq

Uşaqlara fiziki əngəlli uşaqlarla bağlı necə məlumat verilməlidir?

Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir. 1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s. 2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin. 3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq. Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin.  Pedaqoq Lalə Məhərrəmli

Evlilik qorxusu nədir?

“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?” Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir. Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.Ərköyün böyüdülmüş, həyatın heç bir çətinliyindən xəbərdar olmayan , sanki, saraylarda yaşamış bir insanla evlənirsizsə, onun haqlı olaraq təlabatlarını, gözləntilərini düşünməlisiniz. Buna görə də evlənəcək olan insanların evlilikdən qabaq öz maddi durumlarını açıq və dürüst şəkildə çatdırmaları çox önəmlidir.KİMİNLƏ EVLƏNDİYİMİZİ BİLMƏYİMİZ EVLİLİYƏ SAĞLAM BAŞLAMAĞIN İLK ADDIMIDIR.Ancaq bunu da bildirməliyəm ki, evlilikdə maddi qayğılardan çox sevgi ön plandadırsa sevgi davam etdiyi müddətdə maddi problemlər , gözləntilər ikinci planda qalır və cütlüklərin xöşbəxtliyinə maneə olmur.Ümumilikdə isə araşdırmalarda daha çox rast gəldiyimiz evlilik qorxuları bunlardır:Ailədə ana ata arasında böyük problemlər yaşanıbsa, hələ ailə çevrəsində boşanmalar çox sıx baş vermişsə, bu vəziyyət evlənəcək olan insanlarda “Mən də evlənsəm eyni şeyləri yaşayaram” şəklində bir qorxuya səbəb olur. Bu düşüncə bir tərəfdən haqlı olaraq ortaya çıxır.Bəzi evliliklərdə qız uşaqlarının oxudulmasını zəruri sayırlar. Çünki, düşünürlər ki, əgər qız məktəb , universitet oxuyarsa , gələcəkdə bir peşəyə sahib olarsa və ailəsində problemlər yaşansa, boşanmaq məcburiyyətində qalarsa heç olmasa əlində bir sənəti olsun, öz ayaqlarının üstündə dura bilsin. Burda da evliliklə bağlı müəyyən qorxuların olduğu açıq görünür.Yenə də ailə içindəki sıxıntılar səbəbindən atasının yanlış davranışlarını görən bir qız “atam kimi bir yoldaşım olacaqsa, heç olmasın daha yaxşıdı” kimi fikirləşə bilər. Belə bir fikrin evlilik qorxusuna səbəb olacaq fikirlərdən biri olduğunu unudulmamalıdır.Bir uşaq evliliklə bağlı qorxu və qayğılar yaşayırsa, bunun ana və ata ilə bağlı bir yönünün olduğu bilinməlidir. Bu vəziyyət eyni zamanda ana və atanın uşaqlarına yaxşı bir evlilik modeli göstərmədiklərinin açıq göstəricisidir.Psixoloq Gülnar Həbibova 

Yuxunun pozulması, yaddaşsızlıq - Qış depressiyasının əlamətləri

Qış fəsli yaxınlaşır, havalar soyuyur. Bu zaman insanlar özlərini kefsiz, ruhən aşağı hiss edə bilərlər. Bu isə qış depressiyasından xəbər verir. Qış depressiyasının əlamətləri:  • Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s .• Yuxu pozğunluğu, yuxusuzluq  • Yaddaşın azalması, intellektual səviyyənin enməsi  • İş qabiliyyətinin aşağı düşməsi  • İştahanın azalması • Həzm pozğunluqları  • İmmun sistemin zəifləməsi  • Özünəqapanma  • Sosial problemlərin yaranması və s. 

Psixolinqvistika elmi nədir?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib. 

Patoloji qısqanclıq nə zaman yaranır?

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır. Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu.Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz. Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar.    Fərizə Əhmədova

Psixoloji CHECK-UP nə üçün vacibdir?

Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır. Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır. Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır.  Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.

Davranış, nitq pozuntuları - İnkişaf terapiyası nədir?

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq (meduna.az)

Uşaqlarda görülən psixoloji problemlər

Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.Uşaqlarda görülən psixoloji problemlər: A. Emosional PozuntularUşaqlıq depressiyasıDipolyar pozuntuDistimiya (kronik depressiya)Anksiyete (Həyəcan) PozuntularıObsessiv kompulsif pozuntuSosial fobiya (sosial həyəcan pozuntusu)Spesifik fobiyalarPosttravmatik stress pozuntusuPanik atakYuxu ProblemleriSomatoform PozuntularYemə PozuntularıAnoreksiya nevrozaBulimiya nevrozaHəddindən artıq yemə pozuntusuCinsi Şəxsiyyət PozuntularıDiqqət Çatışmazlığı və Hiperaktivlik PozuntusuMəktəblə Bağlı ProblemlərMəktəbə getməməAyrılıq anksiyetesiAkademik problemlərAdaptasiya problemləri Digər Sosial, Emosional və Davranış Problemləri(meduna.az)

Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir?

Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür? Psixoloq Sevinc Baxışova  bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır: “Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.(bizimyol.info)

Satılan qidaların tərkibində vərəm virusu var? - İnsanların diqqətlərini bununla daha tez çəkirlər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib. AQTA-dan ölkə.aza-a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür. Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik". Məsələ ilə bağlı məhsullarının adı çəkilən "Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr departamenti də mövqeyini bildirib: "Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. İctimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı mövqeyimizi diqqətinizə çatdırırıq. Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır.  Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır.  Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.  Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur. Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir".  Psixoloq.az bu məlumatı psixoloji cəhətdən araşdırıb. Belə ki, psixoloqlara görə, onlar bu tip məlumatlarla insanların diqqətlərini özlərinə daha tez çəkə bilirlər. Belə məzmunlu yayılan məlumatlar ilk deyil və əksər zaman da təsdiqini tapmayıb. Amma belə fikirlər insanların şüur altına təsir göstərir və nə qədər "inanmıram" desələr də bir tərəfdən narahat olurlar. Bu baxımdan bu tip xəbərlər, insanların zəif nöqtələrindən istifadə edərək istədiklərinə nail olmaq məqsədi daşıya bilər.

Kişi iş tapmırsa... - Yayılmış aqressiyanın səbəbləri

Bir neçə ildir insanların aqressiyalı davranışı psixoloqların da nəzərindən qaçmayıb. Belə ki, avtobusda, yolda baş verən, adi hərəkətdən qəzəblənən vətəndaşları görmək,  vəziyyətin ciddiliyindən xəbərdar edir. Bunun səbəbləri barədə isə psixoloq danışıb. Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun. Müəllif: Psixoloq Sevinc Baxışova

Günün ulduz falı: 26 sentyabr, 2018

Qoç – Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq. Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq. Buğa – İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür. Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq. Əkizlər – Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz. Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur. Xərçəng – Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar. Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var. Şir – Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz. Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq. Qız – Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda. Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz. Tərəzi – Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz. Ekzotika və mistikaya marağınız artır. Öz gələcəyiniz barədə proqnozlar vermək istəyirsiniz. Əqrəb – Günün birinci yarısında qeyri-adi mənəvi yüksəliş hiss edirsiniz. Bu, sizin gün ərzində uğur qazanmağınız üçün mühüm rol oynayır. Qarşınızda hansı işin olmasından asılı olmayaraq, hər bir işin öhdəsindən rahatlıqla gəlirsiniz. Gün rahat və xoş ünsiyyət, yeni tanışlıqlar üçün yararlıdır. Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə səmimi olmağa çalışın. Oxatan – Gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi ilə yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz. Uzunmüddətli planlar qurmaq olar. Onların reallaşması şansı çoxdur. Uzaqdan xoş xəbərlər eşidəcəksiniz. Oğlaq – Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür. Dolça – Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq. Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər. Balıqlar – Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir. Hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq. Milli.Az

Bu 700 illik test xarakterinizi ortaya çıxaracaq!

1. Gözlərinizi yumub bir çöllük xəyal edin. Sadə bir görünüşü olsun. Səma, qumlar və siz. İndi o çölün ortasında bir kub tapdınız. Nəyə bənzəyir? Böyüklüyü, rəngi, xüsusiyyətləri… 2. İndi isə bir at düşünün, o çöllüyün ortasında olsun. Kub kimi onun da xüsusiyyətlərini yazın. 3. Son olaraq çöldə bir nərdivan tapdınız. Necə bir nərdivan olduğunu yazın.İndi isə cavabları oxuyun. Kub:Böyük, sərt və qara bir kub sizin necə görünmək istədiyinizi göstərir. Bu kub sizin başqalarının yanında lider rolu oynamaq istədiyinizi ifadə edir. Görkəmli rəngi sizin güclü və bacarıqlı olmaq istəyinizi bildirir.Şəffaf bir kub gördünüzsə, bu, insanların görünüşünüzdən əlavə əsl sizi görməsini istəməyinizdən qaynaqlanır.Kiçik bir kub özünüzü tək hiss etdiyinizi bildirir. Sizə yaxın olan insanların ətrafınızda olmasını istəyirsiniz. At:Qəhvəyi at daim sizin yanınızda olan bir həyat yoldaşınızın olmasını istədiyinizi bildirir.Qara at təhlükə və romantikanı göstərir.Ağ at sakit və xoşbəxt bir evlilik istədiyiniz mənasına gəlir. Nərdivan:Köhnə bir nərdivan işinizdə xoşbəxt olmadığınızı göstərir.Yeni və taxta bir nərdivan işinizdə xoşbəxt olduğunuzu bildirir. İşinizi və iş yoldaşlarınızı sevirsiniz.Nərdivanı çox təzə görməyiniz səhv etməkdən qorxduğunuzu bildirir. Dəmir nərdivan isə istəyinizin daha güclü vəzifə olduğunu, irəliləmək istədiyinizi bildirir.

Sabahdan hava kəskin dəyişir

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

“Mədə əməliyyatından sonra xəstəlik tapdı” - Çünki xəstənin...

“Mədə kiçiltmə əməliyyatı oldu arıqladı”, “Mədəsinə klips taxdırdı”, “Mədə əməliyyatından sonra xəstəlik tapdı”... Psixoloq.az xəbər verir ki, bu kimi xəbərlər son aylarda artmaqdadır. Ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, artıq çəki dünyada artdıqca insanlar əlavə kilolardan qurtulmaq üçün daha tez-tez bu əməliyyata baş vurmağa başlayıblar: "Ancaq zamanla əməliyyatın risklərinin yetərincə izah edilmədiyinin və nəyə əsasən bu yöntəmin seçildiyinin başa salınmadığı ortaya çıxdı. Artıq çəki pasiyentlərinin cərrahi əməliyyata həkimləriylə bir yerdə qərar verməlidirlər. Çünki xəstənin, əməliyyat ərzində və sonrasındakı zamanlarda yaşaya biləcəyi problemlər ilə əməliyyat sonrası eləməkləri olduqları xəstə ilə açıq, detallı müzakirə olunmalıdır". Cərrah həmçinin pasiyentin keçirdiyi əməliyyatdan sonra həkim tərəfindən verilən məsləhətlərə, tövsiyələrə diqqət etməli olduğunun vacibliyini də diqqətə çatdırıb. Əlavə suallar üçün həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 0705798833

Uşaqların inkişafını ləngidən əşyalar

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir. Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır! İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.(milli.az)

O uşaqlar dərslərini öyrənməkdə çətinlik çəkirlər: necə kömək edək?

Disleksiya haqda valideynlərin ən çox verdiyi suallar və onların cavabları barədə məqaləni təqdim edirik: Əziz valideynlər, siz belə ifadələri tez-tez eşidirsiniz və deyirsiniz - "Mənim uşağım hərfləri tanımır. Öyrədirəm, yaddan çıxarır" və ya "hərfləri bilir, amma oxuya bilmir", "oxuya bilir, amma oxumaq istəmir". Bu, disleksiyadır. Disleksiya nədir? İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir, yeriyir, danışır, oyun oynayır, məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadəsi zamanı yaranan çətinliklərlə özünü göstərən öyrənmə pozuntusudur.Disleksiya ilə bağlı valideynləri ən çox narahat edən SUALLAR:1. Mənim uşağım disleksiyadır, növbədə məni nə gözləyir?2. Mən uşağıma necə dəstək göstərə bilərəm?3. Uşağımı başqa mütəxəssisə aparmalıyammı?4. Uşağım oxumağı, yazmağı, riyazi hesablamaları bacarmağı necə tez öyrənə bilər?5. Evdə öyrətmək üçün tapşırıq olaraq nəyi necə işləyim?6. Uşağımın diqqətini necə toplaya bilərəm?7. Mən uşağımın inkişafı ilə bağlı məktəbdə (bağçada) müəllimələrdən nə soruşmalıyam?8. Mən uşağıma necə izah edim kişi/qadını?9. Mənim uşağım oxuya biləcəkmi, məktəbə gedə biləcəkmi?10. Universitetdə oxuya biləcəkmi?CAVABLAR:1. Bunun üçün disleksiya ilə bağlı araşdırmalar aparın, məlumatlanın.2. Uşağınızın şikayətlərinə, qorxularına, narahatlıqlarına hər zaman qulaq asın. Onunla danışın. Empati qurun. Onun kimi düşünməyə çalışın. Hər zaman pozitiv olun. Oyunla kömək etməyə çalışın. Çünki OYUNLA TƏLİM bizim beynimizdə öyrənmənin ən sevimli yoludur.3. Bu cür uşaqlara kompleks yanaşma önəmlidir. Məhz elə buna görə də loqoped, psixoloq, pedaqoqa, idman məşğələlərinə yazılmaq məsləhətdir.4. Bu, uşağın inkişaf göstəricisinə görə nəzərə alınacaq amillərdəndir. Nə qədər tez aşkar edilib, üzərinə düşülsə, erkən müdaxilə ilə daha çox müsbət nəticə əldə etmək olar.5. Valideynlər öz uşaqları üçün ən yaxşı müəllim və müəllimədirlər. Çünki onlar öz uşaqlarını başqalarına nisbətən daha yaxşı bilir və daha çox sevirlər. ƏN YAXŞI MÜƏLLİM valideynlərin özləridir. Ona görə də ən əsası evdə uşağınız üçün vaxt cədvəli qurun. Səhər oyanması, diş yuması, dərs etməsi və s. öncədən planlaşdırın.6. Bunun üçün dərs keçəcəyiniz yeri elə seçməlisiniz ki, diqqəti dağıdacaq əşya çox olmasın. Və yaxşı olardı ki, tapşırığı 20 dəqiqəlik fasilə ilə işləyəsiniz. Arada fasilə verərək, sevdiyi bir əşya ilə oyun qurmaq uşağı dərsi öyrənməyə motivasiya edəcək.7. Uşağın müəlliməsi ilə görüşəndə problemi ilə bağlı onu məlumatlandırın. Çünki müəllimin məlumatlı olması uşağın tərəqqisi üçün önəmli meyardır.8. Uşağın başa düşməsi və anlaması artdıqca bunu izah etmək asanlaşacaq.9. Bəli, məktəbə gedə bilir. (məktəbə gedən, məktəbdə oxuyan disleksiyalı pasientlərim çoxdur) Sadəcə dərs müddətində sinif yoldaşlarından geri qalmamaları üçün onlara əlavə müəllim dəstəyi vacibdir.10. Əgər mütəmadi dəstək olunsa, istər ailə, istərsə də oxumağı ilə bağlı üstün nəticələr əldə edə bilər. Çünki istər Azərbaycanda, istər xarici ölkələrdə dislektik uşaqlarla bağlı araşdırmalar apardığım zaman onların uğurlarıyla bağlı müsbət məlumatlara çox rast gəlmişəm. Məhz bunları eşidib görmək biz mütəxəssislərə onu deməyə əsas verir ki, dislektik uşaqlar uğura çata bilərlər. Loqoped Bəsirə Pənciyeva

Gecə işləməyin - Bu xəstəliklər yarana bilər

Gündəlik qayğıları nəzərə alsaq bir çox insan gecə saatlarında işləməyə üstünlük verirlər. Amma araşdırmalara görə, gecə işləmək həm psixoloji həm də vücud cəhətdən təhlükəlidir. Psixoloq.az xəbər verir ki, amerikalı psixoloqlara görə, gecə işləmək yorğunluq, depressiya, tükənmişlik sindromu yaradır.  Uzunmüddətli davam edəcəyi təqdirdə istənilməyən nəticələr baş verə bilə. Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır.  Araşdırmalarda Avstraliya, Kanada, Fransa, Almaniya və İspaniyadan olan 13 mindən çox qadın iştirak edib. Araşdırmalar zamanı orta yaş həddi 55-59 olub. Onlardan 6,1 min könüllüyə süd vəzisi xərçəngi diaqnozu qoyulub.  Məlum olub ki, gecə işləmə zamanı qadınlarda Er-müsbət və HER2-müsbət süd vəzi xərçəngi inkişaf edib.  Belə ki, gecə üç saat işləyən qadınlarda risk 12 faiz, üç saatdan çox işləyənlərdə isə 80 faiz artıb. 

Stresi bu üsulla azaldın

İş, dərslər, müxtəlif problemlər bəzən gün ərzində stresli olmağınıza səbəb olur. Psixoloq.az axşam.az-a istinadən stresdən qurtulmağın 7 yolunu təqdim edir: İdmanla məşğul olun Gün ərzində müəyyən qədər idmanla məşğul olmaq endorfin hormonu yaradır. Qəlb atışını sürətləndirir, dərinin canlanmasına, parlaq görünməsinə səbəb olur. Sevdiklərinizlə zaman keçirin Sevdiyiniz, sizi xoşbəxt edən insanlarla zaman keçirin. Vaxtınızı yaxşı dəyərləndirmək sizi stresdən uzaq tutacaq. Yoqa və meditasiya edin Davamlı olaraq yoqa edən insanlar bunun stresi azaltdığını deyir. Əgər yoqanı sevmirsinizsə, meditasiya edin. Bu sakitləşməyinizə yardım edəcək. Yuxu rejiminə diqqət edin Ən vacib amillərdən biri də düzgün yatmaqdır. Bu həm dərinizin yaxşı görünməsinə, həm də stresin azalmasına imkan yaradacaq. Sağlam qidalanın Stresdən azad olmaq üçün xoşbəxtlik hormonunu artıran qidalar qəbul edin. Özünüzə zaman ayırın Gərgin iş rejiminin arasında 10-15 dəqiqə dincəlmək lazımdır. Açıq havaya çıxın. Belə olduqda özünüzü daha yaxşı hiss edəcəksiniz. Stresin sizi əsir almasına imkan verməyin Eviniz ən çox zaman keçirdiyiniz yerdir. Bu səbəblə stresin evinizə girməsinə şərait yaratmayın. Evinizi pozitiv əşyalarla bəzəyin.

Dərman içmək psixoterapiyanı əvəz edirmi?

Dərman müalicəsini psixoterapiyaya vəya psixoterapiyanı dərman müalicəsinə altenativ görmək yanlış bir metoddur. Hər ikisi də eyni müalicə proqramının bir parçası olduğu ilə yanaşı araşdırmalar xüsusilə psixoloji sağlamlıqla bağlı problemlərinin həm dərman müalicəsinin həm də psixoterapiyanın birlikdə tətbiq olunduğunda daha yaxşı nəticələr verdiyini göstərir. Nə dərman terapiyası ilə bağlı səhv məlumatlar pasiyenti psixoterapiyaya yönləndirməli nə də psixoterapiya müddətinin uzun çəkəcəyi kimi qorxular dərman müalicəsinə aparmamalıdır. Ən effektiv müalicə üsulu mütəxəssis ilə birlikdə qərar verməkdir.

Sevdiyiniz insanın yalan danışıb-danışmadığını belə ayırd edin - Test

– Onun yalan danışdığını düşünürsünüzsə, heç vaxt itirmədən ona bu sualı verin: “Niyə belə etdin?” Sevgiliniz bu suala hirslənərək həddindən artıq kəskin reaksiya verirsə, bu, günahsız olduğunun dəlili ola bilər.Lakin cavab olaraq sizi nə qədər çox sevdiyini söyləyib duyğularını sıralamağa başlayırsa bu, sizi aldatdığının bir göstəricisi sayıla bilər. – Mütəxəssislər insanlar gülümsədiyi zaman bunun bədənlərinin hər bir hissəsində əks olunduğu fikirindədirlər. Sevgiliniz sizinlə bərabər olarkən gülümsəyir, lakin bədən dili, əslində, başqa şeylər hiss etdiyini söyləyir. Bu vəziyyətdə ona soruşacaq suallarınız ola bilər. – Yalan danışan insanlar bunu gizlətmək üçün çox səy sərf etmək məcburiyyətindədirlər. Bunun üçün də narahat görünən bir adamdan çox rahat görünən insanların yalan danışma ehtimalı daha yüksəkdir. – Amerikan Cəmiyyəti Məlumat və Texnologiyaları” jurnalında iştirak edən bir məqalədə yalan danışdığına əmin olan bir adamla telefon zəngi, yaxud SMS ilə deyil, üz-üzə ünsiyyət qurulması tövsiyə edilir.Bəs siz necə, sevgilinizin yalanını tutmusunuzmu? Sizcə, “dastan bir sevgi” yaşayırsınız, ya özünüzü aldadırsınız?! Onun yalan danışıb danışmadığını müəyyənləşdirmək üçün sizə təqdim etdiyimiz testi keçməyiniz məsləhətdir. 1. İlk görüşdüyünüz günü xatırlayırmı? 2. Sizə son 6 ay ərzində hədiyyə alıbmı? 3. Sevgiliniz xoşlamadığı, lakin sizin sevdiyiniz insanlara qarşı mehriban davranırmı? 4. Sizin ən çox sevdiyiniz yeməyin adını bilirmi? 5. Sizi ilk gördüyü günü necə geyindiyinizi xatırlayırmı? 6. Mübahisə edən zaman o, haqlı olsa belə, sizdən üzr istəyirmi? 7. Sizə olan sevgisini tez-tez dilə gətirirmi? 8. Aranızda olan söhbətlərdə ayrılıq kəlməsi keçən zaman təlaş keçirirmi? 9. Sizin ətrafınızdakı əks cinsin nümayəndələrini qısqanırmı? 10. Sizi tez-tez görmək istəyirmi? Suallara “Bəli” və ya “Xeyr” cavablarını verin. Daha sonra isə cavabların sayını hesablayın. “Bəli” cavabları çoxluq təşkil edirsə: Gözünüz aydın, sizi təbrik etmək olar! O, sizi dəlilər kimi sevir və buna görə də çox qısqanır. Çünki sizinlə bağlı olan bütün məlumatlardan xəbəri var. Sevginizi qoruyun və münasibətlərinizin hər zaman uğurlu davam etməsi üçün mübarizə aparın. “Xeyr” cavabı çoxluq təşkil edirsə: Sizin nəyi sevdiyinizi və nələrdən xoşlandığınızi bilmir. Sizi ayda bir dəfə görmək istəyən adamla münasibətləri davam etdirmək barədə yaxşı yaxşı düşünün və məsləhətdir ki, ciddi olaraq söhbətləşib münasibətlərinizi aydınlaşdırasınız. Yəni cavablardan belə aydın olur ki, siz onun həyatının mərkəzində deyilsiniz. Ayrılmağa hazır olun. Çünki həyatdır, sizi hər an tərk edə bilər.

Cütlükləklərə tətbiq olunur - Cinsi terapiya nədir?

Cinsi terapiya, cinsi problemlərin psixoterapiyası mövzusunda təhsil almış, təcrübəli psixiatr və klinik psixoloqlar tərəfindən cinsi problemləri olan fərd və ya cütlüklərə tətbiq olunur. Elmi və etik olaraq müəyyən edilmiş proseslərdən keçən və effektiv olduğu isbat edilmiş bütün terapiya metodları cinsi problemlərin müalicəsində istifadə olunur. Ancaq günümüzdə ən geniş yayılmış cinsi terapiya metodu Koqnitiv Davranış Terapiya metodudur.Cinsi Disfunksiyaların ortaya çıxmasında anatomik və psixoloji amillər ya da ikili münasibətlərin qarşılıqlı əlaqəsi rol oynaya bilər. Təbii olaraq cinsi disfunksiyaların müalicəsi də, disfunksiyaların əmələ gəlməsində rol oynayan amillərə görə dəyişir. İnsanlar ilə görüşülərək problemi ortaya çıxaran, özünə yer etməsinə səbəb olan amillər birlikdə incələnir. Problemin həllində effektiv olacaq dərman və/və ya psixoterapiyalar seçilir.Cinsi disfunksiya tibbi və bioloji bir səbəbə bağlı isə, müalicəsi dərman və ya digər tibbi metodlar olacaqdır. Bu vəziyyətdə müalicəni uroloqlar, qadın xəstəlikləri və doğuş mütəxəssisləri ya da psixiatrlar aparır. Əgər cinsi disfunksiya psixoloji faktorlarla bağlı isə vəya tibbi bir səbəbə bağlı olaraq ortaya çıxmış olsa belə psixoloji faktorlar vəziyyəti ağırlaşdırmışsa, cinsi terapiyalar tətbiq olunmalı və ya əlavə edilməlidir. Bütün terapiyalar kimi cinsi terapiyalar da elmi məlumatlara bağlı olmağa məcburdur.(meduna.az)

Məktəb dəyişdirməyin uşaqlara təsiri

Mütəxəssislər məcbur olmadıqca məktəb dəyişikliyinin düzgün olmadığını, sosial ortama adaptasiyanın  çətin olacağını bildiriblər. Bu barədə türkiyəli psixoloq Esma Uygun, uşaqların məktəb dəyişiklikləri zamanı çəkdiyi problemlərdən danışıb. Bu məqamda uşaqların əsəb sistemi pozula bilər. Adaptasiya müddətində dəstək olmalıdır. Sinfə daxil olan şagirdin özünü tanıtdırması, özünü qəbul etdirməsii, qruplara daxil olmaq ona çətin gələ bilər. Sosial əksikliyi olan uşaqlar üçün  bu daha da çətin ola bilər. Bu səbəbdən məcbur qalmadıqca uşağın məktəbi dəyişdirilməməlidir. Valideynlər uşaqları ilə münasibət qurmalıdırlar. Onların sıxıntılarını dinləməli, birlikdə həll yollarını düşünməlidirlər. Ən əsası isə uşaqları ilə dost olmalıdırlar. Sıxıntıların yarandığı təqdirdə isə mütəxəssisə müraciət etmək tövsiyə edilir. Psixoloqlar adaptasiya üçün zamana ehtiyacın olduğunu bildirirlər.(hekimtap)

Niyə bəzi uşaqlar digərlərinə görə daha utancaqdır?

Utancaqlıq çox sıx görülən bir duyğudur. Dərhal hər kəs yeni ictimai vəziyyətlərdə müəyyən ölçülərdə ictimai qayğı yaşaya bilməkdədir. Əslində adamın yeni ictimai vəziyyətə və ola biləcək təhdidlərə qarşı lazımlı tədbirləri alması baxımından, qoruyucu bir xüsusiyyət olaraq da qiymətləndirilə bilər.Utancaqlıqla mübarizədə effektiv yollardan biri də öz fikrini ifadə etməyə cəht etməkdir. Əgər nəsə demək istəyirsinizsə, bunun gülünc görünməyindən qorxmayın. Ünsiyyətə girmək istəyirsinizsə, bunu dərhal edin. İlk addımı başqası tərəfindən deyil, öz tərəfinizdən də gözləyin. Sadə olun və daha rahat yaşayın.Niyə bəzi uşaqlar digərlərinə görə daha utancaqdır?Utancaqlığın müəyyən bir qisimi öyrənilər. Yəni, ailə ətrafı və mədəni normalar digər ətraflara görə adamın daha utancaq görülməsinə yol aça bilər. Məsələn Çinli uşaqlar, İsveçlilərə, ya da Amerikalılara görə daha az danışırlar. Bəzi ailələr uşaqlarını ictimai əlaqələrdən daha uzaq və utancaq olmaları istiqamətində istiqamətləndirər və bu istiqamətdə mükafatlandıra bilərlər.Kənardan, utancaqlığın bioloji əlaqəli istiqamətləri üzərinə tapıntılar gündən günə artmaqdadır. Digər şəxsiyyət növlərinə görə utancaqlığın daha çox genetik xüsusiyyət göstərdiyi görülmüşdür. Övladlığa götürülən uşaqlarla edilən işlər də, bioloji ananın uşağın ictimai xüsusiyyətləri baxımından təyin edici olduğunu ortaya qoymuşdur.Ümumi mənada ictimai qayğıların davamlı olduğu və adamın həyatını çətinləşdirici, ya da maneə törədici ola bildiyində ictimai anksiyete pozuqluğu (SAB) ağla gələ bilər.SABin bilinən ilk tərifi, Hipokrat tərəfindən ictimai mühitlərdə üz qızarmasını xatırladan eritrofobi adıyla edilmişdir. Utancaqlıq səviyyəsindəki ictimai anksiyete, ictimai olaraq qəbul görməyi təmin edə bildiyi ölçüdə uyğun bir xüsusiyyət ola bilməkdəykən, həddindən artıq təhdid qəbulu və insanlardan uzaqlaşmağa səbəb ola bilən ictimai anksiyete funksionallığı əhəmiyyətli səviyyədə poza bilməkdədir. İndiki vaxtda uşaq və yetkinlərdə SAB tərifi içində ən sıx, cəmiyyət içində danışma, yemək yemə, yazı yazma; partilərə qatılma; nüfuz fiqurları ilə danışma; ictimai əlaqələrə qatılma qorxusu; ictimai mühitlərdə nəfəs darlığı, üz qızarması,huşunu itirmə, titrəmə, ağız quruluğu, əzələlərdə gərginlik, qarın ağrıları, ölmə istəyi və baş ağrısı kimi fiziki şikayətlər iştirak edər.Çoxu anksiyete pozuqluğu kimi SAB da sıxlıqla uşaqlıq çağında başlamaqdadır. Son illərdə yüksək görülmə nisbəti və funksionallığı diqqətə çarpan səviyyədə təsir etməsi səbəbiylə SAB daha çox diqqət çəkməyə başlamışdır. Erkən başlanğıcı və hələ patoloji səviyyəyə gəlmədən təsbiti ilə qoruyucu yanaşmanın təmin edilməsi mümkün ola bilməkdədir.Həyat-boyu görülmə nisbəti %13.3dür (kişilər: %11.1, qadınlar: %15.5) və adamın funksionallığını olduqca mənfi təsir edən bir psixopatoloji olan SAB sıxlıqla yetkinlik (13-20, ort:15.5) yaşlarında başlamaqdadır. Bu uşaqların ictimai bacarıqları səviyyələri aşağı olaraq qalar, daha az yoldaş sahibi olarlar, diqqətə çarpan olaraq təklik yaşaya bilərlər və çox sayda fəaliyyətdən uzaq dayanarlar. Bəzi faktlarda ictimai anksiyete məktəb qorxusuna səbəb ola bilər. Yenə bəzi SAB faktları, ictimai qayğıları nəticəsi davranış problemləri, qarşı gəlmə davranışı, alkolizim və pis maddə istifadəsi göstərə bilərlər.Nə etmək lazımdı? Uşağınızın xüsusiyyətlərini tanıyın və onu bir bütün olaraq qəbul edin. Onun bütün maraq sahələrinə və duyğularına həssas olmaq və qəbul edici (daha az tənqidi) yanaşma onun özünə inamını artırmaq baxımından ilk addımlardan biridir.Özünə inamını artırın Utancaq uşaqlar sıxlıqla özləri haqqında mənfi düşüncələrə malikdir və insanlar tərəfindən qəbul edilmədiklərini düşünə bilərlər. Onların bacarıqlarını kəşf etmələrinə və inkişaf etdirmələrinə rəhbərlik edin. Özünü yaxşı hiss edən, özünə inamlı uşaqlar nadir olaraq utancaqlıq hiss edərlər.İctimai bacarıqlarını inkişaf etdirinOnun ictimai əlaqələrdə yaşadığı çətinliklərin səbəblərini araşdırın. Uyğun "ictimai bacarıq sözləri", "ictimai bacarıq üsulları" mövzusunda yol göstərin. Kiçik yaşlardan etibarən ictimai mühitlərə (idman klubu, rəqs məktəbi, teatr vs.) girməsini və ictimai bacarıqlarını inkişaf etdirmə fürsəti tapmasını təmin edin.Yeni mühitlərə alışması üçün fürsət verinTəhdid edici hesab etdiyi bir mühitə girərkən həddindən artıq məcburedici olmamağa diqqət yetirin, oraya alışa bilməsi üçün zaman verin və müsbət xüsusiyyətlərinə (uşağa və mühitə aid) diqqət edin.Yalnız utancaq insanlar deyil, başqaları da müəyyən vəziyyətlərdə sıxıla və ünsiyyətdə çətinlik çəkə bilərlər. Belə ki, statistikaya görə, insanların yalnız 5 faizi həyatı boyu utancaqlıq hiss etməyiblər. Utancaqlıq isə özünü yanaqların, üzün qızarması, qarnın quruldaması, əl-ayaqların titrəməsi, səsin əsməsi, təngənəfəslik kimi göstərə bilər. Bu cür proseslərin baş verməsi bəzən ətrafdakılar tərəfindən diqqətdən kənar qalsa da, utananın özünə mane olur. Belə ki, utancaq adamlar tanımadığı insanlarla ünsiyyətdən qaçır, narahatlıq yaradan vəziyyətlərlə üzləşməkdən qorxurlar. Bu səbəbdən də utancaqlıq normal yaşamağa mane olur.Arzu Rzayeva 

“10-12 yaşlı uşaq sosial şəbəkələrə girirsə deməli böyük təhlükə var…”

Amerikalı uşaqların 56%-nin sosial media hesabı var. Sosial media hesabı açan uşaqların orta yaşı isə 12-dir. Bu barədə San-Fransiskoda yerləşən "Common Sense Media” adlı qeyri-hökumət təşkilatının 2016-cı ilə aid tərtib etdiyi hesabatda bildirilir. Təşkilatın valideynlik üzrə eksperti Kerolayn Knorr deyirki, əgər "övladınız 10 yaşını keçibsə, bir gün, dərs ilinin başlanğıcında gəlib "internetdən filan şeyi endirmək istəyirəm” deməsini gözləməlisiniz”.Bəs uşaqların hansı yaşda sosial media hesabı açması düzgündür? Knorrun sözlərinə görə, ABŞ-da 12-yaşlı uşaqların artıq hər hansı formada sosial media hesabı olur. Bu məlumat onun təmsil etdiyi təşkilatın 2016-cı ilə aid hesabatında da əksini tapıb. Hesabat ABŞ-da yaşayan, övladlarının yaşı 8-18 arasında olan 1786 valideyn arasında keçirilmiş sorğuya əsaslanır. Uşaqları yaşa görə təsnif edəndə bəlli olub ki, 13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var. 8-12 yaşlıların yalnız 23%-nin sosial media hesabı var imiş. Birminqemdəki Alabama Universitetindən uşaq psixoloqu Vivian Fridman yaşı 6-12 arasında olanların konkret düşünmə bacarıqlarının inkişaf etdiyini, 12-18 yaşlar arasında isə abstrakt düşüncə bacarıqlarına yiyələndiklərini deyir. Mütəxəssis hesab edir ki, uşaqlar yeniyetməlikdən öncə daha konkret düşündükləri üçün bəziləri sosial media ilə bağlı abstrakt məsələlərin həqiqiliyini tam təhlil edə bilmir: "Məncə, bunu etməyin ən yaxşı yolu birlikdə oturub övladınızın işlətmək istədiyi proqramı və onların işlədə biləcəyi məxfilik ayarlarını müzakirə etməkdir. Sonra valideynlərlə uşaqların nəyi paylaşıb-paylaşmamağın düzgünlüyünü müzakirə etməsi vacibdir. Hesab edirəm ki, 12 yaş civarı uşaqların sizin qaydalarınıza əməl etmək və onların təhlükəsizlik baxımından vacibliyini anlamaq iqtidarında olduğu dövrdür”, – deyə o bildirir. ABŞ qanunları valideynlərə saytlarda bütün məlumatlar üzərində nəzarət imkanı verir. Qanunlara görə, operatorlar, saytlar və onlayn xidmətlər valideynlərin icazəsi olmadan yaşı 13-dən aşağı olan uşaqlardan hər hansı şəxsi məlumat istəmir və belə məlumatları paylaşmır. Məsələn, "Facebook” bildirir ki, bu platformadan istifadə edən hər kəsin ən azı 13 yaşının tamam olması vacibdir: "Yanlış məlumatla hesab açmaq bizim qaydalarımıza ziddir”, – "Facebook” yazır. "Facebook” eyni səhifədə 13 yaşına çatmamış uşağınız özünə hesab açarsa, onu necə bağlayacağınız haqda təlimat da verir. Burada yaşı çatmayan şəxsin hesabı ilə bağlı şikayət etmək üçün xüsusi forma da verilib. "Valideynlərin çoxu elə bilir ki, bu qaydanın məqsədi uşaqların təhlükəsizliyini qorumaqdır. Əslində isə səbəb odur ki, əksər sosial media platformaları məlumatı paylaşır və məlumat toplayır. Ancaq onların 13 yaşdan aşağı istifadəçilərlə bunu etməyə ixtiyarları yoxdur”, – Knorr deyir. Alabama uşaq xəstəxanasının pediatrı və Birminqemdəki Alabama Universitetinin professoru Kendis Day məsləhət görür ki, valideynlər övladları ilə sosial media hesabı haqda danışsınlar: "Onlara deyin ki, bir adamı tanımırsa və o, dost olmağı təklif edirsə, onu qəbul etməsinlər. Kimsə təhqiramiz bir hərəkət edirsə, onu dostluqdan çıxarsınlar…”, – K. Day deyir. Məxfilik və təhlükəsizlik məsələləri vacib olsa da, Knorr, ümumiyyətlə, uşaqların ekran qarşısında keçirdiyi vaxtı uşaqların sosial mediaya gəlməsi baxımından ən ciddi problemlərdən biri sayır. Amerika Pediatrlar Akademiyası 5-18 yaşlı uşaqların yataq otağında cihazların olmamasını, yatmazdan öncəki bir saat ərzində və ailəvi yemək zamanı hər hansı cihaz işlətməməsini tövsiyə edir. Qurum valideynlərə kompüter qarşısında keçirilən vaxtın artıq çəki, yuxu problemləri, kiber-hədə, uşaqların məktəbdə zəif oxuması və digər problemlər ortaya çıxaracağı haqda xəbərdarlıq edir. Bəs Azərbaycanda sosial mediadan istifadə edən azyaşlılarla bağlı vəziyyət necədir? Sosial şəbəkələrin istifadəçisi olan uşaqlarla bağlı statistika məlumdurmu? Araşdırma zamanı məlum olur ki, Dövlət Statistika Komitəsi hər il internet istifadəçilərinin yaş tərkibinə görə hesabat tərtib etsə də, burada azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı statistika əksini tapmayıb. Hesabatdan məlum olur ki, Azərbaycanda ümumi internet istifadəçilərinin əksəriyyətini yaşı 24-dən aşağı olan şəxslər təşkil edir. Məsələn, 2015-ci ildə bu rəqəm 42,9, 2016-cı ildə isə 42,5 faiz olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün virtualaz.org-a bildirdiyinə görə, sosial şəbəkələrdə yaş məhdudiyyəti olmasına baxmayaraq, Azərbaycanda azyaşlılar da sosial şəbəkələrdən yetərincə istifadə edirlər. "Azərbaycanda internetdən istifadə elə sosial şəbəkələrdən istifadə deməkdir. Çünki bizdə internetdən sosial şəbəkələrdən istifadə üçün istifadə edirlər. Azərbaycanda azyaşlıların sosial şəbəkələrdə qeydiyyatdan keçmələri onların mobil telefonlardan istifadəsi ilə bağlıdır. 10-12 yaşlı uşaqlar sosial şəbəkələrədn istifadə edirsə, artıq burada təhlükə var. Əgər valideyn 9-10 yaşında uşağa bütün imkanları olan "ağıllı” telefon və ya notebook verirsə, yaxşı internet verirsə, o başa düşməlidir ki, burada təhlükə yox, çox böyük təhlükə var. Uşaq nəzarətdə olmalıdır. Əgər o sosial şəbəkədə istifadə edirsə belə, birinci dostu valideyn olmalıdır. Valideyn onun ətrafına, dostluğuna nəzarət etməlidir”, – deyə Osman Gündüz bildirir. Ekspert deyir ki, sosial media resurslarının sahibləri öz resurslarında yaşla bağlı məhdudiyyəti qoyurlar və bunu elan edirlər. Amma  buna nəzarət etmək, icrasına  nail olmaq mümkün deyil. Çünki uşaqlar yaşlarını az göstərərk rahatca qeydiyyatdan keçə bilirlər: "Uşaqlar üçün sosial şəbəkələrdə xeyli oyunlar var ki, onların psixikasına çox mənfi təsir edir, onları intihara sürükləyir. Biz bununla bağlı zaman-zaman açıqlamalar veririk. Uşaq hüquqlarını qoruyan təşkilatlar bunun üçün təsis edilir. Amma buna nəzarət etməli olan təkcə hökumət və ya provayder deyil, həm də cəmiyyətdir, medaiadır, valideynlərdir. Uşaqların sosial mediada daha çox evdə istifadə edir. Ona görə də valideynin bilik və bacarıcığı yetərli olmalıdır. Təhsil müəssisələrində bununla bağlı mütəmadi olaraq məlumat verilməlidir”. O. Gündüz deyir ki, son dövrlərdə qanunvericilik azyaşlıların internetin zərərlərindən qorumaq istiqamətində xeyli təkmilləşdirilib. Telekomunikasiya qanununa görə,   istifadəçinin, yəni valideynin provayderdən təhlükəsiz – "halal” internet tələb etməyə haqqı var. Provayder öz informasiya sistemində ciddi dəyişiklik etməli, çeşidlənmiş, süzgəcdən keçirilmiş informasiyaları  ötürməlidir.

Psixoterapiya metodları nədir?

Psixoterapiyanın bir neçə növ var. Fərdi psixoterapiyalar, ailə və cütlük terapiyaları və qrup psixoterapiyaları şəklində tətbiq olunur. Bundan əlavə pasiyentlərin problemlərinə görə terapiya növləri spesifikləşmiş ola bilər. Cinsi terapiyalar, maddə asılılığı terapiyaları, kariyer planlama terapiyaları kimi spesifik problemlər spesifik terapiyalara nümunədir. PSİXOTERAPİYA METODLARI Psixologiya elminin inkişafi ilə birlikdə bir çox terapevtik metod ortaya çıxıb: Psixodinamik Psixoterapiya, Koqnitiv Davranış Terapiya, İnterpersonal (şəxslərarası) Psixoterapiya, EMDR, Geştalt Terapiyası və s. Bu terapiya metodları bir-birinə zidd olmamaqla yanaşı terapiya prosesini ələ alan metodlarda bəzi fərqliliklər göstərirlər. Hansı terapiya metodunun yaxşı olduğunu demək çətin olsa da xüsusilə bəzi psixoloji problemlərdə bəzi metodların daha yaxşı nəticə göstərdiyinə dair araşdırmalar vardır. 

Bu qaydalara riayət edilməlidir - Psixoterapevt kimdir?

Psixoterapevtlər psixiatriya, psixologiya, psixoloji konsultasiya və rəhbərlik, sosial iş kimi müxtəlif psixoloji sağlamlıq ixtisaslarından məzun olun olmuş və psixoterapiya sahəsində lazım olan nəzəri məlumatı, stajı, müşahidəsi və digər kafilik proqramlarını tamamlamış mütəxəssislərdir. Bu psixoloji sağlamlıq mütəxəssislərindən psixiatr həkimlərdən başqa heç birinin dərman yazma səlahiyyəti olmamaqla bərabər tətbiq etdikləri terapiya baxımından hamısı eyni elmi və əxlaqi qaydalara riayət etməyə məcburdurlar.Geniş yayılmış inanışın əksinə psixoterapevtlər bizim əvəzimizə qərar verməz, bizə öz inanclarını zorla yeritməz və psixoterapevt olmaqlarının səbəbi həyatda bizdən daha ağıllı və təcrübəli olmaqları deyil. Psixoterapevtlər insanın emosiya, düşüncə, davranış və koqnitiv proseslərini ilə əlaqədar təhsil aldıqları üçün kömək zamanı bu bilikləri əsas götürürlər və bunu edərkən müəyyən standardlara əməl edərlər. Psixoterapevtlər pasiyentləri düzgün düşünməyə istiqamətləndirərək məsləhətli qərar verməyə yardımcı olur.

Özgüvənlisiniz? - Bu hissi belə aşılayın

Günümüzdə ən çox yayılan problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından, digər ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün də öncəliklə özünüzə sağlam şəkildə hörmət etməlisiniz. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını deyil, özünüzü hörmətə dəyər və qiymətli hiss mənasını verər. Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməyiniz lazımdır …Gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaşdırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın.Ugurlarınıza fokuslanın: Hər günün sonunda nələr edəbildiyinizi gözdən keçirin. Özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özsaygınızın artmasını dəstəkləyir.Xarici yaşamlar yerinə içinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyata söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tamamlayın. Bunun yerinə, öz daxili səsinizin yön verdiyi hədəfinizi təyin edin. Gerçəkdə sizin üçün nə vacibdir? Bunlara uyğun yaşamağa çalışmaq özsaygınızı artıracaq.Həyata aktiv olaraq qatılın: Özünüzə hədəflər təyin edin və hədəflərinizi reallaşdırmaq üçün nizamlı olaraq addım atın. Qrup çalışması güclü bir sinerji yaradır, ancaq əsla birinin bütün vəzifəsi boynuna götürməsini gözləməyin. Strateji düşünün və gücünüzün çatacağı şeyləri edin.Özünüzə qulluğa zaman ayırın: Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam qidalanın, kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın. Ehtiyaclarınızı sağlam şəkildə tələbata uyğun qarşılayın. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantları araşdırın. Hər ehtiyacınız olanı əldə edə bilməsək belə, özsaygınızı artıracaq şəkildə hərəkət etmiş olacaqsınız. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Beyinin rəqabət sistemləri - Rəqiblər kompleksi nədir?

Neyroanatomiyada beyində bir - biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan - başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr " korpus kallosum " adlanan sinir lifləri ilə bir - birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir - birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir - birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir - biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split - brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb - sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır. Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. " Üçbucaq görürəm ". Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. " Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir - birinə zidd olan, rəqabət aparan və bəzən bir - birilərinin işinə kömək edən hissələrdi." Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir. Psixoloq Fuad Əsədov

Evlilikdə münasibəti necə qorumalı? - Sorğunun nəticələri

Xoşbəxt evlilik yaşamağa həvəsləndirirsə, bədbəxt evlilik stress yaradır. Bəs, evlilikdə xoşbəxtliyi necə qorumaq olar? İnsanlar arasında aparılan sorğunun nəticələrini təqdim edirik: Mütləq həftədə bir dəfə özünüzə vaxt ayırın və birlikdə nəsə edin. Məsələn, evdən çıxın və birlikdə şam edin. Yaxud kinoya baxmağa gedin. Bu, baş-başa qalmağınız üçün bir fürsətdir. Tez-tez yeni bir şeylər kəşf edin. Məsələn, həftə sonları və ya tətildə eyni yerə getməyin. Daha əvvəl getməyiniz yerə gedin və ya etmədiyiniz bir şeyi edin. Bununla birlikdə stressi atmış olarsınız və yeni nəsə öyrənərsiniz. Həyat yoldaşınızın dostları ilə, iş yoldaşları ilə tanış olun. Axşam birlikdə olanda gün ərzində nə yaşadığınızı, xoşbəxtliyinizi, problemləri paylaşın. Uşaqlarınızın varsa, onların da tərbiyəsi ilə birlikdə məşğul olun. Bu şəkildə həyatınızdakı stress azalmış olar. Bir-birinizlə zafatlar edin. Həyatdan və bir-birinizdən zövq alın. Problemlərin həyatınıza daxil olmasına yol verməyin.

Xoşbəxtlik qorxusu nədir? - Səbəb olan amillər

Xoşbəxtlik və qorxu – bir-birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi? Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik –bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir “çox sevinmə”, “bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər. Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlər və bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir. Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq. Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zamanda yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir. Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar: Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir. Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən. Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur… Xədicə Aşurova

Ailə terapiyasını vacib edən məqamlar

Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya  ailənin tək bir üzvü  gətirilərsə  terapiyanın  mərkəz nöqtəsi  ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və  ailə  daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının  dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem  təşkil etmeyə bilər. Hər ailənin sakit  bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir. Ailə terapiyasında nələr olur? Terapevt və  ya psixoloq, ilk seansda terapiyanın məqsədini  ailə üzvlərilə  birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə  uşaqlar məsuliyyətlərini  bildirir. Ailə şüuru  üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının  vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə  bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir. Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə  üzvlərindən biri ilə edəcəyi  görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə  paylaşmaz. Terapiyanın məqsədi  ailə üzvlərinin davranışlarını daha  müsbət etmək ,üzvləri  arasındakı qarşlıqlı inkişaf elətdirmək  ve problemlərə qalıcı və daimi  həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir. Terapiya müddətində  ailə üzvlərinin bir çox  ev tapşırıqları  olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər  edilməli olacaq ev tapşırıqları verilə bilər. Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi  və üzvlər arasındakı bitməmiş  işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə  komək etməsidir. Ailə üzvləri arasında daha  çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa  terapiya  məqsədinə çatmış  sayılır. Ailə terapiyasının məqsədi; insanlararası münasibəti  işığında narahatlıq və  konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması  və  digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici  krizlərə qarşı ailənin dözümlülüyünün  artırılması, nesillər arası münasibətlərin  artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir. Ailə terapiyası nə  zaman vacibdir? Ailənin təməl  ehtiyaclarının ödənmirsə  ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur. Ailənin əsas ehtiyacları nələrdir? 1. Dəyərli olmaq duyğsu: Ailədə  fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar  və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər. 2. Güvəniləcək  Mühit: Ailədəki fərdlər  kənardan gələcək   təhlükələrə qarşı təhlükəsiz  olduqlarını hissetməlidirlər. 3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik  və  qayğılarından qurtarır. Ailə daxilində  yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər. 4. Məsuliyyət duyğusu: Bütün  ailə fərdləri  muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir. 5. Çətinliklərin öhdəsindən gəlmək :  Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən  tək başına  gəlməyi öyrənməlidirlər. 6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər. 7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət, ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar. Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə, var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər. Ibrahimova Aydan 

“Mən niyə zəng edirəm, o etsin” - İnsan içindəki cinlərdən necə qurtulmalı

İnsanlar sosiallaşsa da, real həyatda münasibət qurmaq, o münasibəti davam etdirmək gənclərin aktual probleminə çevrilib. "Nəsə olur və mən nə olduğunu bilmirəm, lakin münasibətim bitir”, "Münasibətə başlaya bilmirəm”, "Bəzən hər şey yolunda gedir, lakin anidən baxıram ki, münasibətimin altı üstünə gəlib və bitib” kimi suallarla psixoloqlara müraciət edənlərin sayı getdikcə artır. Bəziləri uçun bu vəziyyət kəskin ruh düşkünlüyinə, depressiyaya yol açır. Bir qisim insanlar isə bu ruh halını qeyri-real qüvvələrə bağlayır, özləninin arzulamadığı duruma düşmələrini, istəmədiyi addımları atmalarını "cinlərim gəlmişdi” ifadəsi ilə izah etməyə çalışırlar. Bəs bu halın, gənclərin "cin”lərinin tibbi adı nədir? Türkiyənin uzman psixoloqu Özləm Ataoğlu bununla bağlı maraqlı yazı ilə çıxış edib. Psixoloq.az həmin yazını təqdim edir: Həmin ruh halı gəldikdə yaşadığımız ilk hiss rəddedilmə qorxusu olur. Bu, əlbəttə quracağımız münasibətləri kasadlaşdıran, bizi hərəkətə keçməyə qoymayan, rədd edildikdə daxildən bizi cəzalandıracaq bir səs eşidilməsindən qaynaqlanan qorxudur ki, həm də irəli getməyimizə mane olur. "Yox cavabı alıb, özünü biabır edəcəyinə, otur oturduğun yerdə” deyən bu səs bizim bəlkə də həyatımızın fürsətlərini qaçırmağımıza səbəb olub. Bu, həm də özüylə sonrakı peşmançılıq hissini də gətirir. Digər səbəb isə hövsələsiz davranmağımızdır. Bu, adətən şübhə duyğusu ilə müşayiət olunur. Qarşımızdakı şəxslə münasibətlərin dərinliyi yaşamaq yerinə, onun niyyətini anlamağa çalışırıq, nişan alıb hər an tətiyi çəkməyə hazır vəziyyətdə yaşayırıq. Onun düşüncələri gözləntilərimiz və istəklərimizlə uyğun gəlmirsə, bəri başdan söyləməsini istəyirik, vəziyyət də budursa münasibətə başlamamağı seçirik. Halbuki münasibət müddətində qarşı tərəfin fikirləri, düşüncələri dəyişə bilər. Bu vəziyyətdə səbirsizlik qorxuyla paralel olur – rədd edilməkdən, tərk edilməkdən, yaxud münasibətin bitməsindən qorxuruq. Belə olduqda insan münasibəti planlı yaşamağa başlayır. Onu nə qədər istədiyimizi gizlətmək, o zəng etmədən ona zəng etməmək, görüşə kimi özümüzü ələ verməmək... Bunların hamısı "münasibət kodları”na görə bizim əleyhimizə işləyir. Halbuki dürüst rəftar bizim həqiqi və gözəl bir münasibət qurmağımıza kömək edə bilər. Münasibətlərin təməlində bir şey dayanır: hər şeyi qəlizləşdirməmək, duyğularımızın məsuliyyətini dərk edib kontrol hissini boş buraxmaq, yaşanacaq hər cür ssenarinin mümkünlüyünü və qəbul etməyin o qədər də çətin olmadığını dərk etmək, bu məsələdə qarşı tərəflə həmfikir olmaq və anı yaşamaq. Ancaq və ancaq bunun sayəsində düzgün münasibət qura və onu davam etdirə bilərsiniz.(medicina.az)

Nənə və babanın uşağın tərbiyəsinə təsiri – PSİXOLOQ YAZIR

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant

Oğlan uşağı gəlinciklə oynayırsa...Bunlara diqqət edin

- Ana, mənə gəlincik al… 5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu “kiçik” istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi... Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, - deyə gülərək uzaqlaşdı… Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur... İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər. Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Düşünür ki, bu, ananın əyləncəsidir Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: “Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir - biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən”.

Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş

1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.

Fiziki qüsurların qismən aradan qaldırılması - Əmək terapiyasının üstünlükləri

Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)

Uşağı təkbaşına televizor qarşısında qoymayın - Psixoloq səbəblərindən danışdı

"Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Valideyn autizmli uşaqla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Nəinki autizmli, hətta normal uşaqları da 3 yaşına qədər texnologiyadan uzaq tutmaq lazımdır. Təəssüf ki, bəzən valideynlər autizmli uşaqdan imtina edirlər, onları yaxın qohumları bizə gətirirlər.  Autizmlilərdə yuxarı ətrafların daha çox hərəkət etdirilməsi nitqin formalaşmasına təsir edir. Autizmli uşaqlar 75 faiz hallarda ağrıya qarşı həssas olmurlar, buna görə də özlərinə və ətrafdakılara zərər verə bilərlər... Hamiləlik dövründə ananın alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin yaranmasına təkan verir"... Psixoloq.az xəbər verir ki,  bu sözləri psixoloq Aygül Məlikova deyib. Psixoloq autizmlə bağlı maariflənməyə diqqət yetirildiyini deyib: "Gün ərzində təxminən 10-dan çox valideyn normal uşağının autizmli olması şübhəsi ilə bizə müraciət edir. Bizdə autizmlə bağlı maarifləndirmə işləri çox aparılır, amma autizmlilərlə necə davranmaq barədə məlumat azdır. Maarifləndirmə daha çox problemin aşkara çıxarılması ilə bağlıdır. Bizə müraciət edən valideynlərin əksəriyyətinin uşağı 5, 7,10 yaşdan böyük olur. Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. Amma nitq ləngiməsi problemindən şübhələnmir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Sadəcə, daha erkən yaşda müraciət edəndə problemi həll etmək daha rahat olur. 3 yaşına qədər uşağın qızıl dövrüdür. Bu müddətdə autizmin ayrı-ayrı əlamətlərini aradan qaldırmaq mümkündür". Aygül Məlikova autizmin yaranma səbəblərindən də danışıb: "90 faiz hallarda autizm genetik yolla keçir. Bu zaman son üç nəsil nəzərdə tutulur. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Hamiləlik zamanı ananın qəbul etdiyi dərman preparatları da buna təsir edir. Autizm beyin ensefaloqramında aşkar edilmir. Beyində heç bir əlamət olmasa da, davranışlarda müşahidə etmək olur. Amma ümumiyyətlə, autizmin səbəbi tam bilinmir". Autizmin növləri və formaları barədə məlumat verən qonaq erkən müdaxilənin əhəmiyyətini xüsusi qeyd edib: "Klassik autizm, yəni tipik forma autizmin ən əğır növdür və gələcəyinə heç bir ümid yoxdur. Yüksək funksiyalı autizmlilər iş həyatı, ailə həyatı qura bilirlər. Autizmin Asperger növünə Eynşteyni misal göstərmək olar. Rett sindromu da autizmin ağır növüdür və 98 faiz hallarda qızlarda ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Lakin bu yaşdan sonra söz bazası artmır. Bu zaman valideyn elə bilir ki, uşaq qızdırmadan, qorxudan, yıxılmaqdan sonra belə olur. Rett sindromunda qızılcadan sonra bəzi xromosomlar dəyişdiyi zaman əlamətlər özünü göstərir. Autizmi digər xəstəliklərlə, məsələn dezinteqrativ pozuntularla qarışdırırlar. Bu da müəyyən xəstəlikdən sonra ortaya çıxır. Lakin bu zaman autizmdən fərqli olaraq öyrədilənlər yaddan tez çıxır. Erkən diaqnoz və vaxtında müdaxilə müalicənin nəticəsinə yaxşı təsir edir. Autizmlilərə sosial bacarıqlar aşılanır. 3 yaşında reabilitasiyaya gələn uşağı stulda oturtmaq mümkündür, amma 5 yaşında artıq onları oturtmaq çətindir, stulu aşırırlar, müəlliməyə vururlar". Aygül Məlikova bəzən autizmli uşaqlarla valideynlərin yanlış davrandığını da qeyd edib: "Autistik uşaqlar çox həssasdırlar. Onlara toxunaraq, qucaqlayaraq sakitləşdirmək olur. Ancaq əgər onlarla aqressiv davranılarsa, nəinki sakitləşdirmək, öz aləmlərinə qaytarmaq mümkün olmayacaq. Autizmlilərin özlərinə xas xəyal dünyası var, özlərinə xas nitqlə danışırlar. Bu zaman valideyn onunla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Valideynlər autistik uşaqları, həmçinin normal uşaqları da texnoloji avadanlıqlardan - televizor, kompüter, planşet və sairdən  3 yaşına qədər uzaq tutmalıdır. Bəzən valideynlər autizmli uşaqlardan imtina edirlər, nənə-baba və ya xala, dayı onları gətirib bizə müraciət edirlər. Bəzən atalar autistik uşaq doğulanda ailəni tərk edir". Psixoloq daha çox genetik faktorla əlaqəsi olan autizmin hamiləlik zamanı xüsusi testlərlə müəyyənləşdirilməsinin mümkün olduğunu deyib: "Elə ailələr var ki, 3 uşaq da autistikdir. Bu isə genetik faktorun təsirini gücləndirir. Bəzən isə ailədə bir autizmli uşaq doğulanda artıq ikinci uşağı istəmirlər. Lakin bu heç də o demək deyil ki, ikinci uşaq da mütləq autizmli doğulacaq. Hamiləliyin 12-ci həftəsində ikili test analiz olunur, 16-cı həftədə isə dördlü test analizi olunur. Əgər uşaqda əqli problem olarsa, bu analizdə özünü göstərir". Aygül Məlikova autizmlilərin cəmiyyət tərəfindən qəbul edilmədiyini deyib: "Autizmli uşağı olan valideynlər ictimai nəqliyyatdan rahat istifadə edə bilmirlər, ətrafdakılar onları qınayır. Cəmiyyət onları qəbul etmir, buna görə də valideyn onları cəmiyyət içərisinə çıxara bilmir. Digər tərəfdən də, autistik uşaqlar nəqliyyatdakı səsləri, siqnal səsini, metronun səsini qəbul edə bilmir. Təəssüflər olsun ki, bizdə küçə nəqliyyatında olduqca aqressiv davranış var. Bu lazımsız səs-küy autizmli uşaqların cəmiyyətdə sosiallaşmasına mane olur". Qonaq autizmin müalicəsində tətbiq olunan yeni metodlar barədə məlumat verib: "Hazırda 3D texnologiyası ilə müalicə ilə autizmliləri öz xəyal dünyasından ayırmaq mümkündür. Davranış terapiyası ilə onlara sosial bacarıqlar aşılanır. Bunlara özbaxım aiddir. Özbaxım deyərkən, paltarını geymək, yeməyini yemək və s. nəzərdə tutulur. Bu davranışlar orqanizmin kiçik motor aparatını hərəkətə keçirir. Kiçik motor aparatı nə qədər çox inkişaf etsə, onların nitqinə daha yaxşı təsir edəcək. Normal şəxsin barmaqlarının ucunda sinir ucluqları var. Amma autistik uşaqlarda nitq yoxdursa, onların barmaqlarında sinir ucluqları da inkişaf etmir. Autizmli uşaqların 75 faiz hallarda ağrıya qarşı həssaslığı olmur. Onlar yıxılanda, əziləndə hiss etmirlər. Amerikada autizmin müalicəsi üçün hipoterapiyadan, yəni atlarla terapiyadan istifadə olunur. Bu çox gözəl effekt verir. Təəssüf ki, bizdə mərkəzlərdə belə şərait yoxdur. Hipoterapiyada təmas, at üzərində oturma və at hərəkət edərkən özünü saxlamaq vərdişləri yaranır. Bu zaman onların həm kiçik, həm də böyük motor aparatı işləməyə başlayır. Autizmlilər ağrı bilmədiklərindən özlərinə də xəsarət yetirə bilərlər, məsələn, bıçağı götürüb əlini, ayağını kəsə bilərlər, başqasını zədələyə bilərlər. Onlarda duyğuları, ağrı hissini formalaşdırmaq üçün sensor otaqlardan istifadə olunur. Bu otaqlarda analizatorlar var. Musiqi terapiyasından, aromaterapiyadan istifadə edirik". Psixoloq autizmli uşaqların xüsusi pəhrizlə qidalanmasını vacib hesab edir: "Autizmli uşaqlara hər şeyi yedirmək olmaz. Onlara xüsusi pəhrizlər təyin olunur. Hər səhər mütləq bir yumurta yeməlidirlər. Tefal tavalarda qızartmalar olmaz, qızartmalarda zeytun yağından istifadə olunmalıdır. Çeynəmə zəif olduğundan ət yeməklərini sevmirlər, yalnız çəkilmiş əti yeyə bilirlər. Lakin valideyn hər dəfə ona blenderdən çəkilmiş yemək verməməlidir. Çünki terapiya görən uşaqlarla loqoped işləyir və artikulyar aparat inkişaf etdirilir". Aygül Məlikova valideynlərin autizmin qarşısın almaq və övladları ilə məşğul olması üçün məsləhətlərini verib: "Ananın hamiləlik dövründə alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin olmasına təkan verir. Reabilitasiya ilə yanaşı, valideyn çox səbirli olmalıdır. Seanslar ləngiyirsə, gətirməyə imkan yoxdursa, uşaqla işləməyi saxlamaq olmaz. Valideyn özü də uşaqla işləməlidir, onlar öz-özünə düzəlmir. Aqressiv davranılarsa, heç bir nəticə əldə olunmayacaq. Ətrafdakı insanların fikirlərinə çox əhəmiyyət verməsinlər, buna görə uşaqları evdə saxlamasınlar".

"Valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir" - Autizmli uşaqlar necə seçilir?

Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir. Psixoloq.az azərtac-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq reabilitasiya şöbəsinin psixoloqu Leyla Abbasova bildirib. L.Abbasova deyib: "Autizmin müxtəlif əlamətləri var. Bu xəstəlikdən əziyyət çəkən uşaqların göz kontaktı demək olar ki, olmur və yaxud çox zəif olur. Onları çağırdıqda, adlarını çəkdikdə heç bir reaksiya vermirlər. Bəzən valideynlər bunu karlıqla əlaqələndirirlər. Belə uşaqların öz dünyaları var. Onlar beyinlərində qurduqları dünyada yaşayırlar. Bu səbəbdən onlar bizə reaksiya verməyə bilərlər. Bunun eşitmə ilə heç bir əlaqəsi yoxdur. Bu uşaqlarda fırlanan əşyalara qarşı çox böyük maraq olur. Onlar saatlarla paltaryuyan maşının fırlanan hissəsini izləyə bilərlər. Bundan əlavə belə uşaqlar oyuncaqlarla mənasına görə oynamırlar. Onlar gəlinciyi maşın kimi sürə və yaxud oyuncaq maşının yalnız təkərlərini saatlarla fırlada bilərlər. Başqa uşaqlarla oynamağı qətiyyən sevmirlər. Onlar təkliyə üstünlük verirlər. Autizmdən əziyyət çəkən uşaqlar söz birləşmələrini qavramaqda çətinlik çəkir və ya qətiyyən başa düşmürlər. Onlar deyiləni anlamır, istifadə olunan sözlərin hər birinin ayrı-ayrılıqda hərfi mənasını başa düşməyə çalışırlar. Bundan əlavə bu xəstəlikdən əziyyət çəkən uşaqlarda müəyyən exolaliyalar olur. Exolaliya - verilən sual və yaxud deyilən cümlənin eyniliklə təkrarlanmasıdır. Belə uşaqlar bir sözü gün ərzində minlərlə dəfə təkrarlaya bilərlər. Bu da onların nitqi düzgün anlamaması ilə bağlıdır. Bizim istifadə etdiyimiz cümlələr onlara hərif və ya işarə yığını kimi görünür. Onlar verilən sualı başa düşmədiklərinə görə eyniliklə dəfələrlə təkrar edirlər. Autizmli uşağın bir cümləni düzgün qavraması üçün onu mərhələli şəkildə öyrənməsi lazımdır. Başlanğıc olaraq qısa, ən çox iki sözdən ibarət söz birləşməsi ilə başa salmağa çalışmaq lazımdır. Bu onların qavramasına kömək edir. Misal üçün autizmdən əziyyət çəkən bir uşağın "Get mətbəxdən qırmızı qələmi gətir" cümləsini anlaması mümkün deyil. Burada ilk öncə rəng öyrədilməli, sonra qələmin nə olduğu başa salınmalıdır. Artıq sonra rənglə qələmi bir araya gətirərək bunun nə olduğunu anlamasına kömək etmək lazımdır. Uşaq "qırmızı qələm"in nə olduğunu tam başa düşdükdən sonra ondan qırmızı qələmi gətirməsini xahiş edə bilərik. Bütün bunlardan sonra artıq məkan barəsində danışmaq olar. Belə uşaqlarla işləmək hövsələ və çox böyük diqqət tələb edir. Lakin bunu bacardıqda çox yaxşı nəticələr əldə etmək mümkündür. Bəzi autizmli uşaqlar çox aqressiv olurlar. Onların öz istəklərini ifadə edə bilməməsi aqressiya ilə nəticələnir. Bu zaman dərman terapiyası tələb olunur və bu uşaqlarla artıq psixoloq deyil, psixiatrlar məşğul olurlar. Əsasən sakitləşdirici və beyin fəaliyyətini yaxşılaşdıran preparatlar təyin olunur ki, bu da bizim işimizə çox böyük köməklik göstərir. Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Asperger sindromu olan uşaqların intellekt səviyyələri həddindən artıq yüksək olur, bu uşaqlarda nitq və qavrama inkişafının ləngiməsi və dayanması olmur. Onlar adi uşaqlardan intellekt baxımından çox irəlidə olurlar. Belə uşaqlar riyaziyyat, məntiq, informatika kimi fənlərdə həddindən artıq yüksək nəticələr göstərirlər. Sadəcə olaraq, onlara insanlarla ünsiyyət qurmaq çətin olur, maraq və məşğuliyyətlərinin məhdud olması, qrup şəklində işləməkdən qaçmaq, çətin adaptasiya olmaq onları digər uşaqlardan fərqləndirir. Bu sindromlu uşaqlara vaxtında müdaxilə edildikdə onlar həmyaşıdlarından seçilmir, hamı kimi 6 yaşında məktəbə gedə bilirlər. Atipik autizm olan uşaqlar üç yaşa kimi normal inkişafda olurlar. Hətta cümlələr belə qurmağa başlayırlar. Lakin 3 yaşdan sonra uşaqda geriləmələr müşahidə olunmağa başlayır, demək olar ki, beynində olan hər bir şey silinir. Hətta bu uşaqların nitq qabiliyyətlərini itirmələri belə mümkündür. Bunun nədən baş verdiyini anlatmaq çətindir. Autizmin bu növü başlama yaşına görə digər növlərindən fərqləndirilir, digər bütün əlamətlər eyni olaraq qalır. Ümumiyyətlə, autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Onu qeyd etmək istərdim ki, bu xəstəliyin müalicəsində ən vacib faktor vaxtında olunan müdaxilə və başlanılan müalicədir".

Asperger sindromlu uşaq psixologiyası

Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir. Psixoloq.az istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biri olduğunu söyləyib: "Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar. Asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər. Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər". Psixoloq onların danışıq qabiliyyəti barədə bunları deyib: "Asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur. Asperger sindromlu uşaqların danışığı anlaşılmasa da, dediklərinin aydın eşidilməsi üçün bəzən yüksək tonla danışmağa çalışırlar. Xəstəliyin autizmə oxşarlığı olduğu kimi, fərqliliyi də var. Danışıq sahəsində həmin uşaqlarla loqopedlər məşğul olurlar. Asperger sindromlu uşaqlarda yaşlarına görə danışıqlarında da çətinliklər yaranır, söz və kəlmələri çox vaxt məcazi mənada işlədirlər. Onlar dostluq münasibəti qurmaqda bacarıqsız olur, ətrafdakılarla ünsiyyətdən zövq almır, sosial və emosional qarşılıq gözləmir, göz təması, üz ifadəsi, duruş, əl hərəkətləri kimi davranışlarda çatışmazlıqlar nəzərə çarpır. Bu uşaqlar soyuqqanlı olur, ətrafdakılardan tez ayrılmaq istəyir və özlərinə qapanırlar". Belə uşaqların müalicəsi barədə psixoloq bunları qeyd edib: "Asperger sindromlu uşaqların müalicəsi yaşa uyğun sosial və peşə bacarıqları öyrətmək, əsas əlamətlərə əsaslanan müalicələrdir. Lakin ən yaxşı müalicə üsulu kimi qəbul olunan bir üsul yoxdur, sadəcə olaraq klassik tibbi fikri rəhbər tutmaq lazımdır: müalicə nə qədər erkən olarsa, normaya doğru inkişaf da bir o qədər sürətli gedər. Müalicə digər yüksək funksiyalı Asperger sindromu nəticələrinə bənzəsə də, onlardan fərqli olaraq dil bacarıqlarına, şifahi çatdırmanın güclü tərəflərinə və sözlə ifadə olunmayan ünsiyyətin zəif tərəflərinə daha çox diqqət yetirilir. Asperger sindromlu uşaqlarda müalicə proqramının tipik məzmunu fərdlərarası təsirli qarşılıqlı ünsiyyət üçün sosial bacarıq təhsili, depressiya və həyəcan kimi problemlər üçün dərman müalicəsi, motor koordinasiya üçün peşə və ya fiziki müalicə, xüsusilə evdə istifadə ediləcək davranış texnikalarının valideynlər tərəfindən öyrədilməsi və dəstəklənməsindən ibarətdir. Hazırda bir çox araşdırmalar sindromun irsiyyətlə bağlı olduğunu üzə çıxarsa da, onun dəqiq səbəbi öyrənilməyib. Asperger sindromunun müalicəsi birtərəfli aparılmamalı və xəstəliyin müalicəsində əsas aparıcı hissəni davranış terapiyası təşkil etməlidir, çünki həmin sindromlu uşaqların diqqət və mənəvi dəstəyə çox böyük ehtiyacı var".(azərtac)

Uşağa boşanma qərarı necə deyilməli?

Boşanma mərhələsi həm yetkin insanlar, həm də uşaqlar üçün asan deyil. Streslə dolu olan boşanma cütlüklərin həyatında yeni bir yol çəkməsi ilə yanaşı, uşaqların da sosial və mənəvi həyatında vacib rola malikdir. Psixoloq.az  bildirir ki, bəs uşaqlar yeniyetməlik dövründədirsə?  İlkin yeniyetməlik dövründə, yəni 9-12 yaş aralığında uşaqlar bir çox yeni sosial və zehni qabiliyyətlər qazanır. Bu dövrdə həyatdakı ən vacib insanlar həmcinsləri olur. Qarşı cinsə maraq hələ yeni başlayır. Dəyişən bədən formasının da təsiri ilə güzgü qarşısında uzun vaxt keçirir, özləri ilə bağlı xəyal və düşüncələrə sahib olurlar. Yeniyetməlik dövrünün xüsusiyyətləri uşaqların ana atalarının boşanma qərarına verdiyi reaksiyanı əslində bir qədər yüngülləşdirir. Çünki bu dövrdə onlar üçün maraqlı olan şey özləri və həmyaşıdlarıdır. Bəs boşanma qərarını necə açıqlamalı? - Xüsusilə bu yaşlarda uşaqların imtahan dövrü başlayır. Buna görə də evdə psixoloji gərginliyin olmaması vacindir. Boşanma ilə bağlı açıqlamalar məktəb qurtardıqdan sonra, yay aylarında edilməlidir. - Həyat yoldaşınız ilə ortaq bir danışıq tərzi müəyyənləşdirməli və vəziyyəti övladınıza açıqlamalısınız. - Boşanma qərarı ən sadə sözlər ilə və konkret misallarla açıqlanmalıdır. Onun böyüdüyünü düşünərək çox xırdalıqlara getməməlisiniz. - Söhbət əsnasında ata ilə ana eyni qədər danışmalıdır. Əks halda uşaq onlardan birinin tərk edildiyini düşünə bilər. - Onunla bağlı qərarların yenə ata-ana olaraq sizin tərəfinizdən alınacağını ona bildirməlisiniz. - Bu söhbətdən ən çox 1-2 həftə sonra evlərin ayırılması idealdır. Bu müddətdə uşaq cavab axtardığı suallarını da sizə vermək fürsəti tapa bilər. - Yaşlarına görə çox reaksiyasız ola və ya həddindən artıq reaksiya verə bilərlər. - Sizin üçün çətin olsa da yorğun, melanxolik olmamağa, ağlamamağa və həyat yoldaşınız haqqında mənfi danışmamağa çalışın.(gencaile.az)

Ətrinə görə xarakterini tanıyın - Test

Jan-Pol Qerlen belə deyirdi: "Mən əminəm ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub". Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər. Bəs siz hansı ətirlərdən istifadə edirsiniz?  Yüngül qoxular Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir. Sitrus tərkibli ətirlər Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür. Bitkilər və otlar Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar. Zərif gül ətirləriÇox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər.

Heyvanların obrazlarından istifadə etmək - Animaloterapiya nədir?

XXI əsrdə alimlər qədim əcdadlarımızın unudulmuş reseptlərini yada salmağa başlayıblar. İnsanların əhvali-ruhiyyəsinə heyvanların təsiri zaman keçdikcə daha da çox aşkar olunur. Ətrafdakı insanlarla sağlam münasibətlərin olmaması nəticəsində bir çoxlarında depressiya, stress, tənhalıq və müxtəlif problemlərlə özünü büruzə verir. Psixoloq.az bildirir ki, animaloterapiya (latınca "animal"-"heyvan" sözündən götürülüb)-psixoterapevtik yardım üçün heyvanlardan və onların obrazlarından istifadə edən müalicə növüdür. Bu, ciddi xəstəliklərin qarşısının alınmasının və müalicəsinin sivil elmi üsuludur. Animaloterapiyada heyvan rəmzlərindən-obrazlar, şəkillər, nağıl qəhrəmanları, oyuncaqlar, həmçinin ünsiyyətdə təhlükəli olmayan canlı heyvanlardan istifadə edilir. Animaloterapiyanın tarixi Heyvanlarla müalicə hətta mağarada yaşayanlara da məlum idi. Çox uzaq tarixi olmasına baxmayaraq, animaloterapiyanı çox vaxt qeyri-ənənəvi üsul adlandırırlar. Qədimdə loğmanlar əsəbi pozulanlara soyuq suya girməyi, ayaqyalın yeriməyi və at belində gəzməyi məsləhət görərdilər. Hələ bizim eradan əvvəl V əsrdə Hippokrat təbii aləmin insana təsiri barədə müşahidələrində at sürməyin müalicəvi faydalarını aşkar edib. Qədim yunanlar, təxminən, üç min il əvvəl müxtəlif xəstəliklərin müalicəsində itlərin böyük rol oynaya biləcəyini deyiblər. Misirlilər həmin məqsədlə, əsasən, pişiklərdən istifadə ediblər. Qədim Hindistanda isə quşların nəğməsini dinləmək həkimlər tərəfindən müalicə üsulu kimi məsləhət görülüb. . Amerikalı uşaq psixiatrı Boris Levinson ilk dəfə 1962-ci ildə keçirdiyi müalicə seanslarında öz itindən istifadə etməklə animaloterapiyanın təməlini qoyub. İndi bütün inkişaf etmiş ölkələrdə həmin üsul qəbul edilir, heyvanların insanlara təsirini öyrənən institutlar yaradılıb. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Rusiyada fiziki və ya psixi problemləri olanlara animaloterapiya vasitəsilə kömək göstərən təşkilatlar var. Onların hamısı əhliləşdirilmiş heyvanlardan-daha çox it, pişik, dələ və quşlardan müalicə vasitəsi kimi istifadə edirlər. Həkimlər, sosial işçilər, psixoloqlar animaloterapiya proqramlarının iştirakçısı olurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən canlı varlıqların yanımızda olmasının bizə böyük fayda verdiyi qəbul edilib. Animaloterapiyanın növləri Heyvanların müalicəvi əhəmiyyətini dərk etmədən onları ev şəraitində saxlamaq-məqsədsiz, heyvanlardan və ya onların rəmzlərindən məxsusi işlənmiş müalicə proqramı üzrə məqsədyönlü şəkildə istifadə etmək məqsədli aminaloterapiya adlanır. Animaloterapiyanın bu növündə pasiyentin öz heyvanlarından deyil, xüsusi öyrədilmiş heyvanlardan və ya onların obrazlarından və səslərindən istifadə edilir. Məqsədli animaloterapiya, istifadə olunan heyvanlardan asılı olaraq bir neçə növə bölünür: İppoterapiya-animaloterapiyanın bu növündə əsas təmas vasitəsi kimi atlardan və at sürməkdən istifadə edilir. Bu, çox səmərəli müalicəvi bədən tərbiyəsidir. İppoterapiyadan dayaq-hərəkət aparatının pozuntularında, aterosklerozda, çənə-beyin zədələrində, poliomielitdə, mədə-bağırsaq xəstəliklərində, prostatitdə, skoliozda, kəmağıllıqda istifadə edilir. Atla təmas öz-özlüyündə müalicəvi olan dayanıqlı müsbət emosional fon yaradır. Delfinoterapiya-təbabətdə və psixoterapiyada delfinlərdən çox tez-tez istifadə olunur. Delfinlərlə təmas insanın psixi-emosional vəziyyətini sabitləşdirməyə, psixoloji gərginliyi aradan qaldırmağa kömək edir, adam sakitləşir, fikirləri stabilləşir və böhranlı vəziyyətdən tez çıxış yolu tapır. Bu, əsəb sistemi xəstəliklərindən-autizmdən, serebral iflicdən, oliqofreniyadan, Daun sindromundan əziyyət çəkən uşaqlar, həmçinin ekstremal şəraitə, zəlzələyə, fırtınaya, qəzaya düşən və başqa şəkildə güclü stress keçirən adamlar üçün ən gözəl psixoloji reabilitasiya üsuludur. Kanisterapiya-animaloterapiyada itdən istifadə etməkdir. İt-azhərəkətli həyat tərzi keçirməklə əlaqədar yaranan hipodinamiyaya qarşı ən yaxşı "dərman"dır. İtlə gəzinti ürək-damar xəstəliklərinin, infarkt miokardın əmələ gəlməsi ehtimalını azaldır. İt insanın ünsiyyət yetərsizliyini aradan qaldırır, ünsiyyətcilliyini yaxşılaşdırır, hətta sahibinin ailəsində münaqişələri yoluna qoyur. İtin ağız suyundakı lizosim fermenti xəstəlik əmələ gətirən mikroorqanizmləri məhv edir. Kanisterapiya nevrasteniyada, isteriyada, psixasteniyada və nevrozlarda məsləhət görülür. Hospislərdə və psixatriya klinikalarında itlər xeyirxah qonaqlar hesab olunur. Pasiyentlərlə işlərkən heç də hər it kara gəlmir-yalnız, sakit, hikkəsiz və sabit psixikalı itlərdən istifadə edilir. Felinoterapiya-pişiklərin müalicəvi təsiridir. Pişiklər tənhalığı unutdurur, adamı sakitləşdirir, arterial təzyiqi aşağı salır, ürəyin işini sabitləşdirir, oynaq və baş ağrılarını götürür. Pişik miyoltusu müəyyən səs titrəməsi (20-50 hers tezlikli) kimi sağalma prosesini stimullaşdırır. Pişiklə uzunmüdətli dostluq immun sistemini möhkəmləndirir, sağlam və uzunömürlü olmağa kömək edir. Apiterapiya-arı zəhəri ilə müalicədir. Müalicəvi faunada arı mütləq liderdir. Bioloji növ kimi 50 milyon illik mövcudluğu ərzində arı ən müxtəlif iqlim şəraitində həyat sürməyə öyrəşib ki, bu da nadir arı zəhərinin yaranmasına gətirib çıxarıb. Fizioloji proseslərin ən güclü katalizatoru olması arı zəhərinin möcüzəsidir. Onun bir damcısında zülal maddələri, 20 vacib amin turşusundan 18-i, saysız-hesabsız turşular, bütöv Mendeleyev cədvəli və çoxlu vitaminlər var. Hirudoterapiya-tibb zəliləri ilə müalicə venaların varikoz genişlənməsinin, tromboflebitlərin, dəri, ağciyər və qadın xəstəliklərinin, miqrenin, haymoritlərin, nevritlərin və bir sıra digər xəstəliklərin müalicəsində heyranedici nəticələr verir. Son vaxtlar zəlilərin köməyi ilə sellülitləri müalicə edir, arıqlayır, hətta cavanlaşırlar. Zəlilərin müalicəvi təsirinin sirri bundadır ki, onları seliyi orqanizmin toxumalarının dərinliklərinə nüfuz edərək xəstəliyə hüceyrə səviyyəsində təsir göstərir. Başqa heyvanlardan istifadə olunması Bütün canlı varlıqlar insana effektiv psixoloji kömək göstərə bilər. Animaloterapiyada digər heyvanlardan çox az istifadə edilir, çünki belə hallarda müalicənin səmərəsi xeyli aşağı olur.(azərtac)

Yaxşı psixoloqu necə seçməli... - Bütün psixoloqlar nəyi bilməlidir?

Hər bir psixoloqun özü ilk olaraq psixoanalizdən keçməlidir. Psixologiyanın bütün sahələrinə dərindən yiyələnməli və empatiya qura bilməlidir. Bildiyimiz üzrə uşaq və böyük olmaqla psixoloqlar adətən qrupa bölünür. Belə ki, uşaq psixoloqları adətən azyaşlı və yeniyetmələrlə çalışır. Ancaq psixoanalizlər zamanı isə hər bir insanın uşaqlığına nəzər salınır. Bu məqamda isə belə bir sual meydana çıxır. Bütün psixoloqlar uşaq psixikasını bilməlidirmi? Psixoloq.az xəbər verir ki, mütləq şəkildə uşaq psixologiyasını, bu sahəyə məxsus hər bir mütəxəssis bilməlidir. Çünki qeyd etdiyimiz kimi müəyyən mərhələlər  var ki bunu hər insan keçir. Hansı ki uşaqlıq dövrü, sonradan yaranan eqo, yeniyetməlik və s. Psixoloq isə bunları dərindən bilməlidir ki, pasiyenti psixoanaliz edən zaman bu dövrdə yaşanılan problemləri, travmaları və digər məsələləri analiz edə bilsin. Qeyd edək ki, uşaqlarla işləyən psixoloqlar böyüklərlə də işləməyi bacarırlar. Şəhanə Quliyeva

Alkoqolizmin müalicəsi - 4 günlük...

Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən əsas prinsipləri vardır. Bir alkoqolizm müalicə proqramında aşağıdakı mərhələlər olur. Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur. Əgər məhrumluq əlamətləri ortaya çıxarsa bir həkimin rəhbərliyinə ehtiyac duyula bilər. Ayrıca bəzi alkoqoliklər üçün bu dövrdə depressiya müalicəsi də lazım ola bilər, şiddətli məhrumluq əlamətləri olan alkoqoliklər gərgin,əsəbi ola bilər və hətta şüur itkiləri belə görülə bilər. Delirium Tremens və məhrumluq əlamətlərinin qabağının alınması üçün həkim nəzarəti altında dərman istifadəsi lazımlıdır. Tibbi müalicə Əgər alkoqolizmlə qaynaqlanan tibbi problemləriniz varsa,bunlar müalicə edilməlidir.Ən çox rastlananlan yüksək qan təzyiqi, qan şəkəri artımı,qaraciyər və ürək xəstəlikləridir.Bunlarla yanaşı, xəstəliklə əlaqədar bəslənmə problemləri də diaqnoz edilərək uyğun bir pəhrizlə müalicə edilməlidir. Sağaltma proqramları Spirtdən təmizləməyi müşahidə etməklə,ən əhəmiyyətli yaxşılaşdırma proqramı keçirilməsi lazım olan bir reabilitasiya dövrüdür. 3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunacaq. Bu müddətdə ruhi dəstək və əgər lazım olsa tibbi müalicə də alına bilər,yaxşılaşdırma proqramları gündəlik danışıq və film izləmə, qrup müalicəsi, məsləhət xidmətləri və məşğul ol müalicəsindən meydana gəlməkdədir. Alkoqolun tamamilə kəsilməsi Bu unudulmamalıdır ki,əgər içməyə davam edilsə xəstəlik ya çox az və ya heç nəzarət edilməyəcəkdir. Bu səbəblə, alkoqoliklər üçün müalicə proqramları,spirtin tamamilə kəsilməsini ön şərt olaraq qəbul etdikdən sonra başlanır. Xəstəliyin qəbul edilməsi Xəstə olduğu həqiqəti qəbul etməlidir. Xüsusilə spirt vərdişinin olduğu və bunun nəzarət edilə bilinmədiyi qəbul edilməlidir.Bir çox alkoqolik utanc və günahkarlıq duyğusundan qurtulmaq üçün bundan imtina edir. Xəstələrin inkar etməyi davam etdirmələri müalicəyə zərər verə biləcəyi kimi tamamilə təsirsizləşdirə də bilər. Spirtə olan istəyini qəbul etməniz şəfa üçün ən əhəmiyyətli addımdır.Həmçinin bu müalicə proqramınız üçün də əsas şərtdir. Beləcə bəlkə də ilk dəfə xəstəliyin gücü spirtli tərəfindən qəbul edilmiş olacaq. Psixiatrik müalicə və psixoloji dəstək Alkoqoliklərdə duyğusal vəziyyətlə əlaqədar şikayətlər psixoatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir.Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa,xəstə sağalmaz. Bu bir neçə şəkildə (qrup müalicəsi və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə,alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq. Dərman müalicəsi Uzun müddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılığa yol açar; yalnız məhrumluq əlamətlərinin müalicə müddətində istifadə edilə bilər. Müalicə, bu gün yaşanılanlar,keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur.Buna görə də xəstəyə yaxınlaşarkən təmkinli olmaq da içki içmənin aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün,spirt qəbulu güclülük və azadlıq kimi yanılsamalara səbəb olar. Spirtin təsiri altındaykən,özlərini bütün ictimai təzyiqlərdən xilas olmuş kimi hiss edirlər.Inciklik və hirs səbəbiylə də tükəndiklərini hiss edirlər.Alkoqolizm,ictimai əlaqələrin pozulmasına səbəb ola bilər. Ailə, əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir,digəri isə iş yeridir.Amerikan Milli Alkoqolizm Şurası,özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini təyin etmişdir.Müalicə yalan,inkar və səmimiyyətsizlikdən imtina edərək,özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini təməl alacaq sağlam və etibarlı əlaqələr meydana gətirməyi öyrənmə üzərində diqqətlə qurulmalıdır. Dəstəyin davam etdirilməsi Yaxşılaşdırma proqramının müvəffəqiyyəti müalicənin sonlanmasından sonra müəyyən olunur. Xəstəliyin xroniki olması alkoqolizmə dəstəyin davamlı olmasını tələb edir.Spirt və ya dərman asılılığından xilas olmağa çalışan kəslərə istiqamətli olaraq,həyatlarını davam etdirmələrinə və xəstəlik əgər yenidən baş qaldırarsa, zamanında görülməsinə köməkçi ola bilmək üçün,müalicə sonrası proqramlar nəzərdə tutulmuşdur. Nərmin Quliyeva

Problemli düşüncələrdən necə xilas olmalı? - Mütəxəssisdən həyata yeni baxış bucağı

Bir insan yolla gedir. Onu bıçaqlayıb, pullarını da oğurlayıb qaçırlar. Bir insan ağır xəstə olur. Əməliyyat masasında onu da bıçaqla yarırlar, sonra yardıqları yerdə işlərin bitirib qapadırlar. Hər iki halda insana bıçaq dəyir amma demək olmaz ki hər iki hal insanın zərərinədir. Bəzən sıxıntılar da əməliyyat masasında bizi yaran bıçaq kimidir. Yaran Yaradandandır. Bəlkə də o yarılan yerdə əməliyyat gedir, bitdikdən sonra daha sağlam davam edəcəksiniz həyatınıza. Bu həyatda hadisələrin gedişatını dəyişə bilməyən yeganə şey üsyan, göz yaşı, dərd çəkmək və depressiyadır. Amma ən çox müraciət edilən də onlardır. Bəs nədən, necə başlayaq? Başlamayacaqsınız... bitirəcəksiniz...1. Öncə boş zaman keçirməyi ( mütləq etməyə birşey tapılar)2. Pis təsir edən film, serial və proqramları.3. Özünüzü içinizdə deyil çölünüzdə axtarmağı.4. Yalnız həyatda problemləri görməyi :) Problemlər bir ovuc duz kimidir. Siz fincan yox, göl olun. O duzu içinizdə həll edin, dağıdın getsin.Pedaqoq Lalə MəhərrəmliPsixoloq.az

"Öncə bu stisuasiyada olmuşam" - Dejavu xəstəlikdir?

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir. Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır. Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır). Aysel Məmmədzadə

Nitqin gecikməsi, kəkələmə... - Nitq terapiyası nə zaman gərəklidir?

Müəyyən səbəblərdən ötrü insanlarda danışmaq məhdudluğu yaranır. Bu vəziyyət xüsusilə də azyaşlı uşaqlarda baş verir. Həmin problem, insanda sosial, emosional və idrakla bağlı bir çox problemlərə yol açır.  Psixoloq.az xəbər verir ki, nitq terapiyası isə diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət göstərən sahədir. Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizmlə əlaqəli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür. Nitq terapiyası hansı problemlər zamanı tövsiyə edilir? Nitqin gecikməsiKəkələməAutizmə bağlı nitq problemləriArtikülasiya pozuntularıFonotek pozuntularUdqunma ilə bağlı nitq qüsurlarıAfaziya və sonradan qazanılmış nitq pozuntularıMotor danışma pozuntularıTaxilaliya (Həddindən artıq sürətli danışma)Eşitmə ilə bağlı nitq qüsurlarıDodaq və damaq quruluşuna bağlı nitq qüsurları

Uşağınız məktəbə getmək istəmir?

Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər. Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir. Hətta bəziləri istəksizliyini "məktəbə getmək istəmirəm” deyə ifadə etmək yerinə "ayaqqabım sıxır”, "qarnım ağrıyır” kimi bəhanalər səsləndirirlər. Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər. Psixoloq.az xəbər verir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər. Bəs uşaqları məktəbdən soyutmadan problemi həll etmək olarmı? Məktəb bazarlığını birlikdə edin Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasiyasının artmasına kömək edir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək həvəsi uşaqda məktəbə getməyə həvəs yaradacaq. Bundan başqa, geyinəcəyi paltarları, götürəcəyi çantanı uşaqla birlikdə hazırlamaq şagirddə məsuliyyət hissi yaradır.  Məktəbə daha rahat adaptasiya ola bilməsi üçün ilk gün yanında olmağa çalışın Tətildən sonra məktəb rejiminə keçmək uşaqları məktəbdən soyudan amillərdəndir. Bunun nə qədər çətin olduğunu başa düşmək lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və müəllimləri ilə tanış olmasına kömək edin. Bununla da uşağınız özünü daha komfortlu hiss edəcək. Lakin məktəbdə bir neçə gündən artıq görünməyiniz uşağın adaptasiya prosesinə zərər göstərəcək. Buna görə də uşağınıza müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı problem yarandıqda dərhal məktəbə gedəcəyinizi deyərək onun özünü güvənli hiss etməsini təmin edin.  Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin Uşaqlarınızın yaşadıqlarını, kiçik təcrübələrini danışmaları üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə kömək edin. Qayğı, qorxu kimi kəlmələyi istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini uşağın qəlbini qırmadan öyrənin. Qorxularının əbəs olduğunu onlara başa salmağa çalışın. Müəllimlərindən kömək istəyin Uşaqlarınızın keçirdikləri qorxu və narahatlıqların səbəbini öyrənmisinizsə, bununla bağlı müəllimlərinə məlumat verin. Adaptasiya müddətində də müəllimlə daima əlaqədə olun. Məktəbdə zövq aldığı nüansları öyrənməyə çalışın Əyləncəli tətil günlərindən sonra tez yatıb, tez durmaq, yeni qidalanma rejimi, üstəlik dərs stressi əvvəllərdə uşağa sıxıcı görünə bilər. Buna görə uşaqdan məktəbdə zövq aldığı dərsləri, nüansları öyrənin. Uşaqdan cavabını ala bilmədiyiniz "dərslər necə” keçdi kimi suallar soruşacağınıza, "idman dərsində nə oynadınız” kimi şeyləri soruşun. Uşaq bu suallara zövqlə cavab verəcək. Bununla uşağın məktəbin əyləncəli tərəflərini görməsinə şərait yaradacaqsınız. Bir problem olduğunun fərqinə varmısınızsa, mütəxəssisdən yardım almaqdan çəkinməyin Uşaqların sadaladığımız bu problemləri əslində bir neçə həftə içərisində həll olmalıdır. Lakin hər hansı dəyişiklik olmursa, uşaq yenə eyni əhval-ruhiyyədədirsə, bəhanələr səsləndirirsə, mütəxəssisə müraciət edin. Xüsusi qeyd: mükəmməl uşaq anlayışı ilə qiymətləri çox yaxşı olan uşaq anlayışını qarışdırmayın. Aşağıda yazılanları mütləq edin! Məktəbdən gələndə uşağınızdan gününün necə keçdiyini soruşun. Bütün suallarına sıxılmadan cavab verin. Bəzi məsələlərdə ondan fikrini soruşun. Uşağınızla iş birliyi edin. Uşağa hansısa iş verib, məsuliyyət yükləməkdən qorxmayın. Uşaqlarınıza güvənin. Sözlə də, hərəkətlə də ona dəyərli olduğunu hiss etdirin.(medicina.az)

Uşaqlarda psixomotor inkişaf geriliyi nədir?

Minimal beyin disfunksiyası termini valideynlərə çox tanışdır. Belə uşaqlarda beyin funksional sisteminin  gecikməsi olur, bu da davranış, nitq, diqqət, yaddaş, qavrama, hissetmə və s. psixi fəaliyyət növlərində özünü göstərir. Ümumiyyətlə uşaqlıq- insan həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiya bəzən ömürlük qalır. Qeyd etmək lazımdır ki, əqli və fiziki inkişafda geriliyi olan uşaqlardan bəziləri ola bilsin ki, bütün həyatı bacarıqlarını (oxumaq, yazmaq, ünsiyyət) və s. inkişaf etdirməyə nail olmayacaq. Ola bilər ki, ümumi intellektual inkişaf normal səviyyədə olsa da , onların məktəbdə, təhsillə bağlı sosial adaptasiya ilə bağlı çətinliklər meydana çıxacaq. Belə uşaqları (məktəbdə, evdə, diqqətsizliklə günahlandırmaq əvəzinə onlara kömək etmək və xüsusi yananaşmaq lazımdır. (tərifləmə) Minimal beyin disfunksiyasının əsas səbəb mərkəzi sinir sisteminin prinatal zədələnməsi yarımçıq doğulma, erkən yaşda olan kəllə-beyin travmaları neyro infeksiyalardır. Minimal beyin disfunksiyasını necə təyin etmək olar? 1) Uşaqlarda erkən psixo motor inkişafı yaşa görə geri qalır, gec oturur, gec danışır, gec yeriyir. 2) Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqətsiz, tələskən, impulsiv və ya çox sakitdir, az hərəkətlidir, tez yorulur və s. 3) Belə uşaqlarda  qamət pozgunluğu əyripəncəlik, görmə zəifliyi, bağ ağrıları, kəkələmə, enurez, kiçiki motorikanın geriliyi (düymə bağlamağı, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə) çətinlik çəkirlər. II Uşağın fiziki və əqli inkişafını düzgün istiqamətləndirməsək: Fizkiki qüsurluq , əqli qüsursuzluğa , Əqli qüsurluq fiziki qüsursuzluğa gətirib çıxarır. Əgər valideynlər uşaqıarın bu əlamətlərin bir neçəsini görürsə mütləq Nevropotoloq, loqoped, pediatr, psixoloq (psixopedaqoq) ortoped və s. mütəxəssislərin  nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır. Televizor, kompüter qarşısında minimum sutkada 30 dəqiqəyə qədər vaxt keçirməlidirlər. Belə uşaqları üzgüçülük, rəqs, gimnastika ilə uşaqla taktil kontakt  (masaj) yazdırmaq lazımdır. Kompleks yanaşmada psixoloji-pedaqoji, psixo-terapevtik  korreksiyadan əlavə medikamentoz müalicədə nootroplar beyin-qan dövranını yaxşılaşdırın, sakitləşdirən vasitələrdən  istifadə olunur. Rəna Kazımova Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

Təbii fəlakətlər zamanı psixoloji yardım

İnsanların psixologiyasında dərin izlərin açılmasına səbəb olan fəlakətlər, bəzilərinin həyatını itirməsnə səbəb olarkən, geridə qalanları da dözülməz ağrılar içində buraxaraq keçmişdə qalır. Keçmişdə qalan fəlakətdir. Fəlakətin buraxdığı psixoloji təsirlər isə insanların mənəvi həyatlarında dərin izlər buraxır. Bildiyimiz kimi təbii fəlakətlərin meydana gəlməsində insan faktoruna nisbətdə təbiət hadisələri böyük rol oynayır. Ancaq bu təbiət hadisələrinə qarşı tədbir görülmədikdə fəlakətdən sonra yaranan nəticələrə görə məsuliyyət məhz insanların üzərinə düşür. Təbii fəlakətlər insan psixologiyasında dərin izlər buraxan travmatik yaşantıdır. Bu hadisələri yaşayanlar, yaşayanların yaxınları və ya bu hadisələri görüb-eşidənlər uzun müddət sağalmayan psixoloji travmalara məruz qalır. Həyatımızda əvvəldən müəyyənləşdirib idarə edə bilmədiyimiz hadisələrin olduğunu anlamaq və qəbul etmək insanlar üçün olduqca çətin olur. Çox zaman da biz bu hadisələri təsirsiz hala gətirə bilmir, təkrar başımıza gəlməsinin qarşısını ala bilmir və çarəsiz qalırıq. Fəlakətlər, yalnız insan həyatına son qoyub zədələr yaradan hadisələr deyil, eyni zamanda psixoloji zərbədir. Amma baş vermiş faciə nəticəsində yaranan psixoloji dəyişikləri qaydaya salmaq, onun maddi və mənəvi ziyanlarının aradan qaldırılmasına nisbətən daha çox vaxt tələb edir. Psixoloji yardım, bir sıra ölkələrdə bədbəxt hadisədən sonra əhaliyə göstərilən yardımın əsas hissəsini təşkil edir. Yəqin ki, biz də bunu hiss etmişik ki, həlak olanların ailələri ilə işləmək üçün psixoloq, psixoterapevtlərə kəskin ehtiyac var. Mütəxəssislərin fikrincə, fəlakətlər zamanı psixoloji travma aldıqdan sonra ilk sutka ərzində göstərilən psixoloji yardım daha təsirli olur. Sonra isə uzunmüddətli müşahidə və psixoterapiya lazımdır. Qəza yerində yaxınlarına göstərilən psixoloji yardım, sözün həqiqi mənasında insanları xilas edə bilər. Faciələr zamanı yalnız zaman ərzində stresin intensivliyi deyil, həm də onun uzun sürməsi də insan psixologiyasına təsir edir (bəzən həftələrlə sürən kədər və ümid). İnsan orqanizminin ehtiyatları məhduddur və qaçılmaz olaraq stresin son stadiyası - üzülmə mərhələsi çatır. Son ümidlər də boşa çıxdıqda, fəlakət qurbanını xilas etmək mümkün olmadıqda, onların yaxınlarını xilas etmək lazımdır. İnsanların çoxu baş vermiş fəlakətin qurbanları haqqında danışdıqda çox vaxt söhbət bilavasitə  zərərçəkənlərdən gedir. Amma təsirin həqiqi həcmi daha dərin, daha genişdir. Baş vermiş fövqəladə hadisə, insanların böyük miqdarda sayına, o cümlədən dolayısıyla zərər çəkən insanlara - xilasedicilər, hadisənin iştirakçıları, peşə borclarına görə xilasetmə işində iştirak edənlərin psixologiyasına neqativ təsir göstərir. Zərbə zərərçəkənin həmkarlarına, tanışlarına dəyir. Baş verən hadisə ilə televiziya verilişləri vasitəsilə tanış olan insanlar bəzən daha güclü həyəcan keçirirlər. Sonradan onlar özlərini pis hiss etdiklərindən, real nasazlığın yaranmasından şikayət edirlər. Hadisələr zamanı kütləvi informasiya vasitələrinin təsirini "dəyənəyin iki ucuna" bənzətmək olar. Bir tərəfdən onlar əhaliyə baş vermiş hadisələr haqqında informasiya çatdırır. İnformasiyaya qarşı təmin olunmamış tələbat özü stress yaradır. Digər tərəfdən isə vəziyyətin ağırlaşmasına səbəb olurlar. Hadisə yerindən verilən reportajlar, bəzi epizod və müsahibələrin təkrarən verilməsi, ziddiyyətli məlumatların verilməsi və bunun böyük auditoriya qarşısında yayımlanması baş vermiş hadisənin mənfi təsirlərini gücləndirir. Psixoloji sonluqların bütün növlərinin ümumi bir adı var "ikincili stress". İnsanların stresə qarşı olan reaksiyaları müxtəlif olur. Bu reaksiyaların xüsusiyyətlərini öyrənməklə siz özünüzdə və yaxınlarınızda hansı mənzərənin yarandığını müşahidə edə bilərsiniz. Psixoloji yardımı daha real və operativ olaraq ailə və dostlar göstərə bilər. Bunda məqsəd - təhlükəsizlik hissiyatı yaratmaq, iztirab çəkən insanda ümid, inam yaratmaqdır. Psixoloji yardımda "Aktiv dinləmə" çox vacib komponentdir. Zərərçəkmiş həmsöhbət yardımçıdan diqqətlilik, hörmətlə münasibət tələb edir. Dünyaya onun gözləri ilə baxmağa çalışmalı, təhlükəsiz və isti şəraitdə danışmalı, baş verənlərə ürəklə yanaşmalıdır. Öz emosiyalarını iztirab çəkənə bildirməməlidir, çünki onun yanğısı, qüssəsi kifayət qədər var. Günahlandırıcı, etiraf edici mövqedə dayanmaq lazım deyil. Psixoloji yardım  bir sıra hallarda bilavasitə zərərçəkənin mənəvi rahatlanmasını təmin edir, uzunmüddətli psixoloji problemlərin yaranma riskini aşağı salır və sonrakı yaşam üçün ümid verir.(fhn.gov.az)

Bu proses ən çox qəza keçirmiş şəxslərin başına gəlir - Özgələşmə nədir?

Özgələşmə, müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif edib. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə, geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.   Özgələşmə insanları yalnızca çətin və təhlükəli vəziyyətlərdən deyil, həmçinin dözülməz emosional hadisələrdən qoruyur. İzafi emosional insanlar ən adi emosional hadisələr zamanı belə özgələşə bilərlər. Belə insanlar çətinliklə emosional əlaqə qururlar və kənardan baxanda soyuqqanlı və ya soyuq təbiətli təsəvvürü yaradırlar. Hadisələrin "ayıq" qiymətləndirilməsini təmin edən "özgələşmə", həmçinin baş verən hadisənin emosional tərəfinin düzgün dərk edilməsinin qarşısını ala bilər. Xüsusilə ağır psixi sarsıntı və ya qəza keçirmiş şəxslər özgələşməyə meylli olurlar.

"Dərslərin 8-də başlanılmasının əleyhinəyəm" - Psixoloq uşaqların psixoloji hazırlığından danışdı

Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir.  Məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə  psixoloq Leyla Davud Abdullayevaya danışıb. Psixoloq.az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir: -Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət?  -İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər.  Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər.  Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı... İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir.   Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki. Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir.  Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir. Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın.  Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adaptasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar. Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir. Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır.  Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar. Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir. Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır. Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın. -Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deyilmi?  -İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər. Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin. Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var.  Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır.  Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər.  -Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər.  -Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər.  Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir. Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır.  Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq.  Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi. Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar.   Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək.  Valideynlər  uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur.  Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik.  Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan. -Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn  övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox.  Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.

Bacarıqlarını göstərə bilməyən uşaqlar...

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq(meduna)

Problemli anınızda köməyinizə çatır - Məşğuliyyət terapiyası nədir?

Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir. Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.

Psixoloji problemləri aradan qaldırmaq - Oyun terapiyası nədir?

Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.

Əsəb və emosiyaların idarəsi... - Psixoterapiya nədir?

Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasiyent öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.

Uşağın sosial mühitdə danışmaması - Selektiv mutizm nədir?

Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, ev mühitində axıcı və səlis danışmasına baxmayaraq, danışmasının gözləndiyi məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yadlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda uşaqlardakı utancaqlıqla qarışdırılır. Lakin normalda uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, boyuklərlə ünsiyyət qurduğu halda elektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur. SELEKTİV MUTİZM ƏSAS ƏLAMƏTLƏRİ: – Uşaq bir mühitdə danışdığı halda digərində davamlı olaraq susur – Uşağın danışmaması onun təhsilini,sosial ünsiyyətini minimuma endirir – Problem ən az bir aydır davam edir (məktəbə başladıqdan sonrakı ilk ay xaric) – Əsasən 1-3 yaş arasında özünü göstərir – Bərabərində hədsiz utancaqlıq, içə qapanma və ata-anaya hədsiz bağlılıq gətirir NƏ ETMƏLİ? Ana-ata və ya müəllim belə bir vəziyyət müşahidə etdikdə uşağı danışmadığı üçün cəzalandırmamalı, danışmağa məcbur etməməli, aldatmamalı və danışması üçün “rüşvət” təklif etməməlidir. Belə halda uşaq üçün güvənli və dəstəkləyici bir mühit yaradıb, mərhələli olaraq uşağın inkişaf sürətinə uyğun hədəflər qoymaq lazımdır. Müalicə üçün bir qrup terapiyası vacib şərtdir. Belə ki, psixoloq, müəllim, pedaqoq və s. birgə işləməlidir.(meduna.az)

Dünyanı psixi pozuntu epidemiyası bürüyür - Psixoloqlardan xəbərdarlıq

Estoniyada tibb məktəbinin psixoloqları müəyyən ediblər ki, bir çox insan mobil əlavələrin fotofiltrlərindən istifadə etdikdən sonra orada gördükləri şəkillərin əsasında plastik əməliyyat olunmağa qərar verirlər. “The Tech Times” bildirir ki, bu fenomen artıq “Snapchat dysmorphia” adını alıb. Fotofiltrlərin köməyi ilə hər bir insan foto çəkdirmək üçün xarici görkəmini dəyişə bilər. Dərini daha da hamar etmək, üzün rəngini, göz həlqəsinin şəklini dəyişmək mümkündür. Plastik cərrahlar bildirirlər ki, konsultasiya üçün gələn daha çox sayda insan öz fotoşəkillərinin retuşunu göstərir. Pasiyentlər böyük göz, daha dolğun dodaq və incə buruna üstünlük verirlər. Məsələn, üz plastikası və bərpaolunma cərrahiyyəsi üzrə ABŞ Akademiyasının məlumatına görə, plastik cərrahiyyə klinikalarının müştərilərinin təxminən 55 faizi şelfi çəkdiyi zaman daha yaxşı görünmək üçün həkimlərə müraciət edir. Mütəxəssislər qeyd edirlər ki, gənc qızlar öz xarici görkəminə qeyri-adekvat qiymət verir və gerçək həyatda yetərincə gözəl olmadıqlarını düşünürlər. Onların özləri barədə bu qənaəti müstəsna olaraq sosial şəbəkələrdən meydana gəlir və bu düşüncə tərzi özündən məmnun olmaq göstəricisinə mənfi təsir edir. Axı fotofiltrlərin əksəriyyəti son nəticədə real olmayan gözəllik obrazları təqdim edir.(Azərtac)

"Daha çox qadınlarda psixi pozuntular baş verir" - Məşhur professor reallıqdan danışdı

Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Universitetinin rektoru, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan psixoloji problemlərə aydınlıq gətirib.- Azərbaycanda psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?- Müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin psixoloji sağlamlıq vəziyyəti ilə Türkiyə cəmiyyətinin psixoloji sağlamlıq durumu arasında o qədər də ciddi fərq yoxdur. Soyuq müharibə illərindən sonrakı dövrdə Azərbaycanda mədəni kimliyin təzyiq altına alındığı bir cəmiyyət modeli hakim idi. Lakin müstəqillik əldə edildikdən sonra çox sürətli yeniləşmə dövrü yaşanmaya başladı. Türkiyədə olduğu kimi, Azərbaycanda da qloballaşmanın müsbət və mənfi tərəflərinin olduğunu söyləyə bilərik. Bu prosesin müsbət cəhətləri insanlarda təşəbbüskarlıq ruhunun artması, rəqabət mühitinin formalaşması və bunlara paralel olaraq iqtisadi inkişafın baş verməsidir. Mənfi çalarları kimi isə, ailə münasibətlərinin zəifləməsi faktını göstərə bilərik. Türkiyədə olduğu kimi, qloballaşmanın ailə münasibətlərini zəiflədən mənfi xüsusiyyətləri Azərbaycandan da yan keçməyib.- Psixi xəstəliyə daha çox kişilər, yoxsa qadınlar düçar olurlar?- Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir. Lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur. Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.- Azərbaycandan sizin yanınıza xeyli sayda xəstələr gəlir. Onlar daha çox hansı xəstəlikdən şikayət edirlər?- Azərbaycandan olan pasientlərin son dövrlərdə xəstəxanalarımıza edilən müraciətlərinin sayında artım var. Bunların arasında hansısa bir psixi pozuntunun özünü daha çox bürüzə verdiyini söyləmək çətindir. Lakin bununla belə ümumiləşdirmə aparsaq, Azərbaycandan gələn pasientlər arasında manial depressiv psixoz hallarına (nevrozun növü) daha çox rast gəlinir. Bu vəziyyət Türkiyənin Qara dəniz, Ərzurum, Qars, Ərzincan vilayətlərindən olan xəstələrin şikayətləri ilə çox yaxındır.- Yeni yetişən nəsillərin tərbiyəsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Siz də uşaq tərbiyəsi üzrə çoxsaylı tədqiqatlar aparmısınız. Azərbaycanda bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?- Biz türklərin zorakılığa haqq qazandıran bəzi səhv düşüncələrimiz var. Əslində isə bir insana edilən ən gözəl nəsihət qar kimidir. Qar yavaş yağdığı zaman yerdə qalar, şiddətli yağarsa, fırtınaya səbəb olur və qar yerdə qalmaz. Gözəl nəsihət insanın ruhunda iz qoyar. Bir insana qarşı zorakılıq tətbiq edərək onu tərbiyə etməyə çalışmaq fırtınalı qar kimidir. Bu, heç bir nəticə verməz. Onun tərbiyəedici gücü demək olar ki, yoxdur. Yalnız qarşımızda özünəinam hissi zəif fərdlər formalaşdırar. Halbuki məqsədimiz sakit, özünəinam hissi olmayan fərdlərdən daha çox, özünəinam hissi yüksək olan insanlar yetişdirmək olmaldır. Bu mənada Hz. Əlinin çox gözəl bir sözü var: "Uşaqlıqda çox sual verən sonrakı yaş dövrlərində çox suala cavab verən olar". Yəni burada sual verən uşağı nəinki alçaltmaq, əksinə onunla daimi ünsiyyətdə olmaq vacibdir. Hətta həmin uşaqlarla onunla eyni boya əyilərək ünsiyyət qurmaq lazımdır. Beləcə uşağa dəyər verdiyimizi göstəririk. Uşaq tərbiyəsində tətbiq etdiyimiz bir prinsipimiz var: "Sev, dəyər ver və bölüş". Uşaqlara dəyər verməyimiz lazımdır. Bu mövzuda yenə Hz. Əlinin bir sözünü misal çəkmək istəyirəm: "Yeddi yaşına qədər övladınızla oynayın, 15 yaşına qədər onunla dost olun, 15 yaşından sonra onunla məsləhətləşin". Bunlar uşaq tərbiyəsində bizim üçün istiqamətverici prinsiplərdir. Göründüyü kimi, burada aqressiyadan, hansısa bir zorakılık elementindən söhbət gedə bilməz. Zorakı üsullarla uşağı tərbiyə etməyə çalışmaq gələcəkdə həmin uşağı özünə düşmən etmək deməkdir. Belə ki, sonrakı yaş dövrlərində bu uşaqların həm valideynlərinə, həm də cəmiyyətin digər üzvlərinə qarşı gizli və yaxud açıq düşmən hissi bəsləyən fərdlərə çevrilmə ehtimalı var. Digər tərəfdən, uşaqlıqda fiziki zorakılığa məruz qalan insanların sonrakı yaş dövrlərində psixi pozuntuların yaranması və özünəinam hissi zəif fərdlərə çevrilməsi riski var.- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. Türkiyədə bu sahədə professional mütəxəssislərin hazırlanması istiqamətində hansı tədbirlər görülür?- Yeni qurulan universitetimiz psixologiya, psixiatriya, fəlsəfə, kompüter mühəndisliyi, sosial iş, molekulyar biologiya kimi sahələrdə ixtisaslaşmış bir universit kimi qısa zamanda həm tələbələrin, həm də ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Universitetimiz Türkiyədə ilklərə imza atmağa müvəffəq olub. Beyin batareyası istehsalı üzrə neyrotexnologiya mərkəzimiz var. Yenə Türkiyədə ilk olan ailə mərkəzi açdıq. Burada da ailə konsultasiya mərkəzləri üçün mütəxəssilər yetişəcək, ayrıca universitetimizdə zorakılığı tədqiq edən mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin aqressiya riski böyük olan yerlərinin xəritələri hazırlanır. Universitetimizin ən böyük üstünlüklərindən biri tələbələrimizin Türkiyənin ən tanınmış və bu sahədə ən qabaqcıl psixiatriya xəstəxanalarından biri olan NP İstanbul xəstəxana Qrupunda təcrübə keçmə imkanına malik olmalarıdır. Universitetimiz xarici ölkələrdən, ələlxüsus türk dövlətlərindən, Azərbaycandan olan tələbələrə öz qapılarını açmağa hazırlaşır. Təsis etdiyimiz xüsusi imkanlarla bu ölkələrdən olan tələbələr həm ingilis, həm də türk dillərində ən son texnologiyalarla təchiz olunmuş universitetimizdə təhsil alma imkanı əldə edəcəklər.(trend.az)

Fantaziyalara qapılmayın - Günün ulduz falı,18sentyabr

Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın. Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil. Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin. Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır. Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin. Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin. Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin. Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın. Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın. Ev işləri ilə məşğul olun. Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın. Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin. Axşam saatlarında normal istirahət edin. Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun. Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır. Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın. Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın. Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın. Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı? Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın. Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin. Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın. Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır. Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın. Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın. Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin. Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın. Rüşvət verməyin və rüşvət almayın. Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın.  Milli.Az

Dəfələrlə yoxlayırlar, təmizlik xəstəsidirlər - Obssesiv – kompulsiv pozuntu nədir?

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər. Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır: -Təmizlik - Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər. -Simmetriya - Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.-Dini - Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər. -Cinsi - Doğmalarına qarşı cinsi obssesiyalar. -Ehtiyat - Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq. Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır: -Təmizlik - saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə. -Təkrar etmə - yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə. -Sayma - binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma. -Yoxlama - dəfələrlə qapını, suyu, qazı bağladığını yoxlama. OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır. Psixiatr Orxan Fərəcli

Qarşı cins bu hərəkətləri edirsə...

Kişilər xoşlandıqları qadına bunu bildirmək üçün hərəkətləri ilə bəzi ipucları verməyə çalışar. Əgər ağlınızda "Görəsən, məndən xoşu gəlirmi?" kimi sual yaranıbsa, bir neçə hərəkəti ilə sizdən xoşlanıb xoşlanmadığını dəqiqləşdirə biləcəksiniz. Kişi baxışları Dəlisov, "çapkın" kişilər baxışlarını xoşlandığı qadının gözlərinə zilləyər, bir də üstəlik jest və mimikalarla romantik kişi təəssüratı yaratmağa çalışar. Ancaq gerçəkdən xoşlanan kişi utancaq baxışlı, sizə baxmağa utanan kişidir. Baxışlarınızı uzun müddət gözlərinə dikin və yoxlayın. Əgər qarşılıqlı olaraq bir şey danışmadığınız hallarda beş saniyədən daha çox gözlərinizin içinə baxmır, baxışlarını hara çevirəcəyinə tərəddüd edirsə, bilin ki, sizdən xoşu gəlir! Danışarkən tərif söyləyərlər Sizinlə söhbət edərkən, işinizlə, ailənizlə, dostlarınızla, getdiyiniz yerlərlə, sevdiyiniz filmlərlə bağlı suallar soruşursa, sizin haqqınızda bir şeylər öyrənmək istədiyinə işarədir. Xoşlanan kişi qarşısındakı qadını sözləri, anlatdıqları ilə təsirləndirməyə çalışır. Zarafat anlayışı olan kişilər bu məsələdə daha şanslıdırlar. Jest və mimikalar Xoşlanan kişilər sözləri ilə olduğu qədər jest və mimikaları ilə də kübar görünməyə, fiziki olaraq qadına daha yaxın durmağa çalışar. "Təsadüfən" tez-tez xoşlandığı qadının rastına çıxar. Üzündə sizi hər gördüyündə özündən asılı olmayan gülümsəmə olar, danışarkən yanlış etməməyə çalışar. Musiqi alətində çala bilirsə, sizi bir gün onu dinləmək üçün dəvət etməsi də xoşlandığının əlamətlərindən biridir. Ardı-arası kəsilməyən "sms"lər Əgər elə hey dostyana kimi də olsa, ardı-arası kəsilmədən mesaj yazırsa, əmin olun, yaxında sevgisini etiraf edəcək. Bir dəstə çiçək Qadınların çiçəkdən xoşlandığını kişilər yaxşı bilir. Əgər bir kişidən durduğunuz yerdə çiçək gəlibsə, sizdən xoşlandığı dəqiqdir. Milli.Az

Keçmişdə yaşanan travmatik hadisələr necə ortaya çıxır?

Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin hazırda qarşılaşdığı çətinliklərin mənbəyi keçmiş yaşadığı proseslərdə gizlənmiş ola bilər? Mövzu ilə əlaqədar bu və digər sualların cavablarını vermək, əhatəli klinik dəyərləndirmə tələb etsə də problem yaşayan insanın fərqində olduğu əsl reallıq keçirdiyi acı (ağrı) hissidir. Ən az fərqində olduğu və ya qətiyyən başa düşmədiyi isə bu acını niyə yaşadığı və ya niyə bunu sonlandıra bilməməyidir. Yaşanılan problemin davam etməsinin səbəbi travmatik təsirin davam etməsidir. Başqa sözlə, yaşanılan travmatik hadisə və ya hadisələrin yaratdığı mənfi duyğu beyində ehtiyat halında toplanan yer olan limbik sistemdən kənara çıxmır. Biz hazırki psixoloji problemimizə səbəb olan vəziyyəti ümumilikdə başa düşə bilmərik. Sadəcə yaşadığımız mənfi ruhi vəziyyətin fərqində olarıq. Keçirdiyimiz ruhi vəziyyət bizə hansı formada duyğu yaşatsa da (narahatlıq, qorxu, günahkarlıq, gərginlik, sıxıntı və s.) bu duyğunun gündəlik yaşadığımız hadisələrdə olduğu kimi konkret və bəlli səbəbi yoxdur və ya belə görünsə də yaşadığımız duyğunun şiddəti qeyd olunan səbəblərdən dolayı qarşılaşdırıldıqda şişirdilir. Problemlə əlaqədar "niyə belə hiss edirəm və niyə daimi olaraq bu hiss təkrarlanır?" sualı gündəmə gəlir. "Narahatlıq niyə keçmir?","nə etsəm də sıxıntımı özümdən uzaqlaşdıra bilmirəm","Həyatımda müsbət hadisələr çoxdur, amma mən çox depressiv hiss edirəm","həkimlər heç bir səbəb tapa bilmədi, amma kürəyimdə dəhşətli gərginlik var" kimi ifadələri psixoloji narahatlığı olan insanlarda tez-tez eşidə bilərik. Vəziyyəti belə ifadə edə bilərik; yaşadığımız mənfi duyğu və orqanizmimizin duruma müvafiq dəyişməsi həyat dövrlərində yaşadığımız travmatik hadisələrin nəticəsində yığılmış duyğuların oyanmasıdır. Bu vəziyyəti yığılmış duyğuların xatırlanması şəklində də ifadə edə bilərik. Keçmişdə yaşadığımız mənfi hadisələr sadəcə piktoqrafik və audial olaraq xatırlanmır, duyğular da xatırlanır. Piktoqrafik olaraq beynimizə gəlməyən və ya xatırlamadığımız mənfi bir hadisənin duyğusu xatırlana bilər. Buna görə də "niyə belə pis hiss etdiyimi (sıxıntılı, boş, narahat, depressiv, istəksiz, yorğun, tükənmiş, günahkar və s.) bilmirəm, amma belə hiss edirəm" ifadələri tez-tez eşidilə bilər. Psixoterapiyada müxtəlif formalarda mənfi ruhi vəziyyətləri yaşamağımıza səbəb olan mövzular müəyyən bir sistem daxilində korrektə olunur. Bu iş prosesində şikayət olunan simptomlar addım-addım aradan qalxmağa başlayır.  Travmanın təsirləri və travmanın aradan qaldırılması  Travma nədir? Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişde başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır. Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər. Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır. Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir. Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər. Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər. Necə aradan qaldıra bilərik? Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün, Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İStirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Alkoqol və maddədən uzaq olun. Duyğusal baxımdan özünü ələ almaq üçün, Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın. Düşüncələrinizi toparlamaq üçün, Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək). Davranışlarınızı nəzərdən keçirin: Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın. Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün... Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmir kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır. Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər. Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz? Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə, Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,Tez-tez kabus görürsünüzsə,Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa. Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var. Nərmin Quliyeva - Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

“Yemək bişirməyi öyrən ki, ərə gedəndə bizi söyməsinlər” – Ağsaqqalın tövsiyəsi...

Sərin hava var idi. Qonaqlar toplaşmışdı. Yaxın ailə, deyib-gülən üzlər... Hər yaşdan adam  var. Ən böyüyü 50-55 yaşlı orta kişi, ən kiçiyi 17 yaş. Birdən kişi uşağa gülümsəyərək dedi: “Yemək bişirməyi, çay süzməyi də öyrən. Ərə gedəndə bilməlisən. Söyməsinlər bizi”... Bir anlıq düşündüm bu qədər bəsitmi hər şey, bir qızın həyatı bir çay dəmləməyə bağlıdırmı? Budur yerə-göyə sığdırmadığımız ağsaqqal tövsiyəsi? Psixoloqlara görə, evlənən cütlüklər bir-birlərinə dost, yoldaş, dərddaş olmalıdır. Seçim zamanı bu xüsusiyyətlər ön planda tutulmalıdır. Bəs bu zehniyyətin açıqlaması nədir? Kimsə demir iş bilməsin, öyrənməsin. Amma hələ evlənmək istəyən şəxs sevgidən, əxlaq, həyat yoldaşından öncə sadəcə bir qadını qulluqçu kimi görmək, arzulamaq doğrudur? Bəs hanı müsbət keyfiyyətlər? Haradadı düzgün insan? Qızın yaxşılığı onun işindənmi bəllidir? Müasir zaman desək də qalmışıq daş dövründə... Yəni “iş bilməsə söyəcəklər” düşüncəsi hansı qəbildən insanın məntiqidir? Niyə evlilik bu qədər ucuz, qadın bu qədər dəyərsizləşib? Belə nəticə çıxara bildim ki, təhsilin, xanımın öz üzərində çalışması, valideynə, dövlətinə layiqli şəxs olması bir ütü bilməməsi ilə silindi. Bir səhv nəinki 3, hətta ömrünü dəyərsizləşdirməyə kifayət etdi. Məncə bu zehniyyətlə psixoloqlar belə bacara bilməz.  Şəhanə Quliyeva

Uşaq və yeniyetmələrdə psixoterapiyanın vacibliyi

Uşaqlıq və yetkinlik dövründə yaşanan psixiatrik və psixoloji problemlərdə lazımlı vəziyyətlərdə uşaq-yeniyetmə psixoloq yardımı çox əhəmiyyətlidir. Yeniyetməni anlamanın, yeniyetmə valideyn əlaqəsinin sağlıklı olması üçün önəmli faktordur. Amma yeniyetməlik dönəmində yaşananlar yeniyetmə üçün nə qədər çətindir. Təəssüf ki, valideyn üçün də çətindir. Ana-ata üçün də artıq bəzi şeylər dəyişdirmişdir. Kiçik uşaqları artıq böyümüş və öz ayaqları üzərində durabilmə, evdən ayrılma öz yuvasını və həyatını qurma yolunda böyük addımlar atmağa başlamışdır. Bundan sonra uşaqlarıyla əlaqələrində köhnə metodlar işə yaramayacaqdır və bir şeylərin dəyişmə zamanı gəlmişdir. Yeniyetmələrin bu formalaşma dönəmini sağlam bir şəkildə qarşılamalı və fərqində olmadan da olsa onların böyüməsi formalaşmasını əngəlləyəcək, onlara bağlı hala gətirəcək ya da uzaqlaşmasına səbəb olacaq davranışlar etməməlidir. Yeniyetmələrlə sağlam əlaqələr qurulmasına diqqət edilməlidir. Ana-ata münasibəti hansı yaşda olursa olsun uşaqlar üçün model təşkil etməlidir. Sevgi və hörmətə bağlı bir münasibət içərisində olan valideynlərin usaqlarında da sağlam münasibətlər qurmağı öyrənəcəklər. Yeniyetməni dinləmirsinizsə və hörmət göstərmirsinizsə, yeniyetmə də sizi dinləməyəcək. Ana-ataların sıxlıqla etdikləri, dinləməkdən və uşağın nə deməyə çalışdığını anlamaqdan çox, öz bildikləri doğruları onlara izah etməyə və istiqamətləndirməyə çalışmalarıdır. Bu şəkildə bir yanaşma yeniyetmədə anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru söyləsə də söyləsin dinləməməsinə qarşı çıxmasına və ya bundan sonra valideynlə bir şeyini paylaşmamasına səbəb olacaq. Tam tərsinə öncə onu anlamağa çalışmak, elədiyi bir xəta varsa bu nöqtəyə necə gəlindiyinə özünü ifadə etməsini təşkil edəcək bir mühit yaradılmalıdır. Dürüstlük çox əhəmiyyətlidir. Yeniyetmələr səmimiyyət və dürüstlük mövzusunda çox həssasdır. Heç bir yeniyetmə səmimi tapmadığı bir adama özünü çıxarmayacaq. Yeniyetmələr üçün gizlilik çox önəmlidir. Otaqlarının ayrı olması, qapıları döyülmədən içəri girilməməsi çox vacibdir. Bu qaydalar pozulduqda çox aqressiv olurlar. Bütün bunlara hörmət göstərilməsi (qaydalara) yeniyetməylə valideyn münasibətində hörmət və güvəni artırır. İçlərinə qapanmaq əvəzinə daha açıq, daha dürüst olurar. Valideynlərə düşən vəzifə gənckərin bu dövrünün yaşadıqlarının keçici bir dönəm olmasını görmək və soyuqqanlı yanaşmaqdır. Bu dövr keçicidir. Həm yeniyetmələr üçün həm də valideynlər üçün sancılı olması gözlənilən və təbii bir durumdur. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Məktəb bəzi uşaqlar üçün stress faktorudur - Bəs nə etməli?

Yeni tədris ili yaxınlaşır. Bu isə yeni hisslər, yeni həyəcan deməkdir. Ümidvarıq ki, bu mövzu valideynlərin diqqətini çəkəcək. Bəyənin, bölüşün və mövzunu ətraflı araşdıraq. Məktəb bir çox uşaqlar üçün stress faktorudur: Tədris yükü;Məktəb proqramının mənimsənilməsində yaranan çətinliklər;Pedaqoqlarla gərgin münasibətlər;Qiymətlər, imtahanlar;Kollektivə uyğunlaşmamaq. Həyəcanlı uşaqlar bir çox hallarda nailiyyətlər əldə edir, müəllimlərin və məktəb rəhbərliyinin xoşuna gəlirlər. Lakin bütün bunların arxasında həyəcana qarşı aparılan gündəlik mübarizə dayanır. Uşaqlar tapşırıqların yoxlanılmasına və yenidən yoxlanılmasına, yoxlama işlərinə hazırlığa çox vaxt itirirlər.  İmtahanlar yaxınlaşdıqda həyacanlı uşaqlarda bu cür simptomlar yarana bilər: həyəcanın vegetativ simtomları (tərləmə, taxikardiya və ya taxipnoe, epiqastral diskomfort, başgicəllənməsi, ağızda quruluq). İmtahanqabağı uşaqlar narahatlıq, gərginlik baş ağrıları, titrətmə kimi hisslər yaşayırlar. Gələcək uğursuzluqlardan daimi narahat olur, yaranan həyəcan isə diqqəti toplamağa maneə yaradır, bu isə özünü təhsildə göstərir.  Məktəb həyəcanını ayırd etmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır: Məktəbə getməzdən əvvəl vegetativ əlamətlərin yaranmasına;Qiymətlərin aşağı düşməsinə;Təhsilə və əlavə məktəb məşğələlərinə marağın itməsinə;İmtahanlardan qorxuya;Lövhə qarşısında dərs danışmaqdan imtinaya;Dərsdən qaçmalar, aqressiv davranışa. Bəs nə etməli? Həyəcanın somatik səbəblərini istisna etmək üçün pediatra müraciət edin.Bu tədbirləri həyata keçirməyə çalışın: Mühitin dəyişdirin. Əgər məlum olsa ki, uşağa təhdid olunur və ya onlara qarşı ədalətsizlik edilir, o zaman rəhbərliyə şikayər edin və ya başqa məktəb axtarın. Çünki məktəbə qarşı başlayacağınız “müharibə” uşağa daha çox neqativ təsir göstərəcək. Uşağın hobbi və ya digər maraqlarına dəstək olun.Digər dərs məşğələsi formalarından istifadə edin (məsələn, repetitorla hazırlaşma). Əgər simptomatika aradan qalxmazsa, medikamentoz müalicə göstsərişdir.(həkimtap.az)

Fiziki xəstəliklərin psixoloji səbəbləri nədir?

Louise L. Hay tərəfindən yazılan  “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir. Qeyd edilir ki, yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir. Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji  problemlər var. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər. Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər 1 sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür. İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq: Alergiyalar-İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir. Alkoqolizm-özünü qəbullanmama, yararsızlıq ,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər. İştahsızlıq- Səbəbləri rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır. Artıq çəki problemi-həyatdan qorxma, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar. Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır. Baş ağrıları,baş gicəllənmələri-özünü günahlandırma,qorxu,qərarsızlıq,dağınıq fikirlər bu problemlərə səbəb olur. Bayılmalar-burada da qorxular mühim rol oynayır.Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir.İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər. Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır. Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir. Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən,tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar. Bronxit-hüzursuz bir ailə,iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər. Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür. Bu sanki o insanların fəryadı,kömək diləmək formasıdır. Qulaq ağrısı-qəzəb,başqalarını dinləmək istəməmə.Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər. Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür. Həyatında baş verənləri qəbullanmama,cinsəl qorxular da səbəb ola bilər. Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir. Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”, ”məni də dinləyin” kimi psixoloji problemlər olur. Bel ağrıları-həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən,orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu,sevilmədiyini hiss etdiyi zamanlarda yaranır. Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir. Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən, qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar. Nuray Lətifzadə

Uşaqlarda təşviş pozuntuları

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və naraht uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi, sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır. Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir.(psixotest.az)

Ailə psixoterapiyası nədir?

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir. Bu təyinata əsaslanaraq ailə psixoterapiyası haqqında 3 aspekti təyin etmək olar: 1.Ailə mühitinin optimallaşdırılması 2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir. 3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir. Ailə psixoterapiyasının mərhələləri: Psixodiaqnostika ("ailə diaqnozu"nun qurulması)Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılmasıŞəxslərarası münasibətlərin yenidən qurulmasıAilənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.(pcc.az)

Koqnitiv davranışçı terapiya ilə vəsvəsədən azad olun

Obsessiv - kompulsiv pozuntu (OKP) daha çox vəsvəsə adı ilə tanınan  narahatlığın məntiqsiz  olduğu bildindiyi halda istənilmədən təkrar-təkrar ağıla gələn və zehindən uzaqlaşdırıla bilməyən düşüncələr (obsessiyalar) və bu düşüncələri zehindən uzaqlaşdırmaq ya da düşüncələrin verdiyi sıxıntını azaltmaq üçün təkrarlamaq məcburiyyətində hiss edilən hərəkətlərdir(kompulsivlər) . Demək olar ki, bir çox insanda hərdən  məntiqsiz olan və onu narahat edən düşüncələr yaranır. Bununla belə obsessiv-kompulsiv pozuntuya səbəb olan həmin şəxsin bu düşüncələrlə əlaqəli rəyidir. OKP-də fərd bunu zehində lazım olan bir düşüncə olaraq görür, bu düşüncənin ortaya çıxmasından özünü məsuliyyətli hiss edir və bu düşüncənin ortaya çıxmasının özü ilə əlaqəli bir mənası olduğunu düşünür. Məsələn namaz qılarkən ağlından bir söyüş keçdikdə “Bunu ağlımdan keçirtdiyimə görə mən imansız biriyəm” deyə düşünür. Burada düşüncə və hərəkət bir-birinə qarışır və aradakı sərhəd yox olur.Bu andan sonra şəxs bu düşüncələrinə qarşı bir tədbir görməyə çalışır. Beləliklə qaçış davranışları(düşünməməyə çalışmaq) ya da təkraredici davranışlar(tövbə etmək) başlayır. Bu vəziyyət isə tam tərsinə həm obsessiyaların çoxalmasına səbəb olur,həm də  obsessiyalara dair görülən tədbirlərin sıxlığı və sayı artır. Məsələn çirklənmək və xəstəliyə tutulmağa qarşı  obsessiyası olan bir şəxs ilkin vaxtlarda sifon və unitaza toxunduqdan sonra əllərini 2 dəfə yuyarkən, bu say  hamamda keçirtdiyi müddətdə get-gedə artır.Bir müddət sonra krana toxunduqdan sonra  ən az 3 dəfə  əlini yumağa və qapıları yaş dəsmal vasitəsi ilə açmağa başlayar. Obsessiv -kompulsiv pozuntunun psixiatrik dərman müalicəsindən  əlavə  ən təsirli şəkildə müalicə olunduğu üsul KDT,yəni Konqnitiv Davranışcı Terapiyadır. Bunun səbəbi KDT-nin şəxsə funksional olmayan düşüncə,hiss və davranışları barəsində müəyyən bir fərqindəlik qazandırmaq və  təkrarlanan, qaçmağa əsaslanan davranışları istiqamətlənmək əvəzinə obsessiv düşüncənin yaratdığı sıxıntıya dözməyə “öyrəşdirməkdir”dir. Konqnitiv Davranışcı Terapiya da ilk addım psixoloji savaddır, yəni xəstəliyin konqnitiv modelinin problemini  pasiyentə öyrətməkdir. “Bu düşüncə sizi narahat edir, çünki onun təhlükəli və zehninizə yer almamalı olan bir düşüncə olduğunu düşünürsüz. Amma əslində isə bu bir obsessiyadır  və hər hansı bir mənası yoxdur.”Danışan şəxsin bu düşüncələrlə əlaqəli inancları, fərziyyələri ələ alınaraq fərqli ehtimallar danışılır. Bu düşüncələrin hər insanda müşahidə edildiyi, onları düşünməməyə çalışmaqla  əksinə beyinə sıx gəlməsinə səbəb olduğu izah edilir. Düşüncə və davranışların fərqli şeylər olduğunun üstündə dayanılır. Hər hansı bir adama nəsə  deyib, sonra “bunu düşünməməyə çalış” desəniz həmin insan bu düşüncəni zehnindən uzaqlaşdırmağa çalışacaq, nəticədə o düşüncənin gəlməsi ehtimalı artacaqdır. Obsessiyaları  təcrübə edən şəxs də o düşüncələri zehnindən uzaqlaşdırmağa çalışır,bununla belə düşüncələr təkrar-təkrar ağlına gəlməyə davam edir. KDT-də obsessiv-kompulsiv pozuntusu olan  şəxsə düşüncələri sərbəst buraxmasını,gəlməsinin qarşısını almaq üçün heç nə etməməsini deyirik. İlk əvvəl sıxıntının olmasına baxmayaraq  ,müəyyən müddət ərzində bu sıxıntıya “öyrəşəcək” və “öyrəşdikcə də sıxıntı azalacaq”dır. Yoxsa qaçma davranışları etdiyi  müddətdə sıxıntısı davam edəcək. Daha sonra həmin şəxsdən seanslarda, həm də seans aralıqlarında  obsessiyaları və kompulsiyaları müşahidə edərək  siyahıya qeyd etməsi istənilir. Bu siyahıdan hər bir hərəkətlə  obsessiya və kompulsiyanın yaratdığı sıxıntı  müəyyənləşdirilir.Eyni zamanda bu təkrarlayıcı düşüncələrin üstündə işləyərək onların reallıqda ortaya çıxma ehtimalları və alternativ ehtimalları ələ alınır. Danışan şəxs obsessiyalar və kompulsiyalarla əlaqəli funksional dəyərləndirmələr etməyə başladıqda öyrəşdirilmə və reaksiya verməyin qarşısını almağı  əks etdirən davranışcı tapşırıqlar planlanır və tətbiq edilir. Öyrəşdirmə   pasiyentin qorxuduğu vəziyyət və ya obyektlərə sistematik,nəzarətli  şəkildə  real həyati situasiyalarda və ya xəyalən məruz qalmasıdır.Reaksiyanın qarşısının alınması isə düşüncəyə  məruz qalan zamanı  qaçmaq davranışları və ya  kompulsiv hərəkətlər edilməsinin qarşısının alınmasıdır. Məsələn evdən çıxmazdan əvvəl elektrik cərəyanını  15 dəfə yoxlayan bir şəxsə ilk əvvəl  15  dəfə əvəzinə 10 dəfə və get-gedə daha az yoxlaması deyilir. Planlanan şəkildə elektrik cərəyanını  10 dəfə yoxlayıb evdən çıxmağı tədricən 5 dəfə yoxlayıb çıxmağı sonra 2 dəfə yoxlayıb çıxmağı və 1 dəfə yoxlayıb çıxmaqla azaltmağına  dair  addımlar atılır.Burdakı məqsəd şəxsin vərdişinin qarşısı alanda aktivləşən obsessiyalarının yaratdığı  sıxıntıya dözməsini təmin etməkdir.Hər atılan addımda sıxıntı səviyyəsi azaldıqca, növbəti addıma keçilir. Müalicə müddətində ilk olaraq  daha yüngül fərizyyə və inanclar(məsələn: Bu düşüncələr ağlıma gəldiyi üçün mən çox pis biriyəm),  sonra isə daha dərinlərdəki xətalı inanclar(məsələn: Təmiz olmasam  bəyənilməyəcəm, mükəmməl olmasam müvəffəqiyyətli ola bilməyəcəm.) və üst konqnitiv (metakonqnitiv) inanclar  (məsələn: Vərdiş etdiyim davranışları etməsəm hər şey pisləşəcək, ağlımda duaları təkrarlamasam imanımı və ağlımı itirəcəm) uyğun hala salınmaq üçün psixoterapevtin pasiyentlə birlikdə fəaliyyət göstərməsi lazımdır. Obsessiv -kompulsiv pozuntu təkrarlanan və fərqli obsessiv və kompulsiv əlamətlərlə yenidən ortaya çıxan  psixiatrik narahatlıqdır. Bu əlamətlər şəxsin hissi dəyişkənliyi və stresi ilə yenidən aktivləşə bilər. Bu səbəbdən sağalma müddəti və qazanılanların qorunması üçün narahatlığın yenilənməsinin qarşısını alan metodların müalicəyə əlavə edilməsi lazımdır. Bu müddətin psixoterapevt və pasiyentin birlikdə müəyyənləşdirə biləcəkləri fasilələrlə davam edən, terapiya seanslarında planlaşdırılması  və seanslar arasında da metodların tətbiq edilməsi vacibdir. Tərcümə etdi: Nərmin Şahmarzadə

İlk təəssüratın yaranması...Halo effekti nədir?

İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də... Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də «halo təsiri» deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir.  Bir insanın sahib olduğu müsbət ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və digər xüsusiyyətlərinin də bu çərçivədə qiymətləndirilməsinə halo təsiri deyilir.Jest, mimika, bədən hərəkəti və ya bədənə əks olunan psixoloji vəziyyətlər insanlarda ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Başqa sözlə, halo təsiri ilk təəssüratların digərini qəbul etmədə əhəmiyyətli bir istinad nöqtəsi meydana gətirməsi mənasını verir. Əgər birisini ilk dəfə çox məlumatlı bir insan hesab etmiş isək, bu ön mühakiməmiz o adamın digər bütün əlaqələrində də qiymətləndirmədə ölçü olur. Yeni məlumatlar əldə etmədikcə, o insanı həmişə məlumatlı olaraq görməyin davamlı olması ehtimalı yüksək olur.

Ailələrin əsas problemi - Cinsi tələbatın ödənilməməsi...

Ailənin möhkəmliyini sarsıdan digər şərtlərdən biri də cinsi tələbatların ödənilməməsidir . Şəxsiyyətin əsas sahələrinə arzu və istəklərinə, hisslərinə toxunulduğu hallarda ciddi konflikltlər geniş vusət alır. Ödənilməyən cinsi istək və arzuların olması konfliktli situasiyanın stabilliyini  pozur və konfliktin baş verməsi imkanlarını  artırır. Ümumiyyətlə ailədə cütlüklər arasında yaranan ciddi problematik situasiyaların  maraqlı analizi onu göstərir ki, hər iki tərəf fərqli düşüncə tərzinə malik olduğundan fərqli davranış tərzləri də onları həyatiboyu muşayət edir. Bir -birlərindən fərqli münasibətlər gözləyən cütlüklər daxilində nələri isə umar amma onunla üzləşmədikcə peşmanlıq çəkərlər. Güclü cinsin nümayəndəsi  intim sferada   təmin olunmamasından şıkayətlənməsə də bunu şüuraltı mesajlarla ötürər, ailədə kiçik–kiçik konfliktlər yaradar. Hər nə səbəb olsa da belə onu təmin olunması əsas şərt olmalıdır deyə təkid edər, alınmasa da acığından min cür bəhanələrlə dava dalaş yaradar. Sadəcə bunun  səbəbini dərk etməyən qarşı tərəf  də bu incəliyi xırdalaya bilməyərək problemin səbəbini  başqa yerdə axtarar. Bəzən də bir qisim  qadınların cinsi tələbatları  ödənilmədikcə şübhə və neqativ düşüncələrin həyacan təbili çalınmağa başlayar. “Görəsən niyə soyuyub məndən ?”, "deyəsən həyatında kimsə var", ”bəlkə zəifliyi var deyə bilmir” və ya “ailəsi ilə birgə dar evdə yaşam tərzi”, “uşaqdan sonra çox dəyişib”və.s kimi duşuncələr . Qadınlar əslində xəfiyyə obrazı kimi tanınırlar. Məhz buna görə də kişilərin heç onun özünə də məlum olmayan tərəflərini qadınlar duymalı və bəzi fəndləri  də tətbiq etməyi öyrənməlidirlər. Kişilər qadınların, qadınlar da kişilərin imtiyazını qazanmağı bacarmalıdırlar. Təbii ki, frigid qadınlar istisna olmaqla bir çox qadınların daxilində gizli cərəyan edən yalnız  cox vaxt dilə gətirilməyən  və ailədə böyük ekstrimal şərait yaradan  intim tələbatların ödənilməməsi problemi nevrotik pozuntulara səbəb olduğu halı kişilərə də birmənalı aiddir..Həqiqətən də toxunduğumuz movzuda konfliktlərin episentrini cinsi əlaqənın, intim münasibətlərin layiqli həyata keçməməsi təşkil edirsə bu halda qeyd etmək istərdim ki,kişilər bu situasiyalarda olduqca həssas olmalıdırlar. Qadınlarının istək və tələbatlarını(qarşılıqlı istək çərçivəsində, küsülü anı silmək üçün ilk addımlar ataraq  və ya kritik günlər olmadığı zamanlarda ,zor tətbiq deyil də həzin sevgi yağışı ilə öpüşlərə xoş sözlərə qərq etməklə və.s) ödəməlidirlər. Qadınlar  da (bir qismi  ehtiyac olarsa  bu mövzularda psixoloq və ya mütəxəssislərdən lazımı məsləhətləri alaraq), əsl sevimli qadın obrazında olmağı ,incə fəndlərdən istifadə edərək  güclü cinsin nümayəndəsini məhz onların istədiyi və sevdiyi tərzdə təmin etməyi bacarmalıdırlar .Əslində ailənin təməli saglam arzu və istəklərin qovşağında qurularsa, bu halda onlar bir birlərini dəyişdirməyə deyil də bu zaman hər iki tərəf özündə cərəyan edən bu halların çözümünü özlərinin  düşüncə zənginliyində axtarıb tapmalı, hisslərinə dəyər verərək qarşılıqlı anlaşma qovşağında  stabil idarə olunmaqla tamamlanmalıdırlar . Gülər Məmmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Günün ulduz falı: 14 sentyabr, 2018

Qoç – İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər. Buğa – Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz. Əkizlər – İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar. Xərçəng – Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır. Şir – İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar. Qız – Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar. Tərəzi – Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var – istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız. Əqrəb – Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun – lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz. Oxatan – Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər “bəzəməyə” meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər. Oğlaq – Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər. Dolça – Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər. Balıqlar – Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun. Milli.Az

İntellekti cəzb edir, etirasa gətirir - Sapioseksual kimlərə deyilir?

Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz, ağlın qüdrəti və dərinliyi, həzz almaq, intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir. Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.Sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Nitşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.

Artıq çəkinin qadın-kişi münasibətinə təsirləri

Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir. Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb.Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur...7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır. Xatırlatmaq lazımdır ki, kişi enerjisi — yan adlanır. Yan enerjisi işığı, günəşi, məntiqi, fəallığı, hərəkəti, sürəti, gücü və istəyi təmsil edir.Qadın enerjisi isə in adlanır. Bu, Ayı, qaranlığı, passivliyi, ürəyi, hissləri, yumşaqlığı, xəyalpərəstliyi və introvertliyi təmsil edir. Passivlik və tənbəllik bir qadın üçün təbiidir. Bəs qadın təbiəti özünə enerji yığmaq üsulunu tapmağa çalışmır?İndi isə torpağın altında dərin kökləri olan ağac təsəvvür edin. Ağacın yaşaması üçün nə lazımdır? Birinci, yaxşı torpaq, su və hava, sonra isə günəş. Toxum öz inkişafına torpaqda başlayır və bu dövrdə onu çox sulamaq olar.Torpaq və su sırf qadın ünsürləridir. Bəs su olmasa, nə baş verər? Əlbəttə ki, toxum göyərməyəcək və ağac quruyacaq.Əgər bitkilər quraqlıq ərazilərdə bitirsə, təkamül prosesində onlar su çatışmazlığına qarşı adaptasiya olurlar. Yarpaqlarında və gövdələrdə su ehtiyatı yığmağa vərdiş edirlər. Belə bitkilərin su ehtiyatı üçün xüsusi tikanları var. Bizim orqanizm də bu prinsip üzrə qurulub.Suyun orqanizmə faydaları haqqında indi çox danışırlar. Gün ərzində 1,5-dən 2 litrə qədər təmiz su içmək lazımdır. Əgər siz bunu heç vaxt etməmisinizsə, onda birinci ay sizi şişkinlik gözləyir. Daim su içmək vərdişi olmayan insanlar bir müddət şişkinlik problemi ilə qarşılaşacaq, çünki orqanizm su çatışmazlığı rejimində olacaq və qəbul etdiyi suyu ehtiyatda saxlamağa başlayacaq.Əgər bədəndə kifayət qədər su varsa, onu saxlamağa ehtiyac da yoxdur. Artıq çəki həyat fəaliyyəti və lazım olan enerjini saxlamaq üçün orqanizmin uyğunlaşmasıdır.Bundan başqa kişi enerjisini yalnız qadın enerjisi bəsləyir. Artıq çəki qadında pis əhvali-ruhiyyə yaradır ki, bu da tez-tez depressiyaya səbəb olur. Artıq çəki hər cür fəallığı avtomatik olaraq məhdudlaşdırır və tənbəlliyə gətirib çıxarır.Kişi fəallığı və gündüzü təmsil edir, amma passiv istirahət etmədən heç bir aktivlik mümkün deyil. Gecə düşmədən gün gəlmir. Nəticə etibarı ilə qadının passiv enerjisi kişinin fəallığı üçün ona enerji ötürür.Qadının ehtiyat enerjisi tükənəndə orqanizmdə heç nə qalmır və toxumalarda yağ toplanır. Köklük isə həmişə tənbəllik və az dəyişkənliklə müşayiət olunur.Boş vaxtı olan kimi qadınların çoxu bütün günü divanda uzanaraq keçirmək istəyir. Çünki qadın enerjisi sakitlik və dinclik deməkdir. Qadın enerjisi tükənmək üzrə olanda orqanizm onu saxlamaq rejimində işləməyə başlayır. Tənbəllik, süstlük, passivlik, depressiya kimi xəstəliklər də qadın enerjisinin sakitliyə ehtiyacı üzündən baş verir. İstirahət edə bilməyən qadına sevinc gətirən şeylər də get-gedə azalır.Artıq çəki, tənbəllik, passivlik və tənhalıqdan xilas olmağın yeganə üsulu qadının öz enerjisini özünə qaytarmaqdır.Bəs qadın enerjisini necə bərpa etmək olar? Artıq çəki, tənbəllik və depressiyadan necə xilas olmalı? 1. Bədəninizə ehtiyacı olduğu dincliyi verin. Bütün yükü öz çiyinlərinizdə çəkməyi dayandırın və özünüzə qulluq edin. Həddən artıq fəallıq bizi rahatlıq və sakitlidən uzaqlaşdırır. Yalnız daxili sakitliyini dinləyən qadın öz ruhu ilə təmasa keçə bilər. Tənhalıq və düşünmək üçün vaxt tapın.2. İstirahət günlərini təmiz havada, təbiət qoynunda keçirməyə çalışın, çayın və dənizin kənarında oturub suyun səsini dinləyin. Çəmənlikdə ayaqyalın gəzməyə çalışın, ya da meşədə alovun yanında oturun. 3. Öz əllərinizə görə biləcəyiniz məşğuliyyət tapın. Bu, rəsm, nə isə toxumaq, muncuq tikmək və ya sevdiyiniz hər hansı yeməyin hazırlanması ola bilər. 4. Yoqa və tənəffüs gimnastikasına başlayın. Çox ağır məşqlərlə yüklənmək lazım deyil. Güc tələb edən məşqlər qadın enerjinin toplanmasına xidmət etmir.5. Mütləq maraqlı qadın ədəbiyyatları oxuyun. Zaman-zaman nağıllar oxumaq çox faydalıdır. 6. Kiminsə qayğısına qalmaq çox xeyirlidir. Bu, uşaqlar, yaşlı insanlar, yaxud da heyvanlar və güllər ola bilər. 7. Qəlbinizə toxunan xoş musiqi tapın və dinləyin. 8. Şəkil qalereyalarına və sərgilərə gedin. Dünyadakı gözəlliklərlə təmasda olun. 9. Qidalanmanıza yenidən nəzər salın. Menyudan qoyun və mal ətini çıxarın. Qadın enerjisini meyvə və tərəvəzlər bəsləyir.Bütün bunları şüurlu səviyyədə edə bilərik. İnsan mürəkkəb varlıqdır. Şüurdan başqa şüursuz təbəqə də mövcuddur. Bunu hesaba almaq lazımdır.Torpaq və Su da qadın üsnürləridir. Torpaq ana ilə münasibətlərin rəmzidir. Ana ilə münasibətlər hər zaman mürəkkəb və ziddiyyətli xarakterə malikdir.Bu münasibətlərdə — məhəbbət də, nifrət də, birlikdə olmaq və getmək istəyi də var. Bu, ziddiyyətli hisslərinin qarışığıdır.Sizin kişi ilə münasibətləriniz ananıza olan münasibətləri əks etdirir. Sadə yamsılama haqqında danışmaq olmaz. Əlaqələr bəzən saf şəklində kopiyalana bilər, lakin bu ssenarilər üzrə baş vermir. Məsələ ondadır ki, həyatınız şüuraltında gizlənib.10. Hər iki valideynlərlə münasibətləri aydınlaşdırmaq lazımdır, xüsusilə ana ilə. Çünki fundamental parametrlər Yerə bağlıdır. Məhz ana öz qadınlıq rolunu qızına ötürür.11. Öz hissləri haqqında açıq danışmaq və göstərmək lazımdır. Təbii və səmimi olmağı öyrənin.12. Bütün diqqətinizi nəticəyə deyil, prosesə yetirin. Həyatda sizə zövq verən işlərlə məşğul olun.Kişilər nəticəyə köklənib və onlar nəticədən fərqli zövq alır. Qadına isə proses təsir edir və o, prosesin özündən ləzzət alır. Odur ki, artıq əldə edilmiş nəticə üzərində çox düşünmək lazım deyil. Qadın üçün nəticə əldə etmək imkanıdırİdman zalı kişilər üçün ilk növbədə onun bədəninin nəticəsidir. Təəssüf ki, bir çox qadınlar da buna yönəlib. Daha dəqiq desək, onlar fiziki hərəkətlərlə özlərini sıxır, bununla da qadın enerjisinə qarşı etiraz doğurur.Qadınlar tez-tez şikayətlənirlər ki, idmanla nə qədər çox məşğul olsalar da, kiçik nəticələr qazanırlar. Çəki tərəzidə azalan istiqamətində irəliləmir. Üstəlik, tənbəllik, süstlük və depressiya əlamətləri başlayır. Məsələ sadəcə pəhrizlərdə və məşqlərdə deyil. Problem dərin psixoloji və enerji proseslərindədir.Yadda saxlayın! Qadın təbiəti üçün proses və prosesdən zövq almaq vacibdir, hətta əgər nəticə sıfır olsa da, bu, onu az narahat edir. Prosesin özü isə ona daha çox sevinc verir. Odur ki, qadınlar üçün çox vacibdir ki, onlara sevinc və məmnunluq hissi gətirən işlərlə məşğul olsunlar. Bunun üçün həyatda sizə zövq verən işlərin siyahısını yazın. Bəli, bəli, elə indi yazmağa başlayın.Depressiya, tənbəllik və artıq çəki qadın enerjisinin çatışmazlığı və bloklanması ilə bağlıdır. Bu xəstəliklərlə hər hansı işlə fəal məşğul olaraq mübarizə aparmağa çalışmayın, əksinə özünüzə dur deməyi və problemlərinizin dərin səbəbləri anlamağa çalışın.Siz problemlərin dərin səbəblərini anlamağa və dayanmağa çalışın. Qadın təcrübəsi bu problemin ən yaxşı həllidir. Təcrübə qadına problemləri yüksək səviyyədə həll etməyə, həm də kosmosla və təbiətlə qarşılıqlı əlaqəni öyrənməyə kömək edir. publika.az

Nazirlik xəbər yaydı - Evlənmək istəyən 387 nəfərdə bu xəstəlik aşkarlandı

Azərbaycanda 1 iyun 2015-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, talassemiyanın profilaktikası labaratoriyasında ümumi 457 422 nikaha daxil olan şəxs müayinədən keçib, onlardan 16 847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb. 2018-ci il 1 yanvar tarixindən 31 avqustadək cəmi müayinə olunanların sayı 93 138, onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb. Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.(ölkə.az)

Saç tökülməsinin təbii yollarla müalicəsi

Allopesiya ( lat. Alopecia-keçəlləşmə deməkdir. ) başın və gövdənin müəyyən sahələrində tüklərin seyrəkləşməsi və ya tamamilə yoxa çıxması ilə nəticələnən patoloji saç tökülməsidir. Tibbin atası Hippokrat uzun illər allopesiya ilə mübarizə aparmış, sonda isə özü tamam keçəl qalmışdı. Məhz onun şərəfinə allopesiyanın ən ağır formasına Hippokrat adı verilmişdir ( allopesiyanın Hippokrat forması ). Hər birindən 20 qr olmaqla kəklikotu, söyüd ağacının qabığı və at pıtrağının qabığı götürülür, xırdalanır və qarışdırılır. 4 xörək qaşığı qarışığın üzərinə 1 litr su əlavə edilir və 15 dəqiqə qaynadılıb süzülür. Alınan maye həftədə 2dəfə başa sürtülür.Hər birindən 1 xörək qaşığı olmaqla kəcəvər kökü və at pıtrağı kökü, 4 xörək qaşığı isə mayasarmaşığı qozası götürülür. Qarışığın üzərinə 1 litr su əlavə olunub qaynadılır. 30 dəqiqədən sonra alınan qarışıqla baş 2 gündən bir yuyulur.Hər birindən 2 xörək qaşığı olmaqla söyüd qabığı və at pıtrağı qabığı götürülür. 1litr isti su əlavə edilərək 8-10 dəqiqə qaynadılır, sonra isə 30 dəqiqə müddətinə dəmə qoyulur. Soyudulduqdan sonra alınmış maye ilə baş 2 gündən bir yuyulur.Az bir miqdar suda xırdalanmış at pıtrağı yarpaqları və qabığı qaynadılır. Sonra isə üzərinə kərə yağı əlavə olunaraq qarışdırılır. Alınmış həlməşik kütlə saçların dibinə sürtülür.Aşağıda qeyd olunan bitkilər xırdalanaraq qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan suda qaynadılır. Yeməkdən 30 dəqiqə əvvəl hər dəfə 60-100 ml olmaqla gündə 3 dəfə daxilə qəbul edilir. At pıtrağı kökü-15 qr Solmazçiçəyi-10 qr Yatıqqanqal-15 qr Qarğıdalı saçağı-10 qr Aptek çobanyastığı-10 qr Mancuriya araliyası-15 qr Adi dazıotu-15 qr Adi dağtərxunu-10 qr 100 qr qurudulmuş gicitkən yarpaqları xırdalanıb üzərinə 0.5 litr su və 0.5 litr sirkə əlavə olunur, 30 dəqiqə müddətinə qazın üzərində qızdırılır. Süzüldükdən sonra saçlar bu maye ilə sabunsuz yuyulur.Aşağıda qeyd olunan bitkilər 1 litr suda 10 dəqiqə qaynadılır. Maye qaynadıldığı qazanda qalır, isti-isti parçaya bükülür və1 saat saxlanılır. Soyuduqdan sonra süzülür, alınmış maye ilə baş həftədə 3 dəfə yuyulur. Gicitkən yarpağı-30 qram Dəvədabanı yarpağı-30 qram Kəcəvər kökü-20 qram BƏZİ  XALQ  TƏBABƏTİ  ÜSULLARI. 1 litr su 40-50°S-yədək qızdırılır. Üzərinə 2 xörək qaşığı bal əlavə olunub qarışdırılır. Həftədə 2 dəfə saçların dibinə yaxılır.1 xörək qaşığı mayonez və hərəsindən 1 çay qaşığı olmaqla gənəgərçək yağı və bal götürülüb qarışdırılır. Saçların üzərinə və dibinə yaxılıb yaylıqla bağlanır, 30-40 dəqiqə saxlanılır. Bundan sonra saçlar yuyulur.Yarım stəkan palıd qabığı və eyni miqdarda soğan qabığı qarışdırılaraq üzərinə qaynar su əlavə edilib qızdırılır. Otaq temperaturunadək soyudulub saçlar bu maye ilə isladılır və qalın yaylıqla bağlanılır. 2 saatdan sonra açılıb saçlar qurudulur.Tibet həkimləri kəsilmiş baş soğanı başın tüksüz nahiyələrinə sürtməyi tövsiyə edirlər.Bir neçə ədəd qırmızı bibər bankaya yığılıb üzərinə araq tökülür və ağzı bağlı formada 2 həftə saxlanılır. Alınmış mayedən 2 çay qaşığı götürülür və üzərinə 2 çay qaşığı gənəgərçək yağı və eyni miqdarda adi şampun əlavə edilir. Qarışıq saçlara çəkilib 1 saat qaldıqdan sonra yuyulur. Prosedur gündə 1 dəfə və ya 2 gündə 1 dəfə olmaqla 3 ay müddətinə təyin olunur.4 ədəd qırmızı bibərin üzərinə 0.5 litr araq tökülüb 21 gün saxlanılır. Alınmış tinktura ilə başın dərisi silinir. Hər proseduraya 50 ml maye sərf edilir.                                                      Fitoterapevt Elnur Rəhimov

Qadın əsla unutmaz...Kişiləri yanıldan gerçəklər

Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evliklik sadəcə evlilikdir. Nə bir həyat dostu, nə yoldaşdırlar. Daxildən baxdığınızda ya sonlanmış, ya da əslində heç başlamamış münasibətlər, amma davam edən evliliklər görərsiniz. Bu evliliklər qorxu və ya qayğılarla davam etdirilən rəsmi evliliklərdir. Eyni evin içində yeyib-içib, televizor izləyib, aradabir cinsi münasibətdə olan evliliklərdir. Qayğılar və qorxular bütövlükdə bunlardır: uşaqlarla əlaqəli qayğılar, ekonomik qayğılar, yalnızlıq qorxuları, "bundan sonra kimlə evlənərəm" qayğıları, "aman, dul qadın olacağam" qorxuları, "aman, ailələri üzməyək, el-aləm nə deyər" və s. Bir çox qayğı və qorxular insanları sağlıqsız, ya da bitmiş münasibətlərdə saxlayar. Aldadılan qadın ilk mərhələdə emosional bir şok, travma yaşayar. Nə düşünəcəyini, nə edəcəyini bilməz. Bir tərəfi yoldaşına nifrət edərkən digər yarısı ondan ayrıla bilməz. Ziddiyətli, tutarsız və nəzarətsiz davranmağa başlayar. Yoldaşının yaşadıqları ilə əlaqəli hər detalı bilmək, öyrənmək istəyər. Neçə dəfə bir yerdə oldular, necə oldular, harada oldular və b. Nə qədər və necə aldadıldığını bilmək istəyər. Yoldaşının gözündə peşmanlığı görmək istəyər, yoldaşının üzüldüyünü görmək istəyər, canını incitmək istəyər. Çünki öz ruhu çox ağrı çəkir. Axşam boşanmağı düşünər, sabah olunca evliliyini davam etdirməyi qərara alar. Gəl-getlər gedərək artır. Bu travma ilə, bu gerçəklə necə yaşayacağını bilməz. Artıq münasibətin sehri və saflığı pozulmuşdur. Heç bir şey əvvəlki kimi olmaz, amma necə davam edəcəyimizi bilmərik. Son sözüm kişilərədir: önəmli olan yoldaşınızın qorxu və qayğıları ilə ya da məcburiyyətlərilə sizinlə birlikdə olması deyil. Həyatı, həqiqətən, sizinlə paylaşmaq istədiyi üçün sizinlə həyata davam etməsidir. Güvənini bir dəfə itirdinizmi, bir daha yerinə qaytarmaq çox çətindir. Hətta çox vaxt imkansızdır. Bu səbəbdən də yoldaşınızı aldatmayın. Unutmayın, qadınlar əsla unutmaz! Tərcümə: Aidə Mahmudova

Stresin yaratdığı xəstəliklər

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər üzrə mütəxəssisin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir.  Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir. 

1 ildə öldürən xəstəlik - Mədəaltı vəzi xərçənginin əlamətləri

Mədəaltı vəzinin xərçəngi çox aqressiv bədxassəli şişdir. Bəzən insanlar xəstəliyin əlamətlərinə əhəmiyyət verməyərək adi problem olduğunu zənn edirlər. Nəticədə isə istənilməyən sonluq olur. Psixoloq.az xəbər verir ki, aparılan araşdırmalara görə, bu xəstəlikdən əziyyət çəkən insanların çoxu diaqnoz qoyulandan sonra 1 il ərzində dünyasını dəyişirlər. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov, mədəaltı vəzi xərçənginin yalnız cərrahi yolla sağaldıla biləcəyini bildirib: "Mədəaltı vəzinin baş hissəsinin xərçəngi zamanı radikal əməliyyat qəliz və travmatikdir. Şişin yaranmasına gətirib çıxaran amillərə siqaret çəkmək, çoxlu yağlı qida qəbulu, diabet, xroniki panrkeatit, xolesterin daşları və öd kisəsinin yoxluğu". Səlimov, xəstəliyin klinik simptomlarının ağrı, sarılıq və arıqlama olduğunu qeyd edib. "Xərçəng baş hissədə olduqda xəstələrdə ağrı və artan sarılıq qeydə alınır.Mədəaltı vəzinin cisminin şişlərində günəş kələfinin sıxılmasına görə ağrı və çəki itkisi qeydə alınır.Şüa müalicəsi, kimyəvi dərman müalicəsi və öd çıxarıcı əməliyyatlar xəstələrin ömrünü 4-9 ay uzadır",-deyə cərrah vurğulayıb.P.S Yaranan əlavə suallarla bağlı həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 070 5798833Şəhanə Quliyeva

Qadınların cinsi münasibətdən uzaqlaşması - Vaginizm nədir?

Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır.  Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris  qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir. Araşdırmalar göstərir ki,  xəstəliyin çox az hissəsi ginekoloji  səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir. Vaginizmin simptomları hansılardır? Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır. Vaginizmin müalicəsi varmı? Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən  xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına icazə verməyin. Gülər Məmmədova Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi

Qadınlar niyə bir-birlərini qısqanır?

Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...Qadınlarla yaxşı dolanmaq lazımdır Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.Dostluq, ən yaxşı dərmandır  Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik...

Sistitin təbii üsullarla müalicəsi

Sistit - sidik kisəsinin iltihabi xəstəliyidir. Tez-tez ağrılı sidik ifrazı, sisik kanalında yandırıcı ağrılar, ağrının qarnın aşağı hissəsinə və aralığa yayılması, sidik kisəsində doluluq hissiyyatı ilə müşayıət olunur. Sidik çox kiçik porsiyalarla xaric olur, ağır hallarda isə damcı-damcı tökülür, bəzən qan qarışıqlı olur. Bədənin hərarəti 37-380C-dək yüksələ bilər. Sistitin yaranmasına səbəb sürəkli soyuqlamalar, sidik-cinsiyyər üzvlərinin infeksiyaları, kimyəvi maddələrlə qıcıqlanma, sidik yollarında aparılan kiçik əməliyyatlar ola bilər. Az hərəkətli həyat tərzi də sistitin əmələ gəlməsinə şərait yaradır. Buna görə də işiniz oturaqdırsa, hər saatdan bir ayağa qalxıb 3-5 dəqiqə ərzində gəzişin. Sistitin müalicəsində həm bitki, meyvə və tərəvəzlərdən, həm də fototerapiya, neft məhsulları ilə müalicə üsullarından istifadə olunur. Fitoterapiya Ayıqulağı yarpaqlarının dəmləməsi 2 xörək qaşığı xırdalanmış yarpağın üzərinə 500 ml qaynar su əlavə edilir, 20 dəq. müddətində vam odda qaynadılır. 1/2 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə spazmı və ağrını azaldır, mikrob əleyhinə təsir göstərir. Tozağacı yarpağı dəmləməsi 2 xörək qaşığı tozağacı yarpağı xırdalanır, üzərinə 500 ml qaynar su tökülür və ağzı bağlanaraq 2 saat saxlanır. Süzüldükdən sonra gündə 3-4 dəfə, hər dəfə yarım stəkandan yeməkdən əvvəl ilıq şəkildə qəbul edilir. Sidik yollarının zəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir. Çöl paxlagülü kökünün dəmləməsi 1 xörək qaşığı kök xırdalanır üzərinə 250 ml qaynar su tökülür və 1 saat müddətində dəmlənir və gün ərzində az-az içilir. Dəmləmə iltihab və mikrob əleyhinə təsirlərə makidir. Qankəsici olduğundan Qarğıdalı saçağı dəmləməsi 4 xörək qaşığı qarğıdalı saçaqları 500 ml qaynar suda 2 saat müddətində dəmlənir və süzülür. Yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu dəmləmə sidikqovucu və mikrob əleyhinə təsir göstərir. Bitkilərlə müalicə Ayrı-ayrı istifadə olunan bitkilərə nəzərən bitki qarışıqları kompleks təsirinə görə daha faydalıdır. Bitki yığıntılarının dəmləmələri həm spazmolitik və ağrıkəsici, həm də güclü antimikrob, iltihab əleyhinə və sidikqovucu təsirlər göstərir. Hərəsindən 2 xörək qaşığı yağçiçəyi otu, bağayarpağı yarpağı, ayıqulağı yarpağı və tozağacı tumurcuğu, hərəsindən 1 xörək qaşığı zirə meyvəsi və qurd pəncəsi otu xırdalanıb qarışdırılır. Bu qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 1 litr soyuq su tökülür. 12 saat saxlandıqdan sonra 10 dəq. qaynadılır və süzülür. 1 stəkandan gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir. Fitoterapevt Elnur Rəhimov

Hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.(ölkə.az)

Siz uşağınıza qarşı hansı tərbiyə növündən istifadə edirsiniz?

Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür. Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Ailələr isə öz növbələrində tərbiyə növünə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək. Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir. Avtoritet tipli ailədə isə qarşılıqlı hörmət və ədalət hökm sürür. Uşaqlara qayğı və diqqət göstərilir, ailə üzvləri arasında mütəmadi ünsiyyət olur. Valideynlər uşaqlarına qaldıra biləcəyi tələblər qoyur, qəti və davamlı olmaqla bərabər, həm də ədalətli olurlar. Onlar tələblərinin səbəblərini övladlarına izah edir və bunları birgə müzakirə edirlər. Uşağın öz seçim imkanı olur və o öz seçimləri üçün cavabdehlik daşıyır. Beləliklə uşaq özünə və imkanlarına inanır, yalnız çətin anda da valideynlərinə arxalanır. Bir sözlə bu tərbiyə üsulunda nəzarət və azadlıq balans təşkil edir və uşaqlar özünə inamlı və məsuliyyətli olurlar. Liberal ailə tipini uğurlu adlandıra bilmərik, çunki bu cür tərbiyə sistemi insani keyfiyyətlərə mənfi təsir göstərir. Uşaq ya valideynin qoyduğu sərhədlərini bilmir, ya da cadəcə olaraq bu sərhədləri müəyyən etməyi bacarmayan böyüyünün göstərişlərini yerinə yetirmir. Böyüklər isə yalnız ciddi bir problem baş verərsə “tərbiyəyə müdaxilə edirlər” Kənardan bütün bunlar normal, qarşılıqlı anlaşma kimi görünə bilər, amma getdikcə problemli bir ailə mühiti ortaya çıxır. Belə ailələrdə heç bir qayda və intizam anlayışı olmadığı üçün uşaqlarda özünə nəzarət və daxili intizam hissi formalaşmır. Hansı ki, bu hisslər insana pozitiv özünü qiymətləndirmə və özünə hörmət hissi aşılayır. Valideynlərin biganəliyi uşaqlarda gərəksizlik və təcrid olunmuşluq hissi oyadır. Araşdırmalara görə məktəb davamiyyəti pis olan, içki və maddə asılılığından əziyyət çəkən gənclər əsasən bu tip ailələrin övladları olurlar. Xaotik tərbiyə tipində hansı anda nə olacağı bəlli deyil. Hansı ki, dəqiq sərhədlər yoxdur və böyüklər arasında fikir ayrılığı var. Valideynlərin öz qərarlarında qeyri stabil olmaları uşaqlarda qorxu, təşviş narahatlıq və həyəcanlılıq hissləri yaradır. Bu tərbiyə sistemində özünənəzarət və məsuliyyət hissi formalaşmır, bilavasitə özünüqiymətləndirmə aşağı olur və olğun qərarlar verilməsi çətinləşir. Qoruyucu tərbiyə tipində valideynlər uşaqlarını hədsiz qayğı ilə əhatə edir, hər zaman və hər yerdə onları qorumağa çalışır, bir sözlə hər şeyi onların əvəzinə edirlər. Hədsiz qayğı nəticəsində uıaqlarda əməksevərlik, əzmkarlıq, özünü qoruma, müstəqil qərar qəbul etmə bacarıqları inkişaf etmir. Məhz el arasında işlədilən “mama uşağı” kəlməsi bu tip ailələrdə böyüyən uıaqlara aid edilir. Bu insanlar çətin situasiyala düşəndə özlərini itirir, cünki belə zamanlarda nə etmək lazım olduğu kimi bir vərdişləri olmur. Belə uşaqlar kollektivdə həm lider olmaq istəyir, həm dəliderliyi necə bacaracaqlarını bilmirlər. Onu da qeyd edim ki, bir ailə tipi yalnız təklikdə deyil, bir və ya bir neçə tipin xüsusiyyətləri qarışıq şəkildə mövcud ola bilər. Və hansı tipin əlamətləri üstünlük təşkil etməsindən asılı olaraq uşaqlarda ona uyğun da xarakter xüsusiyyələri formalaşır. Ümumi nəticə olaraq deyə bilərik ki, tərbiyədə yol verilən əsas səhvlər, ya uşaqlara, onların daxili aləmlərinə lazımi diqqətin ayrılmaması, ya da əksinə hədsiz qoruma, demək olar ki, uşağa müstəqil olaraq nəfəs almağa belə imkan verilməməsi, evdəki böyüklərin fikir ayrılığı, eyni situasiyaya fərqli yanaşmalarının olmasıdır. 

Valideynlərin nəzərinə... - Bu məqamlara diqqət edin

Valideyn övlad münasibətləri əlaqələrin inkişafı, uşağın valideynlərə hörmət və güvən yaranması baxımından əsasdır.  Bəs valideynlər nəyə diqqət etməlidir? Uşağın suallarına səbrlə və doğru cavab verin.Uşağın suallarını və dediklərini ciddi qəbul edin.Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.Uşağa gücü çatan işləri və qayğıları tapşırın.Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.

Boşanmaq istəyən kişinin davranışları

Həyat yoldaşınızın sizdən soyuduğundan şübhələnirsiniz, lakin inanmaq istəmirsiniz? Elə isə həmsöhbətimiz olun. Bu yazımızda boşanmaq istəyən kişi davranışlarını hərəkətlərindən necə bilmək olar sualına cavab tapmağa çalışacağıq. Bir-birindən ayrı qala bilməyən bir cütlük olan siz, aranızdakı cazibəni zamanla itirdinizsə və həyat yoldaşınız artıq nəinki sizlə birlikdə olmaq, toxunmaq belə istəmirsə, əlaqənizdə təhlükə siqnalları çalınır deməkdir, yoldaşınızın ağlından boşanma düşüncələri keçir deməkdir. Bir zamanlar yaşadığı hər hadisəni, detalları ilə sizə izah edən kişi gedər, yerinə susqun, heç danışmaq istəməyən, soruşduğunuz sualları qısa və "net" cavablar verən bir kişi gəlir. Ayrılmaq istəyən kişinin bir əlaməti də, sizin hər halınızdan məmnun kişinin yerinə, demək olar ki, hər şeydən şikayət edən, görünüşünüzdən yeməklərinizə qədər hər şeyə tənqidlə yanaşan kişi modeli gələr.. Hörmətin, qarşılıqlı güzəştlərin bitib, səsin yüksəldiyi, qarşılıqlı təhqirlərin başladığı yerdə artıq səmimiyyət itir, dava-dalaşlar başlayar. Çünki sizin hər etdiyiniz, hətta varlığınız belə artıq kişini narahat edir. İnternetdə vaxt keçirər, küçədə, kafelərdə vaxt öldürər, idman salonundan çıxmaz, iş yerindən gec gələr, bir sözlə, sizi görməmək üçün hara varsa, orada olmağa çalışar. Fikirli, düşüncəli və unutqandır. Çünki tez-tez beynində ayrılmağın müzakirəsini edib, olub keçənləri götür-qoy edər, planlar qurar..Dərvişin fikri nədirsə, zikri də odur. Ayrılmaq sözünü əsla ağzına almayan kişi, hər problemdə, "istəyirsənsə boşanaq, bu həyat belə getməz, bizim ulduzumuz barışmadı, kaş ki tanımasaydıq bir-birimizi" kimi sözlər işlətməyə başlayar.(anaveusaq.az)

Özümüzü qoruyaq... - Eqoizm nədir?

Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir…  Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür.  Aldığımız еnеrji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə vеrir. Fiziklərə inansaq, еnеrji yox olmur, bir şəkildən başqa şəklə düşür. Dеməli, biz qəbul еtdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çеviririk. Nəticə еtibarilə bizdəki mənfi еnеrjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir. Nеqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli komplеksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid еdirik. Özünü təcrid еtmək yalnız özünə inamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə еdir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xaraktеrini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir. Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, еqoizm insanı içindən yеyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yеri, məqamı Haqq tərəzisində еynidir — yəqin bu tərəzinin çəki еtalonuna şübhəniz olmaz.  Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var.Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еtməlidir. Еqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq! Bunlar görünən komplеkslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, еqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki еqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və еqoizmi daha yüksəkdə tuturuq. «Dəryaca ağlı olub, yoxsul olana gülürük», imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və еlə hеsab еdirik ki, yеrə tökülən bu «dürr» və «inci»ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli(ə)  dеyirdi ki, «baxma kim danışır, bax, gör, nə danışır»!  Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün еlə də əhəmiyyəti yoxdur… Əslində, bu komplеksin arxasında böyük bir faciə dayanır. Biz еqoistə diqqətimiz, marağımızla onu daha çox еqoistləşdiririk, onun «mənəmlik» xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk!  Yaxşı hal dеyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından sеyr еtməzlər! Bir insanın özünəvurğunluqla özünəqəsdinə bu qədər şərait yaratmazlar.Bəlkə, özümüzü özümüzdən qorumağımız yеtər, bir az da özümüz özümüzü qoruyaq???(kayzen.az)

Duzlaşmanın bitkilərlə müalicəsi

“Oynaqlarda duzların çökməsi” adlı anlayış tibdə mövcud deyil. Bu anlayışa xalq təbabətində daha çox rast gəlinir. Əslində oynaqlarda çöküntü şəklində görünən sümük artımlarıdır ki, bu da osteoartroz prosesi nəticəsində yaranan osteofitlərdir. Sadəcə osteofit anlayışı sırf tibbi termin olduğuna görə bu daha çox işlək ifadə olan “oynaqda duzlaşma” ilə əvəz edilmişdir. Yeganə sümüklərə duzların (uratların – sidik turşusu duzlarının) çökdüyü xəstəlik podaqradır. 50 qr sofora meyvələrinin və ya çiçəklərinin üzərinə 0.5 l araq əlavə edilib 1 ay müddətinə saxlanılır. Alınmış cövhərdən hər gün 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.20 qr at pıtrağı kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilir. Alınmış dəmləmədən gündə 3 dəfə 1 xörək qaşığı 3-4 həftə müddətinə daxilə qəbul edilir.1 kq qıtığotu sürtgəcdən keçirilib üzərinə 4 l soyuq su əlavə edilir. Qarışıq 5 dəqiqə müddətinə qaynadıldıqdan sonra süzülür, üzərinə 0.5 kq bal əlavə edilib qarışdırılır. Alınmış qarışıqdan gündə 1 stəkan içilir. Müalicə kursu ildə 2 dəfə - yazda və payızda aparılır.1 çay qaşığı kərəviz toxumlarının üzərinə 2 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl gündə 2-3 dəfə daxilə qəbul edilir.Günəbaxan kökü uzununa kəsilib qurudulduqdan sonra xırdalanır və xırdalanmış xammaldan 1 xörək qaşığı götürülüb üzərinə 1 litr qaynar su əlavə edilir, termosda 30 dəqiqə müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 stəkan səhər acqarına (yeməkdən 30 dəqiqə əvvəl), yerdə qalanı isə bütün gün ərzində içilir. Qəbul müddəti ildə bir dəfə aparılır.5 stəkan çiyələyin üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırılır. Qarışıqdan alınmış şirə süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan içilir.Xırdalanmış 1 kq tozağacı qabığı, 1 kq ağcaqovaq və 100 qr palıd qabığı qarışığı qaynadılır. Alınmış məhlul süzülüb gündə 3 dəfə 1/2 stəkan içilir.3-4 ədəd qırmızı milçəkqıran göbələyi xırdalanıb üzərinə 2-3 litr möhkəm qaynadılmış su əlavə edilir. Bir qədər soyuyan kimi ağrıyan oynaqlar buxara verilir. Alınmış dəmləmə ilə oynaqları kompres də eləmək olar.İri kötüklü 1 ədəd kərəviz götürülüb ət maşınından keçirilib şirəsi çıxarılır. Alınmış şirə gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. Bu şirə ilə kompres də etmək olar.Şüşə və ya emallı qabın 3/4-ü qədər qırmızı gəndalaşın giləmeyvələri əlavə edilib üzərinə araq tökülür. 1 həftədən sonra alınmış cövhər ilə axşamlar oynaqlar masaj və ya kompres edilir.Ağ öksə otu un halına salınır, alınmış xammaldan 1 çay qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir, termosda dəmə qoyulur. Alınmış dəmləmə 2 xörək qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl kiçik qurtumlarla 3-4 ay ərzində içilir.100 qr tər yasəmən yarpaqlarının üzərinə 1 litr araq əlavə edilib qaranlıq yerdə 14 gün müddətinə saxlanılır. Alınmış cövhərdən 50 damcı gündə 3 dəfə qəbul edilir.Qara turp yaxşıca yuyulub qabığı təmizlənmədən 15-30 dəqiqə müddətinə dezinfeksiyaedici kalium-permanqanat məhlulunda saxlanılır. Bundan sonra turp çıxarılıb axar su altında yuyulur. Daha sonra isə turp qabıqlı şəkildə sürtgəcdən keçirilib şirəsi çıxarılır. Alınmış şirə sərin yerdə saxlanılır. Gündə 3 dəfə hər dəfə 30 qr olmaqla (bu dozadan artıq olmaz!) daxilə qəbul edilir. Bu müddətdə 10 kq turpdan alınmış şirədən istifadə edilir. Şirəni qəbul edərkən rasiondan yağlı qidaları, əti, yumurtanı çıxarmaq lazımdır.300 qr qaynar suyun üzərinə 200 qr dəfnə yarpağı əlavə edilib 30 dəqiqə müddətinə qaynadılır. Alınmış dəmləmə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul edilir.                                                                                    Fitoterapevt Elnur Rəhimov

Uğurun başlanğıcı - Yarım saat nəzəriyyəsi

Böyük uğur böyük zaman tələb edir.Bununla yanaşı, istənilən vəziyyətdə və istənilən insan üçün keçərli olan bir üsul mövcuddur. İnsanların əksəriyyəti bu üsulu yaxşı bilsələr də ondan istifadə etmirlər. Nəyə görə? Axı dünyaların ayaqlarınızın altına səriləcəyinizi gözləmək daha asandır! Lakin aydındır ki, dünya istəklərimizə cavab verməyə tələsmir. Buna görə də, sizi tez bir zamanda uğura gətirib çıxaracaq üsuldan istifadə edin. Bu üsul “yarım saat nəzəriyyəsi” adlanır. Bu metodun özünəməxsus və üstün cəhəti ondan ibarətdir ki, bu üsul hər kəs üçün əlçatandır və istənilən qrafikə uyğunlaşdırmaq mümkündür. Ümumi ideya isə belədir ki, hər gün yarım saat ərzində kiçik fəaliyyət ilə məşğul olur, daha sonradan isə onu təkmilləşdirmək istiqamətində çətinləşdirirsiniz. Hər şey çox sadədir, elə deyilmi? Lakin nə qədər çox insanın bu üsulun bayağı olduğunu düşündüyündə təəccüblənəksiniz.Bu o deməkdir ki, hər gün oxumaq üçün yarım saat ayırmalı olacaqsınız. Boş şeydir?! Lakin bu şəkildə bir il ərzində 24 kitab oxumuş olacaqsınız ki, buda əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!Gün ərzində bu 30 dəqiqəni hər hansı bir xarici dilin öyrənilməsinə və yaxud faydalı bir vərdişin mənimsənilməsinə sərf edə bilərsiniz.Bəs uğura nail olmaq üçün bu nəzəriyyədən necə istifadə edə bilərsiniz?Sizi maraqlandıran məsələ ilə bağlı yeni biliklər əldə edə, ixtisasınız ilə əlaqəli yeni bacarıqlar qazana bilərsiniz. Cəmi yarım ildən sonra seçdiyiniz istiqamət üzrə çoxlu sayda yeni biliklər qazanmış, 1 ildən sonra mütəxəssis ola biləcəksiniz.Gündəlik 30 dəqiqənizi seçdiyiniz fəaliyyətə ayırmaqla 1 il sonra nə qədər çox yol qət etdiyinizdən özünüz heyrətə gələcəksiniz.Səbrli olun. Ani nəticələr gözləməyin. Bunun üçün zaman lazımdır və məqsədiniz nə qədər böyükdürsə, bir o qədər də çox addım tələb olunacaq.

Həyat yoldaşınızla eyni iş yerində çalışırsınızsa...

Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.İşlərinizi yatağa daşımayın...Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.Professional davranın...Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olmasıdır. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər. Evdə əhvalı böyüdən siz olun...Ofisdə pis bir gün keçirdiyinizdə evə gedib sifət asmaq və gərginlik yaratmanın kimsəyə bir faydası olmaz. Bu nöqtədə iş sizə düşür.İpləri əlinizə almalısınız. Unutmayın sizin gün içində yaşadığınız çətinlikləri o da yaşadı. Evə gəldiyinizdə pis davransanız bu, yoldaşınızı işlə əlaqədar narahatlıqlarını də artıracaq. Bu səbəblə müsbət davranışınızdan  güzəşt verməyin. Bir-birinizin meneceri olun...Dostların bir yeməyə çıxdığınızda yoldaşınızın iş həyatında nə qədər müvəffəqiyyətli olduğundan və doğru qərarlar verərək şirkətinizi böyüməyə apardığında danışa bilərsiniz. Bir-birinizlə daim qürur duyun! Yoldaşınızın qürurunu oxşamanız sizin daha yaxşı bir sıra olmanızı təmin edəcək. Alacağınız qərarlarda əvvəl ona müraciət, iş təcrübəsinə güvənin.Böyük düşünün!Həyatın hər anında bir-birinizin yoldaşı olduğunuza görə xəyallarınız də eyni istiqamətdə olacaq. Risk etməkdən və böyük xəyallar qurmaqdan qorxmayın.  Beləcə həm müvəffəqiyyətli bir ana-ata həm də iş ortağı ola bilərsiniz. Gücünüzü  birləşdirin.

Evliliyinizi bu üsulla xilas edin

Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi  Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi hazırlayıb. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır: 1. Onlar eyni vaxtda yatmağa gedirlər Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar. 2. Onlar ortaq maraqları inkişaf etdirirlərİlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s. 3. Onlar gəzərkən əl-ələ tuturlarÖzümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür. 4. Onlar «güvən və əfv» rejiminə əməl edirlərFikir ayrılığı və dava-dalaş hər kəsin başına gəlir. Xoşbəxt cütlüklər tez bir zamanda incikliyi unuda və barışa bilirlər. Paranoya, deyingənlik, inciklik — tez bir zamanda boşanacaq «luzerlər» üçündür. 5. Onlar öz partnyorlarının harda səhv etdiklərinə deyil, nəyi düzgün etdiklərinə fikir verirlərİşdə, məişətdə istənilən adama baxıb çoxlu səhv tapmaq mümkündür. Amma niyə axı? Psixoloqlara münasibətin qızıl qaydası məlumdur: 1 tənqidə 10 kompliment düşür. 6. Onlar işdən qayıtdıqdan sonra bir-birlərin qucaqlayırlarBizim bədənimiz çox güclü «fiziki yaddaşı» var. Bir-birimizi nə qədər çox qucaqlayırıqsa, bir o qədər də bunu etmək xoş gəlir. Bu, bir növ asılılıq yaradır,  amma xeyirli asılılıq. 7. Onlar «səni sevirəm», «günün xoş keçsin» sözlərini hər gün deyirlərBu sözlər səbr qazanmağın bir üsuludur. Sizə gün ərzində tıxaclarda, uzun növbələrdə dayanmaq və digər xoşagəlməz hallarla qarşılaşmaq lazım gələcək. «Səni sevirəm» sözü isə bunun acığını evdəkilərdən çıxarmağa maneə olacaq. 8. Onlar bir-birlərinə «gecən xeyrə qalsın» deyirlərBelə baxanda bu, xırdalıqdır, amma bu xırdalığı yaddan çıxarmaq lazım deyil. Dalaşıb-dalaşmamağınızdan asılı olmayaraq partnyorunuza gecən xeyrə qalsın deyin. Bu, qayğının bir formasıdır. 9. Onlar işdə olarkən gündə bir neçə dəfə zəngləşirlərPartnyorun ofisinə zəng etmək və şlərinin necə getdiyini soruşmaq — hər iki tərəfin də əhval — ruhiyyəsini qaldırmaq üçün yaxşı üsuldur.  10. Onlar bir-birlərinə toxunurlarİctimai yerlərdə bir-birinizin əlinə və digər yerlərinə (burda ayıb heç nə yoxdur) toxunmaqdan çəkinməyin. Bunlar partnyorları bir-birinə daha da yaxınlaşdırır.

Qayınananız sizi sevmirsə, belə edin

Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər. Sevdiyiniz kişinin anası haqqında xoşagəlməz danışırsınız, mübahisələr edir, hörmətsizlik göstərir, çox süni davranırsınızsa, əlbəttə ki, yaxşı gəlin təəssüratı yaratmayacaqsınız. Bundan başqa, sevgilinizi anası ilə sizin aranızda seçim etməsinə məcbur edirsinizsə, bu da ən əhəmiyyətli səbəblərdən biridir. Üstəlik, nəzərə alın ki, kişilərin əksəriyyəti anasını seçəcək. Sevgiliniz nəyi səhv edir?Sevdiyiniz kişinin anasının hər dediyini təsdiq etməsi ən böyük səhvlərdən biridir. Bəli ananın düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli hesab edirsə, münasibətlərinizi nəzərdən keçirsəniz, yaxşı olar. Sevdiyiniz kişi ikinizin də fikirinə əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həll yolları var. Psixoloqlar bunu belə izah edir:1. Sevdiyiniz kişiyə bu vəziyyəti danışın. Beləcə anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əgər əhəmiyyət verirsə, ikiniz arasındakı problemin həll yollarını axtaracaq. Bu müddətdə isə anasına qarşı hörmətsiz davranmamalıdır. 2. Ananızla bu barədə danışın. Bir ananın gözü ilə hadisəyə baxmağınız yaxşı olacaq. 3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizə nifrət edirsə, siz də ona nifrət duymayın əsla. Əksinə, bu nifrəti görməzdən gəlib gülümsəyin. Hər nə qədər sizə iynəli cavablar versə də, kübar davranın. Bu, sizi ucaldacaq. 4. Kübar, lakin özünə güvənən, iddialı biri olun. Sevdiyiniz kişi sizi müdafiə edirsə, bunu sizi hörmətli tutaraq etməlidir. Özünüzü əzdirməyin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anasının bundan xoşu gəlməsə də, ən azından güclü xarakterli olduğunuzu görəcək.Əgər bunların heç biri işinizə yaramasa, anası heç bir formada dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamanın öhdəsinə buraxın. milli.az

Göbələyin təbii yollarla müalicəsi

Mikozlar – dəri və dırnaqların göbələklər tərəfindən zədələnməsi nəzərdə tutulur. Mikozların törədiciləri yalnız insanda parazitlik edən antropofil göbələklər, heyvanlardan insana yoluxan zoofil göbələklər, həmçinin Candida cinsindən olan şərti-patogen maya göbələkləri ola bilər. Göbələklər neytral və ya zəif-qələvi mühitdə inkişaf edir, aşağı temperatirlara qarşı çox davamlı olur. Göbələklər adətən xəstə insandan sağlama kontakt yolu ilə yoluxur. İnfeknsiya mənbəyi rolunu həm zədəli dlrnaqlar, həm də xəstə dəri oynaya bilər. Mikozların yaranmasına şərait yaradan faktorlar: 1. Xarici faktorlara dərinin həmişə nəm olması, çatlar və qaşınma izləri, isti və rütubətli hava şəraiti aiddir. 2. Daxili faktorlar  arasında daha çox şəkərli diabet və piylənmə kimi mübadilə pozulmaları, QİÇS, immunosupressiv terapiya, antibiotiklərlə və oral kontraseptivlərlə uzunmüddətli müalicə, klimaks dırnaq mikozlarının inkişafına təkan verir. Göbələk infeksiyası ilə kontakt müxtəlif şəraitlərdə baş verə bilər. Məsələn, su hovuzlarında, ümumi hamamlarda, çimərlikdə, idman zalında, hətta qonqlıqda kiminsə tərliklərin geyindikdə. Buna görə də şəxsi gigiyena qaydalarına həmişə diqqət etmək lazımdır. Lakin göbələklə hər bir kontakt xəstəliyin yaranması ilə nəticələnmir. Yoluxma yolları: - manikür alətləri - araqqabı, corab və s. - şəxsi gigiyena vasitələri - hamam ləvazimatları  Mikozların xalq təbabəti üsulları ilə müalicəsi  Dəmrovotu ilə vanna Ayaq dərisinin və dırnaqların göbələyi zamanı dəmrovotu ilə vanna etmək məsləhətdir. Bunun üçün 4 xörək qaşığı xırdalanmış otun üzərinə 6 stəkan qaynar su əlavə olunur və 3-5 dəqiqə qaynadılır. Süzüldükdən sonra 30 dəqiqə ərzində ayaqlara vanna edilir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə xəstə dırnaqların üzərinə kompres edilə bilər. Belə vannalar üçün çay sodasından da istifadə etmək olar. Vanna 1 litr suya 1 xörək qaşığı soda hesabı ilə hazırlanır. Spirtli-qliserinli məhlul 2 çay qaşığı spirt, 2 çay qaşığı essensiya və 1 çay qaşığı qliserindən ibarət məhlul hazırlanır. Hər gecə xəstə dırnaqlar bu məhlulla silinir. Prosedur bir ay müddətində təkrarlanır. Əgər məhlul dırnaqətrafı dəriyə düşərsə, dərini yandıra bilər. Bunun qarşısını almaq üçün məhlulu tez silmək və yağlı krem çəkmək lazımdır. Propolis Pambıq tampon propolisin spirtdə 20 faizli məhlulu ilə isladılır və xəstə dırnaqların üzərinə qoyulur. Belə müalicə xəstə dırnaq düşənə qədər davam etdirilir. Propolis məhlulu ev şəraitində də hazırlana bilər. Bunun üçün 10 ml spirtə 10 qr propolis qatılır.  Yodla müalicə 20 gün müddətində səhər və axşam xəstə dırnaqlar yod məhlulu ilə silinir. Qonşu sağlam dırnaqlar isə iki gündən bir yodlanır. 5-7 gündən sonra dırnaqların ətrafında yüngül yandırıcı ağrı əmələ gəlir. Bu, müalicənin uğurlu olmasını göstərir. Əgər ağrı çox güclü olarsa, prosedur daha seyrək edilir (2 gündə 3 dəfə). Çaqa kompresi Çaqa göbələyindən nazik təbəqə kəsilir və xəstə dırnağın üzərinə qoyulur, üzəri sellofanla örtülür və binlənir. Gəcə saxlandıqdan sonra kompres açılır və ayaq ilıq su ilə yuyulur. Dırnağın ayrılmış hissələri kəsilir və bütün zədəli səth yodla silinir. Prosedur uzun müddət aparılır. İlk vaxtlarda ağrı ola bilər, lakin müalicə davam etdirilməlidir. Dəniz duzu ilə vanna Bir həftə müddətində hər gün ayaqlara dəniz duzu ilə vanna edilir. Vannanın qəbul müddəti 15 dəqiqədir. Bundan sonra zədəli dırnaqlar dəmrovotunun təzə şirəsi ilə silinir. Quşarmudu ilə müalicə Quşarmudunun (üvəz) təzə yarpaqları əzilir, xəstə dırnaqların üzərinə qoyulur və bintlə bağlanır. Belə prosedur bir neçə ay müddətində hər gün edilir. Çiy yumurta məlhəmi Bir ədəd çiy yumurta, bir çay qaşığı dimetilftalat, bir xörək qaşığı bitki yağı və bir xörək qaşığı sirkə qarışdırılaraq məlhəm hazırlanır və soyuducuda saxlanır. Hər gecə məlhəm xəstə nahiyələrə sürtülür, üzərindən polietilen paket və corab geyilir. Dırnaq mikozlarının ağır formalarında belə kompres 3-4 gün müddətində saxlanmalıdır. Müalicənin gedişində xəstə dırnaqlar düşür, yerinə yeni sağalm dırnaqlar əmələ gəlir. Fitoterapevt Elnur Rəhimov

Çoxlarının problemi olan Fobiya... - Hansı növ daha çox yayılıb?

Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə  anasını  görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onunçün təhlükəli olmadığını anlayır və daha qorxmur, lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu—insan həyatı üçün lazımlı bir duyğudur, çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. “Phobos” –yunanca “dəhşət tanrısı” deməkdir. Normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir. Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir.Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir. Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir. İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yardan səbəb aradan qalxanda və ya uzaqlaşanda normla vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur. Qorxu zamanı baş-beyində yerləşən hipotalamus vəzindən impulslar böyrəküstü vəzə ötürülür, böyrəküstü vəxin beyin maddəsindən kortikosteroidlər—adrenalin və kortizol qana ifraz olunur. Adrenalin hormonu qan damarlarının divarındakı α2 reseptorlarına və ürəyin keçirici sistemindəki β1 adrenoreseptorlarına stimuləedici təsir göstərir. Bununla da damar divarları daralır və qan təzyiqinin qalxmasına 2qat təsir edir. Həmçinin qorxu zamanı qan dəridən daxili orqanlara doğru sürətlə axmağa başlayır, bu da əllərin və ayaqların keyləşməsinə, soyumasına, üzdə rəngin ağarmasına səbəb olur. Böyrəküstü vəzdən eyni zamanda adrenalinhormonu da qana ifraz olunur ki, bu da azan sinirinə təsir edir. Azan sinirinə təsirindən ağız suyu vəzlərində blokaedici effekt yaratdığı üçün ağızda quruluğa səbəb olur. Adrenalin eyni zamanda brouz divarindakı β2 adrenoreseptorlarına təsir etdiyinə görə broux divarı genişlənir və nəfəsalma dərinləşir. Qan dövranı sürətləndiyinə və ürək ritmi artdığına görə bədən tempraturu yüksılir və bunu kanplusasiya etmək üçün tər vəzlərində aktivləşmə başlayır, tərləməklə tempratur normada qalır. Qorxu zmanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır. Fobiyanın çox növləri vardır: zoofobiya—heyvan qorxusu, kloustrofobiya—qapalı yer qorxusu, akrofobiya—yüksəklik qorxusu, aqorafobiys—açır yer qorxusu, ailurofobiya—pişik qorxusu, kinofobiya—it qorxusu, ojidofobi—ilan qorxusu, herpetofobi—kərtənkələ qorxusu, antofobi—insan qorxusu, niktofobi—gecə qorxusu, kaprofobi—nəcisdən qorxmaq, izolofobi—təklikdən qorxu və.s. Bunlardan ən geniş yayılmış formalrdan biri aqorofabiyadır. Bu açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi—bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur. Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Evdə tək qala bilmir, küçəyə tək çıxa bilmir, ticarət mərkəzinə tək gedə bilmir, avtobusa tək minə bilmir. İnsan qorxu hiss elədiyi məkanda olduğu zaman onda fobiyanın bir neçə əlaməti müşahidə olunur, tərləmə, titrəmə, həyəcan, urək döyüntüləri və.s. kimi əlamətlər...Tezliklə ordan uzaqlaşmağa çalışır. Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər, yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər., yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcələrini düşünürlər. Bunlarə düşünərək qorxularını gizlədər, başqalarına hiss elətdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik atakla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır. Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular—sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər.Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar.Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyıcıyi spzləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır.Sonrakı çıxışlarında daha rahat formada danışır.Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxualr şiddətli və xroniki olur.Və bu qorxular korreksiya olunmazsa zamanla panik atakakeçə bilər. BU növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18 yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6ay  davam etməlidir.  Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır. Fobiyanın bir başqa geniş yayılmış növlərindən biri spesifik fobiyadır. Normal şəraitdə qorxu ünsürü olmayacaq vəziyyətlərdən və ya əşyalardan artıq dərəcədə qorxma halına deyilir. Ən çox rastlaşdığımız fobiya növüdür. İnsan pişik, siçan, ilan, yüksəklik, çiçək, qaranlıq və.s. kimi hallara qarşı qorxu hissi keçirir. Həmin insan qorxu hiss elədiyi əşya və ya vəziyyətlə üz-üzə gəlmək istəmir. Həmin ortamlardan uzaq olduöu müddətdə normal yaşam tərzi keçirir, qorxu heç cür üzə çıxmır. Zəhərli ilanlardan, dişləyə bilən heyvanlardan və ys yıxılma riski olan yüksəkliklədən bütün insanlar qorxur. Bunlar həqiqi qorxulardır, yeni, bir insan özünü riskə atmamaq üçün bu durumlardan uzaq olur.Məsələn,ilandan qorxan biri ilana çox da yaxın getməz, çünki ilana tərəf yaxınlaşsa ilan onusancma təhlükəsi var. Bu normla reksiyadır və fobiya saylmır. Amma əgər bir insan ilanı çox uzaqda görürsə və ya həmin ilanın ona xətər yetirmə ehtimalı yoxdursa və bu halda insanda artıq dərəcədə qorxu, təlaş göstərirsə fobiyadan söz gedə bilər.Bundan əlavə fobiyası olan insan şəkildə və ya televizorda ilan görərsə ilana qarşı aşırı dərəcədə qorxu hiss edə bilər. Bu növ fobiyası olanın çox zaman yaşamında çətinlik yaranmaz. Lakin əgər o həmin durumla tez-tez qarşılaşarsa, artıq yaşayış tərzinə ciddi problemlər yaradar. Məsələn, itdən qorxan birinin it çox olan yerdə yaşaması artıq onun həyat tərznini çox çətinləşdirər. Bu növ fobiya uşaqyaşlarında başlayır. Terapiyaya ehtiyacı olmadığını düçünərək ömrü boyu bu formada yaşayırlar. Bu npv fobiyada terapiyanın ən yaxşı təsirli forması davranış psixoterapiyasıdır. Ümumiyyətlə, fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür, ağır hallarda dərman dəstəyi də almaq daha effektli nəticə almağa yardım edər. Nərmin Qələndərova Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Panik atak nədir?

Panik atak nədir? Kriz anında sanki öləcəm, ruhum bədəndən ayrılır, həqiqətən ölürəm? bu kimi suallar onları daima narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir daha sonra isə öz-özünə keçir. Panik atakın göstəriciləri nələrdir ? * Tərləmə * Ürək döyüntüsünün artması, tez-tez vurması * Nəfəs darlığı və boğulma hissi * Baş fırlanması * Üşümə yaxud istilik basması * Titrəmə * Sinədə sıxışma və ağrılar * Ürək bulanma və qarın ağrısı * Uyuşma * Ölüm qorxusu Bu göstəricilərdən ən az 4 və daha çox elamet panik atak anında baş verir ! Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. Insanlar yaşayış tərzini dəyişir. Insanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirirlər, tək qala bilmirlər, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi ? Təbii ki, yox ! Panik atakın 2 müalicə üsulu var: 1. Dərman terapiyası 2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya) Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir. Aytən Əlizadə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Övladınıza paylaşmağı öyrədin - Üsulları

Övladınıza paylaşmağı bacarmağı öyrətməyiniz olduqca vacibdir. Paylaşmağı bacarmaq - övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən, “birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək. Övladınızla birlikdə alış–verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır. Övladınızla söhbətinizdə “qardaşının dəftəri”, “mənim kitabım” və s. kimi ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə bilərsiniz. Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl nümunə ola bilərsiniz. Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək hissindən uzaqlaşaraq özünü daha rahat hiss edər. Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin. Övladınız üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı bunu etməsi üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər. Övladınıza paylaşma hissini öyrədərkən onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola, aqressiya nümayiş etdirə bilər. Övladınıza paylaşmağı sevdirin.

Qapalı yer qorxusu - Klostrofobiya nədir?

Panik pozuntusu məşhur anksiyete pozuntusu və fobiyalardən bəhs edib, insanın ən fundamental qorxularından biri olan klostrofobiyadan bəhs etməmək əksiklik olar. Bunu bəzən özbaşına dilə gətirirlər,bəzən də əhəmiyyət vermirlər, hətta normal qarşılayır amma soruşduqda izah edirlər. Ən çox qarşılaşılan vəziyyət, həyatını liftə minə bilməmə, qapısı bağlı otaqda yata bilməmə,dar sahədə durmama kimi bəzi əlamətləri, öz idarəsində basqılayan,bu vəziyyətlərdən qaçınan və əhəmiyyət verməyən şəxsin MR çəkilişi lazım olduğunu öyrənməsi ilə yaşadığı böhrandır. Tibbi bir zərurət vardır, tunel kimi,dar bir maşına girməsi və orada yarım saata yaxın müddət keçirməsi lazım gəlirdi. Amma bu onun üçün tabuta girib məzarın içində gözləməkdən fərqsizdir. MR çəkdirməyə müraciət zamanı %10 ətrafında klostrofobiya müəyyən olunmuşdur.Bu kəslərə ya anesteziya altında yatırdılaraq çəkiliş edilər, ya açıq MR-ə girərlər ya da klostorfobiya üçün müalicə görüb dərman alaraq girə bilərlər. MR ən dəqiq tətikləyən vəziyyətdir amma lift,hamam,kiçik və basıq tavanlı otaqlar, qapının kilidli olduğu bilinən hər hansı bir yer, sıxlıq mühitlər, mağaralar, tunellər,metro və hətta boğazı bir az sıxan bir qalstuk və ya boğazlı paltar belə claustrophobic bir vəziyyət ola bilər. Bəzi klostrofobiklərin bərbər kreslosunda oturarkən belə,qalxa bilməyəcəklərini düşünərək panikaya qapıldıqlarını bilirik. Adam da nəfəs darlığı,hava aclığı,baş gicəllənməsi,bayılacak kimi hiss,ölüm qorxusu,ağlını qaçırma qorxusu kimi bir sıra əlamət yaradar.Bu şiddətə çatdığında, vəziyyət artıq panik ataktır. Onsuz da bir çox hallarda klostrofobiya ilə panik atak pozğunluğu bir aradadır. Sözün kökü, latınca claustrum yəni "bağlı yer" və phobia "qorxu"dan gəlir. Tətikləyən düşüncə adamın o an orada çarəsiz və bağlı olduğu,istəsə də çıxa bilməyəcəyi, kömək ala bilməyəcəyi fikridir. Klassik psixologiyadakı bu öyrənilmiş,şərtlənmə şərhinin yanında,klostorfobiya üçün daha bioloji şərh də vardır,beyində duyğuları idarə edən amygdala adlı sahənin klostrofobik şəxslərdə daha kiçik olduğunu göstərən tədqiqatlar vardır. Bir digər görüş isə bəzi ailələrdə klostrofobik daha tez olduğu,bunun genetik faktorla açıqlana biləcəyidir.Bəlkə də insanın içində yaranmasından bu yana olan ölüm qorxusuna işarə edir. Müasir həyatda əsrlər boyunca, insanın ən dərin,gizli qorxularından biri ölmədən məzara girməkdir. Qəzada öldü sanılmaq və basdırılmaq,oyandığında çarəsiz və hərəkət edə bilməz halda məzarın içində olmaq.Bu qorxu, tarix içində özünə yeni ticarət sektorları yaratmışdır.Daha köhnə dövrlərdə cənazənin biləyinə bir ip bağlayıb,ipin ucunu məzarın xaricindəki bir çana məzmuna,daha yaxın zamanlarda izə kameralarla təchiz tabutlar, insanın bu qorxusunun məhsuludur. Uşaqlıqda başı barmaqlıqlar arasına sıxışan,bir hovuza düşüb boğulma təhlükəsi keçirən,qaranlıq bir otaqda kilidli qalan,ailə tərəfindən kilidli bir avtomobildə buraxılan uşaqlarda, irəlidə klostrofobi inkişaf riski daha çoxdur. Bu da claustrophobic öyrənilən bir tərəfi olduğunu düşündürər. Klostorfobiyanın müalicəsində müxtəlif müalicə üsulları istifadə edilər. Klostrofobik adam,yaşadığı vəziyyətdən deyil,o vəziyyətə aid nəticələrdən qorxur. Qorxulan liftə minmək deyil, orada bağlı qalar və liftdən çıkamazsa huşunu itirmə keçirib kimsədən kömək alamamaqdır.Koqnitiv müalicədə adamda lift və bağlı qorxu ilə əlaqədar məlumatlar yenilənir, yenidən qurulur. Liftin qorxulacaq, zərər verəcək,həyati təhlükə meydana gətirəcək bir alət olmadığı,bağlı qalması vəziyyətində nələr ediləcəyini yenidən öyrədirlər.Məruz buraxma müalicəsindən isə,insan gedərək artan şiddətdə, qorxduğu vəziyyətə məruz buraxılar, alışması hədəflənər.Məsələn,liftə terapevt ilə birlikdə minmə və qapının açıq olaraq gözlənilməsi, biri aşağıda gözləyərkən bir qat çıxma,birinə xəbər verərək beş qat çıxma kimi. Bilinən ən təsirli müalicə üsulu budur,müvəffəqiyyət nisbəti 70%-ə yaxındır. Nərmin Quliyeva

Nitq inkişafını ləngidən amillər - Psixi inkişaf...

Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir. İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir. Birinci mərhələ, nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir ki, bud a 1 yaşdan 3 yaşa qədər olan dövrə təsadüf edir. Üçüncü şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu mərhələ 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir və 7 yaşdan sonar baş verir. Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır. 3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin. İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır. Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Bəzən isə uşaqlarda psixi inkişaf ləngiməsi kimi mənfi tendensiya müşahidə edilir. Etiraf etmək lazımdır ki, psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, bu amillər isə 3 qrupa bölünür. Birincisi, endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu, ikicisi, ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu və nəhayət üçüncüsü, irsi amillər. Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, nevropatiya daxildir. Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir. İrsi amillər isə genetik faktorlarla bağlıdır. Mərkəzdən bildirilir ki, bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təsdiqini tapmayıb. Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlər var. Adətən bu kimi insanlar ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Çox vaxt isə məntiqsiz hərəkətlər edirlər. Həmçinin say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinliklə üzləışirlər Bir qayda olaraq diqqəti mərkəzləşdirə bilmir, təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin psixi inkişaf ləngiməsindən əziyyət çəkənlərdə iradə və emosional sferada kasadlıq, təsəvvür etmədə çətinlik, tez təsir altına düşmə kimi də mənfi hallar müşahidə edilir. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, əgər uşaqlarda bu hallar müşahidə edilərsə, o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür. Kamal

Ən çox yayılan xəstəlik - Nevrozu necə müalicə etməli?

Nevroz, psixonevroz, nevrotik pozğunluq tibb elminə istifadə olunan termindir və funksional psixogen pozğunluqlar qrupudur.Adətən Astentik, təkrarlanan və isterik nevrozlar əqli və fiziki iş qabiliyyətlərinin azalmasına səbəb olur. Əsas psixoloji faktor kimi nevrozda konfliktli (daxili və xarici) şəraitdə yaranan psixoloji travmalar yaxud uzunmüddətli emosional, intellektual gərginlikdir.Nevrozun psixoloji simptomları kimi- qətiyyətsizlik, ünsiyyətdə problemlər, emosional narahatlıq (adətən, səbəbsiz yerdə), tez-tez qorxu yaxud həyəcan hisslərinin yaşanması, əhval-ruhiyyənin kəskin dəyişməsi, yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq, yuxunun pozulması daxildir.Fiziki simptomlardan danışsaq isə ilk növbədə - ürək və qarın nahiyəsində ağrılar, yorğunluq və halsızlıq hissləri, baş gicəllənməsi və gözdə qaralma, iştah pozğunluğu və öz sağlamlığının qeydinə həddən artıq diqqətin ayrılması daxildir.Nevroz kənar yardım olmadan müalicə olunması gəldikdə, ilk növbədə bilmək lazımdır ki, nevrozun yaranamsına səbəb olan bütün konflikt və travmalar beyinin bir yerində saxlanılır. Daha doğrusu isə şüuraltında. Unutmaq olmaz ki, şüuraltı insan ağlının dərk etmədiyi hissəsidir.Bu çox önəmlidir.İnsanın doğuluşundan indiki gününə qədər bütün məlumatlar şüuraltında saxlanılır. Bütün fikirlər, hisslər, situasiyalar, öyrəndiyiniz istənilən hərəkət burada cəmləşib.İndi isə şüuraltında toplanan hisslərə nəzər salaq:Uşaq vaxtı alınan psixoloji travmalar (beyində tez-tez blok edilən xatirələr silinir)Neqativ emosiyalar (qəzəb, qorxu, nifrət və s.)Şəxsiyyətin neqativ emosiyaları (qeyri-adekvat olmaq, özünə qurban gözü ilə baxmaq, inciklik və s.)Özünə inamın məhdudlaşdırılması (məndə bu yoxdu, bu mümkün deyil, bu iş alına bilməz və s.)Psixoloji komplekslər (öz fiziki və əqli qabiliyyətlərindəki çatışmazlıqları şişirtmək)Bütün yuxarıda sadalananlar nevrozla birbaşa əlaqədədir və onun əsas səbəbidir. Sosiumun istənilən üzvündə bu özəlliklər var. Sadəcə, hər kəsdə bu müxtəlif saydadır. Ənənəvi müalicə vasitələri nevrozu müalicə edə bilərmi?Adətən nevrozdan xilas olmaq üçün psixoterapevtə müraciət olunur. Lakin burda bir önəmli çatışmazlıq var- vaxt və effektlilik. Psixoterapevt söhbət vasitəsilə pasientdəki ziddiyyətləri ortaya çıxardır və onun özü-özündən baş çıxarmasına yardım edir. Nevroza qarşı digər müalicə vasitələri:Nevroz əleyhinə preparatlar (həblər, homeopatiya/müalicəvi otlar)Prosedurlar (masajlar, nevroza qarşı iynələr)Kurort bölgələrə səyahət (istirahət et və əsəblər bərpa olunacaq)Dərmanlar (preparatlar) nevrozun səbəbini müalicə etməsə də sakitləşmək üçün ondan istifadə etmək məsləhət görülür. Eyni səbəbdən pozitiv düşüncə treninqlərinin də faydası bir o qədər faydası ola bilər. Bütün bunları nəzərə aldıqda nevrozun müalicəsində ən asan yol səbəbin özündən xilas olmaqdır. Bəli, bunun üçün daha ciddi yanaşam tələb olunur, sadəcə aptekə gedib dərman qəbul etmək yox. İlk növbədə insan profilaktik tədbirlər görməlidir.Məsələn, özünüzdə toplanan mənfi enerjini azad edin. Mənfi enerjidən xilas olmaq üçün hərə şəxsi seçimin edir- kimsə divar boyayır, kimsə idmanlar məşğul olur, kimsə də gündəlik qeyd dəftəri tutur.Əgər pis bir hadisə baş veribsə, bundan azad olmaq üçün kiminləsə danışın. Bu psixoanalitik yaxud yaxın rəfiqə də ola bilər. Əsas odur ki, kiminləsə danışın və öz psixikanızı yükləməyin.İş və istirahət zamanı balans yaratmaq lazımdır. Əməksevərlik də nevroza yol aça bilər. Əqli fəaliyyəti bir müddət fiziki aktivliyə çevirmək lazımdır. Sutka ərzində ən azı 30 dəqiqə fiziki hərəkətlərə ayrılmalıdır. Yuxu sutkada 6-8 saat olmalıdr. Əgər yuxu rejimi pozulubsa, yuxunu yaxşılaşdırmaq üçün profilaktik addımlar atmaq: vaxtında yatmaq, yüksək səsli musiqi dinləməmək, yuxu öncəsi çox yeməmək, otağın havasını dəyişmək lazımdır. Gündəlik rasionunuza antistress məhsullardan qatın. Bədəndə serotonini bərpa edən, sakitliyə cavab verən: tərkibində piy olan balıqlar, banan və pomidorlardan istifadə etmək. İstirahət edin. Təbiətdə gəzinti sizin psixiki durumunuz üçün səs-küylü kompaniyalardan daha faydalı olacaq.Psixiatrlardan qorxmayın. Vitaminlər və profilaktik tədbirlər yaxşı olsa da sırf profilaktik xarakter daşıyır. Əgər nevroz artıq varsa, professionallara müraciət etmək lazımdır.Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin iştirakı ilk növbədə nevrozun səbəblərini aşkar etmək üçün lazımdır. Bundan bqaş məhz həkim lazımi müalicə təsirlərini (gərgin yaxud sakit əsəb sistemləri üçün)istiqamətləndirə bilər. Müalicə üçün aşağıdakı vasitələrdən istifadə olunur:Psixotrop vasitələr (bunlar əsasən trankvilizatorlar olsa da, əsasən həkim reseptləri ilə satılır) Psixoterapiya kursları, fitoterapiya (psixoloji travmaların müalicəsi) və fizioterapiyadan istifadə olunur. Vüqar İsmayılov

Xroniki yorğunluq sindromu nədir?

Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:- xəstəliyin qrip, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi, - daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu, - aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom, - bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,- splenomeqaliya,- diffuz mialgiya və artralgiya,- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir. Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xroniki yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. Ozonoterapiya çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. Onun faydalarında yararlanın. Bu növ yorğunluğun bir sıra psixoloji səbəblərinin də olması mümkündür. Buna yaşanılan stresli hadisələr, gərgin iş və s səbəb ola bilər. Bu baxımdan psixoloqa müraciət etməyiniz tövsiyə edilir.

Allergik rinitin təbii üsulla müalicəsi

Rinit (zökəm) – burun boşluğu selikli qişasının iltihabıdır. Kliniki gedişinə görə rinit 2 yerə bölünür: kəskin və xroniki. Kəskin rinit virus, bakteriya və qismən də göbələk mənşəli infeksiyaların təsirindən yarana bilər. Xroniki rinit isə adətən qeyri-infeksion mənşəli olur. Bunlardan əlavə digər bir forma rinit də mövcuddur ki, bu da vazomotor rinit adlanır. Vazomotor rinit də öz növbəsində neyro-vegetativ və allergik forma rinitlərə bölünür. Ən optimal təsnifat kəskin rinitləri travmatik, toksiki, radiasyon, nevrogen və allergen formalara ayırmaqdır. Xalq təbabəti allergik rinitin müalicəsi üçün bəzi fitoterapiya üsulları təklif edir: 4 xörək qaşığı dazıotu otu, 5 xörək qaşığı qızılçətir otu, 3 xörək qaşığı zəncirotu kökü, 1 xörək qaşığı qarğıdalı saçağı, 2 xörək qaşığı çöl qatırquyruğu otu və 4 xörək qaşığı itburnu meyvəsi. Bunlardan itburnu və zəncirotu kökü ət maşınından keçirilib ümumi yığıntı ilə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə qaynadılmış su əlavə edilib 12 saat saxlanılır. Daha sonra odun üzərində qaynadılır və 4 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 1/3 stəkan 3 dəfə daxilə qəbul edilir. Qalan məhlul soyuducuda saxlanılır. Müalicə kursu 6 aydır. Müalicə müddətində spirtli məhsullar qəbul etmək olmaz!Dəvədabanı bitkisinin qurudulmuş qönçələri toz halına salınır. 12 qr tozun üzərinə qaynar su əlavə edilib dəmə qoyulur. Gündə 3 dəfə bir neçə gün müddətinə daxilə qəbul edilir. Bitkinin təsir effektini gücləndirmək üçün üzərinə toz halına salınmış ərik tumu da əlavə etmək olar.15 qr şirin biyan kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.1:1 nisbətində götürülmüş itburnu meyvəsi və zəncirotu kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 200 ml qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.20 qr xırdalanmış çöl qatırquyruğu otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir.20 qr xırdalanmış dəmrovotunun üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə qaynadılır. Gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr istiotlu nanə yarpağının üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.Bərabər miqdarda üçbölümlü yatıqqanqal otu və üçrəng bənövşə otu qarışdırılıb xammalı adi çay şəklində dəmləyib içirlər.Bostan kərəvizi sıxılıb şirəsi çıxarılır və gündə 3 dəfə 1/2 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Allergik prosesin daha da kəskinləşdiyi vaxtlarda gündə 4-5 dəfə 2 həb aktivləşdirilmiş kömür qəbul edilir. Reaksiyaların söndüyü ərəfədə dozanı azaldıb gündə 1 həb 3 dəfə qəbul etmək olar.                                                      Fitoterapevt Elnur Rəhimov

“Çox oxutmaq uşağın sinir sisteminə ziyandır” - Məktəbi uşağa necə sevdirməli?

Məktəb müəyyən bir çərçivə, mühitin dəyişilməsi və ən əsas böyük bir stressdir. Bu hal uşağın, baxça həyatından və ya evdə dayə ilə böyüyən mühitdən bir başqa, yad olan sosial aləmə düşməsidir. Bəs bu vəziyyəti uşağa necə sevdirməli? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, məktəb ləvazimatlarının alınması, geyim seçimini və s.uşağın özü edərsə onun üçün daha maraqlı və əyləncəli olar: “Uşağın zövqünə uyğun olaraq stolüstü, dərs çalışması üçün lampa, qələm qabı, qeyri-adi rəngarəng qələm və ya albomlar alına bilər”. Bəs məktəb həyatına qədəm qoyan uşaqların valideynləri nəyə riayət etməlidir? Psixoloq, uşağın dərs oxuması üçün ona məxsus guşənin ayrılmasının vacibliyini vurğulayıb. “Zamana mütləq diqqət verilməlidir (uşaq nə zaman dincəlir, nə zaman dərs oxuyur). Zamanın idarə olunması əsasdır. Dərs prosesi əyləncəli oyuna çevrilməlidir. Unudulmamalıdır ki, uşaq, dərsləri oyun zamanı daha yaxşı yadda saxlayır və yorulmur. Oyun terapiyası yadda saxlamaq prosesini yüngülləşdirir. Birlikdə kitab oxumaq, oyuncaqlar vasitəsilə dərs prosesini inteqrasiya və sintez etmək övladınızn intellektinə böyük bir müsbət təsir edəcək”,-deyə Nigar xanım qeyd edib. Psixoloq, əsas məsələlərdən birinin uşağın əlindən oyun zamanının alınmamasıdır. Ağır rejimdə oxumaq, onların sinir sisteminə böyük bir yük ola bilər. Nigar xanım həmçinin hər uşağın individual, özünəməxsus qavrama tərzinin olduğunu bildirib: “Uşağın özünəxas IQ seviyyesi,qavrama qabilliyyəti, individual temperament və bacarıqları var. Bunu nəzərə alaraq uşağınıza qarşı diqqətcil olmalısınız”. Şəhanə Quliyeva

Emosional yanma sindromunun müalicəsi - Üsullar

Yanma sindromunu aradan qaldırmaq üçün bir sıra metodlardan istifadə olunur. Psixoloq.az onlardan bəzilərini təqdim edirik: 1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir. 2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil. 3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır. 5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq. 6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.

Həvəslə başladığı işdən anidən yorulmaq - Emosional yanma sindromu nədir?

Bir çox insan işinə həvəslə başlasa da, anidən ruhdan və həvəsdən düşür. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu, insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.  Yanma sindromu hansı hallarda baş verə bilər:  1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı). 2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi. 7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.Əsasən üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur. 3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. 

Uşaqlara pulla düzgün rəftarı necə öyrətməli?

Statistikaya görə, büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s. Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər. Daha sonrakı illərdən (5-7 yaş) başlayaraq uşağınızın doğum gününə mütləq pul qutusu (money box) hədiyyə edin. Uşağa yeni əşyanın funksiyaları haqqında danışın. Qarşısına qoyduğu ilk məqsəd üçün pul yığımında uşağa dəstək olun (yaxşı olar ki, baha olmayan əşyalardan başlayasız). Bir müddətdən sonra övladınızla birlikdə nə qədər pulunun olduğunu sayın. “Alacağınız əşya üçün daha nə qədər lazımdır?” sualını cavablandırın. Mütləq pul yığılan zaman həmin əşyanı uşaqla birlikdə almağa gedin. Sonra isə “bu əşyanı sən özün almısan, afərin sənə!”-deyərək tərifləyin. Nəzərə alın ki, pul qutusu olan uşağa pulu yığa bilməsi üçün cib xərcliyi verilməlidir. Verəcəyiniz pulun həcmi aylıq qazancınızdan və ya uşağın yaşından asılı olaraq dəyişə bilər. Cib xərcliyini siz uşağın evdə gördüyü işə görə verə və artıra bilərsiniz. Uşağa “yaxşı oxusan, bu il 4 almasan” kimi şərtlərlə pul verməyin.* Hətta, daha böyük uşaqları “pulum yoxdur, səndə olsaydı mənə bu dəfəlik kömək edərdin” kimi təkliflərlə pul yığımına həvəsləndirin. Sonra təşəkkür edin və pul verdiyi üçün sizi necə çətin vəziyyətdən qurtardığını növbəti 2-3 gün ərzində təkrar edin. Uşağı 11-14 yaşlarında, mücərrəd təfəkkür inkişaf etdikdən sonra, virtual pulla tanış etmək olar: plastik kartla necə ödəmələr edildiyini, pulun bankda necə saxlanıldığını, kreditin nə olduğunu izah edin. Unutmayın ki, uşaqlar maliyyə qaydalarını öyrənən zaman səhvlər buraxa bilər, bu səhvlərə görə uşağı danlamayın və sakit şəkildə vəziyyəti izah edin. Uşağın səhvləri – valideyn məsuliyyətidir. Baxmayaraq ki, uşaqlar məktəbdə maliyyə anlayışı haqqında məlumat alırlar, lakin onlarda düzgün maliyyə vərdişlərinin yaranması valideynlərindən asılıdır. Övladınızda sağlam maliyyə vərdişləri yaratmağa çalışın: — Qazandığından çox xərcləmə; — Öz büdcəni tərtib et və ona riayət et; — Gəlirinin 10%-nə “təhlükəsizlik yastığı” kimi bax və o pulu yığ; — Lazım olmayan əşyalara pul xərcləmə. Bu qaydaları mənimsəyən uşaq pulla daha düzgün rəftar etməyi öyrənəcəkdir.

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur. Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur. Ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.  Əgər qadın hamilə qalıbsa, ya da ana uşaq dünyaya gətirmək barəsində düşünürsə, daxilən buna hazır olmadıqda psixoloqa müraciət etməli və bu problemi çözməlidirlər. Əks halda bu, sabah ana və uşaq arasında bir anlaşılmazlıq yaşadır. Qadın hamiləlikdən öncə və sonra ana olmaq və uşağın qayğısına qalmaq, uşaq psixologiyası haqqında ədəbiyyat oxumalıdır. Analar üçün xüsusi psixoloji seanslara, seminarlara qatılmalıdır. Ana özünü hamiləlik dövrü üçün hazır hiss etməyəndə uşaq dünyaya gətirmək dönəmi ona çətin, ağır bir mərhələ kimi görünür. Qardaş və bacının həmyaşıd olmağının üstünlükləri çoxdur. Onların ortaq maraqları olur, bir-birini yaxşı başa düşürlər, daha çox birgə vaxt keçirirlər. Aralarında yaş fərqi böyük olan qardaş-bacının da münasibətlərinin müsbət cəhətləri çoxdur. Qardaş-bacı münasibətlərinin düzgün qurulmasında yaş o qədər də rol oynamır, əsas ailənin verdiyi düzgün tərbiyədir. Valideynlər övladlarına bərabər diqqət, qayğı və sevgi verməyi bacarmalıdır.  Psixoloq Vəfa Rəşidova

Uşağa cinsi tərbiyə necə verilməlidir?

Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısına yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Yaşlılar bunu bilməli və heç vaxt yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri haqqında məsləhətlərlə kifayətənməyib, yeniyetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacağı şəkildə məlumatlar verməlidirlər. Əgər bu yaşda orqanizmdə fizioloji dəyişmə prosesləri, şəxsi gigiyena qaydalarına aid məsələlərdə valideynlər uşaqlar ilə ümumi dil tapırlarsa da, yeniyetmə yaşlarında olan oğlanlarda baş verən bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər. Bunlardan ən çox təsadüf olunanı valideynlərin, müəllimlərin təsadüf etdikləri onanizm — masturbasiyadır. Oğlanların bu “eyib işlə” məşğul olduğunu bildikdə xüsusilə analar çox həyəcanlanırlar. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollara bu vəziyyətdən qurtarmağa məcbur edir. Onanizmə də elə bu baxımdan münasibət göstərilməlidir. Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fikirlər, fantaziyalar nəticəsində, məsələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazını xəyalına gətirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə. görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur. Masturbasiya aktının-sayı gənc orqanizmin fərdi xüsusiyyətlərindən və onun azad vaxtlarından necə səmərəli istifadə etməsindən asılıdır. Bəzi gənclərdə psixoloji gərginlik o qədər güclüdür ki, cinsi istək onun başqa hissləri arasında üstünlük təşkil edərək gəncin diqqətini daimi olaraq seksual sahədə cəmləyir. Belələrini masturbasiya aktı müəyyən müddət üçün bu gərginlikdən çıxarır. Bir qayda olaraq normal cinsi əlaqənin başlanması onanizmlə məşğul olmağa son qoyur. Amma bəzi hallarda evləndikdən sonra da müəyyən səbəblərə görə (arvadın xəstəliyi, hamiləlik, aybaşı və s.) onanizmdən istifadə olunur. Bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət əksərən intellekt cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb, onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar. Buna görə valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə məşğuliyyətin qarşısını tamamilə almasa da, onun sayının hiss olunacaq dərəcədə azalmasına səbəb olar. Yeniyetmənin onanizmlə məşğul olduğunu bildikdə valideynlər heç bir vaxt cəza tədbirlərinə əl atmamalı, bu işlə məşğul olmayacağı haqqında onun söz verməsini tələb etməməlidirlər. Unutmaq olmaz ki, belə yeniyetmələrdə iradə zəif olduğundan onanizm istəyi həmişə onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideynlərin sakit, inandırıcı söhbəti və məsləhətləri, eləcə də oğlanın məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayar. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

İştahsızlığın təbii üsulla müalicəsi

İştah (lat. appetitus – arzu, istək deməkdir) - bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır, orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir. İştah, həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı ilə bağlıdır. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, şərti-reflektor fəaliyyətlə (yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s.) bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı, mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması anoreksiya, patoloji artması isə bulimiya adlanır. Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. Əsasən iştahanın azalması müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının pozğunluqları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozğunluqlar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s. Reseptlər Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2  xörək qaşığı daxilə qəbul edilir.2 xörək qaşığı melissanın üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin.  P. S.: Burada qeyd edilən bitki dəmləmələrini qəbul etmək olar. Lakin qəbul zamanı əks göstərişlər (mədədə turşu ifrazının yüksək olması, kəskin qastrit, mədə və bağırsaq xoraları və s.) də nəzərə alınmalıdır. Tam ziyansız hər kəsin rahat şəkildə istifadə etdiyi məhsul propolisdir (vərəmum). (propolis.az)

Bu dərdə hər kəs tutula bilər - Oğurluq xəstəliyi nədir?(Kleptomaniya)

Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur. Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilməmişdir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır. Narahatlıq haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur. Tutulan dükan oğrularının % 5-25`ində müəyyən olunmuşdur.  Xəstələrin ümumi xüsusiyyətləri:Qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər. Qadınlarda ortalama olaraq 30-35 yaşda; kişilərdə 50-55 yaşda daha sıx görülməkdədir. Həm kişi, həm də qadınlarda digər impuls-idarə pozğunluqları narahatlıqla birlikdə özünü büruzə verə bilər. Kişilərdə daha çox piromaniya (impulsiv olaraq atəş yandırıb, yanğın törətmə) və xəstəlik dərəcəsində qumar oynama, təkrar partlayıcı davranış pozğunluğu ilə bir yerdə ikən; qadınlarda trikotilomaniya (impulsiv olaraq saç və bədən tüklərini tutma xəstəliyi) ilə birlikdə görülə bilməkdədir. Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmayıb, bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına mane ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər. Xəstəliyə səbəb ola biləcək faktorlar:Uşaqlıq dövründə yaşanan mənfi şərtlərin nəticəsində inkişaf edən itkin həyatları əhəmiyyətli faktorlar arasındadır.Kleptomanik davranışlar da bunların təsirini aradan qaldırmağa istiqamətlidir. Şüuraltındakı bu xatirələrin şəxsi məcbur etməsi ilə meydana gəldiyi düşünülməkdədir. Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunmuşdur. Bu fərdlərdə narsisistik (özünə olan sevgi, maraq) qırılmaların, özünə inam yaralanmalarının nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir. İnsanın özünə hörmət və dəyərliliyinə istiqamətli hücumlar irəliləyən dövrlərdə adamın yetkin bir mənlik quruluşu inkişaf etdirməsinə mane olar və bu cür davranışlara zəmin hazırlayar.  Kleptomaniya hərəkətləri bir itkin həyatını izləyərək də inkişaf edə bilməkdədir.Bu vəziyyətə qadınlarda uşaqların evdən uzaqlaşması; kişilərdə andropoz dövründə rast gəlinə bilər. Qadınlarda gərginliyin artdığı mensturasiya dövrləri və hamiləlik dövrlərində bu cür hərəkətlər artmaqdadır. Bu insanlarda cinsəlliklə əlaqədar problemlərə də rast gəlinir. Müxtəlif psixiatrlara görə uşaqda 3-5 yaş arasında müşahidə edilən və Freyd tərəfindən “fallik dövr” olaraq adlandırılan, uşağın cinsi orqanlara istiqamətli maraq və hərəkətlərində artımın olduğu dövrlərdə qarşılaşılan problemlərlə bağlı olduğu düşünülməkdədir. Müalicəsi:Fərdin keçmişi və bu anı ilə əlaqədar zədələyici hadisələrdən yan keçərək,bunlara istiqamətli uyğun düşüncə sxemləri inkişaf etdirilməsi və ictimai əlaqələrdəki əlverişsiz müdafiə mexanizmlərinin dəyişdirilməsini hədəfləyən müalicələr, impulsiv hərəkətləri və qayğı vəziyyətini azaltmağa istiqamətli dərman müalicələri və lazım olsa hipnoz ilə müvəffəqiyyətli nəticələr alınmaqdadır. Nərmin Quliyeva

Bədəni düzgün formaya salmaq...Qarın gərmə əməliyyatı haqda bilinməyənlər

Qarın gərmə əməliyyatı çəki azaltmaq üçün tətbiq edilməyən, əksinə  bədəni düzgün formaya salmaq üçün icra olunan əməliyyatdır. Psixoloq.az-a açıqlama verən ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, qarın gərmə proseduru narkozla icra olunan əməliyyatdır: "Xanımda olan problemin miqyasından asılı olaraq təxminən 2-3 saat davam edə bilər. Əməliyyatdan sonra klinikada qalış müddəti təqribən 2-3 gündür. Reabilitasiya müddəti orta hesabla 2 həftədir". Bəhruz bəy, əməliyyatdan sonra qarının ön divarında və toxumalarında ödəmin 2-6 ay ərzində olmasının mümkünlüyünü vurğulayıb. "Bu xanımın çəkisindən və orqanizminin xüsusiyyətindəm asılı olaraq dəyişə bilər",-deyə doktor Səlimov qeyd edib.  Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva

Həddindən artıq ideallıq, xırdaçılıq - Anankast şəxsiyyət pozuntusu nədir?

Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf  biz oluruq. Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir. Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür.  Pedantik və  inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar. Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir.  Bütün bunlar eqonun  artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir. Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri  F60.5 aşağıdakı simptomları özündə ehtiva edir: Hədsiz xırdaçılıqTəmkinlilikInadkarlıqEhtiyatlılıqŞübhəli olmaqRigidlikPedantiklik Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır. Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq. Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

Bunlara diqqət edin - Evliliyi sarsan böhranlı dövrlər

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki; —Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi — İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili — bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci böhranlı dövr — uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq, bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir? — Uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı — Uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s) — Onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik — Kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə. Üçüncü böhranlı dövr — ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Dördüncü böhranlı dövr — ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu  Sevda Xəlilova 

"Uşaqdan Eynşteyn gözləməyin, psixoloji diskomfort yaşayır" - Pediatrdan XƏBƏRDARLIQ

Pediatr Vaqif Qarayev, övladı birinci sinfə getməyə hazırlaşan valideynlərə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, pediatr hər bir uşağın qavrama qabiliyyətinin fərqli olduğunu, bu səbəbdən onlara əsəbləşməyin yersiz olduğunu qeyd edib. Mütəxəssisin sosial şəbəkədə paylaşdığı yazısını təqdim edirik: "Hörmətli valideynlər! Birinci sinfə gedən uşaqlarınızdan iki həftə ərzində Eynşteyn düzəltməyə çalışmayın! Hər uşağın diqqət konsentrasiyası, qavrama qabiliyyəti, dərsə(kitab-dəftərə) marağı fərdidi...ona görə qonşu partada oturan uşaqla müqayisə etməyin övladınızı...İmkan verin özündə maraq, həvəs yaransın...ola bilər bu, bir il vaxt aparsın... Evdə aqressiv münasibət görən uşaq məktəbdə də oxşar halla qarşılaşır...6 YAŞLI UŞAQ! Nəticədə psixoloji diskomfort yaşayır...diqqəti daha da yayınır, yaddaşı pozulur, pis yeyir, pis yatir...ya oyanıq olur, ya da özünə qapanır və s. Bütün bunlar uşağın immunitetinə təsir edir....stressə dözmür körpə balalar...payız fəslini də nəzərə alsaq xəstəliklər qaçılmaz olur". Şəhanə Quliyeva

Tənhalıqdan çıxmağın yolları

Tənhalıq bəzən duyğusuzluq kimi görünsə də, duyğusuz qalmaqdır, sevilməməkdir, özünü sevdirə bilməməkdir. Tənhalıq insanın özünü çarəsiz,dəyərsiz hiss etməsinə səbəb olur. İnsana əsl ağır gələn tənha qalması deyil, ehtiyacı olduğu zaman heç kimi yanında tapa bilməyəcəyini bilməsidir. Əsas tənhalıq qısa müddətli tənhalıq deyil. Bu tənhalıq zamanı özümüzlə hesablaşmaqdır. İnsan tənha qalıb,öz həyatı, həyatını,duyğu və düşüncələrini mühakimə etməli, bu proses sonunda özünü tanımalıdır. Bəzən kütlələr içində də özümüzü çox tənha hiss edə bilərik. Tənhalıq hissi insanda öz içində həll yolları istehsal etməkdədir. Amma bu həll bəzən ani və tamamilə həzz prinsipinə müraciət edə bilər. Tənha insanlar internet və ya komputer oyunlarından asılı olurlar. Davamlı izdihamlara qarışıb tənhalığını görməməzliyə vururlar. Tənha insanlar özlərini işlərinə həsr edir, bununla bağlı olaraq da uğur qazanırlar. Lakin bu onları qane etmir. Davamlı olduğu mühitdən və ya cəmiyyətdən özünə qarşı maraq gözləməkdə tənha insanlara aid xüsusiyyətdir. Bu insanlar intensiv emosional-sosial əlaqələr yaşamaqdan-bağlanmaqdan qaçırlar. İctimai münasibətlərdə səthi olurlar. Yaşadıqları hadisələr nəticəsində cəmiyyətdən uzaq qalmağı seçirlər (təcavüzə məruz qalmaq, qəsb və s.)  Bütün insanlar cəmiyyətdə dəyər görmək, sevilmək qayğı görmək istəyirlər. Amma bəzən dəyər görmək istəyən fərd, özünü dəyər görmək istədiyi insana, qrupa, birliyə üstünlük davranışı nümayiş etdirər. Üstün olduğunu fərqli olduğun göstərərək dəyər və qayğı gözləyərlər. Məhz burada ideoloji və davranışsal xətanın ilk nəticəsi insanın tək qalmasıdır. Nəticədə insanlar özlərindən fərqli olana, uzaq olana, üstün olana deyil, özünə oxşayana, eyni səviyyədə olana dəyər verirlər.  Əgər, şəxsin həyat yoldaşıyla arasında məsafə məsələsi varsa bu bir evdə iki nəfərlik tənhalıq yaşamaq deməkdir. Daxili o tənhalığı həyat yoldaşı doldurmaz. Beləliklə, yoldaşlardan biri davamlı bir bədbəxtlik və axtarış içində olur. Evli insanların tənhalığı daha ağır olur. İnsan bunu qəbul etmir. Bu səbəblə bu hal birlikdə həll olunmalıdır.Yaşlılar, yaxınları ilə birlikdə yaşadıqları zaman daha xoşbəxt olurlar. Bu zaman yaşlılar özlərini təhlükəsizlikdə hiss edirlər. Yaşlıların ən böyük problemi tək qalmaqdır. Çünki ailələrin uşaq sahibi olmalarının əsas məqsədlərindən biri də tənha qalmamaqdır.  Tənha insanlar tənhalıqla başa çıxmaq üçün aşağıdakıları yerinə yetirməlidir: Özümüzü mühakimə etməliyik. Biz niyə dost tapa bilmirik?Münasibətlərimizdə gündəlik gözləntiləri deyil, uzunmüddətli hədəfləri qarşımıza məqsəd qoymalıyıq.İnsanlara güvənmək barədə fikirlərimizlə deyil, şərait və ünsiyyətin xarakterinə görə hərəkət etməliyik. İnsanlara güvənmədiyimiz müddətcə  dərin və etibarlı əlaqələr qura bilmərik.Yoldaşlıq və dostluq meyarlarını həqiqətlər üzərində qurmalıyıq.Qarşı cinslə olan münasibətlərdə qarşılıqlı gözləntilərə həssas olmalıyıq.Tənhalığa qalib gəlmək üçün real olmayan üsullar əvəzinə bizi inkişaf etdirəcək fəaliyyətlər tapmalıyıq.Əgər içimizdəki duyğusal tənhalığın səbəbini bilmiriksə bu zaman bir mütəxəssisdən kömək almalıyıq. Bu hal həyati bir qalıq və ya psixoloji bir problemin göstəricisi ola bilər.                                                                                                                                   Mustafayeva  Sünbül 

Yeniyetmə övladı olanlar...

Yeniyetməlik insan həyatında dəyişikliyin ən çox yaşandığı çətin bir dövrdür. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür. Həm fiziki, həm də əqli cəhətdən fərqli olan uşaq yetkin olmağa çalışarkən bir yandan da uşaq qalmaq istəyir. Yeniyetməliklə birgə istəkləri, zövqləri, vərdişləri fərqli olur, ana-atadan uzaqlaşır, sorğulama və rədd etmə mərhələsi başlayır. "Bu dövrdə yeniyetmələrə necə yanaşmalıyıq?"sualına cavab tapa bilsək, özlərini çarəsiz hiss edən valideynlərə yol göstərə bilərik. Tənqiddə simic, tərifdə comərd olun Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir. Uşaqlıq dövründə böyüklərin dediklərini doğru bilən yeniyetmələr bu dövrdə sorğulamaya başlayar və öz doğrularını tapmağa çalışarlar. Daha çox "mən"ə diqqət yönəldən fərd bu dövrdə daha çox daxili səsini dinləyər, duyğuları ilə məntiqi arasında balans yaratmağa çalışar və ətraf səslərdən narahat olarlar. Valideynlərin dediklərini dinləməz, dostlarının dediklərini isə canla-başla eşidərlər. Buna görə onun bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq. Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır. Təriflərinizi eşitmir, ya da heç vecinə deyilmiş kimi davransa da, əslində önəmsəyir. Fərqli olduqlarını qəbul edin Uşaqlarımız bizimlə eyni dövrdə dünyaya gəlməyib. Onların dövrü texnologiya dövrü sayılır. Sosiallaşmanı virtual dostlar tapmaq kimi qavrayan yeni nəsillə aramızda həm yaşam, həm də dünyagörüşü fərqinin olduğunu qəbul etməliyik. Bizim doğrularımızla onlarınkı eyni ola bilməz. Bizə keçmiş düşüncəli deyə bilərlər. Məsələn, siz də vaxtilə öz valideynlərinizlə eyni mövzularda mübahisə etmisiniz yeqin. Nələrdən zövq aldıqlarını, günün trendlərini eyni dildə danışa bilmək aradakı bağın zəifləməsini əngəlləyəcək. Ancaq şəxsi həyatlarına müdaxilə etməkdən, dostları ilə virtual aləmdəki söhbətlərinə burun soxmaqdan qaçın. Ana və atanın münasibəti güvən ehtiva edirsə, uşaq da yalan deməyəcək, gizlətmək ehtiyacı duymayacaq. Ancaq telefonu, sosial şəbəkələri yoxlanılan bir yeniyetmə bunu hiss edərsə, yaşayacağı güvənsizlik duyğusu tamamilə ailədən uzaqlaşmasına, güvənəcəyi başqa bir liman axtarmasına, özünə qapanmasına səbəb olacaq. Bu dövrün müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın Valideynlər bəzən özlərini çarəsiz hiss edə bilər. Çıxış nöqtəsi tapmaqda çətinlik çəkə bilərlər. Həmişə uşaqla mübahisə etmək, söz dinlətməyə çalışmaq, etdiyi səhvləri görüb tənqid etməmək çətindir, əlbəttə. Amma keçmişə baxıb eyni yolları bizim də keçdiyimizi xatırlamaq işə yaraya bilər. Bir müddət sonra fırtınanın sakitləşəcəyini bilmək sizi rahatlada bilər. Yeniyetmənin tək istədiyi bir an əvvəl bu dövrün bitməsi, bədəninin yetkinləşməsi, dediklərinin qəbul edilməsidir. Onu rahat buraxmaq, kənardan müşahidə etmək, güvənini qazanmaq, önündə, ya arxasında deyil, yanında olduğumuzu hiss etdirmək çox vacibdir. Hər zaman yaxşı dostları olmayacağını bilin Həyat bizə yaxşı ilə pisi ayırd etməyi təcrübələr yaşadıqlarımız əsasında öyrədir. Dostlarla yaxın əlaqələri çox vacibdir. Onlarla birlikdə ikən təcrübə qazanır. Nəticələri o an üçün mənasızdır. Sınamaq, yanılmaq, yenə sınamaq öyrənməyin təməl formuldur. Biz nə desək, yenə havada qalacaq. Yıxılacaq, qalxacaq, yıxılacaq, yenə qalxacaq. Ətrafında yaxşı dostları olduğu kimi, mənfi dostları da olacaq. Heç birinin təsadüfən qarşılarına çıxmadığını, hər fərddən öyrəncəyi bir şeylər olduğunu bilmək, səbrli olmaq işimizə yarayacaq.

Agresif davranışları artırsa - Psixomola nədir?

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələb məsuliyyətlərdən qaçmadır. Bütün bunları nəzərə alsaq yeniyetmə olmaq asan deyil. Eyni şey ana, atalar üçün də etibarlıdır, yeniyetmə valideyni olmaq heç də asan deyil. Yeniyetmə artıq valideyndən uzaqlaşma, onların səhvlərini tapmaq, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, maddə və spirt istifadə riski, aqressiv davranışların artması, dərs, iş davranışında problemlərin meydana gəlməsi və akademik həyata maraqsızlıq kimi onları narahat edən hallar ortaya çıxır. Burada yarana biləcək emosional qırıqlığı nəzərə alaraq bir mütəxəssisdən yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni həm də valideyni rahatlaşdırar. Hansı hallarda psixomola ola bilər? — Yeniyetmə ilə kommunikativ olaraq qopuqluq yaşanmağa başlanıbsa, — Şəxsiyyət qarışıqlığı yaşanırsa, — Valideyn olaraq, yeniyetmə övladınızla necə davranacağınızı bilmirsinizsə,— Akademik müvəffəqiyyət düşürsə, — Spirtli içki və maddə istifadəsinə başlayırsa — Agresif davranışları artırsa— Sosial uzaqlaşma və bənzəri hallarda psixoloqa müraciət edilə bilər. Əgər yuxarıda qeyd olunan hallar övladınızda da müşahidə olunursa mütəxəssisə müraciət etməyiniz mütləqdir. Unutmayaq ki, yeniyetməlik dövrü bizim həyata sağlam formalaşmış fərd kimi addım atmağımız üçün mühüm bir keçid dövrüdür. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu  Validə Abbasova

Evlilik üçün psixoloji yaş əsasdır - Səbəbi...

Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.Burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir.Həmçinin yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Bəzən eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər. Burada əsas psixoloji yaş amili olmalıdır. Cütlüklərin xasiyyət və yaş baxımından uyğun olub-olmaması qeyri-müəyyən bir şeydir, yəni ki, bu ancaq münasibətin gedişatından sonra aydın ola bilər. İki insan bir neçə müddətdən sonra bunu hiss edə bilər. Psixoloq, psixoterapevt Günel Vəliməmmədova

Oğlunuza gülməyin - Oğlu olan valideynlərə 7 məsləhət

1. Oğula gülmək onun zərərinə ola bilər.  Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq. 2. Suallarına hər zaman cavab verin. Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər. 3. “Sənə demişdim” qəlibini unudun. Daha əvvəl söyləmiş olsanız və o da sizi dinləməmiş olsa belə, bu qəlibi sonsuza qədər unudun. Bu, ananın zəfərinin dadını çıxardığı bir rəqabətdir. Amma uşaq üçün bir faydası olduğunu deyə bilmərik. 4. Onu tərifləyin. "Gözəldir, amma bir az düzəlsə, yaxşı olar” yerinə yalnız "super“ deyin. Uşağınız hər şeyin öhdəsindən yaxşı gələr. Böyüdüyü zaman nəyin düz edilməsini daha yaxşı biləcək. 5. Xəyallarını dəstəkləyin. Əgər bir arxeoloq olmaq istəyirsə, ona mövzuya dair kitablar alın, musiqiçi olmaq istəyirsə, ondan hansı musiqi alətində ifa etmək istədiyini soruşun. Şəkil çəkmək istəyirsə, həvəsləndirin, kursa getmək istəyirsə, yollayın. Oğlanlar bəzən iyirmi yaşlarınadək nə etmək istədiyinə əsla qərar verə bilmir. 6. Əgər ağlayırsa... Bu, pis bir hadisədir. Problem sizə görə kiçik, amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəlibsə, neçə yaşında olursa-olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu, bir qaydadır. Üstəlik hər uşaq sakitləşməyə meyllidir. 7. Hər zaman onun tərəfində olun. Yalnız sözdə deyil, əməllərinizdə də onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlı olmalıdır. Əgər təklif və ya məsləhətiniz varsa, bunu yalnız ikilikdə olanda deyin.

Bir çoxlarının problemi... - İşdə diqqətsizlik sindromu nədir?

Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur. Amma tələskənlik və diqqətsizliyin səbəbini anlamaq üçün özünüzdə aşağıdakı suallar cavab tapmalısınız. • Məsələ iş yerinin özündə ola bilərmi? • Sizin iş mühitiniz çox hərəkətli və xaotikdirmi? • Sizin işlərin son icra və təhvil müddəti qeyri realdırmı, yəni həmin vaxtda işləri çatdırmaq mümkünsüzdür, bəlkə sizin menecerlər çox tələbkar və səhvləri cəzalandırmağa meyllidir və daima işi təzyiqdə saxlamağa çalışırlar?• İşdəki digər yoldaşlar da eyni əlamətlərdən əziyyət çəkir və narahatlığı yaşayırmı? • Siz düşünürsünüz ki, tələskənlik və diqqətsizlik hissi təkcə sizdə baş qaldırıb və yalnız sizə xasdır? Əgər siz iş yerinin həmin simptomların əlaməti kimi istisna edirsiniz və bu səbəbi kənara qoyursunuzsa, onda məsələnin mənbəyini üzə çıxarmaq üçün bir neçə başqa sual da vermək olar. Yeniyetməlik və uşaqlıq dövründə siz başqa oxşar simptomlarla mübarizə aparmısınız?Məsələn: daima hər yerə gecikmək, qeyri mütəşəkkillik, plansızlıq, unutqanlıq, öhdəliklərin öhdəsindən gələ bilməmək hissi və s. Sizin diqqətiniz asanlıqla yayılırmı, bəzən balaca bir tapşırığın üzərində saatlarla vaxt keçirirsiniz, baxmayaraq ki, daha vacib və təcili işləriniz var. Sizdə belə hisslər olurmu ki, vaxtında çatdırmaq və digərlərindən geri qalmamaq üçün əksər yoldaşlarınızdan daha çox və daha gərgin işləməlisiniz.Bu simptomlar sizin şəxsi həyatınıza da sirayət edirmi? Tələskənlik, səhvlərə yol vermək və diqqətin asanlıqla yayılması əksər hallarda, amma heç də həmişə deyil, daha böyük bir əlamətlər yığınının bir hissəsi olur və bu əlamətlər birlikdə formal olaraq, diqqət defisiti adlanan sindromu təşkil edir. Xroniki tələskənlik və diqqət defisitiXroniki tələskənlik və diqqətsizlik ilə mübarizə üçün birinci strategiya – dəyişə biləcəyinizlə bağlı ümid yaratmaqdır. Hələ ki, sizin özünü tələsməyəcəyiniz və diqqətli olacağınız barədə verdiyiniz vədlər bir işə yaramayıb – bu fakt olduqca təəssüf doğurur. Davamlı diqqət defisiti sindromundan əziyyət çəkən insanların çoxu həyatında böyük ağrılar yaşayıb. Onlar hər şeyi öz həmyaşıdları ilə müqayisədə daha çox çətinliklə əldə etdiklərini düşünürlər. Onların davranışı bəzən nəinki kənar şəxslər, hətta onların özləri tərəfindən belə düzgün anlanılmır, bəzən diqqətsiz, məsuliyyətsiz, nizamsız, hətta tənbəllik kimi xüsusiyyətlərə yozulur. Həqiqət isə odur ki, diqqət çatışmazlığı genetika ilə ötürülür və neyrobioloji şərtlərlə əsaslanır.Diqqətsizlik sindromu iradə və ya xarakter zəifliyi deyil, sadəcə bioloji xüsusiyyətdir. Güclü iradə gücünə sahib olmaq problemin həll etmir. Problemin həlli özünü dərk etmək və sizin müvəffəqiyyət əldə etməyiniz üzün müvafiq strategiyalar tətbiq etməkdir. Tələskənlik və diqqətsizlik ilə mübarizə aparmaq üçün bəzi effektiv strategiyalar isə bunlardır:  Proyekti vaxtından əvvəl başa vurmağa çalışmayın, hətta işi bitirmək üçün daxilinizdə olduqca güclü bir tələbat hiss etsəniz də.Böyük layihələri – xırda hissələrə parçalayın ki, onları idarə etmək daha asan olsun.Saatdan istifadə edin. Fikri asanlıqla yayınan insanlar zamanın necə keçməsini fərqli cür qavrayırlar. Hər tapşırığa başlamaq üçün vaxt müəyyən edin və tapşırığın həlli üçün özünüzə vaxt limiti təyin edin. Taymerdən istifadə edin ki, bir tapşırığı və ya işi sizə bir dəfəyə başa vurmağa kömək etsin. Özünü bu işin icrası üçün lazım olduğunu düşündüyünüzdən daha çox vaxt verin (çünki arada fikir yayınmasına yol verəcəksiniz). Hər 30 dəqiqədən bir isə özünüzə 10 dəqiqəlik istirahət verin. Mümkün olduğu qədər çalışın ki, öz iş mühitinizi özünüz qurasınız. Stolunuzu üzü divara çevirin ki, əlavə fikir yayındırıcı amillər sizi narahat etməsin. Hansı vəziyyətdə daha yaxşı çalışdığınızı və işlərin daha yaxşı getdiyini müəyyən edin. Əksər insanlar sakit, kənar səs-küysüz və çaxnaşma olmayan mühitdə daha yaxşı fəaliyyət göstərə bilir. Qoy, sizin iş yoldaşlarınız bilsin ki, nə vaxt sizi narahat etmək olmaz.Görmə dairəsinin xüsusiyyətləri. Masa üzərində və ya görmə dairənizdə yalnız üzərində çalışdığınız əşyaları saxlayın.Kənar fikirlərin sizin konsentrasiyanızı dağıtmağa başladığı məqamları tanımağı öyrənin. Diqqətsiz olduğunuz məqamlarda buna görə özünüzü həddin artıq danlamağı və üzməməyi də öyrənin. Yenidən özünüzü tapşırıq üzərinə kökləyin. Sözün əsl mənasında diqqətinizi konsentrasiyada saxlamaq üçün özünüzə məlumat yollayın. Məsələn “diqqətini yayındırma” adlı bir qeyd yaza və onu göz önündə yerləşdirə bilərsiniz. Sizi fikrinizdən yayındıra biləcək, diqqətinizi narahat edəcək ideya və fikirləri bir yerə yazın ki, sonra onları nəzərdən keçirə biləsiniz. Sağlam həyat tərzi sürün, yaxşı pəhriz və yuxu vərdişlərinə əməl edin. Energetik idman hərəkətləri edin, mütəmadi olaraq məşq edin. İdman hərəkətləri, beynin fəaliyyətini optimallaşdırır və beynin müəyyən hormon və fermentlərini stimullaşdırır, bununla da diqqətliliyə və konsentrasiya olunmağa öz təsirini göstərir. Əksər günlərdə, xoşaldığınız hərəkətlərlə məşq etməyə çalışın, yəni sevdiyiniz üslubda məşq edin. Təmiz havada dolaşın. Dəyişikliklər bir gündə və bir saatda baş verməyəcək, amma təmkinlik, praktika və müsbət münasibətin ahəngi sizə tələskənlik və diqqətsizlik hissinin öhdəsindən gəlməyə köməklik edəcək.(banker.az)

Davranışın zövqə yönəlməsi, ağrıdan qaçmaq - Hedonizm prinsipi nədir?

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964) Hedonizm anlayışında insanların müəyyən nəticələri artırmağa (mükafatlar, təqdir olunma və s.) bəzi nəticələri isə (cəzalar, bəyənilməmə, qəbul edilməmə və s.) bacardıqları qədər azaltmağa meyilli davranış nümayiş etdirdikləri əks olunub. (Vroom, 1964) Hər hansı bir motivasiya nəzəriyyəsi şəxslərin sərgilədiyi davranışların səbəbləri ilə bu davranışa səbəb olan prosesləri açıqlamağa çalışmaqdadır. Bir çox nəzəriyyə əksərən hər ikisi ilə yanaşı, birinin üzərində daha güclü durmağa meyillidir. Motivasiya teoriyaları təlabat sferası və proses nəzəriyyəsi olmaq üzrə bu iki hissəni araşdırır. Təlabat sferası, insanların ehtiyaclarının yaranması və təbii olaraq da bu ehtiyacları təmin etmək üçün göstərdiyi səyi ifadə edir. Yəni təlabat sferası ehtiyacların təbiətinə və insanların nəyi istədiyinə önəm verməkdədir. Proses teoriyalarına görə təlabatlar şəxsi davranışa sövq edən faktorlardan sadəcə biridir. (digər faktor enerji ilə bağlıdır, hansıki onların üzərində çox da durulmadan var olaraq qəbul edilir.) Bundan başqa ehtiyaclar olduqca fərdiləşmişdir və hər bir şəxs üçün zamanla dəyişir. Proses teoriyaları davranışın daha çox necə başlandığı, idarə olunduğu və davam etdirilməsi ilə əlaqəlidir. Proses teoriyası real motivasiya müddətinə (prosesinə) önəm verməkdədir. Onu da qeyd edək ki, təlabat və proses teoriyaları bir – birindən fərqlənsələr də müəyyən bir yerə çatmaq üçün bir – birini tamamlamaqdadırlar. Ümumiyyətlə demək olar ki, bütün motivasiya nəzəriyyələri insanların davranışlarını zövqlü hesab etdiyi nəticələrə yönəltdiyini və xoş olmayanlardan uzaq tutduğunu əsas götürür. Motivasiyanın təməlində də məhz bu durur: insanları fəaliyyətə təhrik etmək üçün onların sevdiyi, həzz aldığı istiqamətə yönəldirlər. Həzz duyğusunu yaşamaq istəyi və buna uyğun olaraq ağrı duyğusundan qaçmaq insanları motivə edir.

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir.  Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmadan da mümkün deyil. Sual verəcəksiniz ki, niyə məhz 10 faiz? Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləğləri  sizin büdcəniz üçün mühümdürlər və belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə, aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulmuşdur. Onları öyrənin və istədiyiniz kimi istifadə edin: 1. Hər ay üzrə xərclərin planını tərtib edin. Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin. Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilib. 2. Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın. Siz məsələn, gələn ay özünüz üçün paltaryuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyrənirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəyinizsə onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, öz maddi gücünuzu düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmazdı, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə etdikdə, maliyyə sürprizləri sizdən yan keçəcəkdir. 3. Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəccüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır. 4. Ac olduğunuz vaxtda ərzaq almayın. Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, siz mağaza və ya supermarketdə olduğunuz zaman və bu vaxtda sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir – əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Belə, siz yalnız doğrudanda lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız. 5. Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir. 6. Aydan aya pullarınızı necə xərcləməyinizi izləyin. Bu qayda ondan ibarətdir ki, biz aydan aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aydan aya xərclərinizin statistikasını aparın. Bu statistikanı siz sizə uyğun istənilən formada apara bilərsiniz.  7. Lazımsın xərclərdən azad olun Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərclərin statistikası olmalıdır. Bu cür siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin, fakt deyil ki, sizdə belələri tapılacaqdır. Elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz. 8. Borclardan azad olun. Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün  əlavə xərclərdir. Onlardan tez bir şəkildə canınızı qurtarın. 9. İfratçılığa qapılmayın. Böyük bir həvəslə qənaət etməyə və bütün xərclərinizi minimuma endirmək lazım deyil. Bu düzgün deyil. Necə deyərlər – fanatizmsiz. Necə yaşayırdınızsa elədə yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz. 

“Qarşılarına çıxan ilk insanı sevirlər” – Psixoloq erkən nikahlardan danışdı

“Evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur”. Yetkinlik yaşına çatmayan azyaşlıların evləndirilməsi, ərə verilməsi daim qınaq mövzusu olub. Xüsusilə də Azərbaycanın rayon və kəndlərində bu hal daha geniş vüsət alıb. Belə ki, 14-17 yaşındakı qızların düşüncəsi formalaşmadan, fikri soruşulmadan və ya sadəcə birindən xoşu gəldiyi üçün ərə verilir ki bu da çox zaman erkən boşanma ilə nəticələnir. Mövzu ilə bağlı Psixoloq.az –a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özçelebi erkən nikahların müsbət tərəfindən çox mənfi cəhətlərinin olduğunu bildirib: “Müsbət tərəfi  budur ki, gənclərin psixikası daha bərkiməyib. Onlar br-birlərinə daha tez uyğunlaşa bilirlər. Çünki bir-birlərini qəbul etmək daha rahat olur. Yaş artdıqca insan başqa insana adaptasiya dövrü daha çətin keçir. Eyni zamanda da gənclərin psixikası emosional olur. Hanısısa anşılmazlıq olduqda qəlblərini tez qırırlar. Daha yetişkin insanlar isə öncə götür-qoy edir və daha sakit formada müzakirə edirlər”. Psixoloq gənclərdəki məhəbbət hissinin daha güclü olduğunu diqqətə çatdırıb: “Belə ki qarşılarına çıxan ilk insanı sevə bilərlər. Erkən yaşlarda adi xoşlanmaq sevgiyə çevrilə bilər. Sevirlər, evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur. Artıq problemlər başlayır, məsuliyyət artır. Bunu artıq azyaşlının valideyni düşünməlidir. Bəzən uşaq daha tez dünyaya gəlir və əslində valideynlər buna hazır olmurlar. İnsanların həyatı isə bu zamandan sonra vəzifələrdən ibarət olur”. Yeganə xanım gənc qız və oğlanların bəzi məqamları dərk etmədən evləndirildiklərini tənqid edib. “Xanım düşünür ki uşaqlığı bitir və çətin həyat sürməyə başlayır. Eyni cürə də oğlan bəzi məqamları başa düşmür. Məsələn, anası ilə qalanda oğlan çirkli corablarını çıxarıb yatağının altına atırdı. Anası isə səssiz formada götürüb  yuyurdu. Xanımı isə artıq deyinməyə başlayır corablarını niyə bura atmısan deyə. Çox zaman oğlan anlamır ki qadını tam olaraq nə istəyir. Psixoloji olaraq gənc olduqları üçün bu həyatı daşımağa hazır olmurlar”. İdeal evlənmək yaşından da bəhs edən psixoloq qızların 22 yaşdan tez ərə verilməsinin əleyhinə olduğunu vurğulayıb. “Xanım üçün ideal evlənmək yaşı 22-28, oğlanlarda isə 27-35 yaş dövrüdür. Çünki bu yaşlarda artıq xəyal qurmurlar, həyatı dərk edirlər. Amma gənclər özləri üçün xəyal qururlar və gerçəklərlə qarşılaşdıqda qırıqlıqlar yaşayırlar”,-deyə Özçelebi açıqlayıb. Şəhanə Quliyeva

Nevroz simptomu necə formalaşır?

Nevrotik qrupuna aid xəstəlikləri yaxın keçmişdə nevroz adlandırırdılar. Bu xəstəlik qrupunun müalicəsinə böyük əmək sərf etmiş alimlərdən biri hamımıza tanış Ziqmund Freydin bəzi əsas fərziyyələrinə (hansılarki mütləq təasdiqini tapıb) diqqət yetirmək istərdim. Beləliklə, nevroz iki ayağa söykənir: uşaqlıq travması + aktual travma, və bu travmanın tədqiqatı Freydi travma nəzəriyyəsinin yaradılmasına gətirir və ya, necə başqa adı – erkən yoldan çıxardılmanın (cəzb etmə, erkən seksual yoldan çıxartma (cəzb etmə)) nəzəriyyəsi. Ona əsasən, uşaqlıqda uşaq seksual xarakterli travmasını alır. Əlbətki, onun uşaq "məni" daha çox zəifdir və travmanı adekvat emal etməyə qadir deyil, sıxışdırıb çıxarma baş verir, affekt şüursuzluqda inkişaf etməyə başlayır və nevroz simptomatikası şəklində çıxış etməyə başlayır. Freydin fikrinə görə, psixoanaliz psixonevrozlarla çox gözəl işləyir. Uşaqlıq travmasını aşkar edən insan özünü dərk edərək nevrotik əlamətlərdən azad edir. İsterik simptom dərin simvolikaya malikdir. Nitqin isterik fonda itirilməsi: “mən kimləsə daha danışmaq istəmirəm” İsterik korluq: “mən bunu görmək istəmirəm”. Freydin birinci dualist modelinin əsasına Şopenqauerin tezisi qoyuldu: “Dünyanı aclıq və sevgi idarə edirlər”. Yəni bu meyllərin iki qrupudur: Mən-dən gələn və libidonun meylləri. "Mən"-in ən tutumlu  meyl ifadəsi – özünü qoruma instinktidir, libidonun meylləri isə seksual meyllərdir. Belədir dualizm! Nevroz simptomu necə formalaşır? Libidoz enerji boşalmaya cəhd edir – subyekt həzzə cəhd edir, amma əgər yol, hansını ki, o seçir, Mənə əks təsirlə qarşılaşırsa – sıxışdırıb çıxarma baş verir. Meyl sıxışdırılıb çıxardılır və başqa çıxış yolu axtarmağa məcbur edilir, dolama yollara əl atılır. Və o onları tapır – nevroz simptomu şəklində. Nevroz simptomu insan Məninə lazımdır – o əvəzetmə kimi axtarılan təmin olunma formasında yaranır. Əslində nevrozlar özü böyük bir müdafiədir. Nədən? İnsanın özündən. O özündən ki, insan onu hələ heç tanımır… Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu və psixoanalitiki Aydan Xasməmmədzadə

Bal ayı xoşbəxt evlilik üçün vacibdir - Səbəbi...

Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə? Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir. Amma təəssüf ki, çox cütlük bal ayına elə də önəm vermir. Müxtəlif səbəblər cütlüklərin bal ayını ciddi qəbul etməmələri üçün əsas ola bilər. Burada əsas amil əgər yeni evlilər işləyirlərsə iş yerlərində onlar üçün yaranan problem ola bilər. Digər amil isə toy və toya qədər olan xərclərin çoxluğudur ki, bu da, onlara bal ayı haqlarından istifadə etməyə imkan vermir. Və nəticədə bal ayı təxirə salınır. Bunu bilin ki, təxirə salınmış bal ayı sonradan əhəmiyyətini itirir. Bal ayının 2 əsas xüsusiyyəti var: yeni evli cütlüyün başbaşa qala biləcəyi zaman kəsiyidir və toydan sonra mütləq tez bir zamanda gedilməlidir. Əgər evləndikdən bir neçə ay sonra bal ayına getsəniz o bal ayı yox, sadəcə tətil olacaq. Evləndikdən sonra bal ayının ciddiyətini anlayın. Toy xərclərinə qənaət edin, nə edirsiniz edin, bir yolla bal ayı üçün kənara az da olsa pul qoyun. Bunun üçün böyük məbləğ lazım deyil. İş çox, büdcə də azdırsa mütləq həftə sonu iki günlüyünə də olsa şəhərdən kənara çıxın və başbaşa qalın. Bu işinizə çox yarayacaq və bal ayı sizi depressiv, stressli vəziyyətdən azad edərək xoşbəxtliyinizə səbəb olacaq.

Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur. Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.Elvira KərimovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

“Bütün işlərini çatdıran” qadınlar

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən buyam və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir. Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir.(düşüncə jurnalı) Müəllif: Yelena Zamyatkina

Qısqanclıq hansı həddə olmalıdır?

Qısqanclıq bir çoxlarının daxilində mövcuddur. Bəziləri qısqanclığın tərəfdarı olsalar da, bir qism isə bunun müasit dövrə zidd olduğunu qeyd edirlər. Bəs qısqanclıq nə həddə olmalıdır? Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır. Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir.Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Psixoloqların sözlərinə görə, bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi? Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır. Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək. Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq – baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%-dir). Bu da digər həddir. Səbəb isə - emosional soyuqluğun həddindən çox olmasıdır. Qeyd edək ki, qısqanclığın çoxu zərər, azı isə münasibət soyuqluğu ilə nəticələnə bilər.

Evliliyə zərbə vuran yanlışlıqlar

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər. Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır. — Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək — Daim özünü yox, həyat yoldaşını günahlandırmaq — Başqalarının yanında həyat yoldaşını təhqir etmək — Sevgisini bəlli edə bilməmək — Lazımlı, lazımsız daim danışmaq — Ünsiyyət yetərsizliyi — Daim nəsə gizləyirmiş kimi şübhə oyandırmaq — Həyat yoldaşının anası haqqında pis sözlər danışmaq — Güvən əksikliyi — Keçmişi unuda bilməmək.

Çatışmazlıqların kompleks edilməsi - Dismorfofobiya nədir?

Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir. Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya  və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir. Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır: * xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur* bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur* xəstə öz qüsurunu faciəyə çevirir* xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir* xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur: * güzgü* şəkillər* uydurma fikirlər* cəmiyytdən uzaqlaşma* pərtlik* diqqətin yanlız ö çayışmazlığına yönəlməsi* öz deffektini düzəltməyə çalışmağa dirənmək Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır. Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.(immunitet.az)  

Ailədə harmoniya kimdə gizlidir?

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranır. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzakirə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik səndə gizlənib. Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl kariyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.  “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oynamır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəmək lazımdır. Heç bir norma yoxdur. Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver! Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam abu-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək. Ailədə harmoniyanın sirri çox sadədir. O qadında – səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.

İnsan ətinə qarşı istək, ərinin onu aldatdığını düşünmək - Monomaniya nədir?

Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir. Psixoloq.az xəbər verir ki, xəstəlik müxtəlif növlərə ayrılır: 1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır. 2. Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə. 3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülüb. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar. 4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir. 5. Vendiqo sindromu. Xəstənin insan ətinə qarşı həddən artıq istək duymasıdır. 6. Demonomaniya. Xəstə kiminsə cin və ya iblis tərəfindən izlənildiyini düşünür. 7. Otello sindromu. Xəstədə həddən artıq qısqanclıq olur, həyat yoldaşının, həqiqi olmasa belə, onu aldatdığını düşünür və bunu sübut etməyə çalışır. Ədəbiyyatda monomaniya: Edqar Allan Ponun yaradcılığında monomaniyaya tez-tez rast gəlinir. Nümunə olaraq Berenika, Qara pişik, Qırmızı ölümün masqası hekayələrini göstərmək olar. Fyodor Dostoyevskinin «Cinayət və Cəza» romanında da monomaniyanın növlərinə rast gəlinir. Muxtar Haşim

Qadınlar kişilərdən nə gözləyir?

Qadınların bir cümlə içində bir neçə fikir çatdıra bilərlər. Kişilər qadınlardan baş açmadığını desələr də əslində diqqət yetirsələr bunu bilmək o qədər də çətin deyil. Bəs qadınlar nə istəyir? Bir az təkid edinƏgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.  İnancXüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.  HədiyyələrƏgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.  Yumor hissi Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.  DiqqətÇox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.  PozitivlikDuyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.  DürüstlükQadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.  HörmətƏgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

Arıqlamaq psixoloji sağlamlıqdır - Gündə 1 kq arıqlamağı həkimdən öyrənin

Arıqlamaq, formada qalmaq qadınlar üçün psixoloji sağlamlıqdır. Bu səbəbdən "köksən" düşüncəsi  üçün xanımlar yas belə qura bilərlər. Psixoloq.az xəbər verir ki, fitoterapevt Elnur bəy sağlam arıqlamağın izahını verib. 1-ci gün Nahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:iki pomidor bir xiyar kraker çubuq iki ədəd 2-ci günNahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:Bişmiş dana 125 qramBir pomidorBir portağal 1 dənə kraker çubuqHər hansı bir şəkər və ya dadlandırıcı olmadan qəhvə və ya çay 3-cü gün1 portağalBir qaynadılmış yumurtaQatıq 250-300 qramKahı və ya xiyar salatı Axşam yeməyi:Bişmiş dana 125 qramBir portağalKraker tek parçaHər hansı bir şəkər və ya dadlandırıcı olmadan çay ve ya qehve 4-cü günNahar yeməyi:Inək pendiri 125 qramBir pomidorKraker Tek parça Axşam yeməyi:Bişmiş dana 125 qramİki pomidorBir almaKraker Tek parça 5-ci günNahar yeməyi:Bişmiş ət və ya balıq200 qramBir pomidorBir kraker Axşam yeməyi:1 su stəkanı qaynadılmış kökBrokoli ve ya noxudBir qaynadılmış yumurtaBir pomidor QEYD: Tez və sürətli arıqlamaq sağlamlığa ziyandır! Müəllif: Fitoterapevt Elnur Rəhimov

Qadınlara xas psixoloji sindromlar - Daha tez tanıyacaqsınız

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heç də insana asan başa gəlmir, əksinə ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom var ki, onları sizin nəzərinizə çatdırmaq istəyirik. Anna Karenina sindromu Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir”. Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır. Elizabet Bennet sindromu Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimsə Elizabet sevmirdirsə, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizi buraxmayacaq. Skarlett Oxara sindromu Klinik portret: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyd olun. Rebekka Şarp sindromu Klinik portret: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır. Nastasya Filipovna sindromu Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!” Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir. Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa heçkəsi sevmirlər. Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək: İsterik elementlərin mövcudluğu emosional labillik, davamsızlıq, bədbinlik, konfliklərə meyllilik, aqressivlik, ideallaşma, yüksək qiymətli fikirlərin olması. Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Reyhan Mirzağayeva  Klinik Psixoloq- Aydan Xasməmmədzadə

Qida olmayan qəribə maddələri yemək - Pika sindromu nədir?

Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur. Normal qidalar xaric, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Belə xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır. Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç…  Bizim mədəmizi bulandıran bu qida olmayan maddələr onların ağızlarını sulandırmağa belə yetir. Üstəlik bu vəziyyətdə olanların sayı həm ölkəmizdə, həm də dünyada heç də az deyildir. Pika sindromu daha çox 1-6 yaş qrupu uşaqlarda və hamilələrdə görülür. Yeniyetməlik qrupundakı uşaqlarda bu xəstəlik risk qrupu təşkil edir. Onu da qeyd edim ki, 1 yaşına kimi ağıza aparma instinkti bu xəstəlik qrupu ilə baglı deyildir. Pika sindromu ilə bağlı bir neçə faktı bölüşmək istərdim. Tempestt Henderson adlı Florida vilayətində yaşayan bir qiz həftədə 5 qəlib sabun, paltar yumaqda istifadə olunan maddələri yeyirmiş. Bu qıza verilən suala cavab olaraq bildirib ki, sabunun verdiyi dadı və zövqü heç bir şirniyyatda tapa bilmirəm. Bu fakta Türkiyədən də bir misal göstərmək istərdim: Canan xanım 39 yaşındadır və tam bir sabun xəstəsidir. Çəngəlinə aldığı sabunu  yeyərkən ətrafına da salam verməkdən heç çəkinmir. Pika sindromundakı insanlarla gündəlik həyatda qarşılaşmaq olduqca asandır. Məsələn məktəbimizdə bir uşağın silgi yediyini hec unutmuram. Bu cür faktlar ətrafımızda olduqca çoxdur, sadəcə fikir versəniz rastlaşa bilərsiniz. Pika sindromu necə müəyyən edilir? Uşaqların hərəkətlərini diqqətlə izlədiyinizdə pika sindromunu asanca sezmək mümkündür. Açıq havada torpaq yeyən bir uşağın qapalı məkanda ayaqqabı altını yaladığı, divarı qaşıyaraq altından çıxan torpaq parçalarını yediyini və ya dibçəklərin altın qaldırıb torpağı yediyi görülə bilən hallardır. Hətta bəzi uşaqların qələmlərin arxasını gəmirməsi, kağız yemələri, şunur dişləməsi pika sindromunun göstəricisidir. Pika sindromunun təhlükələri uşaqlarda zəka inkişafı problemlərinə bağlı olaraq pika problemi görülə bilir. Eyni zamanda bədənin müqavimətinin zəifləməsinə yol açmaqdadır və uşaqlarda infeksiyaya bağlı xəstəliklərə tutulma ehtimalını artırır. Müalicəsində psixoloji dəyərləndirilmə, sağlam bəslənmə proqramı öyrədilməli və həkim nəzarətində dəmir müalicəsi aparılmalıdır. Fərqinə varılmadıqda xəstələrdə əksər hallarda alminium zəhərlənməsi, həzm sistemi problemləri, infeksiyalara bağlı olan xəstəliklər, saç yediyi üçün boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşməkdədirlər. Ağır metal zəhərlənmələri ən cox lazımi inkişaf səviyyəsinə çatmamış uşaqlarda 1-4 yaşlarında xüsusilə təhlükəlidir. Çünki bu yaşlarda uşaqlar təhlükəli olub-olmadığını heç soruşmadan bu maddələri qəbul edə bilirlər. Bundan başqa uşaqlarda zəka inkişafına bağlı olaraq pika sindromu da inkişaf edir. Bədəndə sink, dəmir əksikliyi uşagın inkişafına mənfi təsir göstərir. Çox ciddi şəkildə görülən hallar, adətən ayaqqabı altını yalamaqla başlayırlar. Hətta saydıqlarımın çoxusu belə dözülməz olan maddələrə meyl edirlər. Qısacası bu maddələrin adları belə ağılları başdan alır. Xəstəlik tam bir dövr şəklində davam etdikcə yedikçə daha çox zövq alırlar, zövq aldıqca da daha çox yeyirlər. Digər səbəblər içərisində də sevgidən ac bir mühitdə yetişməsi, inam duyğusunun yetərincə olmaması yer alır. Ailədəki narahatçılıqlar körpələri və uşaqları bu cür davranışlara sövq edə bilir. Lazımi qidalanmamanın sonunda mineral əksikliyi görülür və pikanın ortaya cıxmasına səbəb ola bilir. Qan azlığı belə valideyin diqqətsizliyi nəticəsində yer alan səbəblərdən biridir. Öncə sindromun səbəblərini tapmaq və buna uyğun müalicə üsulu seçmək lazımdır. Analizlər –dəmir, sink, alminium kimi elementlərin yoxlanılması vacibdir. Əgər bədəndə dəmir əksikliyi ciddi dərəcədə azlıq təşkil edirsə buna müvafiq olaraq dərman müalicəsinə başladılmalıdır. Təbii qidalardan isə dəmir əksikliyi təsdiqlənmişsə xəstə mütləq qaraciyər, yumurta, paxlalılar sinfinə aid olan bitkilər və qırmızı ət qabul etməlidir. Dərman müalicəsi şərtdir. Pika sindromunda psixoloji dəstək, bu xəstəliyin təməl səbəbləri arasında psixoloji dəstək də yer almaqdadır. Buna görə də xəstəliyə mütləq bir pedaqoji dəstək də vacibdir. Psixoloji dəstəklə yanaşı pika xəstəliyinin müalicəsində terapiyaya da yer verilməlidir. Psixoloji olaraq aparılan bu terapiyanın sonunda müvəffəqiyyətli bir nəticə əldə etmək olduqca vacibdir. Xüsusilə də oyun terapiyası uşaqlarda xəstəliyi aşmaqda olduqca müvəffəqiyyətli bir üsuldur. Bu işdə məqsəd uşağın yediyi maddələrə alternativ qaydalar yükləməkdir. Məsələn: kagız yeyən bir uşağa rəsm çəkməsinə üstünlük verilməsi və ya palçıq yemədən dayana bilməyən bir uşaga palçıqdan heykəl qurmaq ,bu xəstəliyin müalicəsində olduqca faydalıdır. Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu  Lalə Ələkbərova

Sevdiyini öldürmək, yaxınını tanımamaq - Şizofreniyadan betər "Copgras sindromu" nədir?

Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib. Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar - şizofreniya, depressiya və psixoz kimi məhşur xəstəliklərdən önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilib. Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə alıb. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox marağa səbəb olub. Sindromun əsası isə bundan ibarətdir: Şəxs ətrafında olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir. Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur. Bu sindromun müəyyən edilməsindən 93 il keçsə də aparılan araşdırmalar az saydadır. Bu sindrom paralic yaxud beyin qanamasından sonra yarana bilər. Sonda isə şəxsin dəli olmağı ilə nəticələnə bilər. Belə şəxslərin öz yaxınlarına zərər yetirdiyi hətta öldürdüyü məlumdur. Sindromla bağlı real faktları təqdim edirik: Bir qadın gecenin bir aləmi yuxudan oyanıb qulağında qəribə səslər eşidir. Həyat yoldaşının yanına qayıdaraq bu sözləri deyir: "Dünyaya gətirdiyim və süd verdiyim bu uşaq insanlığın düşməni şeytanin özüdür. Ona analıq etdiyim üçün mən də günahkarlardan olacam və Allah məni bağışlamayacaq". Lakin qadın həyat yoldaşının da artıq başqa adam olduğunu düşünür və ağlını itirir. Başqa bir fakt: Bir şəxsin atası öldükdən sonar anası başqa biri ilə ailə həyatı qurur. Bu şəxs ögey atasının robot olduğu qənaətinə gəlir və onun başındakı mikroçipi tapmaq üçün başini kəsir. Başqa birində isə şəxs atasının başqa biri olduğunu iddia edərək onu məhkəməyə verir. Məhşur hindli nevroloq Vilayanur S.Ramchandram belə iddia edir ki, bu sindromun səbəbi insan uzunu tanımağa səbəb olan mərkəzlə tanıdığımız üzlərə duyğularımızla bağlı cavab verməyi təmin edən limbik sistem arasında bağlantının xəsarət alması yaxud düzgün işləməməsidir. Turanə Rzayeva Psixoloq.az

Siqareti niyə tərgidəmmirik? – Psixoloji tərəfləri

Siqaret vərdişi adətən yeniyetmə zamanında başlayır. Buna isə təzyiqlər və sosial dostlar səbəb ola bilər. Bəs hər kəs zərərli olduğunu bilə-bilə nə üçün çəkməyə davam edir? Psixoloq.az xəbər verir ki, siqaret çəkən insanların əksəriyyəti nə üçün buna davam etdirdiyini bilmir.  Psixoloqlar bildirirlər ki, insanlarda nəticə eyni olsa da cavabları fərqli olur. Araşdırmalar göstərir ki, siqaret çəkənlərin bir çox qismi ağıllı və zəkalı insanlardır. Amma buna baxmayaraq nə üçün tərgidə bilməməklərinin səbəblərini ayırd edə bilmirlər. Bunun səbəbi əsas iki faktor ola bilər. Tütün alışqanlığı – tütünün içindəki rəngsiz maddə insanda narkotika kimi asıllıq yarada bilər. Siqaretdən çəkilən hər nəfəs, ciyərlərə müəyyən miqdarda nikotin göndərir. Bir siqaret çəkimində vücuda 20 faiz nikotin  daxil olur. Məhz bu səbəbdən həkimlər siqareti tərgitmək istəyən insanlara ilk olaraq nikotini bədəndən təmizləyən vasitələri tövsiyə edirlər. Bundan əlavə bəzi əhvalla bağlı dəyişikliklər də siqaret vərdişinə səbəb ola bilər. Stress, əsəb insanların siqaret çəkməsi üçün özlərinin inandırdıqları bəhanələrdir. Unutmayın ki siqareti tərgitmək üçün heç zaman gec deyil. Qeyd edək ki, bunun üçün psixoloq dəstəyi də almalısınız. Şəhanə Quliyeva

Cismləri çox böyük və ya kiçik görmək - "Alisa Möcüzələr Ölkəsində" sindromu nədir?

İşdən evə gedərkən kibrit qutusu boyda avtobusun yaxınlaşdığını görürsünüz. Avtobus yaxınlaşsa da ölçüsü böyümür. Dinozavr böyüklüyündə bir sərçə pəncərənin şüşəsinə çırpılır, ağaclar göy üzünə göydələnlərdən daha yaxındır. Yuxuda deyilsinizsə, bu, "Alisa Möcüzələr Ölkəsində" sindromunun (AİWS) göstəriciləridir. Psixoloq.az xəbər verir ki, "Alisa Möcüzələr Ölkəsində" sindromlu xəstələrdə cisimləri olduğundan böyük və ya kiçik görmək kimi problemlərə rast gəlinir. Problem görmədə deyil, alqılamadadır. Bəs əlamətləri nədir? — Hərəkətlərdə assimetriya — Görmə, məsafə, zaman alqısında pozulmalar — Toxunma hissində pozulmalar (sərt əşyaya toxunub yumşaq kimi hiss etmək) — Səs alqısında pozulmalar (təbiətin səslərini daha güclü eşitmək) — Karlik hallüsinasiyalar Bu kimi əlamətləri bəzən sağlam insan da yuxusuz və yorğun vaxtlarında özündə hiss edə bilər. Bəziləri «Alisa Möcüzələr Ölkəsində» kitabının müəllifi Luis Carrol-un da AİWS-dan əziyyət çəkdiyini iddia edirlər. Dəlil olaraq, əsərdəki «Bir quzğun niyə iş masasına bənzəsin ki?» cümləsini göstərirlər.

Adəti qəbizliyin çarələri

Adəti qəbizlik günümüzdə qida və həyat rejimindən asılı olaraq çoxumuzun rastlaşdığı problemdir. Bəzən yanaşı xəstəliklər olmasa da qəbizlik özü elə bir sıra xəstəliklərin mənbəyi sayıla bilir. Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir. Qəbizlik zamanı bağırsaqda gedən çürümə prosesləri nəticəsində hətta orqanizmə çox lazım və vacib olan məhsullar da bağırsağın selikli qişasında aşınmaya səbəb olur. Bunun da nəticəsi olaraq bağırsaq mikroflorasında balans pozulur, disbakterioz inkişaf edir. Hətta gündəlik defekasiya aktının zəifləməsi özünü izahı olmayan baş ağrıları, bozumtul-torpaq rəngli bənizin olması, ürək-damar sistemi ilə əlaqəsi olmayan təngnəfəslik, səbəbsiz yorğunluq, zəiflik, yuxuculluq və sevimli yeməklərə qarşı marağın azalması büruzə verir. Nəcisin qeyri-müntəzəmliyi, konsistensiyasının, rənginin dəyişməsi, iyinin kəskin olması artıq bağırsaq fəaliyyətində ciddi dəyişikliklərdən xəbər verir. Tənbəl mədə-bağırsaq sistemi elə uşaqlıqdan formalaşmağa başlayır. Belə ki, yemək süfrəsi arxasında uzun müddət əyləşən və yeməyə gec başlayan uşağın mədə-bağırsaq sistemi ləng işləməyə alışır. Normada hər qida qəbuluna 15 dəqiqədən çox vaxt ayrılmamalıdır.Adəti qəbizlik zamanı istifadə edilən bəzi xalq təbabəti üsulları. 1-2 ədəd alma sürtgəcdən keçirilir, üzərinə 1/3 stəkan süd və 1/2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Bir neçə ay müddətinə səhərlər yemək lazımdır. Xüsusilə ahıl yaşlı insanlara məsləhətdirEmallı qazana 0.5-0.8 litr turşumuş süd (kefir) tökülüb isti su hamamına qoyulur və kəsmik konsistensiyası alınanadək saxlanılır. Daha sonra isə içərisinə xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər əlavə edilir: 5-10 ədəd soğan və sarımsaq, kələm, gicitkən, cəfəri, kərəviz, bağayarpağı, nanə, çuğundur budaqları, qırmızı turp. Daha 5 dəqiqə saxlanılır və südün zərdab hissəsi süzülür, səhərlər acqarına 1 stəkan içilir. Sadə üsul. Bir litrlik bankaya 0.5 litr turşumuş süd (kefir) əlavə edilir. Daha sonra isə yuxarıda sadalanan xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər bura əlavə edilir. Bankaya qaynar su üzə çıxana qədər əlavə edilir. 5-10 dəqiqədən sonra isə üzə çıxan mayenin üst qatı içilir. Daha sonra yenidən 300 qr qaynar su əlavə edilir və qarışdırılır. Qarışdırıldıqdan sonra süzülür, alınmış süd zərdabı içilir, lakin yerdə qalan süzüntü kütləsi qida qəbulu zamanı yeməkarası yeyilir.Qəbizliyin yarma kəpəyi ilə müalicəsi. I sikl – 10-12 gün. 1 çay qaşığı kəpəyin üzərinə 1/3 stəkan qaynar su əlavə edilir. Soyudulub süzüldükdən sonra yerdə qalan yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.II sikl – 2 həftə. 2 xörək qaşığı kəpəyin üzərinə 1/2 stəkan qaynar su əlavə edilib soyuduqdan sonra süzülür. Alınmış yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.III sikl – 2 ay. Gündə 2-3 dəfə yemək zamanı 2 çay qaşığı quru kəpək qəbul edilir.Bu üsulların tətbiq edilməsinə olan əks göstəriş: Həzm traktının istənilən şöbəsində olan iltihabi proses. Bu vəziyyətlərdə yaxşı olar ki, kobud üyüdülmüş undan hazırlanan çörək yeyilsin. Müəllif: Fitoterapevt Elnur Rəhimov

Evlilər niyə cinsi münasibətdən qaçır? – Cinsi istək pozğunluğu nədir?

Cinsi istək pozuntuları iki qrupa ayrılır: Hipoaktiv cinsi istək pozğunluğu – Cinsi münasibət üçün istək və cinsi fantaziyaların yoxluğu və ya azlığı deməkdir. Cinsi istəksizlik – Bu zaman partner ilə cinsi təmasdan qaçınılır və ya münasibətə qarşı diksinti yaranır. Psixoloq.az xəbər verir ki, istək problemi yaşayan xəstələr, cinsi qorxular yaşayaraq cinsi arzularını öldürürlər.  Cinsi istək yoxluğu evli cütlüklərdə sıx rastlanılan problemlər sırasında yer alır. Aparılan araşdırmalara görə isə bu problemdən isə qadınlar, kişilərə nisbətən daha çox təsir altına düşürlər. Şəhanə Quliyeva

Bu tərəvəzlə süd vəzi xərçənginə qalib gəlmək olar

Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir. Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb. 10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır. Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir: "Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur". Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər.

Ayaq qoxusunun qarşısını belə alın - Üsullar

Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır. Psixoloq.az Ölkə.Az-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür. Soda Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı soda əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq. Lavanda yağı Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz. Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın. Sirkə Sirkə ayaqdakı tər hüceyrələrinin işini yavaşladır və qoxunun qarşısını alır. 2 stəkan sirkəni bir litr suya əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın. Sonra isə ayaqlarını sabunla yuyun. Şalfey Hər dərdin dərmanıdır və ayaq qoxusunun da qarşısını alır. Vannadakı suya bir neçə yarpağını əlavə edin. 10 gün təkrarlayın. Bu üsullardan əlavə müxtəlif üsullardan da istifadə edin. Məsələn, hər gün eyni ayaqqabınıgeyinməyin. Ayaqqabı havalanmalıdır və hər gün eyni ayaqqabı geyinmək qoxunu qaçınılmaz edir. Corabınızın içinə bir az pudra tökün və ayaqlarınızın çox tərləməsinin qarşısını alın. İki gün eyni corabı geyinməyin. Hər gün dəyişdirin. Pambıq corablara üstünlük verin. Ayaqqabını geyinməyəndə içinə bir neçə ədəd mixək atın.(ölkə.az)

Daim "Xəstəyəm" düşüncəsi - İpoxondriya xəstəliyi nədir?

Cəmiyyətimizdə bəzi insanlar vücudlarında olan ani dəyişiklikləri xəstəlik olaraq adlandırır və həkimə müraciət edirlər. “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir.  Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir. Belə ki, bundan əziyyət çəkən insanlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

Uşaqlar nə üçün yalan danışır?

Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır? 3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra,  xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır.Yalanla müdafiə olunmaq təkcə ailədə deyil,eləcədə ondan kənardada özünü göstərir.Uşaq bilir ki,pis davranışına görə ona cəza verəcəklər.Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər.Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır.Yox əgər bu davam edirsə artlq davranış pozuntusudur. Bura alt islatma,dırnaq yemə,özünə qapanma,aqressiyada əlavə olunubsa vəziyyət çox ciddidir deməkki. Zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar,patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur,olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq uşaqlar hər şeyi özlərinə çəkir.Əksər uşaqlar oyuncaqlarla deyil böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər.Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib-Bax bu sənin saatındlr-deyirik. Yaxud” gəl yeməyini ye səni parka aparacam” halbuki bunu etmirik.Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılmışdır:3yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu ancaq ona baxmamaq tapşırılmışdır.Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilmişdir.Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər.Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki,belə davranış bütün uşaqlar üçün normaldı.Axı onlara maraqlı idi. Bəs uşaqlar nə üçün yalan danışır? -Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri üçün -Diqqət çəkmək üçün -Uğursuzluqlarını gizlətmək üçün -Ətrafdakıların güvənini qazanmaq üçün -Valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün -Cəzadan xilas olmaq üçün -İntiqam almaq üçün -Kiçik problemlərindən xilas olmaq üçün -Heç kimdən asılı olmadıqlarını göstərmək üçün -Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir,biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq onun üçün.Əksər vaxt çox valideyinlər belə düşünür ki,onlar hər şeyi bilir və her şeyin ən yaxşısını seçirlər.Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq yerinə qərar verdiyimiz bizim uşağımız olsada, o da bir şəxsiyyətdir öz fikirləri və planları ola bilər.Artıq övladınız sərbəst qərar verməyə çalışırsa ona mane olmayın”sən hələ balacasan,sən nə bilirsən ki, mənə yolda göstərirsən” deyib onu alçaltmayın,özgüvənini qırmayınki sonradan harda səhf etdim ki,uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7yaşı olmayıbsa o realda olanlarla xəyallarını qarışdıra bilər.Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır.Belə fantaziyalarda pis heçnə yoxdur.Fantaziya yalandan onunla fərqlənir ki,uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir.Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa,bizim buna uyğun cavabımız olmalıdır. Məs:Suyu filin dağıtdığını deyirsə-“Mənə elə gəlirki sən suyu dağıtdığın üçün təəssüflənirsən və bunu filin etməsini istərdin.-deyə cavab veririk. Yəni bunu filin əvəzinə səndə edmiş olsaydın biz onsuzda bərabər yığışdıracaqdıq.Belə hallarda qətiyyən uşağa əsəbləşməyin,tərs-tərs baxmayın ən əsası cəza verməyin.O bunu bilərəkdən etməyib,necəki bizdə tez-tez hətta ən vacib görüşlərimizdə belə təsadüfən stəkana toxuna, onu yerə sala və sındıra bilirik. Yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsada Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənmiş və kitabıda nəşr olunmuşdur.O belə hesab edir ki,yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir.Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki,ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır.İstənilən yalanın səbəbi vardır.Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir.Ona cəza vermək,qadağalar qoymaq yalanı azaltmayacaq,sadəcə övladınızın yanında olun,onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar.Pol Ekman bunun səbəblərini belə göstərir: -böyüklərin yanında özünü təsdiq etmək -onların təriflərini eşitmək -etdikləri səhfləri gizlətmək üçün İkinci bəndə xüsusilə diqqət etməliyik.Çox vaxt başımız işə o qədər qarışır ki ,ana yaxud ata olduğumuzu unuduruq.”sabahın xeyir”, “dərslərin necədi”,”səni çox istəyirəm”,”səninlə fəxr edirəm”,”unutma mənə hər şeyi, hə düz eşitdin hər şeyi danışa bilərsən”,”gecən xeyrə” kimi bizim üçün sadə onlar üçün sehrli olan birləşmələri deməyi belə unuduruq. Nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardı: -Diqqət cəlb etmək -Dostların əhatəsində müdafiə -Öz sirrini qorumaq -Pis vəziyyətlərdən qaçmaq -Özünütəsdiqetmək -Alçalmaq yaxud utanmaq hissindən azad olmaq -Öz gücünü yoxlamaq -Kollektivdəki problemlər -Valideyinlərlə sərhədlər qoymaq üçün Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq,rəqabət hissi,geri çevrilmə qorxusu,qəbul edilməmə,daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər.Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar,eləcədə valideyin kimi uşağa yanaşma işlənməlidir.Yalan ortaya çıxan kimi vurmaq,cəza vermək,döymək çıxış yolu deyil.Uşaqla söhbət etmək yalanın nə özümüzün,,nədə digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik.Az nəsihət verib,çox qulaq asmalıyıq. UŞAĞIN ŞƏXSİYYƏTİ DEYİL DAVRANIŞI HƏDƏFƏ ALINMALIDIR. Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər.Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz,deyilənləri yadında saxlamaz,ev tapşırıqlarında çox çətinlik çəkər,müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər.Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq.. Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq.Əgər dərsindən zəif qiymət aldıqda”yenə qiymətlərin pisdi nə vaxd yaxşı qiymət alacaqsan?”desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək ,yaxud bizdən gizlədəcək.Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər.Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu lakin sürmək istəmədiyini deyə bilər.Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir.Hər səhfə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır. Uşaqlara izzah edilməli məsələlərdən biridə nə vaxd yalan danışa bilərikdi. 1.Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4saatdan sonra gələcək demək təbii ki uyğun deyil.Bu zaman atam mağazaya düşüb indi qayıdacaq demək tam vəziyyətə uyğundur. 2.Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə”a dünən eynən bundan əmim almışdı”demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir deməkdə olar. Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın.O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir,dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq.Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz.Əlbətdə bu anidən olmayacaq,zaman lazımdı amma bir gün mütləq bunu hiss edəcəksiniz.Əvvəllər sizdən gizlətdiyi,danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız.Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin.(düşüncə.az)

Rəqs terapiyası nədir? - Faydaları

Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq  və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən  hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur.  Rəqs terapiyasının faydaları Rəqs terapiyası bir çox  problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər: Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,Düşüncə, duyğu və hərəkət arasındakı  əlaqələrin  qurulması,Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,Dominant, intensiv düşüncələr  və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,Uğursuzluq qorxusu,Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),Rəqs terapiyası daha çox  problemləri haqqında  birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür. Müəllif: Klinik psixoloq Nərmin Sucayeva

Yeniyetmələrin əsas psixoloji problemləri

Yetkinlik,fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır.Uşaqlıqda başlayan yetkinlik qavramı,yeniyetməlik dövründə pik nöqtəyə çatır.13-14 yaşlarında başlayır,17-21 yaşlarında bitir. Qızlarda 11-13 yaş Oğlanlarda 13-15 yaş  Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri: -Yalnızlıq istəyi -işləmək istəksizliyi -can sıxıntısı -narahatçılıq -qaydalara qarşı dirəniş -cəmiyyətlə ziddiyyət -cinsiyyətə hədsiz maraq -həssaslığın artması -özgüvənsizliklə və s. ilə özünü göstərir.  Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır.Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır.Eqoizm,ətrafdakıların hisslərinə laqeydlik,neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir.Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür.Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.   Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən,nəticə aydındır:aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.  Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər.Məsələn:bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.  Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab  vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.  Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.  Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək,kişinin güclü ,müstəqil,aktiv,aqressiv,şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif,dözümlü,zəif,asılı,emosional,nəzakətli,ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.  Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq , “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan,yeniyetməlik dövrünə keçmənin çətinlikləri,2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu,3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət:normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları,böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.  İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir.Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.  Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.  Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir.Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının,hisslərinin,həyat planlarını,təfəkkürün formalaşmasında mühüm rol oynayır.Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa,yeniyetməyə mənəvi,psixoloji cəhətdən yaxın,onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır.   Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s.  Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.(dushunce.az)

Dinlədiyiniz musiqi xarakterinizdən xəbər verir

İngiltərədə aparılan bir araşdırmaya görə dinlədiyiniz musiqi növü sizin daxili aləminizdən xəbər verir. Xarici mütəxəssislərin apardığı və təqdim etdiyi testi siz də yoxlayın: Klassik xoşlayanlar daha ağıllıdırlar. Caz sevənlər müsbət və məsuliyyətli eyni zamanda, digər musiqi növlərini seçənlərə nisbətən daha yoldaş canlı və romantikdirlər.  Elektronik musiqi sevənlər isə bir az hirsli və tez coşan tiplər olaraq tanınır. Rok musiqi sevənlər üsyankar ruhlular arasından çıxarkən, uzun müddət rok musiqi dinləmək adamı gündəlik həyatda qarşılaşdığı çox kiçik hadisələrə qarşı belə isyankar edir.  Rap musiqi sevənlər müxalif və özünə güvənən insanlar olaraq təyin olunarkən, bu kəslərin eyni zamanda digər musiqi növlərini xoşlayanlara nisbətən daha enerjili olduqları da təsbit edilib.  Pop musiqi sevənlər isə siyahının ən xoşbəxtləridir.  Araşdırmaya görə mahnı siyahısını pop musiqi ilə dolduranlar həm daha müsbət həm də daha xoşbəxt olurmuş. Fiziki cazibədarlığı ən az olanlar klassik musiqi dinləyərkən, ən yüksək olanlar pop musiqi dinləyir. 

Uşaqlara oxumağı necə öyrətməli?

7 yaşa qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq geri dönür. Məhz elə buna görə də valideynlərin övladlarına kiçik yaşlarda sərf etdikləri vaxt gələcəkdə daha çox vaxta qənaət etməyə xidmət edəcək. Nəzərə alın ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar. İndi isə bu xeyirli vərdişin qazanılma yollarını nəzərdən keçirək: Uşaqlara kiçik yaşlarından yatmazdan əvvəl kitab oxumaq və bunu davamlı şəkildə etmək laızmdır. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha uğurlu olurlar. Uşağa nümunə olmaq vacibdir. Valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Nəzərə alın ki, uşağı gözəl tərbiyə etməyin əsasında ona gözəl nümunə olmaq dayanır. Kitab mağazasında müəyyən zaman keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. Həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək də faydalı olar. Hər bir ailə üzvünün oturub kitab oxuması həm ailə üzvləri arasında münasibətin daha mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumağa həvəsin yaranmasına kömək edir. Oxunan kitabları müzakirə etmək də uşaqlar üçün çox maraqlı ola bilər. Bundan başqa oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də yaxşı nəticə verir. Bunlar uşaqda öz fikrini çatdırmaq qabiliyyətini artırır. Uşaqda kitab oxumağa həvəs yaratmaq mümkün olmursa, əlavə vasitələrdən istifadə etmək də olar. Misal üçün, səsli kitablar, maarifləndirici uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqlarda kitab oxumağa maraq oyatmaq olar. Bəzən uşaqların beyni gün ərzində lazımsız informasiya ilə yükləndiyi üçün də uşaq yorulur və kitab oxumaq istəmir. Bu səbəbdən də uşaqları televizor, kompüter, mobil telefon və bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq, bununla da beynin lazımsız informasiya ilə yüklənməsinin qarşısını almaq olar. Ən əsası uşağın eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır. Diqqət əskikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər. Uşağı təqdir etmək vacibdir. Uşaqları kitab oxuduğu üçün tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə motivasiyasını artırmaq olar.

Diqqətli olun - Bu hərəkətlər qadınları ələ verir

İnsanların demədiyini əksər zaman bədən dili söyləyir. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, bəyəndiyiniz yaxud sevdiyiniz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından əsl hislərini anlaya bilərsiniz.  Bəs hansı bədən dili qadını ələ verir? Başını sola əyərək dinləyir Sizi dinləyərkən, gözlərinizin içinə baxarkən, başını azca sola əyməsi, söylədiklərinizə çox bağlı olduğunun işarətidir. Hərəkətlərinizi təkrarlayır Qarşınızdakı ilə “yaxınlaşmaq” istəyənlərdə bəzən “mimetizim”  deyilən bir hadisə görülür. Fərqində olmadan sizin hərəkətlərinizi təkrarlayır. Saçınızı qaşısanız, saçını qaşıyır. Ayağınızı ayağınızın üzərinə atıtsınız, oda eynini edir. Mütəxəssislər buna yamsılama deyirlər. Özünü sizə yaxın hiss etmək istədiyini göstərir.  Qollarını birləşdirir Sizi diqqətlə dinləyən kimi edir, amma qollarını birləşdirir. Bu özünü içinə bağlama hərəkətidir,  rahat olmadığını göstərir. Aranızda bir məsafə yaradır. Eyni şəkildə aranıza çay stəkanı, çörək səbəti kimi əlinə keçəni qoyursa da, eyni hiss edir. Amma aranızdakı əşyaları qaldırıb kənara qoyarsa, doğru yoldasınız. Yalan danışırsa, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi şüursuz hərəkətlər onu ələ verəcəkdir. Danışarkən əli ilə ağzını tutursa, burnu ilə, saçları ilə davamlı oynayırsa.. yəni üzünə və başına əli nə qədər çox aparırsa, yalan demə riski də o qədər çoxdur. Çünki yalançılar əllərini məşğul etmək istəyir. Boynunu qaşıyır Söhbət sırasında, qarşınızdakı əli ilə boynunu, yaxud qolu  ilə oynayırsa, yaşadınız. Bu onun “ sizin onu tumarladığınızı xəyal etdiyini göstərir”. Yəni bu bilinc altından gələn hərkətlər boşuna, yaxud təsadüfi deyil.

Ailədaxili münaqişə nə üçün faciəyə çevrilir... - Nə etməli?

Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi?  Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz. Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır. Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışından yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur. Ailə daxili münaqişələrdə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, ya da əksinə böyük münaqişələri səbir və təmkinlə həll etmək də mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir. Əslində münaqişə ər-arvad həyatının dramasını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələblərinə əməl etmək lazımdır. Onlardan ən sadələri belədir: — Mübahisəyə başlamamışdan əvvəl ər və ya arvadın nədən narazı olduğunu, nə istədiyini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını həssaslıqla və ağılla aydınlaşdırmaq. — Mövcud şəraitə, vəziyyətə diqqət etmək. Gördüklərini götür-qoy etmək, həyat yoldaşının əhvalını nəzərə almaq lazımdır. — Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil-sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir. Əks təqdirdə ailədə yaranan belə ixtilaflar boşanma ilə də nəticələnə bilər. Boşanma isə əsl faciədir. Çox maraqlıdır ki, boşanmanı təkcə sosioloqlar, demoqraflar, psixoloqlar, pedaqoqlar, həkimlər deyil, həmçinin boşananların özləri də sonralar bunun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu başa düşürlər. Onlar övladının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə öz evlərini dağıtdıqlarını, uşaqlarını onun-bunun qapısına saldıqlarını çox vaxt özləri də etiraf edirlər.(gəncailə.az) 

Çox fərqli xarakterdə olanlar evlənə bilər? - Araşdırma

Münasibətin ilk mərhələlərində partnerinizin fərqlilikləri həyəcanlı gəlsə də zaman keçdikcə bu fərqliliklər münasibətə zərər verəcək hala gələ bilər. Psixoloq.az xəbər verir ki, buna baxmayaraq iki fərqli insanın mənfi xüsusiyyətlərini azaldıb münasibəti xoşbəxt etməyin yolları vardır. Bəs həmin yollar nədir? Zidd qütblər bir-birini çəkir. Fərqliliklərin sizi ayırmasına icazə verməyin. Partnerinizi olduğu kimi qəbul edin. Sevgilinizin xarakterini dəyişdirəməyəcəyiniz gerçəyini qəbul etməlisiniz.  Onu olduğu kimi sevin. Hörməti unutmayın – Bir-birinizin yaşayış tərzinə hörmət göstərin. Hər şeydən əvvəl sevgilinizin qərarlarına hörmət edin. Qayğı göstərin – Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün ona qayğı göstərin, sevin. Bu sizin üçün fürsətdi. Ortaq nöqtələrinizi tapın – Paylaşdığınız məqamları xatırlatmaq əsas məsələdir. Öncə sahib olduğunuz ortaq duyğulara diqqətinizi verin. İlk olaraq ortaq nöqtələrinizin siyahısını hazırlayın. Bu sizin üçün kifayət qədər motivasiya olacaq. Günahlandırmaqdan qaçının – Dərhal müdafiə mexanizmlərini işə salmayın. Sizi narahat edən məsələləri uyğun dillə yoldaşınıza anladın. Əsəbi zamanı mübahisədən qaçının. Əsəbləriniz sakitləşdikdən sonra mövzuya yenidən qayıda bilərsiniz. Şəhanə Quliyeva

Azərbaycanlılar niyə boşanırlar? - RƏY

Boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir. Bunu oxu.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: “İlk növbədə odur ki, bəzi insanlar ailəni köhnə qayda ilə idarə edirlər. Təbii ki, bununla razılaşmayanlar olur və münasibətlərdə problem yaranır. Nəticədə isə cütlüklər boşanır. Eyni zamanda, erkən nikah qurmağa məcbur edilənlər, yaşı keçdiyinə görə məcburi ərə verilənlər, işsizlik, xəyanət də rol oynayır. Elə qadınlar var ki, öz azadlıqlarının zorla məhdudalaşdırılmasını istəmirlər”. Mehriban Zeynalova bidirib ki, boşanmaların qarşısını almaq mümkün deyil: “Dəyərlər sistemi çat verib. Hansısa formada boşanmaların qarşısını almaq mümkün deyil. Proses özü tənzimlənəcək. Şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubovbildirib ki, hazırda Azrbaycanda ən böyük problem milli-mənəvi dəyərlərin aşınmasıdır: “İnternet, sosial şəbəkələr, insanlar arasında qəddarlığın yüksəlməsi bu dəyərlərin aşınmasına gətirib-çıxarır.  Əvəllər dolanışıq yaxşı olmasa da, insanlar bir-biri ilə yola gedir, anlaşırdılar. İndi heç nədən problemlər yaranır, böyüyür, bir-birini qəbul etmirlər və boşanırlar. Araşdırdıqda isə məlum olur ki, cütlüklər arasında olan problem boşanmaq üçün səbəb deyil”. Nizami Əyyubov bildirib ki, son 10 ildə boşanmaların sayı 70-80 faizə qədər artıb: “Müstəqillik illərindən əvvəlki və indiki dövrü müqayisə etsək, hazırda boşanma sayı daha kəskindir. Ölkədə təbii artım azalıb və düşməkdə davam edir. Təbii artım hər 1000 nəfərə 19-20-dən doqquza düşüb. Dövlət tərəfindən demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Amma hazırda da təbii artım azalmaya doğru gedir. Səbəb isə cütlüklərin boşanması və doğulanların kəskin azalmasıdır. Boşanan adam uşaq istəyərmi? Təbii ki, yox”. Şöbə müdiri qeyd edib ki, ölkədə təbii azalma prosesi bir müddət davam edəcək: “Hazırda Azərbaycanda əhalinin sayı həm təbii artım hesabına, həm də ölkəyə gələnlərin sayına görə artmaqdadır. Əvvəllər də miqrasiya balansı mənfi idi. Eyni zamanda, təbii artımın bir hissəsi ölkədən kənara çıxırdı. İndi isə belə deyil. Ermənistanda isə təbii artım və əhalinin sayı bizdən üç dəfə azdır. Artımın çox hissəsi kənara gedir. Həm də miqrasiya və demoqrafiq artımı aşağıdır. Ermənistanla müqayisə edəndə, bizdə vəziyyət çox yaxşıdır. Amma ölkədə milli-mənəvi dəyərlərin aşınmasının qarşısı mütləq alınmalıdır”. Qeyd edək ki, 2018-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah, 7219 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Ötən ilin müvafiq dövründə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində  40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Hər 1000 nəfərə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Nəticəyə əsasən, deyə bilərik ki, nikah və boşanmaların sayı azalıb.

“Azəriqaz” gücləndirilmiş iş rejimdə çalışacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən ölkə.az-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

Qarşısındakını anlamır, göz təmasından yayınır - Asperger sindromu nədir?

Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf edir. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Bu sindrom bir xəstəlik deyil, müalicəsi də mümkün deyil. Mövcud hal ömür boyu davam edər. Sindromun yaranma səbəbi məlum deyil. Beyin inkişafının geriləməsi ilə bağlı olaraq yarana bilər. Bəs Asperger sindromu hansı əlamətlərlə üzə çıxır? Hər orqanizmdə müxtəlif əlamətlərlə üzə çıxa bilər. Əlamətlərdən ən diqqət çəkəni isə insanlarla münasibətdə çəkilən çətinliklərdir. Danışmaqda çətinlik çəkə bilərlər. Qarşısındakı insanın demək istədiyini, zarafatlarını anlamaqda çətinlik yarana bilər. Danışan zaman az miqdarda göz təması edərlər. Bir hərəkəti dəfələrlə təkrarlaya bilərlər. Bəs müalicəsi necə olunur? Bir xəstəlik olmadığından bu halı ortadan qaldıran müalicə üsulu da yoxdur. Müəyyən mütəxəssislərlə çalışmaq, gündəlik işlərə adaptasiyanı asanlaşdıracaq. Qeyd edək ki, müalicə üsulu, danışıq terapiyası ilə də aparılır. Bunlarla yanaşı dərman müalicəsindən də istifadə edilir. Şəhanə Quliyeva Psixoloq.az

Uşaqların əsəbləri necə idarə edilməlidir?

Həyatımız boyunca duyğu və düşüncələrimizi ifadə etməyə ehtiyac duyarıq. Bu zaman təməl istəyimiz isə anlaşılmaqdır. Psixoloq.az xəbər verir ki, uşaqlar da həyatlarındakı sıxıntıları paylaşmaq, həll etmək istəyirlər. Azyaşlılar isə istəklərinin dərhal və mütləq şəkildə gerçəkləşməsini istəyə bilərlər. Valideynlər isə uşaqlar ağlamasın deyə bütün istəklərini yerinə yetirməyə çalışırlar. Bəzən isə uşaqlar analarına istədiklərini qəbul etdirmək üçün normalda davrandıqlarından daha arzuolunmaz vəziyyətdə olurlar. Uşaqların əsəblərini çölə vurması onlar üçün daha faydalıdır. Bu məqamda psixoloqlar, valideynlərə, uşaqların hirs və istəklərini doğru yola - şəkil çəkmək, oyunlar oynamağa yönəltməyi tövsiyə edirlər. Uşaqlarda toplanan enerji təbii yollarla atılmadığı zaman bir sıra problemlər yarada bilər. İstənilən bir davranış forması uşağa deyilərsə, körpə bunu etməyə bilər. İstənilən reaksiyanı görmək üçün ailə içində elə davranmaq əsas şərtdir. Lazım gəldikdə uşaqdan belə kömək istəmək məqsədyönlüdür. Bu sahədə medianın rolunu da unutmaq olmaz. Qeyd edək ki, uşağa mərhələli şəkildə öyrətmək lazımdır. İstənilən davranış şəklini almaq üçün isə bəzən uzunmüddət tələb oluna bilər. Tərcümə etdi: Şəhanə Quliyeva

İnsanların qarışdırdığı problem – Diş həssaslığı ya diş iltihabı?

Diş həssaslığı bir çox insanın əziyyət çəkdiyi problemdir. Mütəmadi olaraq istifadə edilən isti-soyuq qidalar, içkilər, dişdə həssaslığın yaranmasına gətirib çıxara bilir. Ancaq bəzən adi sanılan həssaslıq böyük bir problemin başlanğıcı ola bilər. Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubovun sözlərinə görə, pasiyentlər əksər zaman diş həssaslığı ilə diş iltihabını bir birindən fərqləndirməkdə çətinlik çəkirlər: “Qeyd edim ki, diş həssaslığı zamanı ağrı ancaq şirin, isti -soyuq qidalar qəbul etdiyimiz zaman yaranır.Diş iltihabında isə ağrılar uzunmüddətli və qarşısı alınmaz şəkildə olur”. Müəllif: Şəhanə Quliyeva

Yoldaşınızın sizə hazırladığı ROMANTİK SÜRPRİZ...İlk ağlınıza gələn isə... - Günün ACI REALLIĞI

Yoldaşınız sizdən əvvəl evə gələrək evliliyinizin il dönümü münasibətilə  bütün otağı bəzəyib. Ortada şamlarla "I love you" yazıb, kənarına gül ləçəkləri töküb. Göydən şarlar sallanır yerdə ürək formalı tort və möhtəşəm bağlamada hədiyyə... İçəri daxil olursunuz diliniz tutulur az qalsın. Ürəyiniz çırpınır. O an nə edəcəyinizə qərar verə bilmirsiniz. Qışqırmaqmı, ağlamaqmı, gülməkmi, sevinməkmi, yoxsa yoldaşınızın boynuna sarılıb çox çox təşəkkür etməkmi??? Vəəəəə......qərarınızı verirsiniz. Tez telefonu gətirib otağın şəklini çəkirsiniz sosial şəbəkədə yerləşdirirsiniz. Niyə??? Xoşbəxtliyinizi hər kəs görsün deyə??? Bax əzizim, indi sənə çox acı bir həqiqət deyim. Siz xoşbəxt deyilsiniz. Nəisə var. Vallah ciddi deyirəm. O anın sehrini unudub yalnız bir birinizin gözlərinə səyahət etmək yerinə bunu edirsənsə nəisə bir problem var. Axtar, araşdır. Gör boşluğunuz haradadır? Xoşbəxt olanların bunu kiməsə göstərməyə ehtiyacı olmur. Heç yadına da düşmür. İnan ki, tənqid və ya qınamaq üçün demirəm. Nə həddimə? Sən yenə də bir düşün. O boşluğu tap. Müəllif: Pedaqoq Lalə Məhərrəmli

Qırılmış şüşələri yapışdırır, diş ağrısını kəsir - Sarımsağın bilmədiyiniz faydaları

Sarımsaq zəngin tərkibi ilə çox faydalıdır. Ancaq elə xüsusiyyətləri var ki bəlkə də hələ də bu haqda məlumatlı deyilsiniz. Psixoloq.az sarımsağın bilinməyən faydalarını təqdim edir: Sarımsaq təbii yapışdırıcıdır. Sarımsağın yapışqan suyunu çatlamış və qırılmış şüşələri təmir etmək üçün istifadə etmək olar. Sarımsağın dişlərini əzərək içindəki yapışqan suyunu çıxarmaq olar. Sarımsağın tərkibindəki sistein maddəsi təbii ağrıkəsicidir. Ağrıyan dişinizə bir neçə dəqiqə sarımsaq sürtmək ağrıları qısa müddətlik olsa da, azaldır. Sarımsağın antiseptik və mikrob öldürücü xüsusiyyətləri ləkə, ləkə izi və dəridəki digər ləkələri yox edir. Sarımsağı dərinizə sürtün, 15 dəqiqədən sonra yuyun.

7 zeytun 1 əncir - Bu dərdlərdən xilas olacaqsınız

Mədə-bağırsağından əziyyət çəkənlər zeytun və ənciri bir arada yeməlidirlər. Psixoloq.az xəbər verir ki, bu barədə həkim naturopat Füzuli Hüseynov məlumat verib. Bəs bu şəfalı qidaların başqa hansı faydaları mövcuddur? 7 zeytun 1 əncir yeməyin orqanizmə təsirləri: – Babasildən əziyyət çəkənlər üçün çox faydalıdır; – Ürək əzələsini gücləndirir, damarları elastik edər, xolesterini salar, damarları kirəclənmələrdən qoruyar; – Tərkibindəki minerallar və zəngin kalsium olduğuna görə sümük boşluğu problemləri olanlara faydalıdır; – Dəmir, mis və sink mənbəyidir, qanazlığını götürər, mineralların yaxşı sovrulmasına səbəb olar; – Xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır; – Nəfəs çatışmazlığı, infarkt olanlar üçün və ən əsası bol antioksidant mənbəyi olduğundan xərçəng xəstəliyin müalicə və profilaktikasında əvəzolumaz bir nemətdir.

Uşaqların w şəklində oturmaqları zərərlidir ya faydalı?

Uşaqların sağlamlığı deyildiyində onların oturuş formalarına  da diqqət etmək əsasdır. Çünki uşaqlar xəbərimiz olmadan yanlış hərəkətlər edə bilir. Uşaqların sağlam olması üçün  sağlam hərəkətlərlə məşğul olması vacibdir. Yanlış vərdişlərdən biri azyaşlıların w oturuşudur. Bəs bu oturuş forması nədir?Bəs bu oturuş tərzinin zərərləri nədir? Bu tamamilə təbii oturuş növüdür. Hansısa xəstəliyin əlaməti deyil. İki ayağın birdən yana tam olaraq açılmasıdır. Bəzi həkimlər isə bu oturma tərzinin yanlış olduğunu bildirirlər. Bunun vücuddakı gücü azaltdığı bildirilir. Uşağın qarın və bel əzələlərini eyni anda istifadəsinə gərək olmadığından,  onlar bu şəkildə oturma formalarına daha çox üstünlük verirlər. Oturuş tərzi əzələ sərtliyinə səbəb olur. Bu sərtliyin xüsusilə də ayaqlarda yarana biləcəyi bildirilir. Bu həmçinin ayaq, belə də təsir göstərir. Xarici mütəxəssis Rachel Coley isə bu  oturma tərzinin zərərinin olmadığını bildirib: “Bu təbii haldır. Oturuş tərzi uşaqların sümüklərinin nə qədər hərəkətli olduğunu göstərir. Heç bir zərəri yoxdur”.(hekimtap.az)

Bu əlamətlər sizdə varsa...Altsheymer xəstəliyinin simptomları

Unutqanlıq, özünü tanımamaq kimi bilinən altsheymer xəstəliyinin dəqiq səbəbi bilinmədiyi üçün hər kəsin bu problemə yoluxmaq riski yüksəkdir. Bəs xəstəliyin ilkin simptomları nədir? Psixoloq.az həmin əlamətləri təqdim edir: Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq, Tanış əşyaları tanımamaq, Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik, Dezorientasiya, Son mərhələ: Hallüsinasiyalar, fantastik ideyalar Yaxın şəxsləri, hətta qohumları tanımamaq, Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik, Bəzi hallarda qıcolmalar. Ağırlaşmalar: Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.), Qida çatışmazlığı, Müxtəlif travmalar və bədbəxt hadisələr. Xəstəliyin konkret bir müalicə üslubu yoxdur. Ancaq buna baxmayaraq həkimin müalicəsi nəticəsində narahatçılığı bir qədər azaltmaq, xəstəliyin şiddətinə mane olmaq mümkündür.

Unutqanlıq, ünsiyyət problemi - Altsheymer xəstəliyi nədir?

Altsheymer xəstəliyi nədir? Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə insanlar: - Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,  - Ya özünə inamın itməsinə ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər, - Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər. Altsheymer xəstəliyi irəlilədikcə xəstələrin onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyacları olur. Ən sonda isə adi hərəkətləri belə bacara bilməmə mərhələsinə çatırlar. Altsheymer xəstəliyinin bəzi ümumi simptomları olsa da onu da yadda saxlamaq vacibdir ki hər kəs fərqlidir. İki insan altsheymer xəstəliyini eyni üsulla keçirtməyə bilər. Altsheymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, genetik,yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları,  hipotiroidizm və s. daxildir. Lakin hələlik Altsheymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməyib. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimal olunur. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş Altsheymerin ən böyük səbəbidir. Bu, 65 yaşdan sonra hər 14 insandan biridə 80-dən sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Buna baxmayaraq Altsheymer yalnız yaşla məhdudlaşmır. Belə ki, Böyük Britaniyada 65 yaşdan aşağı Altsheymer olan 40.000 dən çox insan var. Bir çox insan irsi olaraq Altsheymer xəstəliyinə tutulmaqdan qorxurlar. Hazırda alimlər Altsheymer xəstəliyinin irsilik dərəcəsini araşdırırlar. Altsheymer xəstəliyinə tutulmağa səbəb ola biləcək ekoloji faktorlar artıq müəyyənləşib.. Bir neçə il əvvəl almüminium təsirlərinin Altsheymerə səbəb ola biləcəyi haqqında narahatlıqlar var idi. Buna baxmayaraq artıq bu qorxular elə də nəzərə çarpmır. Xromosomlarının tərkibindəki fərqlərə görə 50-60 yaşlı Daun xəstələrinin Altsheymer xəstəliyinə tutulma riskləri yüksəkdir. Başlarında və boyunlarında ciddi yaralanmalar olan insanlaın da həmçinin ağrılarını itirmə riskləri yüksəkdir. 

Qaçqın statusu ilə yaşayanların sayı artıb - Statistika

Bu ilin altı ayında 827 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Psixoloq.az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb: “1.859 nəfər daimi yaşamaq üçün icazə alıb. Bu ilin iyul ayının 1-nə ölkəmizdə 32.648 nəfər müvəqqəti,11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”. O da məlum olub ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 23 faiz artıb. Hazırda onların sayı 75 nəfər təşkil edir.